Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10422/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 03.09.2021-ci il tarixli qətnamə ilə iddiaçının cavabdeh ASC-yə qarşı irəli sürdüyü iddianın qismən təmin edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Rayon Məhkəməsi 07.10.2021-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi 03.09.2021-ci il tarixli qətnamədən cavabdeh ASC tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirmiş və həmin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan, iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” 08 oktyabr 2021-ci il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2021ci il tarixli qətnamədən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-10422/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10422/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver