Məhkəmə qərarları › İş №2(103)-10205/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10205/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10205/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 Hüseyn oğlunun və İddiaçı2 cavabdeh Xalq Bank ASC-yə qarşı “ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi” tələbi (iddia ərizəsinin qaytarılması) barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5539/2021 saylı işi üzrə 24 avqust 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 Hüseyn oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5539/2021 saylı işi üzrə 24 avqust 2021-ci il tarixli qərardadı 24.08.2021-ci il tarixində tərəflərə göndərilmiş (səh 8), 30.08.2021 tarixli reyestr işə əlavə olunmuşdur (səh 9). İddiaçı1 Hüseyn oğlu 20.09.2021ci il tarixində həmin qərardaddan apellyasiya şikayəti vermişdir (səh.14), lakin qeyd olunan qərardadın iddiaçı tərəfindən hansı tarixdə alındığını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə prosessual müddətə qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar apellyasiya şikayətində göstərilməli olan halda, iddiaçı tərəfindən məhkəmə aktının düzgün hesab etmədiyi əsaslar apellyasiya şikayətində göstərilməmiş, istinad ediləsi hər hansı material müraciətlərə ümumiyyətlə əlavə edilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357, 360-366, 395-398, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5539/2021 saylı işi üzrə 24 avqust 2021-ci il tarixli qərardadından İddiaçı1 Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar