Məhkəmə qərarları › İş №2(103)-10106/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10106/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10106/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə istifadə hüquqlarına xitam verilmə” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3438/2021 nömrəli işi üzrə 17.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunsa da, araşdırma nəticəsində 15.09.2021-ci il tarixli 7379 saylı qəbzin təyinatı Bakı Apellyasiya Məhkəməsi deyil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi olduğu müəyyən edilmişdir (iş.səh.68). Diqqətə çatdırılmalıdır ki, qətnamədən şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Bundan əlavə diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar şikayətdə göstərilməlidir. Apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin hərəkətlərini müəyyən edən 364-cu maddəyə görə, Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 366.1-ci maddəsinə görə, Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Apellyasiya şikayətinin məzmunundan, işin materiallarına istinad edilməklə qətnamənin düzgün hesab edilməyən əsaslarının əks edilmədiyi müəyyən edilir və birinci instansiya məhkəməsi tərəfindən bu hala diqqət yetirilməmişdir.. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 361-366, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3438/2021 nömrəli işi üzrə 17.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar