Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10136/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X15 və cavabdehin vəkili X3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(008)- 3600/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 11 oktyabr 2013-cü il təvəllüdlü X5 müalicə olunmasına görə çəkilmiş xərcin yarısının – 10.000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, 2(008)-524/2018 saylı mülki iş) onunla Cavabdeh arasında 15 sentyabr 2011-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və nikah akt qeydləri kitabında 1385 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 11 oktyabr 2013-cü il təvəllüdlü X5 və 26 avqust 2015-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılması, Cavabdeh 15 avqust 2017-ci il tarixdən başlayaraq 11.10.2013-cü il təvəllüdlü X11 və 26.08.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd), cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və 11.10.2013-cü il təvəllüdlü X5 müalicə xərcləri ilə əlaqədar hər ay 100 manat məbləğində pulun onun xeyrimə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Nağıyeva, 2(103)- 7058/2018 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə-alimentin qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh 15.08.2017-ci il tarixdən başlayaraq, 11.10.2013-cü il təvəllüdlü X11 və 26.08.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay qazancın 1/3 hissəsi və hər uşaq üçün hər ay 124 (bir yüz iyirmi dörd) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, qətnamənin apellyasiya baxışının predmetinin qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli iş № 2(102)-7851/18 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 15 avqust 2017-ci il tarixdən başlayaraq 11.10.2013-cü il təvəllüdlü X5 və 26.08.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin və 11.10.2013-cü il təvəllüdlü X5 müalicə xərcləriilə əlaqədar hər ay 100 manat məbləğində pulun onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2019 saylı 04.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılmış, qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh 15 avqust 2017-ci il tarixdən başlayaraq 11.10.2013-cü il təvəllüdlü X5 və 26.08.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2019 saylı 04.09.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 11 oktyabr 2013-cü il təvəllüdlü X9 06.12.2013-cü il tarixdən həmin poliklinikada tibbi qeydiyyatdadır. Diqanoz-uşaq serebral iflici. Tetraparetik forma, (işdə olan Sabunçu Rayonu 22 nömrəli Uşaq Poliklinikasının 210 saylı, 11.09.2019-cu il tarixli məktubu). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 11 oktyabr 2013cü il təvəllüdlü X2 diaqnozu Uşaq Serebral iflic Tetraparetik forma xəstəliyidir. (Bakı şəhər Baş Səhiyyə idarəsi X6 tərəfindən verilən 545 nömrəli 30 mart 2016- cı il tarixli epikriz). 11 oktyabr 2013cü il təvəllüdlü X11 müayinə olunmuş və uşağın sağlamlıq imkanlarının məhdudluğu, davamlı nəzərəçarpan hərəki pozuntular, ətrafın parezi, generalizə olunmuş, hiperkinezlər, koordinasiya pozulmaları və s. müəyyən edilmişdir. (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və reablitasiya xidməti 6 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 29 aprel 2016-cı il tarixli akt). Uzun müddətdir ki, uşağının müalicəsi üçün xeyli xərc çəkmişdir. Onun müalicə edilməsi, dərmanlarının alınması, müalicə olunması ilə əlaqədar xarici ölkələrə aparılması, nəqliyyat xərcləri və həmin ölkələrə müayinə və müalicələrə pul xərclənməsi onun tərəfindən həyata keçirilmişdir. İndiyədək bu xərclərin qarşılanması üçün cavabdeh tərəfindən pul xərclənməmişdir. 11 oktyabr 2013-cü il təvəllüdlü X5 yuxarıda göstərilən ağır xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq aşağıdakı xərcləri çıxmışdır: 1). X10 adlı həkimə 27.11.2018-ci il tarixdə 250 manat; 2). Maxaçkala-Sankt-peterburq aviablet üçün Əzimova Məryəmə görə 08.03.2019- cu ildə 109,57 avro; 3). Maxaçkala-Sankt-peterburq aviablet üçün İddiaçı görə 08.03.2019-cu ildə 75,34 avro; 4). Rusiyada bir sıra prosedurlar üçün 26.03.2019-cu il tarixdə 3900 rubl; 5). Medera Hospitalda həkim qəbuluna 31.03.2018-ci ildə 100 manat; 6). Hərtərəfli müayinə edilməsi üçün 01.04.2019- cu il tarixdə 680; 7). Rusiyada “Miramistin” dərmanı üçün 01.04.2019-cu il tarixdə 357 rubl; 8). Rusiyada bir sıra prosedurlar üçün 02.04.2019-cu il tarixdə 2010 rubl; 9). Rentgen üçün Rusiyada 02.04.2019cu ildə 1450 rubl; 10). Rusiyada bir sıra prosedurlar üçün 03.04.2019-cu il tarixdə 590 rubl; 11). Rusiyada bir sıra prosedurlar üçün 03.04.2019-cu il tarixdə 534 rubl; 12). Rusiyada bir sıra prosedurlar üçün 03.04.2019-cu il tarixdə 560 rubl; 13). Rusiyada bir sıra prosedurlar üçün 08.04.2019-cu il tarixdə 9120 rubl; 14). Rusiyada bir sıra prosedurlar üçün 12.04.2019-cu il tarixdə 41.981,87 rubl; 15). Rusiyada bir sıra prosedurlar üçün 12.04.2019-cu il tarixdə70.000 rubl; 16). Q.İ.Tumera adına UşaqTədqiqat Ortopedik İnstitutuna 12.04.2019-cu il tarixdə 111.891,87 rubl; 17). LeninqradMoskva qatarına bilet üçün 12.04.2019-cu il tarixdə Əzimova Məryəmə görə 541 rubl; 18). Leninqrad-Moskva qatarına bilet üçün 12.04.2019-cu il tarixdə İddiaçı görə 1276,8 rubl; 19). Xüsusi tibbi ayaqqabı 06.05.2019-cu il tarixdə 4997 rubl; 20). MoskvaLeninqrad qatarı Əzimova Məryəmə görə 07.05.2019-cu il tarixdə 618,3 rubl; 21). MoskvaLeninqrad qatarı İddiaçı görə 07.05.2019-cu il tarixdə 1495,2 rubl; 22). X1 görə 08.05.2019-cu il tarixdə 618,3 rubl; 23). Sanktpeterburq-Moskva İddiaçı görə 08.05.2019-cu il tarixdə 1495,2 rubl; 24). Xüsusi tibbi ayaqqabı 19.06.2019-cu il tarixdə 4997 rubl; 25). Rusiyada gips qoyma üçün 19.06.2019-cu il tarixdə 530; 26). Ayaq üçün xüsusi ayaqqıbaya görə Rusiyada 19.06.2019-cu il tarixdə 54.960 rubl; 27). Rusiyada müalicəvi masaj üçün 24.06.2019-cu ildə 23.132 rubl; 28). Bakı-Leninqrad aviablet üçün 15.07.2019-cu il tarixdə 470,65 manat; 29). Bakı-Leninqrad aviablet üçün 15.07.2019-cu il tarixdə 430,60 manat; 30). Leninqradİstanbul-Bakı aviabilet üçün 17.07.2019-cu il tarixdə 405,26 manat; 31). Leninqradİstanbul- Bakı aviablet üçün 27.07.2019-cu il tarixdə 445,38 manat; 32). 20.08.2019-cu il tarixdə 150 avro; 33). X13 Mərkəzinə 22.08.2017-ci ildə 60 manat; 34). Moskva-Bakı aviabilet üçün Əzimova Məryəm 175 avro; 35). Moskva-Bakı aviabilet üçün İddiaçı 175 avro; 36). Moskva-Bakı aviablet üçün İddiaçı görə 136 avro; 37). Moskva-Bakı aviablet üçün Əzimova Məryəmə görə 111 avro; 38). Bakı-MinskVilnus- Minsk-Bakı aviablet üçün İddiaçı görə 21.08.2019- cu il tarixdə 441,90 ABŞ dolları; 39). Bakı-Minsk- Vilnus-Minsk-Bakı aviablet üçün Əzimova Məryəmə görə 21.08.2019-cu il tarixdə 441,90 ABŞ dolları; 40). X14 21.09.2019- cu ildən 14.10.2019-cu ilədək müalicə olunması üçün 2272 avro; 41). Gürcüstanda 24.09.2018-ci ildə 51; 42). Gürcüstanda 24.09.2018-ci ildə 26; 43). Dərmanlar üçün Litvada 04.10.2019-cu il tarixdə 50,60 avro; 44). X20 həkim qəbuluna 08.10.2018-ci ildə 35 manat. Göstərilən xərclər onun tərəfindən ödənilmişdir. Qeyd etdiyi kimi bu xərclər uşağın müalicəsinə, müayinə edilməsinə, bu məqsədlə onun xarici ölkələrə aparılması üçün nəqliyyat, otel və xərclərinə sərf olunmuşdur. Ümimilikdə indiyədək 20.000 manat məbləğində xərc çəkilmişdir.Qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, çəkdiyi xərcin yarısı - 10.000 manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir. Qeyd edilənlər iddia ərizəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(102)-7851/2018 №-li qərarı, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(103)-7058/2018 №-li qətnaməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(008)-5441/2019 №-li qətnaməsi, mədaxil qəbzləri, ödənişli tibbi xidmətlərin göstərilməsi barədə müqavilə, göndəriş və digər sənədlərlə təsdiqlənir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(008)- 3600/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 11 oktyabr 2013-cü il təvəllüdlü X5 müalicə olunmasına görə çəkilmiş xərcin yarısı, yəni 10.000 (on min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur (sədrlik edən: Adilə Paşayeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3600/2020 saylı iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş hüquqlarının pozulduğunu qeyd etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hesab edir ki, birinci instansiya məhkəməsi qanunu səhv təfsir etmişdir. Belə ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, 11.10.2013-cü il təvəllüdlü X5 müalicə xərclərilə əlaqədar hər ay 100 manat məbləğində pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi vardır. Bundan başqa məhkəmə tərəfindən 20 000 manat vəsaitin həqiqiətən iddiaçı tərəfindən xərclənməsi və həmin vəsaitin xərclənməsinin zəruri olması araşdırılmamışdır. Bunu da məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, o, ağır xəstədir və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. Məhkəmə hüquq pozuntularla yanaşı iddiaçı tərəfindən uşağın müalicəsi məqsədi ilə 44 fakt üzrə göstərdiyi çəkilən xərci hər bir fakt üzrə araşdırmadan və onları sənədlərlə sübuta yetirmədən qərar qəbul etmişdir. İddiaçının 44 akt üzrə göstərdiyi siyahıdan görünür ki, iddiaçı 2019-cu ildə bütün il boyu başqa ölkələrdə olmuşdur, ancaq siyahıda nə onun mehmanxana, nə də yemək xərcləri göstərilməmişdir. Siyahının 2-ci və 3-cü bəndindən görünür ki, 8 mart 2019-cu il tarixdə X4 şəhərinə uçmuş və oradan aprel 2019-cu il tarixdə qatarla Moskvaya getmişdir. Həmin ərəfədə, yəni 03 martdan, 12 aprel 2019-cu ilədək guya bir sıra proseduralar üçün 232395 rubl vəsait xərcləmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, həmin proseduralar nədən ibarət olmuşdur. Siyahının 19-cu bəndində göstərilir ki, 06 may 2019-cu il tarixdə xüsusi tibb ayaqqabı almaq üçün 4997 rubl xərcləmişdir. Siyahının 14-cu bəndində də xüsusi tibbi ayaqqabı almaq üçün 19 iyun 2019-cu il tarixdə yenə 4997 rubl xərcləndiyi göstərmişdir. Məhkəmə tərəfindən aydınlaşdırılmamışdır ki, bir ayın içərisində 3 ayaqqabının alınması zəruriliyi nədən ibarət olmuşdur. Ümumiyyətlə iddiçının məhkəməyə təqdim etdiyi xərc siyahasında ziddiyyətli məqamlar araşdırılmamışdır. Hesab edir ki, iddiaçının əsassız tələb etdiyi xərcin həqiqiliyini müəyyən etmək üçün onun Azərbaycandan çıxarkən X7 özü ilə nə qədər valyuta aparması baradə verdiyi bəyannaməni məhkəmə sorğu ilə tələb etməli idi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-925/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Şərafət Məmmədova). Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdi. Ali Məhkəmənin 2(102)-4030/2021 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-925/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı və cavabdehin nümayəndəsi X15, mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «Yazıb Sizdən xahiş edirəm ki, icraatınızda olan işlə bağlı razılığa gəlmişik. Hər ay 500 manat İddiaçı ödəyirəm. Bununla da məhkəmə qətnamələri ilə ödənilməli olan alimentlər cəmləşdirilərək cəmi 500 manat hər ay ödəniləcək.» Məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehin nümayəndəsi A.Şükürova barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(008)-3600/2020 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ilə cavabdehin nümayəndəsi X15 arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «Cavabdehin nümayəndəsi X15 hər ay məhkəmə qətnamələri ilə ödənilməli olan alimentlərin cəmləşdirilərək, cəmi 500 manatın hər ay ödənilməsini öhdəsinə götürür.» Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3600/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10136/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10136/2021
19.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver