Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10152/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
1. 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üzrə hesablanmaqla 16.01.2006-cı il təvəllüdlü X6 və 20.04.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 75 manat məbləğində müəyyən edilmiş və ödənilməmiş alimentin- cəmi 1050 manat məbləğində pulun;
2. 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla 16.01.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş və ödənilməmiş alimentin və onun müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay üçün 30 manat vəsaitin - cəmi 4050 manat məbləğində pulun;
3. 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla 20.04.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş və ödənilməmiş cəmi 3240 manat məbləğində alimentin;
4. 2019-ci ilin oktyabr ayırun 1-dən etibarən 16.01.2006-cı il təvəllüdlü X6 və 20.04.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşırfa çatanadək saxlanılmaları üçün hər ay hər birinə 160 manat sabit pul məbləğində alimentin, 16.01.2006-ci il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitincavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qızı, mərhum X11 Cavabdeh ilə 04.02.2004-cü il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 16.01.2006-cı il təvəllüdlü X12 və 20.04.2007-ci il təvəllüdlü X10 anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28.03.2014-cü il tarixli, 2(011)1372/2014 saylı qətnaməsi ilə onların nikahı pozulmuş, 16.01.2006-ci il təvəllüdlü X12 və 20.04.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. Sonradan mərhum qızı aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.10.2016-cı il tarixli, 2(011)-11149/2016 saylı qətnaməsi ilə aliment məbləği hər uşaq üçün 120 manat müəyyənləşdirilmiş, 16.01.2006-ci il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin Cavabdeh X7 xeyrinə tutulması qət olunmuşdur. X3 18.07.2017-ci ildə vəfat etmiş (ölüm haqqında şəhadətnamə AZ-1 883650) və uşaqlar onun himayəsində qalmışdır. Qızının ölümündən sonra cavabdeh aliment ödənişini dayandırmış və 2017-ci ilin iyul ayından indiyədək uşaqların saxlanılması üçün heç bir vəsait ödəməmişdir. Cavabdeh 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üçün də aliment ödəməkdən yayınmış, yalnız 2017-ci ilin aprel, may və iyun ayları üçün aliment ödəmişdir. Dəfələrlə Xətai Rayon İcra və Probasiya şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamış, yalnız 06.09.2018-ci ildə müraciətinə cavab verilmişdir. Həmin məktubda göstərilmişdir ki, qızı vəfat etdiyindən icra sənədinin icraatına xitam verilmişdir. Halbuki “İcra haqqında” qanunun 31-ci maddəsinin tələbinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fıziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. İcra məmuru əslində icraata xitam vermək əvəzinə, analoji qərar qəbul edərək alimentin uşaqların himayəsində olduğu şəxsə ödənilməsi barədə qərar qəbul edə bilərdi. Çünki qızının vəfatından sonra uşaqlar onun himayəsində qalmış və o, faktiki qəyyumluğu həyata keçirmişdir. Hazırda 16.01.2006-cı il təvəllüdlü X12 və 20.04.2007-ci il təvəllüdlü X4 onun himayəsində qalmaları ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli, 2(102)-4478/2019 saylı Qərarı) və bu ona cavabdehə qarşı aliment tələbi irəli sürmək hüququ verir. 16.01.2006-cı il təvəllüdlü X12 və 20.04.2007-ci il təvəllüdlü X10 2014-cü ildən onunla birlikdə yaşayır. Onların gündəlik qayğıları ilə məşğul olur, maddi və mənəvi tələbatlarını ödəyir, onların sağlam böyümələri və yaxşı təhsil almaları üçün lazımi şəraiti təmin etməyə çalışır. Bu işdə həyat yoldaşı X14 ona yaxından kömək edir. Lakin hazırkı maddi imkanları nəvələrinin bütün tələbatlarını ödəməkdə çətinliklər yaradır. Cavabdeh isə nəinki 2017ci ilin iyul ayından alimenti ödəmir, uşaqların elementar istəklərinə sərt reaksiya göstərir, onları təhqir etməkdən belə çəkinmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh 16.01.2006-cı il təvəllüdlü X6 və 20.04.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30.09.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment, 16.01.2006-ci il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 (otuz) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni qismən - iddianın təmin edilməmiş hissəsində ləğv edib, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndi; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 19; Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə istinadən qeyd edilmişdir ki, dəfələrlə Xətai Rayon İcra və Probasiya şöbəsinə müraciət etsə də heç bir nəticəsi olmamış, yalnız 06.09.2018- ci ildə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Vüqar Qasımovun imzası ilə cavab məktubda göstərilmişdir ki, qızı vəfat etdiyindən icra sənədinin icraatına xitam verilmişdir. Halbuki “İcra haqqında” qanunun 31-ci maddəsinin tələbinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. İcra məmuru əslində icraata xitam vermək əvəzinə, analoji qərar qəbul edərək alimentin uşaqların himayəsində olduğu şəxsə ödənilməsi barədə qərar qəbul edə bilərdi. Çünki qızının vəfatından sonra uşaqlar himayəsində qalmış və faktiki qəyyumluğu həyata keçirmiş və uşaqlar onun himayəsində qalmışdır. Qızının ölümündən sonra cavabdeh aliment ödənişini dayandırmış və 2017-ci ilin iyul ayından indiyədək uşaqların saxlanılması üçün heç bir vəsait ödəməmişdir. Cavabdeh hələ qızı sağ olduğu dövr 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üçün də aliment ödəməkdən yayınmış, yalnız 2017-ci ilin aprel, may və iyun ayları üçün aliment ödəmişdir. 16.01.2006-cı il təvəllüdlü X12 və 20.04.2007-ci il təvəllüdlü X10 2014-cü ildən birlikdə yaşayır. Bütün ötən dövr ərzində onların gündəlik qayğıları ilə məşğul olmuş, maddi və mənəvi tələbatlarını ödəmiş, onların sağlam böyümələıri və yaxşı təhsil almaları üçün lazımi şəraiti təmin etməyə çalışmışdır. Bu işdə uşaqların atası tərəfindən heç bir köməklik göstərilməmiş, cavabdehin öz aliment öhdəliklərini icra etməkdən yayınması normal haldır və məhkəmə həmin yayınmaya hüquqi don geyindirməklə haqq qazandırır. Təkcə nəvəsi X6 deyil, həmçinin digər nəvəsi X4 da müalicə xərclərini ödəyir. Bununla bağlı sübutlar məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsi göstərilən faktların heç birini nəzərə almamışdır. Əvvəlki illərə görə ödənilməmiş alimentin tutulmasını uşaqların mənafeyi tələb edir. Bakı Apellyasiya Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(103)-324/2021 qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8067/2019 saylı işi üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.08.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-324/2021 saylı qətnaməsi qismən iddianın təmin olunmayan hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılçışdır. Hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəf qətnaməni qismən - iddianın təmin edilməmiş hissəsində ləğv edib, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Ali Məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində ləğv etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, Ali Məhkəmənin qərarında göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qətnamə iddianın təmin olunmayan qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.10.2016-cı il tarixli, 2(011)-11149/2016 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28.03.2014-cü il tarixli, 2(011)1372/2014 saylı qətnaməsi ilə Cavabdeh ilə X13 araşında 14.02.2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, 16.01.2006-cı il təvəllüdlü X6 və 20.04.2007-ci il təvəllüdlü X4 analarının yanında saxlanılmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X5 aylıq qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq X8 verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə X7 iddiası qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.03.2014-cü il tarixli, 2(011)-1372/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdan artırılmış, hər uşaq üçün Cavabdeh hər ay 120 manat alimentin, 16.01.2006-cı il təvəllüdlü X6 müalıcəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manatın, 16.01.2006-cı il təvəllüdlü X2 müalicəsi ilə bağlı çəkilmiş xərclərə görə Cavabdeh 98,65 manatın X7 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-1 seriyalı, 883650 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18.07.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 06.09.2018-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.10.2016cı il tarixli, 2(011)-11149/2016 saylı icra sənədinə tələbkar X13 vəfat etdiyinə görə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli, 2(102)-4478/2019 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 27.11.2018-ci il tarixli, 2(011)- 4666/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X9 qarşı “uşaq tələbi və cavabdehlərin mənzildən çıxarılmalarına dair” iddia ərizəsi qismən təmin edilərək 16.01.2006-cı il təvəllüdlü X6 və 20.04.2007-ci il təvəllüdlü X4 cavabdehlərdən alınaraq iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.03.2019-cu il tarixli, 2(103)-2967/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-4666/2018 saylı, 27.11.2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisə olunmayan hallarına görə, iddiaçının qızı Vəfa Tağıyeva rəsmi nikah əsasında Cavabdehlə ailə qurub və onların birgə nikahından 16 yanvar 2006-cı ildə Ömər, 20 aprel 2007-ci ildə Nuray adlı iki uşaqları doğulub. Sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub, hər iki uşaq anaları Vəfa Tağıyevanın yanında saxlanılıb. 18 iyul 2017-ci ildə isə Vəfa Tağıyeva ölüb və uşaqlar faktiki olaraq ana nənələri İddiaçı yanında saxlanılmışdır. Bundan sonra, Cavabdeh uşaqları İddiaçı geri tələb edib, lakin qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019cu il tarixli qətnaməsi ilə iddiası əsassız olduğundan rədd edilmişdir. Göründüyü kimi, qızı Vəfa Tağıyevanın ölümündən sonra uşaqları faktiki olaraq iddiaçı saxladığından, sonuncu uşaqların atası Cavabdeh qarşı hazırki tələblərlə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində belə nəticəyə gəlmişdir ki, aliment borclarının tutulması üzrə tələb icra məmurunun səlahiyyətlərinə aid olduğuna görə iddia ərizəsi həmin hissədə təmin olunmamalı, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə Ali Məhkəmənin qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmələr əvvəlki illərə görə ödənilməmiş alimentin tutulması ilə bağlı tələblərin icra məmurunun səlahiyyətinə aid olmasını və buna görə də iddiaçının icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməli olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehə qarşı təmin olunmayan tələbləri 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 75 manat müəyyən edilmiş ödənilməmiş, cəmi 1.050 manat; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 120 manat; 16 yanvar 2006-cı ildə doğulmuş X6 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin, cəmi 4.050 manat pulun; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş ödənilməmiş, cəmi 3240 manat alimentin tutulmasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən tələblər üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olub-olmamasını və həmin tələblərin mərhum Vəfa Tağıyevanın sağlığında qaldırdığı iddia tələbləri ilə əhatə olunub-olunmamasını araşdırmadan və beləliklə də həmin tələblərə aid hissədə işin icraatına xitam verilməsi üçün Mülki Prosessual Məcəllənin 261.0.2, 233.3-cü maddələrində nəzərdə tutulan əsasların olub-olmamasını yoxlamadan, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə də dəyişdirilmədən saxlamışdır. Halbuki, qeyd olunan maddələrin mənasına görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi...olarsa məhkəmə iş üzrə icraata xitam verir. Eyni zamanda qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddiaçının irəli sürdüyü tələblərin əvvəlki məhkəmə baxışının predmeti olub-olmadığı yoxlanılmalı və nəticəsindən asılı olaraq iddiaçının hazırki tələblərinin əsaslılığına Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Həmin Maddənin tələblərinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Odur ki, Kollegiya hesab edir ki, məhrum X7 vəfat etdiyi 18.07.2017-ci il tarixdən hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi 30.09.2019-cu il tarixədək, yəni 26 aylıq dövr üçün hər iki uşağa görə iddia ərizəsində göstərilən məbləğdə (hər uşağa görə 120 manat) aliment tutulmalıdır. Belə ki, riyazi hesablama aparıldıqda həmin məbləğ: 2 uşaq x 120 manat x 26 ay =6240 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Bundan başqa, Kollegiya həmin dövr üçün X6 əlavə xərclərinə görə hər ay üçün 30 manat vəsaitin tutulması üçün əsas görmür. Bundan başqa, məhrum X1 məhkəmə qətnaməsi ilə tutulmuş, lakin ödənilməmiş alimentin məbləği icra qaydasında həll olunmalıldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin olunmayan hissəsində işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya
qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iddia qismən təmin olunsun. 18.07.2017-ci il tarixdən 30.09.2019-cu il tarixədək olan müddət üçün 16.01.2006cı il təvəllüdlü X6 və 20.04.2007-ci il təvəllüdlü X4 hər biri üçün 120 manat, iki uşağa 240 manat olmaqla, ümumilikdə 6240 (altı min iki yüz qırx) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə iddianın təmin olunmayan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.