Məhkəmə qərarları › İş №2(103)-10059/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10059/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10059/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçının nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızının Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 oğlunun iştirakları ilə, İddiaçı X2 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(003)-618/2020 saylı qətnaməsindən iddiaçı X1 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12.07.2013-cü il tarixli, 4-Ə-01/1048 reyestr nömrəli alğı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, 12.07.2013-cü il tarixli, 4-Ə-01/1048 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 30.07.2013-cü il tarixdə Cavabdeh2 İsmayl oğlunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeydin və çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 onun anasıdır. Anası anadangəlmə dərin əqli zəifliyin, nitqin qüsuru ilə müşahidə olunan xəstəliyi ilə doğulmuşdur və hazırda birinci qrup əlildir. O, ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Bu səbəbdən Xətai rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli 2(011)-73/2017 saylı qətnaməsi ilə anası X6 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2017-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli 2(011)- 73/2017 saylı qətnaməsindan maraqlı şəxs Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməyərək, Xətai rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli 2(011)-73/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.04.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsı Mülki Kollegiyasının 291030–10202/2017 saylı, 01.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti başçısının 12.07.2017-ci il tarixli 201 saylı Sərəncamdan çıxarışdan da göründüyü kimi o fəaliyyət qabiliyyəti olmayan anası X1 üzərində qəyyum təyin edilmişdir. Anası və o artıq uzun illərdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilində yaşayırıq, mübahisə predmeti olan mənzildə pasport qeydiyyatında olmuşlar. Bir neçə il bundan öncə dayısı Cavabdeh1 X6 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair ilk iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, dayısı Cavabdeh1 anası X1psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan, öz hərəkətlərinin mənasını başa düşməyən doğma bacısının adından 22.01.2013-cü il tarixdə etibamamə almış və ona 11.08.2014-cü il tarixdə mübahisə predmeti olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Sözügedən mənzil babasının mülkiyyətində olmuşdur. Valideynləri ailə qurduqdan sonra babası mübahisəli mənzili yaşamaq üçün onlara vermişdir. O, həmin mənzildə anadan olmuş və anası ilə birlikdə bu günədək həmin mənzildə yaşayır. Babası vəfat etdikdən sonra nənəsi həmin mənzili özəlləşdirmiş və vəsiyyətnamə ilə anası və ona vəsiyyət etmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin 30 saylı mənzilində yaşamalarına, mübahisə predmeti olan mənzildən istifadə hüquqularının olmasına və həmin mənzildə pasport qeydiyyatında olmalarına baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 razılıqları olmadan, onlardan xəbərsiz mənzili özəlləşdirmişdir. Bütün yuxarıda göstərilən xüsusatlara istinadən onlar həmin iş üzrə qarşılıqlı iddia verərək, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilə köşürülmələri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi və sözügedən mənzilə köçürülməyi barədə qatnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(011)- 1472/2017 saylı qətnaməsi ilə Cavabdeh1 X5 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarma dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 Cavabdeh1 verdiyi 22.01.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli etibamamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilinin özəlləşdirilməsi etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə dair verilmiş 11.08.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, X5 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bu qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 nümayəndəsi X14 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddia tələbənin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 186/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov llqar Məhərrəm oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(011)- 1472/2017 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 (apellyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzildən əlavə nənəsi İsmayılova X16 məxsus Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsi, Əncirli bağlar massivində yerləşən 963 saylı bağ sahəsi olmuşdur. Nənəsi İsmayılova X17 08.01.1997-ci il tarixdə Bakı şəhəri 36 saylı dövlət notariat kontorunda 2B-İ-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsində özünə məxsus bütün əmlakları, eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsi, Əncirli bağlar massivində yerləşən 963 saylı bağ sahəsini ünvan 1 ünvanında yaşayan anası xx.xx.1960-cı il təvəllüdlü X3 və ünvan 2 ünvanında yaşayan xalası X9 vəsiyyət etmişdir. Xətai rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 12.07.2017-ci il tarixli, 201 saylı sərəncama əsasən anası xx.xx.1960-cı təvəllüdlü X2 üzərində qəyyum təyin edildikdən sonra tərəfindən ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, 05/01-i-69/13 saylı, 07 noyabr 2017-ci il tarixli məktub ilə 08 yanvar 1997-ci il tarixdə 2B-İ-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə məlumat olmadığı, vəsiyyətnamənin arxivdə olduğu bildirilmiş və sözügedən vəsiyyətnamənin dublikatı təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladıqları ərizəyə verilmiş cavab məktubunda görünür ki, Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsi olan 963 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X8 və İstismar Birliyi ilə X5 (sənəddə olduğu kimi) arasında 23.l2.l997-ci il tarixli, 5667 nömrəli müqavilə bağlanmışdır. Sözügedən torpaq sahəsinin 0.11 ha hissəsi icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X7 adına keçirilmiş və həmin bağ sahəsinə 963A ünvanı verilmişdir. Daha sonra Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsinin 0,10 ha hissəsinin icarəyə verilməsinə dair keçmiş X8 və İstismar Birliyi ilə X5 arasında 26.07.2002-ci il tarixli, 5667 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında isə Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi X1 adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bu isə təsdiq edir ki, sözügedən 963 nömrəli bağ sahəsi həqiqətən də xüsusi mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur. Lakin ərizədən ona belə məlum olmuşdur ki, sözügedən bağ sahəsi 12.07.2013-cü il tarixdə, yəni Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 adından Cavabdeh1 22.01.2013-cü il tarixli 7E/02-167O reyestr nömrəli etibarnamə verilməsindən cəmi 6 ay sonra Cavabdeh1 tərəfindən həmin bağ sahəsinin 0.093802 hektardan ibarət olan hissəsi Bakı şəhərinin notariusu Əli.A.Hüseynov tərəfindən təsdiq edilmiş 12.07.2013-cü il tarixli 4-Ə-01/1048 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirilmişdir. Artıq qeyd etdiyi kimi Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə X1 Cavabdeh1 Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda verdiyi 22.01.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli etibarnamə etibarsız hesab olunmuşdur. Bakı şəhəri Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi isə həmin etibarnamə əsasında 12.07.2013- cü il tarixdə özgəninkiləşdirilmişdir. Odur ki, göstərilən əsaslara görə hesab edir ki, 12.07.2013-cü il tarixdə satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi də etibarsız hesab olunmalı, 12.07.2013-cü il tarixli 4Ə- 01/1048 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasən 30.07.2013-cü il tarixdə X10 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş qeyd və çıxarış etibarsız hesab edilməli və Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi müqavilədə qeyd olunmuş 0,10 hektar sahə olaraq hüquqi vəziyyətə qaytarılaraq X1 mülkiyyət hüquqları tanınmaqla sahibliyinə verilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(003)-618/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı X1 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu nəticəyə gəlməsində əsas səbəb iddia müddətini ötürülmüş hesab etməsidir. Belə ki, məhkəmənin qənaətincə, işin konkret hallarına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsi tətbiq edilməlidir. (“Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 374.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanılmasına təsir etmiş zorakılığa və ya hədəyə sonqoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər”). İddiaçı həmin zaman Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə dair qanunsuz mənimsəmə həyata keçirildiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsinin də eyni qaydada mənimsənildiyini ehtimal etmişdir. Onun bu iddiası sadəcə bir fərziyyədən ibarət olub, hələ öz təsdiqini tapmamışdır. Dəfələrlə bu barədə Cavabdeh1 suallar ünvanlasalar da, o hər zaman evi öz adına özəlləşdirdiyini, “evin öz əlində olduğunu” deyirdi. Bu səbəbdən də onlar evin həqiqətən satıldığını bilməmişlər, əks halda elə həmin icraatda iddia tələbini artırmaqla bu işə də baxılmasını məhkəmədən xahiş edərdilər. Bundan əlavə, alğı-satqının etibarsızlığının əsasında məhz ilk növbədə, Cavabdeh1 adına verilmiş etibarnamənin etibarsızlığı dayanır ki, yalnız sonuncunun etibarsız hesab edilməsindən sonra hazırkı alğı-satqı müqaviləsi də mübahisələndirilə bilərdi. Belə ki, Xətai rayon Məhkəməsində sözügedən qarşılıqlı iddia ərizəsi təqdim edilərkən, hələ proses davam etdiyindən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından, bu müqavilənin də etibarsız hesab edilməsi üçün müraciət etmək imkanları olmamışdır. Hətta, bundan sonra da Xətai rayon Məhkəməsi tərəfindən ilkin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılsa belə, qanuni qüvvəyə minməmiş və iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bundan başqa, Cavabdeh1 tərəfindən başqa bir apelyasiya şikayəti də verilərək, Xətai rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli 2(011)-73/2017 saylı qətnaməsi ilə “anasıX1 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi” məsələsi mübahisələndirilmiş, bu səbəbdən də paralel olaraq davam edən etibarnamə və mənzilə dair alğısatqı müqaviləsinin etibarsızlığı tələbi üzrə işin baxılması dayandırılmışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.04.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 291030-10202/2017 saylı, 01.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Xətai rayon Məhkəməsinin icraatında olmuş 2(011)-1472/2017 saylı mülki iş üzrə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-186/2018 saylı 06.11.2018- ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(011)-1472/2017 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 (apellyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yalnız sonuncu qətnamə qanuni qüvvəyə mindikdən sonra, 22.01.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli etibarnamə etibarsız hesab edilərək məhkəmə qətnaməsi icra edilmişdir ki, iddiaçı da yalnız bundan sonra digər mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı ehtimal edilən müqavilələri mübahisələndirmək üçün əsas əldə etmişdir. Əks halda, ola bilərdi ki, heç etibarnamə etibarsız hesab edilməsin və yuxarı instansiyalardan hər hansı biri müddətin keçməsi və sair digər əsaslarla bizim tələbimizi təmin etməsin. O halda iddiaçı hansı əsasla alğı-satqı müqaviləsinin etibarsızlığını tələb edəcəkdi?! Göründüyü kimi, bu alğı-satqı müqaviləsini mübahisələndirmək üçün ilk növbədə ona ehtimal etdiyi hüquqi əsasın öz təsdiqini tapması lazım idi ki, bu da yalnız həmin mübahisə ilə bağlı məhkəmə qətnaməsinin qüvvəyə minməsi ilə mümkün idi. Artıq etibarnamə etibarsız hesab edildikdən sonra iddiaçı bağ sahəsinə dair alğı-satqı müqaviləsinin ortaya çıxacağı halda, onun etibarsız olacağını bilirdi. Bundan başqa, iddiaçının qeyd etdiyi kimi, həmin zaman o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsinə dair Cavabdeh1 tərəfindən hər hansı müqavilə bağlandığını yalnız fərz edirdi. Müqavilə olduğu təqdirdə isə, onun nə zaman və harada, hansı əsasla və kimlər arasında bağlanılması kimi məsələlərin heç birindən xəbərdar deyildi. Cavabdeh1 özü isə bu məsələ ilə bağlı iddiaçıya hər zaman bağ sahəsinin özündə olduğunu deməklə əksinə, əmin edirdi. Elə bu səbəbdən də, fərziyyərlərinin həqiqiliyini yoxlamaq və bağ sahəsinin başqasına satılıb-satılmadığını, satıldığı halda, alıcının kimliyini öyrənmək üçün bağ sahəsinin hasarları üzərində yazı yazmaq məcburiyyətində qalmış və bununla diqqət çəkməyə nail olmuşdur. Onların evin satılması və alğı-satqı müqaviləsi barədə məlumatları yalnız evin yeni alıcısı barədə xəbərdar olduqdan sonra olmuşdur. Eyni zamanda, mümkün alğı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola biləcək hüquqi fakt yalnız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-186/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra yaranmışdır. Bu səbəbdən də iddia müddətinin daha öncəki tarixdən başlanılaraq hesablanması formallıqdan başqa bir şey olmayıb, qanunun və hüququn ədalət prinsipinə tam ziddir. Belə ki, iddiaçı biixtiyari olaraq, yəni öz iradəmizdən kənar şəkildə bu qədər müddət gözləməli və həqiqətən də etibarnamənin etibarsız hesab edilməsini təmin etməli olmuşdur. Əks halda, iddiaçı alğı-satqı müqaviləsinin olduğunu aşkara çıxarsa belə, onun etibarsızlığı üçün hər hansı bir əsası olmayacaqdı. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1740/2021 nömrəli, 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(003)- 618/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1740/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hazırki apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş lazımi qaydada məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla sədrlik edənin məruzəsini, iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan AZ-İİİ 382623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1997-ci ildə doğulmuşdur. Atası Cavabdeh1 Əkbər oğlu, anası X4r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli, 2(011)- 73/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti başçısının 12.07.2017-ci il tarixli, 201 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı2 həmin ünvanda qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan anası X2 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.12.2019-cu il tarixli, **********92 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi 12.07.2013-cü il tarixli, 4-Ə-01/1048 nömrəli alğı-satqı müqaviləsinə əsasən 30.07.2013-cü il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ünvan 8 ünvanladığı 10.03.2020-ci il tarixli, 447 nömrəli məktuba əlavə edilmiş notariat işindən görünür ki, X6 adından Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 22.01.2013-cü il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi 12.07.2013-cü il tarixli, AN-ı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisinin notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 06.07.2013-cü il tarixli, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi X2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisinin notariat işində olan X6 adından Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 22.01.2013-cü il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 ərizəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsini Cavabdeh2 30000 manata satılması barədə razılaşma olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisinin notariat işində olan mədaxil orderindən görünür ki, Cavabdeh2 30000 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 03.03.2020-ci il tarixli, **********82 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30.07.2013-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 02.11.2018-ci il tarixli, 2(103)- 186/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair, qarşılıqlı iddia üzrə iddiaçı və İddiaçı1 qəyyumu İddiaçı2 qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov llqar Məhərrəm oğluna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı İddiaçı1 Cavabdeh1 verdiyi 22.01.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli şəhadətnamənin, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinin özəlləşdirilməsinin, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab olunmasına və Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinə köçürülmələrinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekt 34 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş İddiaçı1 Cavabdeh1 verdiyi 22.01.2013-cü il tarixli, 7E/02-1670 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 39 saylı mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 34 saylı evin, 30 saylı mənzilinə dair verilmiş 11.08.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xətaı rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehlərə qarşı iddia qaldırmağa subyektiv hüququ olsa da, tələb üçün qanunla müəyyən olunmuş 1 (bir) illik iddia müddətini üzürsüz səbəbdən buraxmışdır. Belə ki, mülki işin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 02.11.2018ci il tarixli, 2(103)-186/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı mülki iş üzrə məhkəmə mübahisəsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsinin hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh1 tərəfindən satıldığından xəbər olmuşdur. Belə ki, sözügedən qətnamədə qarşılıqlı iddia tələbinin əsasladımasında qeyd edilmişdir ki, “Cavabdeh1 anasının adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsində mənimsəyərək satmışdır”. Hazırkı iddianın irəli sürülməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti keçmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə yazılı ərizə verərək iddia müddətinin tətbiq edilməsini tələb etmişdir. İş üzrə Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, İddiaçı1 qardaşı Cavabdeh1 adına etibarnamə verərkən anlaqsız vəziyyətdə olmuş və sonuncu həmin etibarnamə əsasında, yuxarıda qeyd olunduğu kimi, həm mənzili özəlləşdirmiş, həm də bağ evini başqasına satmışdır. İşdən həmçinin görünür ki, İddiaçı1 tərəfindən 22 yanvar 2013-cü il tarixli etibarnamə verilərkən bağ sahəsi onun mülkiyyətində olmamışdır. İddiaçı1 bağ sahəsinə olan mülkiyyət hüququ 06 iyul 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin etibarnamədə, onun verilməsindən sonra yaranacaq mülkiyyət üzərində sərəncam vermək hüququnun başqasına etibar edilməsi nəzərdə tutulmamışdır. Göstərilən vəziyyətdə mübahisənin ədalətli və qanuni həlli üçün əhəmiyyət kəsb etməsini nəzərə alaraq kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında şərh olunmuş hüquqi mövqeyini diqqətə çatdırmağı zəruri hesab edir. Beləkilə hazırki apellyasiya baxışı zamanı müəyyən olundu ki, iş materiallarından görünür ki, İddiaçı1 Cavabdeh1 verdiyi 22 yanvar 2013-cü il tarixli etibarnamə əsasında həm yaşadıqları mənzili öz adına özəlləşdirmiş, həm də həmin etibarnamə əsasında İddiaçı1 mülkiyyətində olan bağ evini Cavabdeh2 satmışdır. Tərəflərin yaşadıqları mənzili İddiaçı1 verdiyi etibarnamə əsasında Cavabdeh1 öz adına özəlləşdirdikdən sonra bacısına və onun qəyyumuna qarşı kompensasiya verilməklə mənzildən çıxarılma tələbi barədə məhkəmədə iddia qaldırmış, İddiaçı1 və qəyyumu isə 22 yanvar 2013-cü il tarixli etibarnamənin, Cavabdeh1 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməklə mənzilə köçürülmələri barədə qarşılıqlı tələb irəli sürmüşlər. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. Həmin iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə aparılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 18 avqust 2018-ci il tarixli rəyi ilə İddiaçı1 18 yaşına çatanda əqli inkişafının geriliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında olmaması müəyyən olunmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı1 qardaşı Cavabdeh1 adına etibarnamə verərkən anlaqsız vəziyyətdə olmuş və sonuncu həmin etibarnamə əsasında, yuxarıda qeyd olunduğu kimi, həm mənzili özəlləşdirmiş, həm də bağ evini başqasına satmışdır. İşdən həmçinin görünür ki, İddiaçı1 tərəfindən 22 yanvar 2013-cü il tarixli etibarnamə verilərkən bağ sahəsi onun mülkiyyətində olmamışdır. İddiaçı1 bağ sahəsinə olan mülkiyyət hüququ 06 iyul 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə iddia müddətini tətbiq edib iddianı rədd etməklə məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. İddia tam əsaslı olmaqla təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.10-cu bəndində göstərilmişdir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(003)- 618/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsinin 12.07.2013-cü il tarixli, 4-Ə-01/1048 reyestr nömrəli alğı-saqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aprılmış qeyddiyyat və onun adına verilmiş 30.07.2013cü il tarixli, seriya RX ******* nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar