Məhkəmə qərarları › İş №2(103)-10262/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10262/2021

10.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10262/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi eyni zamanda vəkili X2, Cavabdeh MMC-nin nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2146/2021 saylı iş üzrə qəbul etdiyi 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlcə cavabdehdən istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə qətnamə çıxarılan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında hesablanmaqla kompensasiyanın tutulmasını, daha sonra yenidən ərizə təqdim edərək istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə 16.07.2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında hesablanmaqla 5113 manat dəbbə pulu, ümumilikdə isə 7141.61 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2146/2021 saylı iş üzrə qəbul etdiyi 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 2028,61 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 2328,61 (iki min üç yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbi üzrə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, 2028,61(iki min iyirmi səkkiz manat altmış bir qəpik) manat əsas borc, 5113 (beş min yüz on üç) manat cərimə borcu olmaqla, cəmi 7141.61 (yeddi min yüz qırx bir manat altmış bir qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq onun xeyrimə ödənilməsi, məhkəmə işi üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbi üzrə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət hesabına ödənilməlisi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10262/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2146/2021 saylı iş üzrə qəbul etdiyi 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 15 oktyabr 2021-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş qətnamədən cavabdehin apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş və apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi eyni zamanda vəkili X4 vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən tərəflərindən apellyasiya şikayətinin verildiyini bildirməklə həmin apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili X3 izahatında bildirdi ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərədən keçirib hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2146/2021 saylı iş üzrə qəbul etdiyi 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10262/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar