Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10298/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-541/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasэnda baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəzi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-541/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçıya izah edilmişdir ki, onun məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Həmçinin ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, işin icraatının təzələnməsi və məhkəmə baxışına təyin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş iclaslar ərəfəsində məzuniyyəti ilə əlaqədar olaraq Bakı şəhərindən kənarda olacağından 2 dəfə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun adına (1-ci 05.08.2021-ci il tarixdə, 2-ci isə 23.08.2021 -ci il tarixdə) ərizələr yazaraq poçt vasitəsi ilə həmin ərizələrini məhkəməyə göndərib üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məlumat vermiş və iştirak edə bilmədiyi üzürlü hesab edərək işi başqa vaxta təxirə salmağı məhkəmədən xahiş etmişdir. Ona görə də hesab edir məhkəmə iclasına gələ bilməməsi üzürlü hesab edilərək başqa vaxta və tarixə təxirə salınmalı idi. Bundan başqa məhkəmənin diqqətinə çartdırır ki, MPM-nin 259.0.7-ci maddəsində qeyd edilmişdir ki, iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə ərizə baxılmamış saxlanılır. Hazırki iddia tələbi isə 2020-ci ildən birinci instansiya məhkəməsinin icraatında olmaqla bir neçə dəfə baxılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-541/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi məzuniyyəti ilə əlaqədar olaraq Bakı şəhərində olmaması ilə bağlı olmuşdur ki, bu barədə də yazılı müraciətlər edərək, işin baxılmasında üzrlü səbəb olduğu üçün iştirak edə bilməcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiaçı 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə daxil olmuş ərizəsi ilə 01 sentyabr 2021-ci il tarixə təyin edilmiş iclasda Bakı şəhərində olmaması səbəbindən iştirak edə bilməyəcəyini bildirərək işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı məhkəməni məlumatlandırmış və həmin hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin təsiri altına düşməməklə, iddiaçı işin baxılmasının təxirə salınmasında iradə ifadəsini nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə istinad etməklə qeyd olunan ərizəyə ümumiyyətlə qiymət verməyərək, iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə istinad etməsi də yanlış olmuşdur. Belə ki, həmin maddənin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı işin təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət etməsi mübahisəsizdir. Digər tərəfdən hazırki iş üzrə artıq bir neçə dəfə məhkəmə iclasları keçirilmiş, ekspertiza təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilmiş və bu halların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə istinad edilməsini mümkünsüz edir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mülki-prosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-541/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-541/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10298/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10298/2021
13.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver