Məhkəmə qərarları › İş №2(103)-10060/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10060/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10060/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh ASC, Maraqlı şəxs1MMC, AR ƏMDK yanında DƏDRX-in Yevlax Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh ASC, Maraqlı şəxs1MMC, AR ƏMDK yanında DƏDRX-in Yevlax Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun, yəni İddiaçı arasında bağlanmış 04.07.2007-ci il tarixli, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzilinə aid ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH ******* №-li Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 23.06.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzili 23.06.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. Üç övladı var. X2 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkir. Üç nəfər uşağa tək ana kimi validenlərinin köməkliyi ilə baxır. Yeganə əmlakı Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzilidir. Qohumu (qaynı) Əliyev Etibar Balakişi oğlu sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əliyev Etibar Balakişi oğlu 20.07.2009-cu il tarixdə vəfat etmişdir. X2 on bildirmişdir ki, Etibar Əliyev Cavabdeh ASC-dən kredit götürür mülkiyyətində olan daşınmaz əmlakları yetərli deyil, bu səbəbdən o, da mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzilini onun kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoysun, heç bir problem olmaz, krediti vaxtı-vaxtında ödəyəcəkdir, bundan başqa onsuz da o, öz əmlaklarını ipotekaya qoymuşdur. Öz əmlaklarını satsa, kredit borcunu artıqlaması ilə ödəyəcəkdir. İddiaçı da razılaşmış, fikirləşmişdir ki, həqiqətən Əliyev Etibar Balakişi oğluna istədiyi qaydada kredit verilsə, yaxşı sahibkardır, vaxtı-vaxtında da krediti ödəyəcəkdir. Həqiqətən də o, 04.07.2007-ci il tarixli ipoteka müqaviləsi imzalayaraq mülkiyyətimdə olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzili kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC-niıı qarşısında yüklü edilməsinə razılıq vermişdir. X12 Balakişi oğlunun həqiqətən də kredit götürməsini və yaxud da hansı məbləğdə kredit verilməsindən məlumatı olmamışdır. Mənzilinin veriləcək pulun təminatı olaraq 21 may 2012-ci il tarixdək Cavabdeh ASCilə öhdəlik qarşısında yüklü olacağını bilmişdir. Müqavilələr bağlandıqdan iki il sonra Əliyev Etibar Balakişi oğlu avtomobil qəzasında vəfat etmiş, eşitdiyinə görə onun sahibkarlıq fəaliyyəti dayanmışdır. Fəaliyyətini arvadı X8 "xxxx" MMC-nin direktoru kimi davam etdirmişdir. Əliyev Etibar Balakişi oğlunun kredit borcunun olub-olmaması və yaxud da kreditin tam ödənilib-ödənilməınisindən məlumatı olmayıb. 2013-cü ilin oktyabr ayının əvvəllərinə ona Mingəçevir Şəhər Məhkəməsindən bildiriş və iddia ərizəsi gəlmişdir. Bundan sonra uzun-uzadı məhkəmə çəkişmələri başlamışdır. İddiaçı Cavabdeh ASC cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, X4 qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi. Əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X7 isə cavabdehlər Cavabdeh ASC-yə, "xxxx" MMC-yə və ona İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə "xxxx" MMC-nin direktoru Əliyev Etibar Balakişi oğlu arasında 21.05.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Əliyev Etibar Balakişi oğluna Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə un və un məmulatlarının istehsalı və yeni tipli un dəyirmanının tikintisi məqsədi ilə 60 ay müddətinə, illik 7 % olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 30.05.2007-ci il tarixdə və 04.07.2007-ci il tarixində ipoteka müqavilələri bağlanaraq, X4 tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsində yerləşən 27 saylı yaşayış binası, Əliyev Etibar Balakişi oğluna tam mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və İddiaçı qızma tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Nizami küçəsi bina 5 mənzil 42 ipoteka ilə yüklənmişdir. Bunlardan əlavə verilmiş kreditin təminatı kimi 30 may 2007-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən PXS çörəkbişirmək üçün 10 tonluq soba girov qoyulmuşdur. Sonradan 20.07.2009-cu il tarixdə Əliyev Etibar Balakişi oğlu rəhmətə getmiş və əmrlə MMC-nin işlərini rəhbər kimi X8 aparmşdır. X13 Balakişi oğlu və sonradan "xxxx" MMC-nin icraçı direktoru olan X8 21.05.2007-ci il tarixli kredit müqaviləsinin müddəalarını pozaraq, kredit borcunu və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçı tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi də cavabdeh borcunu ödəməmişdir. Cavabdeh "xxxx" MMC-nin icraçı direktorunun 29.10.2011-ci il tarixli 03 saylı ərizəsinə əsasən kreditə hesablanmış faizlər dayandırılmışdır. Buna baxmayaraq, "xxxx" MMC borcunu bağlamamışdır. Belə ki, 18.09.2013-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin Cavabdeh ASC-nin Mingəçevir filialına əsas və gecikmə borcu 73.977 manat 15 qəpik təşkil edir. Bundan başqa ipoteka predmetinə tutmanın yönəldilməsi barədə DƏDRX-yə ərizə ilə müraciət olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Cavabdeh "xxxx" MMC-nin direktoru X8 məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasını və müstəqil tələb irəli sürən 3-cü şəxs Əliyev-Rəhman Balakişi oğlunun iddiasını qəbul etməyərək, məhkəmədən iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin 150000 manat kreditin onun da baş mühasib olduğu müəssisəyə köçürülməsindən onun xəbəri olmamışdır. Əri vəfat etdikdən sonra müəssisənin direktoru kimi bank işçiləri ona hədə qorxu gəldiklərindən pul ödəməyə başlamışdır. Ancaq başa düşməmişdir ki, həmin pul əslində müəssisəyə köçürülməmişdir. Təkrar ekspertiza zamanı iddiaçı məxaric orderini təqdim etmədiyindən təkrar ekspertiza keçirilə bilməmişdir. Hazırki vaxtadək də bank məxaric orderini təqdim edə bilmir. Çünki əslində həmin kredit müəssisəyə verilməmişdir. O, da məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasının təmin edilməməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsi iddia tələblərini tam sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verdi və 2(051)- 15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, X4 qarşı kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-eü şəxs X3 cavabdehlər Cavabdeh ASC-və, "xxxx" MMC - yə və İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yükliilüyünün ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-yə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 ödədiyi dövlət rüsumu 3-eü şəxs X5 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manat 3-cü şəxs X1 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X6 və İddiaçı müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası OMDK-nm yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMC-nin direktoru X6 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya və kassasiya şikayətləri verdi. Sonda Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Bütün bu proseslərdən Cavabdeh ASC-nin "xxxx" MMCyə kredit borcu verməsi sübut olunmamaışdır. Belə məlum olur ki, onun mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 savlı mənzili verilməyən kreditin təminatı kimi ipotekaya qoyulmuşdur. Qətnamənin qanuni qüvvəsini almağından dörd il müddət keçməsinə baxmayaraq Cavabdeh ASC onun mənzilini özünə qaytarmaq istəmir. Mülkiyyət hüquqlarını pozur. Qətnamədə göstərilən ekspertiza xərclərini uşaqlarının boğazından kəsərək ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 04.07.2007-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarışın ləğv edilməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova). Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC AR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Xətti ilə 150.000 manat məbləğində aldığı vəsaitlə bağlı mübahisə davam etdiyi üçün qətnamə hazırkı vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Bütün bunlarla yanaşı İpoteka müqaviləsi tərəflər arasında qanunda nəzərdə tutulmuş qaydada bağlanmış və müqavilənin etibarsız hesab edilməsinə dair AR Mülki Məcəlləsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Digər tərəfdən müqavilənin etibarsızlığı ilə həmin iddia ərizəsinin verilməsinə dair müəyyən olunmuş 1 il müddətində verilmədiyinə görə Məhkəmə iddianı rədd etməli idi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2940/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Azad İmanov). Həmin qətnamədən narazı qalan Cavabdeh ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-4083/2021 saylı, 07.07.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən: İlqar Xələfov). Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşda da, əsaslandığı hallarla razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, Belə ki, iş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, X4 qarşı kredit borcıı və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predınetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər Cavabdeh ASC-və, "xxxx" MMC-yə və İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumu iddiaçı Cavabdeh ASC-yə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 ödədiyi dövlət rüsumunun 3-cü şəxs X5 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manatın 3-cü şəxs X1 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X6 və İddiaçı müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMC-nin direktoru X6 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin məzmunundan görünüdüyü kimi, 21.05.2007-ci il tarixli 90 saylı kredit müqaviləsi üzrə "xxxx" MMCnə mədaxil edilməsini təsdiq edən kassa məxaric orderi bank tərəfindən təqdim edilə bilmədiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, pulun tutulmasına dair iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-881/2017 saylı, 20.04.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.09.2017-ci il tarixli, 2(102)-6161/2017 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-881/2017 saylı, 20.04.2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-284/2018 saylı, 05.02.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli, 2(102)-5402/2018 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apelyasiya Məhkəməsi MK-nın 29.05.2018-ci il tarixli 2(107)-284/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Əliyev Etibar Balakişi oğlu ilə Cavabdeh ASC arasında bağlanmış 21.05.2007-ci il tarixli 90 saylı kredit müqaviləsinə əsasən Əliyev Etibar Balakişi oğluna sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 7% olmaqla, 5 il müddətinə, 150.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Əliyev Etibar Balakişi oğlu, İddiaçı və Cavabdeh ASC arasında bağlanmış 04.07.2007-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzili İddiaçı tərəfindən öhdəliklərinin icrasının təmini üçün ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, İddiaçı məxsus olan Mingəçevir şəhəri, Nizami küçəsi, bina 5, mənzil 42 Cavabdeh ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində 05.07.2007–ci il tarixdə yüklü edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, əsas öhdəliyin icra edilməsi barədə iddia məhkəmə tərəfindən rədd edildiyindən, onun icrasının təmin edilməsi üsulu olaraq ipoteka əsas məqsədini itirmişdir və daşınmaz əmlak yüklülükdən azad edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da onun gəldiyi nəticəni əsaslandırdığı halla razılaşmır. Belə ki, kollegiya iş materiallarına və Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edir ki, iş materiallarından görünür ki, 21 may 2007-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması məhkəmə qaydasında mübahisələndirilməmiş və müqavilə etibarsız hesab edilməmişdir. Bundan başqa, işdən görünür ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb hazırkı iş üzrə iddiaçının əri Rəhman Əliyev tərəfindən irəli sürülmüş və Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Nə həmin iddia tələbində, nə də hazırkı iddia tələbində ipoteka müqaviləsinin bağlanması zamanı onun etibarsızlığına səbəb ola biləcək hər hansı əsasın olması iddia olunmamış və müəyyən olunmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsində borcun verilməsinin sübuta yetirilməməsi barədə göstərilənlər ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsas verməmişdir. İşdən göründüyü kimi, ipoteka müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə bağlanmış, müqavilənin bağlanmasına iddiaçının həyat yoldaşı Rəhman Əliyev tərəfindən razılıq verilmiş və müqavilə notariatda təsdiq olunmaqla dövlət qeydiyyatına alınmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, borcun tutulması barədə bankın tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunduğundan, ipoteka predmetinin yüklü vəziyyətdə qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu pozuntu müqavilənin etibarsız sayılması ilə deyil, əmlakın yüklülükdən azad edilməsinə imkan verən qanunun tələblərinə əsasən aradan qaldırılmalıdır. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində əmlakın ipoteka yüklülüyü ilə bağlı çıxarışın ləğv edilməsi ilə bağlı tələb qoysa da, lakin iddianın məzmunundan aydın olur ki, iddiaçı əmlakının yüklülükdən azad olunmasını istəyir. Kollegiya hesab edir ki, daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında qoyulmuş yüklülükdən azad edilməsi mahiyyət etibarı ilə iddiaçının iddia tələbinin məzmununa uyğundur və iddia tələbindən kənara çıxma hesab edilməməlidir. Beləliklə, sadalanan xüsusatlara və prosessual qənaət prinsipinə əsasən kollegiya qeyd edir ki, hazırda əsas öhdəlik mövcud olmadığından, iddiaçının əmlakı üzərində yüklülüyün olması mülki qanunvericiliyn mahiyyətinə uyğun deyildir və həmin əmlak yüklülükdən azad edilməlidir. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “Muğan Bank” ACS-nin apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 45.64 kv. m. olan mənzil ipoteka yüklülüyündən azad edilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar