Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1003/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X5 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, Cavabdeh və onun vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 4934/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 725/2019 saylı qətnaməsi ilə Cavabdeh aliment ödəməkdən azad olmağı, xx xxxxxx 2018ci il tarixdən məhkəmə qətnaməsi icra olunana qədər yığılmış aliment borcunun ödənilməsindən azad olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 1979-cu il tarixdə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarından iki qız övladları olmuşdur. Uzun müddət Rusiya Federasiyasında yaşamışlar. Cavabdeh onlar rəsmi nikaha girməmişdən əvvəl işləmiş və rəsmi nikahdan sonra da işləməyə davam etmişdir. Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra cavabdeh bir müddət işləmiş, sonra işləməmişdir. Lakin cavabdeh 2007-ci ildə Azərbaycan Respublikasının ərazisini tərk edərək Rusiya Federasiyasında yaşamışdır. Sonradan övladları da onunla birlikdə Azərbaycan Respublikasını tərk etmişlər. Cavabdeh Rusiya Federasiyasının Vladimir vilayətinin, Murom şəhəri, Melinki rayonu, Voynovo kəndində yaşamış və orada təqaüdə çıxmışdır. Aralarındakı nikah Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə ləğv olunmuşdur. Cavabdeh Rusiya vətəndaşıdır. Cavabdeh 2018-ci ilin dekabr ayında Yasamal Rayon Məhkəməsinə iddiaçıdan aliment alınması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və iddiaçıdan Cavabdeh xeyrinə 180 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(103)-5186/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməsini əsaslandırarkən aşağıdakılara istinad etmişdir: Cavabdeh ünvan 1-da qeydiyyatdadır və xx xxxxxx 1992-ci il tarixdən əmək kitabçasına əsasən heç bir yerdə işləmir. AR Əmək və X9 Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinin 12/6361 saylı xx xxxx 2018-ci il tarixli arayışından görünür ki, iddiaçı DSMF Yasamal rayon şöbəsindən heç bir əmək pensiyası almır. Məhkəmə qətnaməsi çıxarılarkən cavabdehin Rusiya Federasiyasında pensiya alması barədə hüquq müəyyənedici sənəd olmadığından məhkəmələr yuxarıda göstərilmiş nəticəyə gəlmişdirlər. Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır və onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hər hansı bir qüvvəsi yoxdur. Bununla bağlı Azərbaycan Respublikası Miqrasiya Xidmətinə sorğu verilərək müəyyən olunmuşdu ki, cavabdeh Azərbaycan Respublikasının sərhədini keçərkən Rusiya Federasiyasının vətəndaşının pasportunu təqdim etmişdir. Vəkil sorğusu vasitəsi ilə bütün bu hallar müəyyən edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı kirayədə yaşamağa məcbur olmuşdur. Həmçinin iddiaçının anası X1 onun himayəsində yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 4934/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə Cavabdeh Anatyolyevnaya aliment ödəməkdən azad olunması və iddianın xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra olunana qədər yığılmış aliment borcunun ödənilməsindən azad olunması hissəsində rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-4934/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya onunla əsaslandırır ki, o, cavabdehlə xx xxxxxx 1979-cu ildə nikaha daxil olmuşdur. Bu nikahdan iki qız övladları var. Nikaha daxıl olandan cavabdehin təkidi ilə o, işləməmiş, ev xanımı olmuşdur. Cavabdehlə birgə təsərrüfat aparmışdır. 2017cı il tarixdə ona məlum olmuşdur ki, cavabdeh ondan xəbərsiz x xxxx 2015-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarına xitam vermişdir. Hal-hazırda o, təqaüd yaşında olsa da, iş stajı olmadığına görə təqaüd ala bilmir. Keçmiş həyat yoldaşı kimi, cavabdeh onu maddi cəhətdən təmin etməsi uçün məhkəməyə müraciət etmiş və məhkəmə ona 180 manat məbləğində aiment təyin etmişdir. Məhkəmə üç instansiyada işə baxmış və aliment tələbinin haqlı olduğu qənaətinə gəlmişdir. Lakin mülki iş hələ də Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan zaman iddiaçı yeni iddia ilə məhkəməyə müraciət etmişdir ki, guya o Rusiya Federasiyasında pensiya alır və maddi cəhətdən təmin olunmuşdur. O, məhkəmədə də bildirmişdir ki, o əmək stajına görə pensiya almır. Aldığı yalnız 165 manata yaxın qocalığa görə müavinətdir ki, onunla dolanmaq mümkün deyil. Məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, o pensiya alır və bu səbəbdən mənim alımenti dayandırılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə faktları təhrif etmiş, yalan məlumatlar göstərmişdir. Belə ki, hətta o Azərbacan Respublikası vətəndaşı olmamağı və şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi, onun Azərbaycanda yaşamamağı və bu halların vəkil soğusu il müəyyən olunduğu kimi cəfengiyyatlar yazmışdır. Daha sonra “RİA novostı" agentliyinin məlumatına istinad edən İddiaçı bildirmişdir ki, guya Moskva şəhərində ödənilən pensiyanın minimum məbləği 19500 rubla qaldırılmışdır və bu səbəbdən də iddia təmin edilməlidir. Hesab edir ki, məhkəmə qanunu düzgün tətbiq etməmişdir. Belə ki, alimentin təyin olunmasında hər hansı bir müavinətin alınıb-alınmamasından asılılıq muəyən edilməmişdır.Qanunvenciliyin tələbi ondan ibarətdir ki, maddi vəziyyəti imkan verən şəxs maddi durumu çətin olan ərinarvadın saxlanması üçün aliment ödəməlidir. O, Azərbaycan dilini də bilmir. Rusiya Federasiyasının vətəndaşı kimi aldığı. 165 manat ekvivaletində müavinət ona çatmır, onun ən vacib tələbatlarımı ödəmir. İddiaçı aliment müəyyən olunanda 800 manatdan artıq pensiya alırdı. Hal-hazırda onun pensiyası 1000 manata yaxındır. Məhkəmə qətnamədə xx xxxxxxx 2018-cı il tarixli , 22 saylı "Pensiya regional sosial əlavələrin müəyyən edilməsi məqsədi ilə Moskva şəhərində 2019-cu il üçün pensiya minimum həddi haqqında” Qanuna görə pensiyaçının yaşayış minimumumu 12115 rubl məbləğində müəyyən edildiyinə istinad edir. Məhkəmənin onun Moskva şəhərində pensiya almağı qənaətinə gəlməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamədə istinad olunan X4 vilayəti üzrə Pensiya Fondunun dövlət müəssisəsi-şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 15/3732 saylı məktubda qeyd olunmuşdur ki, regional arxiv məlumat bazasının məlumatlarına əsasən o, Vladimir vilayəti, Milenki rayonu X14 Müəssisəsində pensiya almış, bu pensiya xx xxxxxx 2013-cü il tarixdən Moskva şəhərinə köçməyi ilə əlaqədar olaraq dayandırılmışdır. Onun Moskva şəhərində hər hansı bir pensiyanı almağı barədə heç bir məlumat və sübut olmadığı halda, məhkəmə belə bir təsəvvür yaratmışdır ki. guya o Moskva şəhərində pensiya alır.Pensiya almaq üçün Moskva şəhərində daimi olaraq yaşamaq və əmək pensiysı almaq lazımdır. O, hal-hazırda cəmi 6328 rubl sosial müavinət alır, bu da 165 manat pul təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi X8 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, izahatları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın qismən təmin olunması hissəsində ləğv olunmalı, iddia həmin hissədədə rədd olunmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)- 5186/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X6 qarşı iddia tələbləri qismət təmin edilərək, cavabdeh X3 hər ay 180 manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulma müddətinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə Cavabdeh iddiasını qismən təmin edərkən, sonuncunun işləməməsinə və əmək pensiyası almamasına istinad etmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin istinad olunan qətnaməsi ilə qüvvədə saxlanılmış, eyni zamanda Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Cavabdeh əmək kitabçasının surətindən görünür ki, o, xx xxxxxx 1975-ci il tarixdən başlayaraq xx xxxxxx 1992-ci il tarixədək Rusiya Federasiyasının müxtəlif şəhərlərində muxtəlif işlərdə işləmişdir. Vladimir vilayəti, Milenki rayonu X11 Müəssisəsi tərəfindən verilmiş Cavabdehnin pensiya vəsiqəsindən görünür ki, ona Rusiya Federasiyasının “Əmək pensiyaları haqqında” və “Dövlət pensiya təminatı haqqında” Qanunlarına əsasən xx xxxx 2009-cu il tarixdən başlayaraq qocalığa görə pensiya təyin edilmişdir. Vəsiqədə aparılmış qeyddən görünür ki, həmin pensiyanın məbləği sonuncu dəfə xx xxxxxx 2016-cı il tarixdə artırılaraq 6328,64 rubl məbləğində müəyyən edilmişdir. X4 vilayəti üzrə Pensiya Fondunun dövlət müəssəsi-şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 15/3732 saylı məktubdan müəyyən olunur ki, regional arxiv məlumat bazasının məlumatlarına əsasən Cavabdeh Vladimir vilayəti, Milenki rayonu X11 Müəssisəsi tərəfindən pensiya almışdır. xx xxxxxx 2013-cü il tarixdən Moskva şəhərinə köçməsi ilə əlaqədar olaraq ona pensiyanın ödənilməsi dayandırılmışdır. (əsas:pensiya işinin tələbinə dair xx xxxxxx 2012-ci il tarixli, 204/5-5162 saylı sorğu). Moskva şəhərinin xx xxxxxxx 2018-ci il tarixli, 22 saylı “Pensiyaya regional sosial əlavələrin müəyyən edilməsi məqsədi ilə Moskva şəhərində 2019-cu il üçün pensiyaçının yaşayış minimumu həddinin müəyyən edilməsinə dair” Qanununa əsasən 2019-cu il üçün Moskva şəhərində pensiyaçılar üçün yaşayış minimumu 12115 rubl (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 317,40 manat təşkil edir) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X16 yanında X10 idarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 2986 saylı arayışdan görünür ki, X3 müvafiq icra sənədinə əsasən bu günədək 1818 manat məbləğində aliment tutulmuşdur. 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli 19022950 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X12 1 saylı ərazi şöbəsindən heç bir növdə əmək pensiyası almır. 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli 19022950 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X12 1 saylı ərazi şöbəsindən heç bir növ sosial müavinət və təqaüd almır. Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X16 yanında X10 idarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 06/03 nömrəli sorğuya verilmiş xx xxxxxx 2020-ci il tarixli **********2 nömrəli cavab məktubundan görünür ki, xx xxxxxxxx 1955-ci il təvəllüdlü İddiaçıya İdarə tərəfindən hər ay 980,87 manat məbləğində yaşa görə əmək pensiyası ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.4-cü maddəsinə əsasən ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad)aliment ödəməyi tələb etmək hüququna malikdir. Maddə 86-cı madəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin “Cavabdeh xeyrinə alimentin tutulması, məhkəmə qərarı ilə aliment müəyyən edildikdən sonra cavabdehin Rusiya Federasiyasında aliment alması və maddi yardıma ehtiyac olmamasının müəyyən olunması”na dair mövqeyi ilə razılaşmır. Belə ki, Moskva şəhərinin xx xxxxxxx 2018-ci il tarixli, 22 saylı “Pensiyaya regional sosial əlavələrin müəyyən edilməsi məqsədi ilə Moskva şəhərində 2019-cu il üçün pensiyaçının yaşayış minimumu həddinin müəyyən edilməsinə dair” Qanununa əsasən 2019-cu il üçün Moskva şəhərində pensiyaçılar üçün yaşayış minimumunun 12115 rubl (Azərbaycan manatı ilə 317,40 manat) məbləği təşkil etməsi cavabdehin həmin məbləği alması demək deyil. İşin hallarından da görünür ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı cavabdehin Moskva şəhərində 12115 rubl (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 317,40 manat təşkil edir) məbləğindən az olmamaqla pensiya alması sübuta yetirilməmişdir. Həmçinin Kollegiya işin apelyasiya baxışı zamanı iddiaçıya cavabdehin Rusiya Fedarasiyasının qanunvericiliyinə müvafiq pensiya aldığını sübut edən dəlilləri məhkəməyə təqdim etməsini təklif etsə də, iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Vladimir vilayəti, Milenki rayonu X11 Müəssisəsi tərəfindən verilmiş Cavabdehnin pensiya vəsiqəsindən görünür ki, ona Rusiya Federasiyasının “Əmək pensiyaları haqqında” və “Dövlət pensiya təminatı haqqında” Qanunlarına əsasən xx xxxx 2009-cu il tarixdən başlayaraq qocalığa görə müavinət təyin edilmiş və vəsiqədə aparılmış qeyddən görünür ki, həmin müavinətin məbləği sonuncu dəfə xx xxxxxx 2016-cı il tarixdə artırılaraq 6328,64 rubl məbləğində müəyyən edilmişdir. (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 158,83 manat təşkil edir) Cavabdeh izahatında da həmin pensiyanın artırıldığını və hal-hazırda 165 manat olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 4934/2019 nömrəli qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv olunsun. İddia həmin hissədə rədd olunsun. Qətnamə qalan hissədə dəyişirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1003/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1003/2020
20.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver