Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10033/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)-3293/2021 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m iimumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) ipoteka qoyulmasına dair 25.02.2011-ci il tarixli, İPİ 48/8-AZN nömrəli və 04.08.2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələrinə xitam verilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri- yaşayış binasına (mağaza) dair sənədlərin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli, 2(067)-843/2013 saylı qətnaməsinə əsasən, ipoteka qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25 fevral 2011-ci il tarixli, 48/8-AZN saylı kredit müqaviləsi üzrə 112965,13 (bir yüz on iki min doqquz yüz altmış beş manat, on üç qəpik) manat əsas, 15707,26 (on beş min yeddi yüz yeddi manat, iyirmi altı qəpik) manat faiz. 100 (biryüz) manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit müqviləsi (səkkiz min altı yüz əlli səkkiz manat oyuz bir qəpik) manat faiz, 50 (əlli) manat cərimə, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı Ağadadş qızma verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas. 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli, 2(067)- 843/2013 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Xaçmaz rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli, 2(067)- 843/2013 saylı İcra vərəqəsinə əsasında Xaçmaz rayon İcra və Probasiya şöbəsi 09.12.2013-cü il tarixli, 1468/2013 saylı Sifariş məktubu vermiş və ipoteka predmetinin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı qızma məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manat məbləğində müəyyənləşdirilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 19.12.2018-ci il tarixli, 3677/06 saylı Sifariş məktubuna əsasən ipoteka predmetinin açıq hərracdan satılması və hərracın keçirilməsi “X2" MMC-yə (yeni adı “Capitah Auction" MMC) həvalə edilmişdir, “X2" MMC tərəfindən 28.01.2019-cu il tarxində ipoteka predmetinin ilkin satış qiyməti 380.000 (üç yüz səkkəsn min) manat olmaqla birinci hərracı keçirilmişdir. Lakin iştirakçı olmadığından hərrac baş tutmamışdır. Bundan sonra “X2” MMC (yeni adı "xxxx" MMC) tərəfindən 18.02.2019-cu il tarxində ipoteka predmetinin ilkin satış qiymətindən 15% az olmaqla yəni 323.000 (üç yüz iyirmi üç min) manat olmaqla ikinci hərrac keçirilmişdir. Lakin alıcı olmadığından hərrac baş tutmamışdır. Bununla bağlı “Kaspi” qəzetində elan dərc olunmuşdur. İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi. 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) təkrar hərracdan satılmadığından “X2” MMC (yeni adı “Capitals Auction" MMC) tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətlə ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuşdur. “X2” MMC-nin (yeni adı "xxxx" MMC) Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 11.11.2020-ci il tarixli, 513 nömrəli məktubundan görünür ki, ipoteka saxlayan bu təklifi qəbul etmədiyindən “X2” MMC (yeni adı "xxxx" MMC) tərəfindən “İpoteka haqqında" Azərbaycan Respubikasının Qanununun 43.8-ci maddəsinə əsasən sənədlər toplusu Xaçmaz rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. Onu da qeyd etməliyik ki, həmin ipoteka predmetinin ipoteka saxlayan Cavabdeh1 ASC” tərəfindən əldə olunması barədə məlumat əldə etmək üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən ipoteka saxlayana məktub ünvanlanmışdır. Həmin məktuba cavab olaraq, ipoteka saxlayan tərəfindən “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1.10-cu maddəsinə əsasən, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərarın qəbul edilməsi xahiş olunmuşdur. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 19.01.2012-ci il tarixli, 3677/13 saylı qərarına əsasən icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)-3293/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 25.02.2011-ci il tarixli, İPİ 48/8- AZN nömrəli və 04.08.2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələri əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasına (mağaza) dair ipotekaya xitam verilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi qət olunmuşdur. Cavabdeh LPO Cavabdeh1 ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)-3293/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, göründüyü kimi, məhkəmə hesab etmişdir ki, ipoteka saxlayan qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməmişdir. Bank hərracın keçirilməsi barədə məlumatlı olmamışdır. Məhkəmə işə qeyri obyektiv baxaraq qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən də məhkəmənin qəbul etdiyi qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, LPO “Dəmirbank" ASC-yə “X2” MMC tərəfindən, nə də ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən əmlakın alınmasına dair hər hansı təklif məktubu daxil olmamışdır. İddia irəli sürən tərəf iddia tələbini əsaslı və mötəbər sübutlarla əsaslandırmalıdır, lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan məsələlər məhkəmənin diqqətinə çatdırılaraq bildirilmişdir ki, bankın əmlakı əldə etməyə heç bir etirazı olmayıb və bununla bağlı qanuni prosedurları həyala keçirmişdir. Bundan əlavə, əmlakın hərracdan satışı zamanı fərq yarandığından və borclu şəxs ödənişə cəlb edildiyi üçün bank tərəfindən 27.11.2020-ci il tarixində Xaçmaz rayon İcra Şöbəsinə “İcra haqqında” AR Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair müvafiq məktubla müraciət edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Bank hərracdan məlumatlı olmuşdur. Bununla bağlı hazırkı mərhələdə sübut təqdim etmək istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər LPO Cavabdeh1 ASC, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Xaçmaz rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, ipoteka qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25 fevral 2011-ci il tarixli, 48/8-AZN saylı kredit müqaviləsi üzrə 112965,13 manat əsas, 15707,26 manat faiz, 100 manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit müqaviləsi üzrə isə 82031,97 manat əsas, 8658,31 manat faiz, 50 (əlli) manat cərimə, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı Ağadadş qızına verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. 27 mart 2014-cü il tarixli 14-202 №-li əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı məxsus olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasının bugünkü günə qiyməti 380000 manat təşkil edir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 28 dekabr 2018-ci il tarixli 20/123 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasını 380.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 28 yanvar 2019-cu il tarixə saat 11-00a təyin edilmişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 05 fevral 2019-cu il tarixli, 20/123-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasını 323000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 fevral 2019-cu il tarixə saat 11-00-a təyin edilmişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 11.11.2020-ci il tarixli 513 nömrəli məktubundan görünür ki, Sizin 3677/06 nömrəli, 17.12.2018-ci il tarixli sifarişinə əsasən X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0.04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası açıq hərracda satılmasına dair Xaçmaz rayon Məhkəməsi 2(067)-843/20l3 saylı 08.07.2013-cü il tarixli icra vərəqəsi “X2” MMC-yə göndərilmişdir. X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası 28.01.2019 -ci il tarixində ilkin satış qiyməti 380000 manata, 18.02.2019-ci il tarixində ilkin satış qiyməti 15% endirimlə 323000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində elan dərc olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-cü maddəsinə əsasən sənədlər toplusu Xaşmaz rayon icra və Probasiya Şöbəsinə qaytarılır. LPO Cavabdeh1 ASC tərəfindən 28 dekabr 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Şöbənin icraatında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-843/2013 saylı, 08 07 2013 cü il tarixli icra sənədinə əsasən ipoteka predmetı olan tələbin yönəldildiyi İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 2 mərtəbə 570 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) açıq hərrac vasitəsi ilə satılaraq əldə edilmiş vəsait hesabına cavabdehin LPO "xxxx" ASC-yə olan borcunun odənilməsi qərara alınmışdır. Yaranmış zərurətlə əlaqədar olaraq “İcra haqqında" AR Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2021-ci il tarixli icraatın dayandırılması haqqında qərarın surətindən və məzmunundan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı sənədi üzrə icraat dayandırılması qərara alınmışdır. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2019-cu il tarixli, 244 №-li LPO Cavabdeh1 ASC-yə ünvanlanmış məktubdan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 3677/06 nömrəli, 17.12.2018-ci il tarixli sifarişinə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair Xaçmaz rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı icra vərəqəsi “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası 28.01.2019-cu il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 380000 manata, 18.02.2019-cu il tarixdə təkrar hərracda 15% endirimlə 323000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində 20.02.2019-cu il tarixində elan dərc olunmuşdur. Bildiririk ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7 maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin öyrənilməsi üçün kifayət qədər oldun. Xahiş edirlir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsini nəzərə alaraq, hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirəsiniz. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2019-cu il tarixli, 244 №-li LPO Cavabdeh1 ASC-yə ünvanlanmış məktubun LPO Cavabdeh1 ASC-yə çatdırılması iş materialları ilə müəyyən olunmur. “Kaspi” qəzetinin 28 dekabr 2019-cu il tarixli, 03 yanvar 2020-ci il tarixli, 034 nömrəli qəzetinin surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyriyaşayış binasına dair 28 yanvar 2019-cu il tarixdə keçirilmiş hərracı baş tutmamışdır. “Kaspi” qəzetinin 20 fevral 2019-cu il tarixli, 034 nömrəli qəzetinin surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasına dair 18 fevral 2019-cu il tarixdə keçirilmiş hərracı baş tutmamışdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki,mübahisəli qeyri-yaşayış sahəsi İcra Şöbəsinin sifarişi ilə 380.000 manat ilkin satış qiyməti ilə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraca çıxarılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İcra Şöbəsinin sifarişi ilə 380.000 manat ilkin satış qiyməti ilə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraca çıxarılmışdır. Qeyri-yaşayış sahəsi ilkin və təkrar keçirilən hərracdan satılmadığı üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələbinə uyğun olaraq həmin əmlak 26.02.2019-cu il tarixli məktubla Banka təklif olunmuşdur. Əmlakın əldə olunması üçün “İpoteka haqqında” Qanunla müəyyən edilmiş 30 günlük müddət başa çatmamış, yəni 21.04.2017-ci il tarixdə Bank qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinə dair protokolların ləğv edilməsi barədə iddia qaldırmış, həmin iddia Nərimanov rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olmuş, son nəticədə Nərimanov rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, Bank, “İpoteka haqqında” Qanun ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış ipoteka predmetinin təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində qeyri-yaşayış sahəsinin əldə edilməsi barədə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müvafiq müqavilə bağlamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, Məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Əvvəla qeyd olunmalıdır ki, hərrac 2019-cü ildə aparıldığı halda, məhkəmə mövcud olmayan 21.04.2017-ci il tarixdə Bankın qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinə dair protokolların ləğv edilməsi barədə iddia qaldırması, həmin iddianın Nərimanov rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi, həmin işin apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olması, son nəticədə Nərimanov rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Göründüyü kimi, hərrac təşkilatçısı olan “X2” MMC qanunun tələblərinə riayət etməmiş, ipoteka saxlayana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görməmişdir. Belə ki, iş materiallarında olan hərrac təşkilatçısı tərəfindən məhkəməyə göndərilmiş sənədlərin surətlərindən (i/v 62-80) görünür ki, hərracla bağlı bildirişlər ipoteka saxlayana göndərilməmiş, iş materiallarında bunu təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin, təkrar hərrac baş tutmamış elan edildiyi halda, ipoteka predmeti ipoteka saxlayana təklif olunmamış, bunu təsdiq edəcək heç bir sübut mövcud deyildir. Apellyasiya mərhələsində iddiaçı tərəf hərracla bağlı bildirişlərin göndərilməsinə heç bir aidiyyatı olmayan hərrac təşkilatçısının adından məktub və teleqram təqdim etsə də, məhkəmə kollegiyası həmin sənədləri iddiaçının özü üçün yeni sübut əldə etməsinə cəhd kimi qiymətləndirərək, MPM-nin 371-ci maddəsinə əsasən həmin sənədi qəbul etməmişdir. Digər tərəfdən hərrac təşkilatçısı hərracla bağlı məhkəməyə göndərdiyi sənədlərdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2019-cu il tarixli, 244 №-li LPO Cavabdeh1 ASC-yə ünvanlanmış məktubunu əlavə etsə də, həmin məktubun LPO Cavabdeh1 ASC-yə göndərilməsi və Bankın hərracın baş tutmamasından məlumatlı olması müəyyən olunmur. Kollegiya qeyd edir ki, hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir və Bank hərracın keçirilməsindən məlumatlı olmalıdır. Göründüyü kimi, məhkəmə iddianı mübahisələndirilən hissədə təmin edərkən, düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)-3293/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10033/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10033/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver