Məhkəmə qərarları › İş №2(3-6)-58/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-58/2026

05.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-58/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Iddiaçı İddiaçı Cavabdeh cavabdeh6, cavabdehlərin nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Müseyib qızının nümayəndəsi Heydərova İlhamə Kamal qızının iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən çıxarılma və kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi seriya FM, ****** saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsindəki 4 otaqlı 55,6 kv.m. yaşayış sahəsi, 72,4 kv.m. ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evi bir neçə şəxsə məxsus olmaqla paylı mülkiyyətdir və iddiaçı İddiaçı həmin mənzilin 1/6 payının mülkiyyətçisidir. Hazırda iddiaçı cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və kompensasiya ödəmək yolu ilə onların iddiaçının evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən çıxarılma və kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və ona məxsus mülkdə qeyri-qanuni şəkildə yaşayan cavabdehlərin evindən çıxarılması məqsədilə ilkin təklif kimi Mülki Məcəllənin 228.2ci maddəsinə əsasən 3 il, yəni 36 ay üçün müəyyən edilmiş 7.000 manat məbləğində kompensasiyanı ödəmək yolu ilə onların iddiaçının evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, ünvan 2 ünvanında yerləşən və qanuni mülkiyyət hüququ ilə sahib olduğu mənzilin mülkiyyətçisi kimi bildirir ki, hal hazırda onun razılığından və iradəsindən kənar şəkildə həmin mənzildə qeydiyyatda olan və faktiki yaşayan şəxslər- cavabdehlər mənzilində qeyri-qanuni şəkildə məskunlaşmışlar. İddiaçı qeyd edir ki, 1988-ci ilin noyabr ayından 1992-ci ilin sentyabr ayına qədər həyat yoldaşı Əmirxanov İlqar Arif oğlunun hərbiçi olması ilə əlaqədar o, ailəsi ilə birlikdə Rusiya Federasiyası, Yaroslav vilayətində yaşamışdır. Eyni zamanda ## ###### 1995-ci il tarixindən ## ###### 2016-cı il tarixədək həyat yoldaşı və iddiaçı hərbiçi olmaqları ilə əlaqədar olaraq Azərbaycan Respublikasının müxtəlif bölgələrində xidmət etmişlər. Göstərilən illər ərzində mənzildə uzun müddət fiziki olaraq yaşamadığı dövrlərdə, cavabdehlər tərəfindən onun mülkiyyət hüququ pozulmuş, cavabdehlər mənzilə qanunsuz daxil olmuş və qeydiyyata düşmüşdürlər. Mənzilin sahibi olaraq iddiaçının cavabdehlərlə arasında heç bir hüquqi və ya ailə münasibəti yoxdur. İddiaçı onların nə qeydiyyata düşməsinə, nə də orada yaşamasına razılıq verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı tərəfindən 11.550 (on bir min beş yüz əlli) manat kompensasiya verilməklə, cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaları, İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 verilməsi ilə onların mübahisəli mənzildən çıxarılmaları eyni vaxtda icra olunması, bu qətnamənin cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ## ###### 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı aid edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər sözügedən mənzildə qanunsuz olaraq yaşayırlar. Buna görə də iddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və ona məxsus mülkdə qeyri-qanuni şəkildə yaşayan cavabdehlərin evindən çıxarılması məqsədilə ilkin təklif kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən 3 il, yəni 36 ay üçün müəyyən edilmiş 7.000 manat məbləğində kompensasiyanı ödəmək yolu ilə onların iddiaçının evindən istifadə hüququna xitam verilməsini tələb etmişdir. Lakin daha sonra iddiaçı məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirmişdir ki, o, ekspert rəyi ilə müəyyən edilmiş orta aylıq kirayə haqqı məbləğinə uyğun olaraq 3 illik müddət üçün hesablanmış 11.550 manat məbləğində kompensasiyanı cavabdehlərə ödəməyə razıdır. Cavabdeh cavabdeh6 və onun nümayəndəsi və vəkili Abdullayev İkram Yusif oğlu isə iddia tələbini qəbul etmirlər. Digər cavabdehlər isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli mənzilə yerli baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin ünvanda 2 mənzil mövcuddur. Mənzillərdən birinin mülkiyyətçisi İddiaçı, digərinin mülkiyyətçisi isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə yazılı şəkildə iddia tələbinə etiraz etmədiyini və cavabdehlərin mənzildən çıxarılmasına razılığını bildirmişdir. Eləcə də iddiaçı izahatında bildirmişdir ki, qeydiyyat vəsiqəsində adları çəkilən digər paylı mülkiyyətçilərin doğum və ölüm tarixlərinə dair heç bir məlumat yoxdur. Bu fakt iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş məlumatla da təsdiq olunur. İş materialları sübut edir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə hər hansı hüquqi əsas nə kirayə müqaviləsi, nə ailə münasibəti, nə də digər mülkiyyət və ya istifadəyə dair əsas olmadan illərdir yaşayırlar. Tərəflərin izahatlarından da görünür ki, cavabdehlərin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən hər hansı sənəd mövcud deyil. Cavabdehlərin mənzildə faktiki yaşaması qanunsuz faktiki istifadədir və mülkiyyətçinin iradəsinə zidd olduğundan onların mənzildən çıxarılması tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənzildən istifadə hüququna xitam verilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edilməklə cavabdehlərin mənzildən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi tələb olunmuşdur. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehlər barəsində mənzilə dair heç vaxt istifadə hüququ yaranmayıb, onlar iddiaçının ailə üzvləri deyil və aralarında istifadə hüququnun yaranması üçün müqavilə mövcud olmayıb. Bu səbəbdən istifadə hüququ yaranmamış şəxslərin hüququna xitam verilməsi hüquqi baxımdan mümkün deyil. Mülki Məcəllənin 228.2-ci maddəsi yalnız mövcud və qanuni şəkildə formalaşmış istifadə hüququnun məhdudlaşdırılmasına və ya xitamına tətbiq edilə bilər. Belə hüquq mövcud olmadığından həmin maddənin tətbiqi üçün hüquqi əsas yoxdur. Bu baxımdan iddianın “istifadə hüququna xitam verilməsi” hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, iddiaçının öz istəyi ilə cavabdehlərə kompensasiya ödəməsi ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsindən göründüyü kimi mülkiyyətçinin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yalnız tərəflər arasında istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa xitam verilməsi halında mümkündür. Lakin hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun mövcud olmadığı müəyyən edildiyindən, istifadə hüququna xitam verilmə hissəsi əsassız hesab edilmişdir. Yəni hazırki iş üzrə istifadə hüququna xitam verilməsi halı mövcud deyildir. Buna baxmayaraq iddiaçı həm izahatında, həm də iddia tələbində cavabdehlərə kompensasiya ödəmək istədiyini bildirdiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Həmçinin məhkəmə kompensasiyanın məbləğinə münasibət bildirərək qeyd etmişdir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Belə ki, iddiaçı İddiaçı məhkəmə iclasında hakimin sualına cavab olaraq, qiymətləndirmə ekspertizasının rəyi əsasında orta aylıq kirayə haqqının 320 manat hesablanması ilə 3 illik 11.550 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5 və cavabdeh3 birlikdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü təsdiq edir ki, paylı mülkiyyətin digər mülkiyyətçilər nə özləri, nə də nəvələri yoxdur. İşin halları göstərir ki, iddiaçının həmin paylara dair mülkiyyət hüququ yoxdur. Belə olan halda o yalnız özünə məxsus ola hissədən cavabdehlərin çıxarılması barədə iddia qaldırmaq hüququna malikdir. Cavabdehlərin qalan sahəyə sahiblik və istifadə hüquqlarını mübahisələndirə bilməz. Məhkəmə qətnamə çıxararkən iddiaçının Mülki Məcəllənin 1279-cu maddəsində göstərilən hüququ əldə edib-etməməsini də aydınlaşdırmamışdır. Həmin maddədə göstərilir ki, miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsi “xxxx” MMC nin mütəxəsisslərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, PQ-A-**/**** nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və cavabdehlərin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Müseyib qızının nümayəndəsi Heydərova İlhamə Kamal qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mənzil Məcəlləsi: ## ####### 2009-cu ilədək qüvvədə olmuş 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 127-ci maddəsinə görə icarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2007-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır.... Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi seriya FM, ****** saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsindəki 4 otaqlı 55,6 kv.m. yaşayış sahəsi, 72,4 kv.m. ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evi bir neçə şəxsə məxsus olmaqla paylı mülkiyyətdir və iddiaçı İddiaçı həmin mənzilin 1/6 payının mülkiyyətçisidir. Cavabdehlər sözügedən mənzildə yaşayırlar. Buna görə də iddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və ona məxsus mülkdə yaşayan cavabdehlərin evindən çıxarılması məqsədilə ilkin təklif kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən 3 il, yəni 36 ay üçün müəyyən edilmiş 7.000 manat məbləğində kompensasiyanı ödəmək yolu ilə onların iddiaçının evindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2025ci il tarixli CC/***/**-**** nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 42 ünvanında yerləşən mənzilin hazırki dövrə orta aylıq kirayə haqqı məbləği 320 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğində xidmət haqqı iddiaçı İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmişdir. Kollegiya tərəfindən keçirilən yerli müayinə zamanı müəyyən olunmuşdur ki, mübahisəli həyət iddiaçıya 1/6 hissədə məxsus olsa da, faktiki olaraq həyətdəki evlər 2 mülkiyyətçiyə aiddir. Həyətə girdikdə sağ tərəfdəki evlər digər mülkiyyətçiyə aiddir. Ondan sonrakı ev isə İddiaçı məxsusdur. İddiaçı məxsus evlərdə cavabdehlər yaşayır. Texniki pasportla faktiki vəziyyət üst-üstə düşür. İddiaçıya məxsus evdə sanitar qovşağı quraşdırılıb. Həmin sanitar qovşağı cavabdehlər tərəfindən inşa olunub. Texniki pasportla faktiki vəziyyətin fərqi həmin sanitar qovşağının inşa olunmasıdır. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 42 ünvanında yerləşən evin hazırki dövrə orta aylıq kirayə haqqı məbləği birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli CC/***/**-**** nömrəli qiymətləndirmə rəyi ilə müəyyən edilsə də, işin obyektiv həlli baxımından həmin evin bazar dəyərinin müəyyən edilməsi zəruridir. Belə ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında göstərilir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyərinin müəyyən edilməsi iş üçün əhəmiyyətli olduğundan qiymətləndirmə təyin edilməsi qərara alınmışdır. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, PQ-A-**/**** nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən evin bazar dəyəri 180.000 manat müəyyən edilmiş, həmçinin ünvan 2 ünvanında yerləşən evin söküntü zonasına düşdüyündən hər kv.metr-bazar dəyəri 2.500 manat müəyyən edilmişdir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin mənzildə faktiki yaşaması qanunsuz faktiki istifadədir və mülkiyyətçinin iradəsinə zidd olduğundan onların mənzildən çıxarılması tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə uzun illərdir, 1963-cü ildən yaşayırlar ki, bu hal da onların mübahisəli mənzilə münasibətdə istifadə hüquqları mövcud olmasına dəlalət edir. Təsadüfi deyildir ki, iddiaçı da məhz bu hüququ tanıyaraq cavabdehlərin hüququna xitamı kompensasiya yolu ilə həyata keçirilməli olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi isə işin bu halına diqqət yetirməyərək və işin hallarını tam araşdırmayaraq səhvən olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehlərin mənzilə dair heç vaxt istifadə hüquqları yaranmamışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq eyni zamanda qeyd edir ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Həmçinin, Məhkəmə Kollegiyası qeyd edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Qeyd edilən normanın mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. İş materiallarından görünür ki, iddia üzrə cavabdehlər yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi onlara təklif olunan pul məbləğidir. Yəni, sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxslər həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Məhkəmə Kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə də iddiaçı evin mülkiyyətçisi olduğundan, həmin ev cavabdehlərlə birlikdə birgə mülkiyyətdə olmadığından, cavabdehlərin mənzildən yalnız istifadə hüququ olduğundan iddia tələbi kompensasiya məbləğinin itiriləcək istifadə hüququnun ədalətli əvəzinə bərabər olmadığı üçün Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına müvafiq olaraq təmin edilməməlidir. Məhkəmə Kollegiyası bu nəticəsini, mənzilin yerləşdiyi ərazi, cavabdehlərin həmin evdə uzun müddət yaşayıb sosial mühitə malik olması, mənzildən çıxacağı halda uşaqları ilə birlikdə çıxmalı olması, həmçinin “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli məktubu ilə daxil olmuş rəyini nəzərə alınmaqla kompensasiya məbləğini müəyyən edilməsi ilə əsaslanır. “S.Süleymanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2010-cu il tarixli qərarında göstərmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə Kollegiyası işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının kompensasiya verilməklə cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da, mülkiyyətçinin təklif etdiyi kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Belə ki, cavabdehlərə təklif edilən 11.550 manat məbləğ cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş olacaqdır. Məhkəmə Kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qənaətə gələrkən, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddəti, yaşayış evinin sahəsini, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmini, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləğini, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanlarını aydınlaşdırmamış, yalnız mülkiyyətçinin mülkiyyət hüququnun müdafiəsi əsası ilə iddia tələbini qismən təmin etmişdir. Halbuki, mülkiyyətçinin istifadə hüququ olan şəxslərin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi qənaətinə gəlinməsi təkcə mülkiyyət hüququnun müdafiəsi ilə deyil, yuxarıda göstərilən və istifadə hüququna xitam verilməsi tələbi üçün əsas olan meyarların müqayisəli tədqiq etməklə dəyərləndirmə aparılmalı, yalnız bundan sonra iddia tələbinin əsaslı olubolmaması müəyyən olunmalı idi. Göründüyü kimi təklif olunan kompensasiyanın məbləğinin mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasının qeyri-mümkün olduğunu nəzərə almamışdır. Məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssisə rəyini işin faktiki halları baxımından araşdırmaqla qeyd edir ki, hazırda kompensasiyanın məbləği cavabdehlərə ümumilikdə ağlabatan və ədalətli olmaqla təklif edilməklə mübahisəyə son qoyula blər. Lakin apellyasiya baxışı zamanı iddiaçı tərəf kompensasiya məbləğinə hər hansı dəyişiklik etməmişdir. Belə ki, mübahisəli mənzil söküntü sahəsində yerləşir və təcrübədə həmin sahələrdə mənzillərin dəyəri faktiki kvadrat metrin dəyərindən yüksək hesablanmaqla kompensasiya ödənilir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iş materiallarını araşdıran Məhkəmə Kollegiyası bu qənaətə gəlmişdir ki, hazırkı işin diqqətəlayiq halları nəzərə alınmaqla iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün ədalətli kompensasiya məbləği 25.000-30.000 manat təşkil edir. Qeyd edilən məbləğin kompensasiya qismində cavabdehlərə verilməsi iddiaçıya təklif edilsə də o, həmin məbləği ödəməyəcəyini Məhkəmə Kollegiyasına bildirmişdir. Məhkəmə Kollegiyası eyni zamanda hesab edir ki, iddia tələbi kompensasiya məbləğinin itiriləcək istifadə hüququnun ədalətli əvəzinə bərabər olmadığından eləcə də iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği ilə razı olmadığından iddia təmin edilə bilməz. Belə olan halda, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən və kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi üçün əsas olan meyarların kompensasiyanın məbləğinə təsirini, kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub olmamasını müəyyən etmədən iddia tələbini təmin etməkdə haqlı olmamış və iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərə mübahisəli mənzilin yaxşılaşdırılmasına çəkilmiş məsrəflərin əvəzinin iddiaçının hesabına ödənilməsi məsələsini həll etməməklə də, bütövlükdə iddia üzrə ədalətli kompensasiyanın hesablanması və məbləğinin müəyyən edilməsi hissəsində natamam nəticəyə gəlmişdir. Beləliklə, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorlara aid edilməlidir. Birinci instansiya baxışı zamanı keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5 və cavabdeh3 tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən çıxarılma və kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. Birinci instansiya baxışı zamanı keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar