Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-101/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X8, digər vəkili və nümayəndəsi Vəkil2 Zülfiqar oğlunun, Cavabdeh1 vəkili və nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7343/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi və alqı- satqı müqaviləsi əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, O,uzun illər ərzində Cavabdeh1ndə əvvəlcə gözətçi,daha sonra isə həmin müəssisənin sahibi X18 türk iş adamının sürücüsü işləmişdir. Onun razılığı ilə şirkətə məxsus torpaq sahəsinə bitişik sahədə fərdi ev tikərək 2000-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Sabunçü rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-343, 2006 saylı qətnaməsi ilə həmin evə qeydiyyata alınmışlar. Daha sonra onun müraciəti əsasında evin eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 572 saylı sərəncamı ilə yaşadıqları ev hüquqi qeydiyyata alınmışdır. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamı ilə tikmiş olduğu evin 0,18 ha həyətyanı torpaq sahəsi movcud vəziyyətdə onun istifadəsinə verilmişdir. Lakin, 2014-cü ildən başlayaraq iş üzrə Cavabdeh1 rəhbərliyi onları narahat etməyə başlamış, hətta Sabunçu rayon məhkəməsində iddia qaldıraraq yaşadıqları evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Lakin iddia əsassız və qanunsuz olduğundan Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Cavabdeh şirkətə 2,4 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, müəssisənin rəhbərliyi iş üzrə digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi ilə sövdələşərək istifadəmizdə olan torpaq sahəsi də daxil olmaqla cəmi 2,5331 kv.m torpaq sahəsini xx.xx.2011-ci il tarixli,3124 nömrəli alqı-satqı müqaviləsi əsasında almış və mülkiyyətinə keçirmişdir. Alqı-satqını rəsmiləşdirmək üçün cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi 2000-ci ildən yaşadıqları evin yerləşdiyi torpaq sahəsini də plan-sxemə daxil edərək, razılaşdırmaq üçün səlahiyyətli dövlət orqanı olan-Bakı şəhər İcra Hakimiyyətinə deyil, torpaq ayırmaq səlahiyyəti olmayan Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş, 2,5331 kv.m. torpaq sahəsini“ Azər Meqa X11” müəssisəsinə satmışdır.Halbuki, mövcud qanunvericilikdə şəhər rayonu İcra Hakimiyyətlərinə torpaq sahələri ayırmaq və torpaq sahələrinin satılması üçün plansxemlər təsdiq etmək səlahiyyəti verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını, Azərbaycan Respublikası Mülki məcəlləsinin 144.1, 146.1,146.3, 146.8,149.2 və 384.0.4-cü maddələrinin tələblərinin pozulması ilə “X23 və Ağac Ürünləri LTD” şirkəti ilə “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” arasında bağlanmış xx.xx.1999-cu il tarixli 01 nömrəli, “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” ilə “ Aze Başkan Fındık Sənaye LTD “ şirkəti arasında bağlanmış xx.xx.2000-ci il tarixli 09 nömrəli, “ Aze Başkan Fındık Sənaye LTD “ şirkəti ilə “ Azər Meqa X11” şirkəti arasında bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqavilələrinin tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh “ Azər Meqa X11” müəssisəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsinin qismən 1331 kv.m. hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDR Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli reyestrdən çıxarışın da qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7343/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi,Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair xx.xx.2011 – ci il tarixli , 3124 nömrəli müqavilə qismən-1331kv.m. torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli,0242482 nömrəli (qeydiyyat nömrəsi **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə qismən – sərəncamla ayrılmamış 1331kv.m. torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddia tələbi digər şirkətlər arasında bağlanmış xx.xx.1999-cu il tarixli, xx.xx.2000-ci il tarixli və xx.xx.2003-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7343/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7343/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsində Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə istinadən qeyd edir ki, İddiaçı mübahisəli torpaq sahəsində 2000-ci ildə yaşayış evi inşa etmiş, həmin vaxt şirkət mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. 2006-cı il tarixdə isə iddiaçı məhkəmə qərarı ilə yaşadığı ünvana qeydiyyata alınmışdır. DƏDRX tərəfindən şirkətin adına torpaq sahəsinə dair çıxarış verilərkən, iddiaçının istifadəsində olan torpaq sahəsində inşa etdiyi evə hüquqlarının artıq mövcud olması nəzərə alınmamışdır.Məhkəmə qətnaməsini əsaslandırarkən daha sonra qeyd edir ki, xx.xx.2011-ci il tarixli, 3124 saylı torpağın alqı-satqı müqaviləsinin bağlanılması üçün əsas olmuş plan sxemin Sabunçu RİH ilə razılaşdırılması qüvvədə olan qanunvericilik aktları ilə zidiyyət təşkil edir, əsas kimi isə “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə əsasən dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi BŞİH-nin səlahiyyətlərinə aid edilməsi qeyd edilir. Eyni zamanda İddiaçı 2000-ci ildən faktiki istifadəsində olan torpaq sahəsinin xx.xx.2016-cıil tarixli, 378 saylı sərəncamla onun adına rəsmiləşdirilməsi qeyd edilir.Məhkəmə qətnaməsini hüquqi baxımdan əsaslandırarkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2. və 158.4. maddələrinə istinad etmişdir.Apellyasiya şikayətinin əsasları:Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, eyni zamanda məhkəmə tərəfindən iş üzrə iddia müddətinin tətbiqinə, iddiaçının subyektiv hüququnun olub-olmamasına, iddiaçının istinad etdiyi rəsmi sənədlərlə hüquqların yaranması anına, iş üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilən hallara düzgün hüquqi qiymət verməmiş, eyni zamanda sübutları düzgün qiymətləndirməmişdir.Hüquq normalarının faktiki hallara tətbiq edilməsi:Məhkəmə qətnamədə göstərmişdir ki, “X5 Ltd” şirkətinin istifadəsində olmuş torpaq 2.4 ha olmaqla, əvvəlcə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1637 saylı sərəncamı ilə “X23 Ürünləri Ltd” müəssisəsinə ayrılmış, ayrılmış torpaq sahəsinin ölçüləri İnşaat pasportunda olan ayrıc aktında 2.4 ha kimi göstərilmişdir. Ayrılmış torpaq sahəsində Əmlak kompleksi tikintisi aparılmış və xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsi ilə Başkan Qida Sanaye ve Pazarlama Anonim Şirkətinin Bakı Filialına satılmış sonra isə xx.xx.2000-ci ildə aıqı-satqı müqaviləsi əsasında Aze Başkan Findik Sənaye Ltd şirkətinə satılmış və xx.xx.2003-cü il tarixdə Azer Meqa X11 şirkətinin adına ümumi sahəsi 4091.61 kv m olan əmlak kompleksi kimi rəsmiləşdirilmişdi.Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azər Mega X11 şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3124 saylı torpağın alqı-satqı müqaviləsi əsasında cəmi 2,5331 kv m torpaq sahəsi həmin müəssisənin mülkiyyətinə satılmış və bunun əsasında sonuncunun mülkiyyət hüququn təsdiq edən xx.xx.2011-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.Sabunçu rayon məhkməsində iddiaçı Azər Meqa X11 müəssisəsinin cavabdeh İddiaçı qarşı iddiası üzrə xx.xx.2014-cü ildə baxılmış 2(008)-1842/2014 saylı mülki işin materiallarına baxış keçirmiş və iş materiallarına əlavə olunmuş məhkəmə mühəndisliktexniki ekspertizasının xx.xx.2014-cü il tarixli 196685 saylı rəyindən görünür ki, N. Kələntərovun istifadəsində olan torpaq sahəsi və orada inşa olunmuş ev Azər Meqa X11 müəssisəsinə məxsus torpaq sahəsinin ərazisi daxilində yerləşir.Ona görə də mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi faktı müəyyən olunması üçün elspertiza keçirilməsi məqsədə müvafiq hesal edilməmişdir.İlkin olaraq qeyd etmək lazımdır ki, yuxarıda göstərdiyi faktları təsdiq edən iş materiallarında heç bir qanuni sübut vasitəsi olmadığından, bu halları məhkəmədə araşdırmadan iddiaçının iddia ərizəsində göstərdiyi hallan özü tərəfindən araşdırmadan subuta yetirilmiş hal kimi Qətnaməsində göstərmişdir və bu səbəbdən bundan sonra tətbiq etdiyi maddi hüquq normaları tətbiq edilməməli olmuşdur.Belə ki, AR Torpaq Məcəlləsinin 56-cı Maddəsində Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları müəyyən edilir. Bu maddənin 56.6-cı bəndində Qərala verilmiş torpaq sahələrinə aid tələblərdə bildirilir ki, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə)ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir.Göründüyü kimi, Torpaq Məcəlləsinin tələbinə əsasən sahələrinin ölçülərin müəyyən edən sənəd müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarıdır. Lakın belə olan halda, məhkəmə iddiaçının istinad etdiyi, və iş materiallarında olmayan və məhkəmədə araşdırma predmeti olmayan İnşaat pasportunda göstərilən sahənin 2.4 ha olması ilə kifayətlənə bilməzdir. Belə ki, İnşaat pasportunda ayrılmış torpaq sahəsində inşaat işlərin aparıılması üçün nəzərdə tutulan sahə göstərilir. X24 X11 şirkətinin ərazisi Bakı Şəhər İcra hakimiyyətinin Qərarında ölçüsü göstərilməsə də, məkan olaraq aşkar təsvir edilmişdir-Lenin rayonu, Razin qəsəbəsi, 2593-cü məhəllənin şimal-qərbində Sovet Azərbaycanının 50 illiyi adına Bakı X1- Konstruktor Bürosu binası tikintisi üçün xx.xx.1981-ci il tarixdə ayrılmış torpaq sahəsinin yeridir. Bu şəbədən, aparılmış tikinti işlərin 2.4 ha torpaq sahəsindən artıq ərazidə olub-olmamasının müəyyən etmək əvəzinə, məhkəmə İddiaçı qediyyatda olduğu evin və onun həyətyanı ərazisinin Azer Meqa X11 şirkətin ərazisində olması ilə kifayətlənmişdir.Məhkəmə Qətanmədə 2(008)-1842.2014 saylı mülki işin materiallarına baxış keçirmiş olduğunu qeyd etsə belə, bu həqiqətə uyğun deyil. Hazırki mülki iş materiallarında başqa hər hası bir iş materiallarına baxış keçirilməsinin təsdiqi yoxdur.Belə halda da aşkardır ki, mübahisələndirilən torpaq sahəsinin ölçüləri Sabunşu rayon məhkəməsinin Qətnaməsi ilə düzgün müəyyən edilməmişdir.Bu epizodda Sabunçu Rayon məhkəməsi aşağıdakı hüquq normalarını pozmuşdur:• AR X9 56.6 - torpaq sahəsinin ölçülərin müəyyən edilməsi• AR MPM Maddə 88 - Sübutların qiymətləndirilməsi.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.• AR MPM Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla yanaşı, Sabunçu rayon məhkəmsi həmin xx.xx.2014 cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsinə istinadən bildirmişdir ki, həmin Qətnamə ilə müəyyən edilmişdir ki, güya iddiaçı N.X15 X11 şirkəti ilə yaranmış əmək münasibətləri əsasında onun razılığı ilə mübahisəli torpaq sahəsində 2000-ci ildə özünə bir mərtəbəli yaşayış evi inşa etmişdir və həmin vaxt şirkət mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. 2006-cı ildə isə İddiaçı məhkəmə qərarı ilə yaşadığı ünvanda qeydiyyata alınmışdır. Eyni zamanda şirkətlə cavabdeh Əmlak Məsələləri Düvlət Komitəsi arasında mübahisəli torpaq sahəsinə alqı-satqı müqaviləsi bağlanarkən və DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən şirkətin adına 2.5331 kv.m. torpaq sahəsinə çıxarış verilərkən, iddiaşı İddiaçı istifadəsində olan torpaq sahəsində inşa etdiyi evə hüququnun artıq mövcud olması nəzərə alınmamışdır.Bu epizodda Məhkəmə xx.xx.2014 cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsini faktiki olaraq təhrif etmişdir. Belə ki, həmin qətnamədə yaranmış əmək münasibətləri əsasında onun razılığı ilə mübahisəli torpaq sahəsində 2000-ci ildə özünə bir mərtəbəli yaşayış evi inşa etmiş deyil, xidməti gözətçi evinə müvəqqəti yaşamaq üçün icazə aldığı bildirilir. Ümumiyyətlə 2000-ci ildə İddiaçı tərəfindən heç bir tikili inşa edilməmişdir. Bunu şikayətə əlavə etdiyi aşağıdakı sübutlar təsdiq edir. •Googe Map xəritəsinə əldə edilmiş 2007 -ci ildə peyk vasitəsi ilə çəkilmiş mübahisəli yerin foto şəkli. (Əlavə 1) Bu foto şəkildə aydın görünür ki, mübahisəli ərazidə bir ədəd gözətçi üçün nəzərdə tutulan kicik bir tikili olmuşdur.Hazırda isə İddiaçı özünə villa tikdirmişdir.• Ali Məhkəmənin İddiaçı hazırda mübahisələndirdiyi torpaq sahəsinin Məhkəmə yolu ilə mənimsəməsinə dair 03 May 2007-ci il tarixli 6K- 793.07 saylı Qərarı və Xüsusi Qərardadı (Əlavə 2 və 3)Ali Məhkəmənin 03 May 2007-ci il tarixli bu Qərarlarından müəyyən edilir ki, İddiaçı yaşadığı ev özbaşına tikilidir və ona heç bir hüquq əldə edilməmişdir.İddiaçı yaşayış yeri uzrə qeydə alınması onun həmin yaşayış sahəsinə hüququn yaranması üçün əsas deyildir.•R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli QƏRARİ.Bu Qərala mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakılar qeyd edilmişdir :Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərt yaratmaqdır.Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evlə və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adındaı göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbiləriı və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır.Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı).Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Buna görə kassasiya instansiyası məhkəməsinin həmin Qanunun 2-ci maddəsinə istinad etməsi məntiqsiz görünür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında müəyyən edildiyi kimi, Sabunçu Rayon Məhkəməsinin 2-243-206 saylı xx.xx.2006-cı il tarixli Qətnaməsi ilə İddiaçı Y. Əliyev küçəsi ev 1 B ünvanına qeydə alınması, onun həmin sahəyə hər hansı bir mənzil hüququ yaratmır və yalnız sonuncunun Azərbaycan Respublikasında yaşayan şəxs kimi uçota alınması, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmışdır. Həmin qeydə alınmış ünvanda İddiaçı yaşaması mülki dövriyyənin predmeti olmadığından, mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləmir.Bu şəbədən hazırda şikayət verdiyi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-7343.2019 saylı Qətnaməsində İddiaçı Y. Əliyev küçəsi ev 1 B ünvanına qeydə alınmasına əsas olmuş Sabunçu Rayon Məhkəməsinin 2-243-206 saylı xx.xx.2006-cı il tarixli Qətnaməsinə əsaslanaraq onun hər hansı bir yaşayış hüququnun yaranmasına istinad etməsi əsassızdır.Bu epizodda Sabunçu Rayon məhkəməsi aşağıdakı hüquq normaların pozmuşdur • “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun 1-ci və 2- ci maddə • AR Mülki Məcəlləsinin 158.2-ci və 158.4-cü maddələrinin tətbiqi əsassızdır. Sabunçu rayon Məhkəməsinin Qətnaməsində bildirilir ki, Bakı şəhər İcra hakimiyyəti X17 Pazarlama şirkətinin istifadəsində olan torpaq sahəsinin ölçüsü 2.4 ha olduğundan , Əmlak Komitəsi yalnız 2.4 ha torpaq sahəsi sata bilərdi və belə halda İddiaçı yaşadığı evin həyətyani sahəsini plan-sxemlə əlavə edib Sabunçu rayonicra hakimiyyəti ilə razılaşdırılmaqla “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələbini güya pozmuş olduğunu göstərmişdir.Aşağıdakı səbəblərdən hesab edirlər ki, bu epizod üzrə məhkəmənin qəldiyi məticə tam yalnışdır.Belə ki, Apellyasiya şikayətinin 1-ci epizod üzə təsvirində göstərdikləri kimi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1637 saylı sərəncamı ilə ilkin olaraq mübahisəli torpaq sahəsi X23 Ürünləri Ltd müəssisəsinə ayrılarkən, ayrılmış torpaq sahəsinin ölçüləri Qərarda göstərilməmişdir. Belə halda Torpaq Məcəlləsinə əsasən Azer Meqa X11 şirkətinə istifadə üçün ayrılmış və faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri müəyyən edilməsi mümkün olmadığından aşağıdakı qanuni tələblər Əmlak Məsləri Üzrə Dövlət Komitəsi Tərəfindən yerinə yetirilmişdir. "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN 19 dekabr 1997-ci iltarixli № 659 saylı FƏRMANİ İLƏ TƏQDİQ EDİLMİŞ və 14 may 1999cu il tarixli 136 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 306) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinin beşinci abzası yeni redaksiyada verilmiş təlblərə əsasən Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir.Göründüyü kimi, burada Azər Meqa X11 şirkətinə əlavə hər hansı bir topaq sahəsi istifadəyə və ya icarayə verilmir və bunun üçün Əmlak məsələləri üzrə Dövlət Komitəsinin Bakı Şəhər icra hakimiyyətinə müraciət etməsinə heç bir qanunda tələb qoyulmamışdır.X16 İcra hakimiyyətinin əlaqələndirici və torpağın monotoringi funksiyasını həyata keşirilməsi nəzərdə tutulur ki, faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri müəyyən edilir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə.AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN 6 iyun 2012-ci il tarixli № 648 saylı FƏRMANİ ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7-ci maddəsinin 3-cü bəndinə əsasən, rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının rayon icra hakimiyyəti başçısından fərqli üstünlüyü rayon icra hakimiyyəti başçılarının hesabatlarını dinləyir, təkliflər alır, şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirir və şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edə bilər. Bundan əlavə rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının xüsusi razılıq tələb edilən məsələlərlə əlaqədar xüsusi səlahiyyətə malikdir. Belə ki, Bu Əsasnamənin 4.16.4-cü Maddəsinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla);Göründüyü kimi, torpaq sahəsinin monitoringin aparılması və əlaqələndirilməsi Yerli İcra hakimiyətlərinin səlahiyyətlərinə aid edildiyindən, Əsanamədə rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınması nəzərdə tutulur.Belə olan halda aşkardır ki, Bakı şəhərində hər hansı bir əlaqələndirici və monitoring işləri görüldükdə, yani faktiki istifadədə olan ərazinin ölçülərini müəyyən etmək üçün Sərəncamla bu işlər rayonun icra hakimiyyətinin cəlb edilməsi ilə həyata kecilirilməsi nəzərdə tutulmuşdur. X2 və qorunması ilə bağlı rayon bölgüsü olan şəhərlərdə Yerli İcra Hakimiyyətlərin səlahiyyətləri barədə Məhkmə praktikasında da Rayon İcra hakimiyyətinin məsuliyyəti olması təsdiq edilir. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 May 2007-ci il tarixli Xüsusi Qəradadından da aşkar olunur ki, Məhkəmənin müvqeyi belə olmuşdur ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin tələbinə əsasən yerlərdə dövlət mülkiyyəti olan torpaq sahələrinin səmərəli istifadə olunması, onun mühafizəsinin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti həyata keçirən orqanların, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsi Yerli icra hakimiyyəti Başçıları və onların tabeliyində olan qurumlara həvalə edilmiş olduğu qənaətinə gəlmiş və bu şəbədən məhz Bakı şəhər İcra Hakimiyyətinə deyil, Sabunçu Rayon İcra hakimiyyətinin Başçısının nəzərinə İddiaçı Dövlət torpagın özbaşına zəbt etməsini çatdımıişdir.Beləliklə, bu epizod üzrə Sabunçü rayon məhkəməsi aşağıdakı hüquq normalarım düzgün tətbiq etməmişdir:AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN 6 iyun 2012-ci il tarixli № 648 saylı FƏRMANİ təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 7-ci maddəsinin 3-cii bəndi • Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinin beşinci abzası.Apellyasiya şikayətinin digər əsasları: İddiaçı hazırkı mübahisəli torpaq sahəsi ilə əlaqədar arvadı Aybəniz Səttarovanın iddia tələbinə dair məhkəmə mübahisəsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli Xüsusi Qərardadı mövcuddur. Həmin xüsusi qərardadda “İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt edib həmin torpaq sahəsində lazımi icazələr almadan qanunsuz tikinti işləri aparmışdır” kimi qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən mübahisəli torpaq sahəsində qanunsuz olaraq sahiblik etmiş və ev tikmişdir. Qeyd etdikləri kimi, əgər İddiaçı hüquqlarının yaranmasını BŞİH-nin xx.xx.2016-cı il tarixli 378 saylı sərəncamı ilə qəbul etmiş olsalar belə, o zaman qanuni qüvvəyə minmiş AR Ali məhkəməsinin qeyd edilən xüsusi qərardad ilə həmin əmlakın dövlət əmlakı olması müəyyən olunmuş və dövlət tərəfindən də 2011-ci il tarixdə qanuni əsaslarla satılmışdır.Deməli hüquqların zamana görə qüvvəsinin tətbiqini nəzərə alsaq, İddiaçı tərəfindən ona verilmiş 2016-cı il tarixli sərəncamı əsas tutaraq, həmin 2016-cı il tarixdən əvvəlki dövrdə bağlanılmış alqı-satqı müqaviləsini mübahisələndirə bilməzdi.Eyni zamanda Nadir Kəkəntərovun mübahisəli torpaq sahəsində apardığı qanunsuz (özbaşına tikili) tikintiyə məhkəmə qərarı ilə qeydiyyat hüququ tanınmış olsa belə yenə də onun mübahisəli torpaq sahəsinə özünün və digər şəxslərin mülkiyyət hüquqlarını mübahisələndirə bilməz. 5. Məhkəmə işi araşdırarkən, iddia müddətinin tətbiqi də nəzərə almamışdır. İddia müddətinin tətbiqinə dair onların yazılı ərizələri poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir.Məhkəmə onlara lazımı qayda xəbərdarlıq etmədiyi də aşkardır. Məhkəmə baxışının elə birinci iclasında belə işi araşdırmadan yekun qərar qəbul edilməsi də, kobud prossesual pozuntudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2. maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Hesab edir ki, Apellyasiya şikayətinin dəlillərinin araşdırılması ilə eyni zamanda iddia müddətinin tətbiq edilməsi məsələsini müzakirə etməli və qətnaməsində münasibət bildirilməl olmuş,lakin bunu etməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinə dair hələ 2016-cı il tarixdə BŞİH tərəfindən Cavabdeh1nə qarşı iddiaları olmuşdur. Həmin iddialar ilə hazırki İddiaçı qaldırdığı iddia tələblərinin predmeti də eynidir, o zaman BŞİH-ni müdafiə edən nümayəndə (vəkil) ilə hazırki İddiaçı müdafiə edən nümayəndə (vəkil) də BŞİH-nin o zaman qaldırmış olduğu iddia tələbi ilə tam dəqiq olaraq İddiaçı məqsədlərini və mənafelərini müdafiə etdiyi işin mübahisəsiz tərəfidir.Bu mübahisəssiz hal da İddiaçı eks BŞİH başçısının şəxsi sürücüsü olması və hazırki Sabunçu rayon məhkəməsinin qətnaməsinin 3-cü səhifəsinin sonuncu abzasında iddiaçının (o zaman BŞİH-nin) nümayəndəsi və vəkili qeyd edir ki, hazırkı mübahisələndərilən alqı-satqı müqaviləsinin mövcudluğu barədə İddiaçı BŞİH-nə müraciəti (məlumatı) əsasında BŞİH tərəfindən xx.xx.2015-ci il tarixdə inzibati icraat başlanılmış və bundan sonra BŞİH tərəfindən Cavabdeh1nə qarşı iddiaları olmuşdur. Bu xüsusat hazırki İddiaçı tərəfindən hazırki mübahisələndirilən müqavilədən hələ 2015-ci ilin əvvəllərində məlumatı olmuşdur. 4 ildən sonra hazırki iddia tələbində qeyd edilən alqı-satqı müqaviləsinin (əqdin) etibarsızlığının tələb edilməsi iddia müddəti baxımından düzgün olmamışdır. Onu da qeyd edir ki, BŞİH başçısı Hacıbala Abutalıbov tərəfindən İddiaçı mənafeləri baxımdan Cavabdeh1nə qarşı qaldırmış olduqları bütün iddia tələbləri qanunsuz hesab edilərək məhkəmələr tərəfindən rədd edilmişdir.Bu epizod üzrə aşağıdakı hüquq normaları pozulması aşkar edilir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2. maddəsi pozulmuşdur.6. İş materiallarında cavabdehə təqdim edimiş sənədlərin ona lazımı qaydada çatdırılmasını təsdiq edən heç bir sübut yoxdur.Məhkmə Qətnamədə göstərir ki, cavabdeh Azər Mega X11 müəssisəsinin fəaliyyəti bir neçə il bundan oncə dayandırdığından, işə baxıllması xx.xx.2019-cu il tarixə, saat 12-10-a təyin edilməsi barədə bildirişi müəssisənin təhlükəsizlik xidmətinin mühafizəçisi Cavid Nuriye tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və bu faktı imzası ilə təsdiq etmişdir. Hesab edir ki, məhkəmə onların müdafiə hüququnu onlara bildirişi lazımı qaydada təqdim etmədiyində pozmuşdur.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən• 135.2. Sənədin rəsmən verilməsi onun veriləcəyi şəxsin rast gəlindiyi hər bir yerdə həyata keçirilə bilər. • 137.1. Məhkəmə aktları və sənədləri məhkəməyə qaytarılmalı olan müvafiq qaydada forması təsdiq edilmiş bildiriş vərəqəsinə imza etdirilməklə, ünvanlanan vətəndaşa şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə aktları və sənədləri müvafiq vəzifəli şəxsə bildiriş vərəqəsinə imza edilməklə verilir. • 137.2. Məhkəmə aktları və sənədlərini çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan həddi-büluğa çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. • 137.3. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs, bildiriş vərəqəsində öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, yaxud tutduğu vəzifəni göstərməli və imkan olan ilk anda məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. • 140.5. İşdə iştirak edən şəxslərə məhkəməyə çağırış vərəqəsi məhkəmə iclasının tarixinə qədər 10 gündən gec olmayaraq verilir ki, işin istənilən hüquqi sənəd kimi qəbul edilərək iş materiallarına əlavə edilmiş və həmin sənədlər qətnamənin əsaslandırılmasında istinadlar etmişdir.Məhkəmənin həmçinin prosessual pozuntusu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinir tələblərindən kənara çıxmaqda ifadə olunur. Belə ki, məhkəmə sübutlar, qiymətləndirərkən, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən və Sabunçu RİH- nin 378 saylı, xx.xx.2016-cı il tarixli sərəncamında da ayrılması qeyd edilən Bakı şəhər, Sabunçu rayon, Yavər Əliyev 1 ünvanında yerləşdiyi qeyd edilən mübahisəli torpaq sahəsinin real olaraq müəssisəyə məxsus olan torpaq sahəsi ilə eyniliyini müəyyən etməmiş, bu barədə iş materiallarında heç bir sübut yoxdur. Bu səbəbdən də məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlara obyektiv və qərəzsiz qiymət verməmişdir. Bu da məhkəmənin iş üzrə qərəzli və qeyri obyektiv olduğuna əsas verir.Məhkəmə tərəfindən yol verilmiş bununla yanaşı prosessual pozuntu onda ifadə olunur ki, məhkəmə qətnaməsini əsaslandırarkən qeyd edir ki, Cavabdeh1n cavabdeh İddiaçı qarşı iddiası üzrə Sabunçu rayon məhkəməsinin 2(008)-1842/2014 saylı mülki iş materiallarına baxış keçirilmiş və iş materiallarına əlavə edilmiş məhkəmə mühəndis-ekspertizasının xx.xx.2014-cü il tarixli rəyinə baxış keçirilmişdir.Halbu ki, tərəflərindən məhkəmə qətnaməsi çıxdıqdan sonra məhkəmədə iş materialları ilə tanış olan zaman nə iş materiallarına əlavə edilmiş sənədlər (məhkəmə sorğusu) nə də iclas protokollarında qeyd edilən mülki işin tələb edilərək baxılması barədə məlumatlar olmamışdır. Bu rəyi məhkəmənin hansı formada əldə etməsi, baxış keçirməsi məlum deyil.Bu epizod üzrə Məhkəmə tərəfindən yol verilən hüquq pozuntuları• Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci, 89-cu maddələri 8. Məhkəmə tərəfindən iş araşdırılarkən ilk növbədə iddiaçının hazırki iddia tələbi üzrə sübyektiv hüquqlara malik olub-olmaması araşdırmamışdır.Hesab edir ki, iddia müddəti ilə yanaşı apellyasiya məhkəməsi tərəfindən iddiaçının hazırki tələb üzrə subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və qətnaməsində buna münasibət bildirməlidir.Belə ki, ilk öncə iddiaçının subyektiv hüquqa malik olmaması apellyasiya şikayətinin digər əsaslarında iddia müddətinə münasibətdə qeyd etmişdir. Bir daha iddiaçının subyektiv hüquqa malik olmaması barədə onun hüquqlarının (mübahisəli hüquqlarının) yarandığını müəyyən edən BŞİH-nin 378 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsas götürülərək dövlətə məxsus torpaq sahəsi barəsində 2011-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi mübahisələndirilə bilməz.Bu həm də ona görə mümkün deyil ki, iddiaçının mənafeləri naminə BŞİH tərəfindən Cavabdeh1nə qarşı qaldırılmış iddiada müəssisəyə ayrılan torpaq sahəsini hətta ümumilikdə (torpaq sahəsinin ayrılması barədə xx.xx.1996-cı il tarixli 1637 saylı sərəncamı) mübahisələndirmiş və İddia tələbləri qanus olduğundan nəticə əldə edə bilməmişdir. Bildiyimiz kimi, subyektiv hüquq şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında da qeyd edilir ki, “Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır”.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və T.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması onun alqı-satqısını mübahisələndirdiyi müqavilələr üzrə tərəf olmamış və mübahisəli torpaq sahisi də o zaman dövlət mülkiyyət olduğu halda onun həmin torpaq sahəsini əldə etməsində hər hansı bir üstünlük hüququ, bu və ya digər hüquqları olmamışdır. Dövlətin də adından çıxış edən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin həmin zaman torpaq sahəsin özəlləşdirilməsinə dair sərəncam verərkən və əmlakını alqı-satqısını edərkən ( 2011-ci il tarixli alqı-satqı müqaviləsi) öz mülkiyyətində olan əmlak barədə sərəncam verməkdə səlahiyyətli olmuşdur. İddiaçının qüvvəyə minmiş Ali Məhkəmənin 03 May 2007ci il tarixli məhkəmə qərarı ilə də təsdiq edilmiş zəbt etdiyi torpaq sahəsi üzərində hüquqları olmamışdır və bu səbəbdən də həmin torpaq sahəsinə dair hər hansı mübahisə aça bilməzdi. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu epizod üzrə Məhkəmə tərəfindən yol verilən hüquq pozuntuları Mülki Məcəllənin 152.1-ci maddəsi Məhkəmə tərəfindən pozulmuşdurAzərbaycan Respublikası MPM-nin 384-cü maddəsində Apellyasiya inistansiyası məhkəməsinin səlahiyətləri müəyyən olunmuşdur. Həmin məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyas məhkəməsi 1-ci inistansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edə bilər və birinci inistansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində məhkəmə qətnaməsini apellyasiya qaydəsında ləğv edilməsi üçün əsaslar göstərilmişdir.Həmin maddənin 385.1.1-ci bəndinə görə “maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” həmin əsaslardandır. Qeyd edilən məcəllənin 386-cı maddəsinə görə isə “maddi hüquq normaları o haldə pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin”. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7343/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X14, digər vəkili və nümayəndəsi Vəkil2 Zülfiqar oğlu iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7343/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən-iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İlk olaraq Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, eyni zamanda məhkəmə tərəfindən iş üzrə kəsici müddətin tətbiqinə, iddiaçının subyektiv hüququnun olub-olmamasına, iddiaçının istinad etdiyi rəsmi sənədlərlə hüquqların yaranması anına, iş üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilən hallara düzgün hüquqi qiymət verməmiş, eyni zamanda sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 şirkətinin istifadəsində olmuş torpaq sahəsi 2,4 ha olmaqla əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli,1637 saylı sərəncamı ilə xarici şirkət olan “X23 və Ağac Ürünləri LTD” müəssisəsinə ayrılmışdır.Ayrılmış torpaq sahəsinin ölçüsü sərəncamda göstərilməmiş, müəssisənin adına tərtib edilmiş inşaat pasportuna tikilmiş ayrıç aktında 2,4 ha kimi göstərilmişdir. Ayrılmış həmin torpaq sahəsinin bir hissəsində əmlak kompleksi tikintisi aparılmış və xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsi əsasında həmin şirkət tikinti sahəsini və torpağı diğər şirkətə “Başkan Qida Sanayi ve Pazarlama Anonim Şirkətinin Bakı Filialına satmışdır.Daha sonra isə həmin şirkətin nümayəndəsi X21 xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən tikililəri torpaq sahəsi ilə birlikdə özünün sahib olduğu “ Aze Başkan Fındık Sənaye LTD “şirkətinə satmış,həm satıcı,həm də alıcı şirkətin adından alqı-satqı müqaviləsini imzalamışdır. Daha sonra isə həmin şirkətlə iş üzrə Cavabdeh1 şirkəti arasında bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 4091,61 kv.m. olan əmlak kompleksi “ Azər Meqa X11” müəssisəsinin adına rəsmiləşdirildikdən sonra digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin tərtib etdiyi plan-sxem və xx.xx.2011-ci il tarixli 3124 saylı alqı-satqı müqaviləsi əsasında cəmi 2,5331 kv.m. torpaq sahəsi həmin şirkətin mülkiyyətinə satılmışdır.Həmin müqavilə əsasında isə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “ Azər Meqa X11” müəssisəsinin adına 2,5331 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2011-ci il tarixli, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı iddia edir ki, “X23 və Ağac Ürünləri LTD” şirkəti ilə “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” arasında bağlanmış xx.xx.1999-cu il tarixli 01 nömrəli, “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” ilə “ Aze Başkan Fındık Sənaye LTD “ şirkəti arasında bağlanmış xx.xx.2000-ci il tarixli 09 nömrəli, “ Aze Başkan Fındık Sənaye LTD “ şirkəti ilə “ Azər Meqa X11” şirkəti arasında bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqavilələri tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsinin qismən, yəni onun istifadəsində olan və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 378 saylı sərəncamı ilə ayrılmış 0,18 ha torpaq sahəsi ilə üst-üstə düşən 1331 kv.m. hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDR Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli reyestrdən çıxarışın da ləğv edilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə göstərmişdir ki, “Sabunçu rayon məhkməsində iddiaçı Azər Meqa X11 müəssisəsinin cavabdeh İddiaçı qarşı iddiası üzrə xx.xx.2014 cü ildə baxılmış 2(008)-1842/2014 saylı mülki işin materiallarına baxış keçirmiş və iş materiallarına əlavə olunmuş məhkəmə mühəndislik-texniki ekspertizasının xx.xx.2014-cü il tarixli 196685 saylı rəyindən görünür ki, N. Kələntərovun istifadəsində olan torpaq sahəsi və orada inşa olunmuş ev Azər Meqa X11 müəssisəsinə məxsus torpaq sahəsinin ərazisi daxilində yerləşir.Ona görə də mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi faktı müəyyən olunması üçün elspertiza keçirilməsi məqsədə müvafiq hesab edilməmişdir.” Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Qətanmədə 2(008)-1842./2014 saylı mülki işin materiallarına baxış keçirmiş olduğunu qeyd etsə də mülki iş materiallarında, məhkəmə iclas protokolunda başqa hər hası bir iş materiallarına baxış keçirilməsi təsdiq edilmir.. Halbuki, MPM-n 88–ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərlə yanaşı, birinci instansiya məhkəməsi yenə həmin xx.xx.2014-cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsinə istinadən göstərmişdir ki, həmin Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı N.X15 X11 şirkəti ilə yaranmış əmək münasibətləri əsasında onun razılığı ilə mübahisəli torpaq sahəsində 2000-ci ildə özünə bir mərtəbəli yaşayış evi inşa etmişdir və həmin vaxt şirkət mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. 2006-cı ildə isə İddiaçı məhkəmə qərarı ilə yaşadığı ünvanda qeydiyyata alınmışdır. Eyni zamanda şirkətlə cavabdeh Əmlak Məsələləri Düvlət Komitəsi arasında mübahisəli torpaq sahəsinə alqı-satqı müqaviləsi bağlanarkən və DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən şirkətin adına 2.5331 kv.m. torpaq sahəsinə şıxarış verilərkən, iddiaşı İddiaçı istifadəsində olan torpaq sahəsində inşa etdiyi evə hüququnun artıq mövcud olması nəzərə alınmamışdır. Lakin xx.xx.2014-cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsindən müəyyən olunur ki, yaranmış əmək münasibətləri əsasında cavabdeh müəssisənin razılığı ilə İddiaçı mübahisəli torpaq sahəsində 2000-ci ildə özünə bir mərtəbəli yaşayış evi inşa etməsi deyil, xidməti gözətçi evinə müvəqqəti yaşamaq üçün icazə aldığı bildirilir. Həmçinin, xx.xx.2014-cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsindən müəyyən olunur ki, Azər Meqa X11 şirkətinin hazırkı iş üzrə İddiaçı qarşı evin özbaşına tikili hesab olunmaqla sökülməsi tələbi rədd olunmuşdur.Həmin Qətnamədə istinad olunmuşdur ki, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 572 saylı Sərəncamı ilə İddiaçı mübahisəli ünvanda inşa etdiyi iki yaşayış otağından sahəsi 53,3 kv.m. və 19,6 kv.m qonaq otağından, 39,8 kv.m. köməkçi sahədən ibarət mövcud bir mərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv.m. anbar sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması qərara alınmışdır.(həmin sərəncamın ləğvinə dair Azər Meqa X11 şirkətinin iddiası üzrə icraat 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işə baxılıb qurtarana kimi dayandırılmışdır.) 2006-cı il tarixdən isə İddiaçı həmin fərdi yaşayış evinə qeydiyyata alınmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.2014-cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsinə əsasən Azər Meqa X11 şirkətinin hazırkı iş üzrə İddiaçı qarşı evin özbaşına tikili hesab olunmaqla sökülməsi tələbinin rədd olunması, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 572 saylı Sərəncamı ilə İddiaçı mübahisəli ünvanda inşa etdiyi iki yaşayış otağından sahəsi 53,3 kv.m. və 19,6 kv.m qonaq otağından, 39,8 kv.m. köməkçi sahədən ibarət mövcud bir mərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv.m. anbar sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınmasının qərara alınması, həmçinin 2006-cı il tarixdən İddiaçı həmin fərdi yaşayış evinə qeydiyyata alınması İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsinə dair qanuni əsaslarla hüququn yaranmasına səbəb olmamışdır. Belə ki, R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli Qərarındakı mövqeyinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərt yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evlə və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbiləriı və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Müəyyən olunduğu kimi, İddiaçı mübahisəli torpaq sahəsinə qanunsuz olaraq sahiblik etmiş və ev tikmişdir.Heç bir hüquqi əsas olmadan İddiaçı verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 378 saylı sərəncamı isə dövlət mülkiyyətində olmuş və dövlət tərəfindən də xx.xx.2011-ci il tarixdə (yəni Sərəncamdan beş il əvvəl) qanuni əsaslarla Azər Meqa X11 şirkətinə satılmış və Daşınmaz Əmlakın Dövlət Reyestrində müəssissənin mülkiyyəti olmaqla xx.xx.2011-ci il tarixli ******* nömrəli dövlət reyestri ilə qeydə alınmış torpaq sahəsi barədə verilmişdir. Bununla belə, Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının hazırki tələb üzrə subyektiv hüquqa malik olmasına hüquqi qiymət verilməlidir.İş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək üçün ekspertiza təyin olunmuş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamı ilə İddiaçı istifadəsinə ayrılmış 0,18 ha torpaq sahəsi tam ölçüdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011- ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsi üstüstə düşür. “V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.” Sabunçu rayon Məhkəməsinin Qətnaməsində qeyd edilmişdir ki, X17 Pazarlama şirkətinin istifadəsində olan torpaq sahəsinin ölçüsü 2.4 ha olduğundan, Əmlak Komitəsi yalnız 2.4 ha torpaq sahəsi sata bilərdi və belə halda İddiaçı yaşadığı evin həyətyani sahəsini plan-sxemlə əlavə edib Sabunçu rayon icra hakimiyyəti ilə razılaşdırılmaqla “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələbini pozmuşdur. Aşağıdakı səbəblərdən Kollegiya hesab edir ki, bu epizod üzrə məhkəmənin qəldiyi məticə yalnışdır.Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1637 saylı sərəncamı ilə ilkin olaraq mübahisəli torpaq sahəsi X23 Ürünləri Ltd müəssisəsinə ayrılarkən, ayrılmış torpaq sahəsinin ölçüləri Qərarda göstərilməmişdir. Belə halda Torpaq Məcəlləsinə əsasən Azer Meqa X11 şirkətinə istifadə üçün ayrılmış və faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri müəyyən edilməsi mümkün olmadığından aşağıdakı qanuni tələblər Əmlak Məsləri Üzrə Dövlət Komitəsi Tərəfindən yerinə yetirilmişdir. Belə ki, "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN 19 dekabr 1997-ci iltarixli № 659 saylı FƏRMANİ İLƏ TƏQDİQ EDİLMİŞ və 14 may 1999-cu il tarixli 136 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 306) ilə "Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinin beşinci abzasının yeni redaksiyada verilmiş tələblərinə əsasən Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Kollegiya qeyd edir ki, göründüyü kimi, burada Azər Meqa X11 şirkətinə əlavə hər hansı bir topaq sahəsi istifadəyə və ya icarayə verilmir və bunun üçün Əmlak məsələləri üzrə Dövlət Komitəsinin Bakı Şəhər icra hakimiyyətinə müraciət etməsinə heç bir qanunda tələb qoyulmamışdır.X16 İcra hakimiyyətinin əlaqələndirici və torpağın monotoringi funksiyasını həyata keşirilməsi nəzərdə tutulur ki, faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri müəyyən edilir. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə.AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN 6 iyun 2012-ci il tarixli № 648 saylı FƏRMANİ ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7-ci maddəsinin 3-cü bəndinə əsasən, rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı rayon icra hakimiyyəti başçılarının hesabatlarını dinləyir, təkliflər alır, şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirir və şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edə bilər. Bundan əlavə rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının xüsusi razılıq tələb edilən məsələlərlə əlaqədar xüsusi səlahiyyətə malikdir. Belə ki, Bu Əsasnamənin 4.16.4-cü Maddəsinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla). Daha sonra iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehi lazımı qayda xəbərdar etməmişdir.Odur ki, Apellyasiya şikayətinin dəlillərinin araşdırılması ilə eyni zamanda cavabdehin iddia müddətinin tətbiq edilməsi məsələsini Kollegiya müzakirə etməli olduğunu qeyd edir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair hələ 2016-cı il tarixdə BŞİH-nin Cavabdeh1nə qarşı müəssisə ilə ƏMDK arasında bağlanmış müqavilənin mübahisələndirilməsi ilə bağlı iddiaları olmuşdur. O zaman BŞİH-ni müdafiə edən nümayəndə (vəkil) ilə hazırki İddiaçı müdafiə edən nümayəndə (vəkil) də BŞİH-nin o zaman qaldırmış olduğu iddia tələbi ilə tam dəqiq olaraq İddiaçı mənafelərini müdafiə etdiyi işin mübahisəsiz tərəfidir. Belə ki, hazırkı mübahisələndirilən Sabunçu rayon məhkəməsinin qətnaməsinin 3-cü səhifəsinin sonuncu abcasında iddiaçının (o zaman BŞİH-nin) nümayəndəsi və vəkili qeyd edir ki, hazırkı mübahisələndərilən alqı-satqı müqaviləsinin mövcudluğu barədə İddiaçı BŞİH-nə müraciəti (məlumatı) əsasında BŞİH tərəfindən xx.xx.2015-ci il tarixdə inzibati icraat başlanılmış və bundan sonra BŞİH tərəfindən Cavabdeh1nə qarşı iddiaları olmuşdur. Beləliklə, İddiaçı hazırkı mübahisələndirilən müqavilədən hələ 2015-ci ilin əvvəllərində məlumatı olmuşdur. 4 ildən sonra hazırkı iddia tələbində qeyd edilən alqı-satqı müqaviləsinin (əqdin) etibarsızlığının tələb edilməsi müddəti baxımından əsaslı olmamışdır. Kollegiya apellyasiya şikayətinin iddia müddəti baxımından dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi müqavilə tələbləri üzrə iddia müddəti ilə bağlı məsələləri tənzimləyir. Həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Halbuki, hazırkı iddia müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Birinci instansiya məhkəməsinin həmçinin prosessual pozuntusu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərindən kənara çıxmaqda ifadə olunur.Belə ki, məhkəmə qətnaməsini əsaslandırarkən qeyd edir ki, Cavabdeh1n cavabdeh İddiaçı qarşı iddiası üzrə Sabunçu rayon məhkəməsinin 2(008)- 1842/2014 saylı mülki iş materiallarına baxış keçirilmiş və iş materiallarına əlavə edilmiş məhkəmə mühəndis-ekspertizasının xx.xx.2014-cü il tarixli rəyinə baxış keçirilmişdir. Halbu ki, nə iş materiallarına əlavə edilmiş sənədlər (məhkəmə sorğusu), nə də iclas protokollarında qeyd edilən mülki işin tələb edilərək baxılması barədə məlumatlar olmamışdır.Bu rəyi məhkəmənin hansı formada əldə etməsi, baxış keçirməsi məlum deyil. Odur ki, Bakı Apellyasiya Məhkəməsi məhkəmə torpaqşünaslıq-ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2(103)-5966/2020 nömrəli qərardadı əsasında təyin olunmuş məhkəmə torpaqşünaslıq-tikinti ekspertizasının icrası COVİD-19 pandemiya səbəbindən (tərəflərin iştirakı ilə yerində müayinə zərurəti ilə), həmçinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC –nin mütəxəssis Rəyinin tədqiqatın dəyərinin ilkin olaraq ödənilməsi tələb olunması səbəbindən uzun müddət icra olunmamış və müvafiq Rəy verilmədən mülki iş geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(103)-468/2021 nömrəli qərardadı əsasında təkrar təyin olunmuş məhkəmə torpaqşünaslıq-ekspertizasının icrasına cavab olaraq hazırlanmış Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC –nin 28 yanvar 2022-ci il tarixli Mütəxəssis Rəyinə əsasən aşağıda qeyd edilənlər müəyyən edilmişdir:
1. Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Azər Meqa X11" müəssisəsi arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011 - ci il tarixli 3124 nömrəli müqavilə ilə “Azər Meqa X11" müəssisəsinə 25331 kv.m torpaq sahəsi satılmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamı ilə İddiaçı istifadəsinə ayrılmış 0,18 ha torpaq sahəsi tam ölçüdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011- ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsi üst-üstə düşür, (sxem əlavə edilir).
3. İddiaçı məxsus fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış “torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011 - ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, (hansı hissəsini əhatə etdiyi əlavə edilmiş sxemdə öz əksini tapmışdır).
4. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1nə arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011 - ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsinin daxilində Cavabdeh1 faktiki istifadəsində olan 23423 kv.m ( tikililər, yaşıllıqlar) və İddiaçı faktiki istifadəsində olan (fərdi yaşayış evi, köməkçi tikili, həyətyanı sahədə becərilən meyvə ağacları) 1912 kv.m torpaq sahələri mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(103)-468/2021 nömrəli qərardadı əsasında təyin olunmuş məhkəmə torpaqşünaslıq-tikinti ekspertizasının icrasına cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ”25” may 2022-ci il tarixli Rəyinə əsasən aşağıda qeyd edilənlər müəyyən edilmişdir: - Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə 25331 kv.metr torpaq sahəsi satılmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamı ilə İddiaçı istifadəsinə ayrılmış 0.18 ha torpaq sahəsi tam ölçüdə ƏMDK ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsi üst-üstə düşür (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). - İddiaçı məxsus fərdi yaşayış evi ƏMDK ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, (hansı hissəsini əhatə etdiyi mütəxəssis rəyinə əlavə edilmişdir). --Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsinin daxilində Cavabdeh1 faktiki istifadəsində olan 23423 kv.metr (tikililər, yaşıllıqlar) və İddiaçı faktiki istifadəsində olan (fərdi yaşayış evi, köməkçi tikili, həyətyanı sahədə becərilən meyvə ağaclaı) 1912 kv.metr torpaq sahələri mövcuddur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməüçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.Yəni, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamı ilə İddiaçı istifadəsinə ayrılmış 0,18 ha torpaq sahəsi tam ölçüdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsi üst-üstə düşür, Həmçinin, müəyyən olunduğu kimi, İddiaçı mübahisəli torpaq sahəsinə qanunsuz olaraq sahiblik etmiş və ev tikmişdir. İddiaçı verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 378 saylı sərəncamı isə dövlət mülkiyyətində olmuş və dövlət tərəfindən də xx.xx.2011-ci il tarixdə (yəni bu Sərəncamdan beş il əvvəl) qanuni əsaslarla Azər Meqa X11 şirkətinə satılmış və Daşınmaz Əmlakın Dövlət Reyestrində müəssissənin mülkiyyəti olmaqla xx.xx.2011-ci il tarixli ******* nömrəli dövlət reyestri ilə qeydə alınmış torpaq sahəsi barədə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərmişdir: “Qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə dair qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” (bundan sonra – İİ Dövlət Proqramı), Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan münasibətləri tənzimləyən əsas akt isə Torpaq Məcəlləsidir. Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Həmin Məcəllənin 46-cı maddəsinə görə dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və həmin torpaqlar bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında həmçinin göstərmişdir:”Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqısatqı müqaviləsi bağlanılır. İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. X13 9.1-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi S.Qurbanovun icarəsinə verilmiş mübahisə predmetini təşkil edən əmlaka dair sonuncu ilə bağladığı alğı-satqı müqavilələrinin qeyd olunmuş qanunvericilik aktlarının hər hansı imperativ qaydasına zidd olmasına dair hər hansı dəlil mövcud olmadığı halda apellyasiya instansiyası məhkəməsi həmin müqavilələri etibarsız hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır.” Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyas məhkəməsi 1-ci inistansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edə bilər və birinci inistansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində məhkəmə qətnaməsini apellyasiya qaydəsında ləğv edilməsi üçün əsaslar göstərilmişdir. Həmin maddənin 385.1.1-ci bəndinə görə “maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” həmin əsaslardandır. Qeyd edilən Məcəllənin 386-cı maddəsinə görə isə “maddi hüquq normaları o haldə pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7343/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən- iddia tələbinin təmin edilmiş hissəsində (Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair xx.xx.2011 – ci il tarixli , 3124 nömrəli müqavilə qismən-1331kv.m. torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli,0242482 nömrəli (qeydiyyat nömrəsi **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə qismən –sərəncamla ayrılmış 1331kv.m. torpaq sahəsinə aid hissədə ləğv edilməsi hissədə) ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şərafət Məmmədova