Məhkəmə qərarları › İş №2(103)-10230/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10230/2021

05.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10230/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5, cavabdehin nümayəndəsi Xeyrulla Cavadovun və cavabdehin vəkili Nemət Heydərovun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutuna qarşı “əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 2021-ci ilin may və iyun aylarına görə ödənilməmiş əmək haqqı ödənilsin, habelə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilən gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2021-ci ilin may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı cavabdeh tərəfindən iddiaçılara ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Xeyrulla Cavadov və cavabdehin vəkili Nemət Heydərov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Cavabdeh İddiaçı3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında əmək münasibəti mövcuddur. 2021-ci ilin may və iyun ayları üçün əmək haqqı cavabdeh tərəfindən iddiaçılara ödənilməyib. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Cavabdeh əmək haqqının ödənilməməsinin səbəbini belə izah edir ki, “Covid-19” pandemiyası ilə əlaqədar iş həcmi və maliyyə gəlirləri xeyli azalmış, ona görə də iddiaçılar həmin aylarda ödənişsiz məzuniyyətə buraxılmışlar. Lakin iddiaçıların ödənişsiz məzuniyyətə buraxılması Əmək Məcəlləsinin 129 və 146-cı maddələrinin tələblərinə uyğun sayılmır. Belə ki, iddiaçıların ödənişsiz məzuniyyətə buraxılması üçün onların xahişi olmalı idi, yaxud tərəflərin qarşılıqlı razılığı olmalı idi, yaxud da cavabdehin istinad etdiyi hal kollektiv müqavilədə nəzərdə tutulmalı idi. İddiaçıların xahişi və ya tərəflərin rarşılıqlı razılığı olmayıb. Apellyasiya icraatı zamanı cavabdeh tərəf kollektiv müqavilənin kserosurətini məhkəməyə təqdim etmiş və müqavilənin 6.3-cü bəndinə istinad edərək iddiaçıların ödənişsiz məzuniyyətə buraxlmasının həmin müqaviləyə uyğun olduğunu bildirmişdir. Kollektiv müqavilə 3 səbəbdən sübut kimi qəbul oluna bilməz. 1-ci, Əmək Məcəlləsinin 32ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir. Kollektiv müqavilənin özündə (1.7-ci bənddə) onun imzalandığı gündən qüvvəyə mindiyi qeyd olunub, lakin müqavilənin imzalandığı gün göstərilməyib. 2-ci, kollektiv müqavilə kserosurətdir, əsli ilə düzgünlüyü təsdiq olunmayıb. 3-cü, kollektiv müqavilə hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim olunmayıb. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi əmək haqqının ödənilməsi barədə tələbi təmin etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilən hissəsinə münasibətdə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar