Məhkəmə qərarları › İş №2(103)-10126/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10126/2021

15.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10126/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin ləğv edilməsi və avtomobilin iddiaçıya verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23.08.2021-ci ici il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əliyeva X2 Rasim Yusif oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **- TA-*** olan, Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 23.09.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-TA-*** olan, Mitsubishi Pajero minik avtomobilinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09.08.2021-ci il tarixində Cavabdeh2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia tələbində istinad etdiyi AR Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09.10.2020-ci il tarixli l(105)- 230/2020 saylı Qərarından kassasiya şikayəti vermişdir və həmin şikayətində iddia tələbini maddi sübuta aid hissədə ləğv etməklə «Mitsubhishi Pajero" markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobilin qaytarılması hissəsində iddia tələbinin rədd edilməsi və ya baxılmamış saxlanılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına göndərilmiş və hakim Əziz Seyidovun icraatına verilmişdir, hazırda həmin iş üzrə məhkəmənin gələcəyi nəticənin hazırki mübahisəyə baxılmasına birbaşa təsiri vardır, qarşı tərəf də məhz həmin məhkəmə aktına istinad etməklə bu iddia tələbini qaldırmışdır, hazırda AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan cinayət işinin hazırki mülki işin nəticəsinə təsiri vardır, ona görə də həmin işə baxılana və yekun qərar qəbul olunana qədər mülki iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin ləğv edilməsi və avtomobilin iddiaçıya verilməsi" barədə iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1.ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(105)-230/2020 saylı Qərarından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işi barədə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. (sədrlik edən: Şəhriyar Əliyev). Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23.08.2021-ci il tarixli qərardadın ləğvi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(011)- 4092/2021 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)-4092/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Abşeron rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, 1 (012)-151/2019 saylı hökmü ilə iddiaçının mülkiyyətində olan 2007-ci il buraxılışlı qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 90MA754 olan Mitsubishi Pajero minik avtomobili həmin cinayət işində zərərçəkmiş şəxs olan Cavabdeh1 qaytarılmışdır. İddiaçı Abşeron rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmündən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsində işə baxılarkən Cavabdeh1 məhkəmə iclaslarına gəlməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 1(105)314/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş AR Ali Məhkəməsinin 1(102)-240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş baxılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(105)-230/2020 saylı qərarı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2.. 178..2.4, 320.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə "Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Cavabdeh1 qaytarılsın” ifadəsi “Mitsubishi Pajero" markalı. 99- MA754 qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın" ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apelyasiya şikayəti təmin edilmişdir. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixili qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 22 -ci il tarixli hökmü hazırda qanuni qüvvədədir. Birinci instansiya məhkəməsi isə qarardadı onunla əsaslandırmışdır ki, Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarından AR Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Buna görə icraat dayandırılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı şikayətində göstərdiyi dəlillər əsaslıdır. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edən zaman məhz CPM-nin 407.2-ci maddəsinin tələbini nəzərə almamış, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr qərarının da məhz AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı əsasında qəbul edildiyini nəzərə almamışdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı dayandırmaqla düzgün nəticəyə gəlməmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23.08.2021-cil tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23.08.2021-cil tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar