Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-105/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamentinə qarşı “ödənilməmiş əmək haqqının (qazancın) ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilməmiş əmək haqqının (qazancın) ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)-3827/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı X3 maşinist işləyir. 2.İddiaçı əlavə iş saatların əvəzinə heç bir əmək haqqı ödənilmədiyini qeyd edərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" QSCnin Yük daşımaları Departamenti tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı (qazanc) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildən X3 maşinist işləyir. ADY QSC sədrinin 18/s xx.xx.2016-cı il tarixli, “vahid əmək haqqı və kateqoriyalar cədvəlində” göstərilən kimi aylıq əmək haqqının 355,50 qəpik bir saat 2,418 qəpikdir. Lokomotiv hərəkəti 1,93 qəpik, boş dayanma 1,61 qəpikdir. Araşdırma zamanı məlum oldu ki, depo rəislərinin xx.xx.2012-ci il tarixli əmr №235, xx.xx.2014-cü il tarixli əmr №227, xx.xx.2020-ci il tarixli X4 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokol çıxarışında göstərilən 2.3.4 bəndlərində göstərilmiş iş saatları norma saata daxil olur, lakin bu saatların əvəzinə heç bir əmək haqqı ödənilmir. Həmin əmrə əsasən X6 elektrovozu qəbul edib, nəzarət postunu keçməsi və səfərdən sonra bütün hallarda 30 dəqiqə xx/xx-2012-ci il tarixdən norma saata daxil olunur. Ancaq heç bir qəpik ödənilmir. X4 rəhbərliyindən soruşduqda ki, Lokomotiv qəbul edib nəzarət postuna qədər (45 dəqiqə), nəzarət postunu keçib stansiyaya daxil olub Lokomotivlə qatarın üstündə 1 saat dayandıqda nə qədər pul qazanmışam suala cavab verilmişdi ki, heç bir pul qazanmamışdı. Yük daşımaları Departamentinin xx.xx.2011-ci il tarixli 369 №-li əmri verilmişdi. Bu əmrə əsasən stansiyalarda qatarlardan vaqon açılıb, qoşulmalı idi. Bir neçə il bu vaqonların açılıb qoşulmasın Lokomotiv briqadaları aparmışdır. Hal-hazırda stansiyalarda qatarlardan vaqon açıb qoşurlar. Bu 369 saylı əmrə görə Lokomotiv briqadaları işdə çox olur, lakin hec bir ödəmə olunmur. Stansiyalarda qatar üstündə boşdayandıqda (qırmızı siqnalda, qatardan vaqon açıb qoşulduqda) ödəmə olunmur, lakin norma saata daxil olunur. Onun hesablarına görə tələb etdiyi məbləğ təxminən yeddi min manat təşkil edir. Sonda iddiaçı qeyd edilənlərə əsasən, ödənilməmiş əmək haqqının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 avqust 2021-ci il tarixli, 2(006)-3827/2021 saylı qətnaməsi ilə (hakim-Natavan Tağıyeva) iddia tələbi təmin edilərək,cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamenti tərəfindən X3 maşinist vəzifəsində işləyən İddiaçı ödənilməmiş əmək haqqının (qazanc) ödənilməsi qət olunmuşdur. 6.İş materiallarından görünür ki, İddiaçı "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X3 maşinist vəzifəsində işləyir. 7.İş materiallarında olan "xxxx" QSC-nin X4 235 saylı xx.xx.2012-ci il tarixli və 227 saylı xx.xx.2014-cü il tarixli əmrlərdən görünür ki, lokomotiv briqadalarının iş vaxtının və fasiləsiz iş müddəti hazırki əmrlərlə tənzimlənir. 8.İş materiallarında olan Həmkarlar İttifaqının sədri tərəfindən İddiaçı ünvanlanmış 2020-ci ilin avqust tarixli məktubunda və X5 22 iyun 2020-ci il tarixli aktında qeyd olunmuşdur ki, maşinist İddiaçı xx.xx.2020-ci il tarixli, 97 saylı ərizəsində qeyd edilənlər "xxxx" QSC-nin sədrinin xx.xx.2016-cı il tarixli “Vahid Əmək haqqı və Kateqoriyaları Cədvəli”nə istinad etmişdir.Həmin əmr tərəflərindən araşdırılmış və ərizədə qeyd edilənlər aşağıdakı kimi olmuşdur.Ərizədə qeyd edilən xx.xx.2020-ci il tarixli X4 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokolundan çıxarışında göstərilən 2.3.4-cü bəndlərində göstərilmiş norma saata daxil olur,lakin bu saatların əvəzinə heç bir əmək haqqı ödənilmir ifadəsi komissiya tərəfindən araşdırılaraq Biləcəri stansiyasından təsərufat qatarı ilə gedib başqa bir stansiyada tranzit qatarla yola düşmüşsə, yola düşən müddətə qədər hər saatı 1.93 manatla hesablanır. Tək halda getdikdə tranzit qatarla yola düşənə qədər hər saatı 1.81 manatla hesablanır.Gecə saatı 0,967 manat,Biləcəndən Hacıqabula kimi 6 saatdan sonrahər saatı 1,62 manatdan,8 saatdan sonar əlavə istirahət üçün isə 1,57 manat ödənilir. Uzun qatara görə əlavə vəsait ödənilmir.Ağır yükə görə Biləcəri stansiyasından Yalama stansiyasına 3500 tondan yuxarı olan yüklər üçün,hər yük tonuna görə 2,42 manat ödənilir.Yalama stansiyasından Biləcəri stansiyasına 3300 tondan yuxarı,Biləcəri stansiyasından Hacıqabul stansiyasına kimi 3500 tondan yuxarı,Hacıqabul Biləcəri istiqamədində isə 3000 tondan yuxarı olan yüklər üçün əlavə vəsait ödənilir.Ərizədə qeyd olunan lokomotiv birqadalarının norma saatına görə ödəniş barədə araşdırma zamanı lokomotiv birqadalarına hesablanan bütün ödənişlər vəzifə maaşının illik normadan (147 saat) alınan tarif dərəcəsi ilə hesablanır. (İş stajına görə verilən ödəniş istisna olmaqla) Yəni aylıq norma saatı illik normadan azdırsa,o halda vəzifə maaşı az hesablanır və bu hal yalnız iş stajına görə ödənişə təsir edir.Misal üçün norma saatı 120,0,staj 20%, oklad: 355,5 manatdırsa,355,50 :147x120 x 20% = 58,04 manat təşkil edir.Ərizədə qeyd olunan əmrlərlə əlaqədar komissiya bildirir ki,2017-ci ilin may ayında Vahid Əmək haqqı və Kateqoriya Cədvəlinin dərəcələrinə müvafiq olaraq fəhlə və qulluqçularının aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırılmışdır. “Azərbaycan Dəmir Yolları" QSC-nin İqtisadi siyasət və təhlil şöbəsinin rəhbərliyi tərəfindin bir sıra idənclər dayandırılmışdır.Həmin şöbə ləğv edildiyindən həmin sənədləri əldə etmək mümkün olmamışdır.Həmin əmrlər əldə edilən kimi ərizəçiyə əlavə məlumat veriləcəkdir. Aktda nəticə olaraq qeyd olunmuşdur ki, maşinist İddiaçı xx.xx.2020-ci il tarixli 97 saylı ərizisi komissiya tərəfindən tam, obyektiv və ədalətli araşdıraraq qeyd edir ki, ərizədə qeyd sdilənlər əsassizdır.Belə ki, norma saatları və əlavə ödənişlər Baş idarənin mütəxəsisləri tərəfindən tənzimlənir.Biləcəri lokomotiv deposu yalnız "xxxx" QSC-nin sədri tərəfindən təsdiqlənmiş “vahid ştat cədvəli”-nə əsasən əmək haqqı ödənişlərini həyata keçirir.Komissiya hesab edir ki, ərizədə qeyd edilənlərin bəzi detalları aktual hesab adildiyinindən aidiyyatlı şəxslərin iştirakı ilə depo rəisinin yanında müzakirə edilməsini məqsədə uyğun hesab edir. 9.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2012-ci ildən X6 maşinist işləyir. ADY QSC sədrinin 18/s xx.xx.2016-cı il tarixli, “vahid əmək haqqı və kateqoriyalar cədvəlində” göstərilən kimi aylıq əmək haqqının 355,50 qəpik bir saat 2,418 qəpikdir. Lokomotiv hərəkəti 1.93 qəpik, boş dayanma 1.61 qəpikdir. Depo rəislərinin xx.xx.2012-ci il tarixli əmr №235, xx.xx.2014-cü il tarixli əmr №227, xx.xx.2020-ci il tarixli X4 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokol çıxarışında göstərilən 2.3.4 bəndlərində göstərilmiş iş saatları norma saata daxil olur, lakin bu saatların əvəzinə heç bir əmək haqqı ödənilmir. Həmin əmrə əsasən X6 elektrovozu qəbul edib, nəzarət postunu keçməsi və səfərdən sonra bütün hallarda 30 dəqiqə xx/xx-2012-ci il tarixdən norma saata daxil olunur. Ancaq heç bir qəpik ödənilmir. Yük daşımaları Departamentinin xx.xx.2011-ci il tarixli 369 №-li əmri verilmişdi. Bu əmrə əsasən stansiyalarda qatarlardan vaqon açılıb, qoşulmalı idi. Bir neçə il bu vaqonların açılıb qoşulmasın Lokomotiv briqadaları aparmışdır. Hal-hazırda stansiyalarda qatarlardan vaqon açıb qoşurlar. Bu 369 saylı əmrə görə Lokomotiv briqadaları işdə çox olur, lakin hec bir ödəmə olunmur. Stansiyalarda qatar üstündə boş dayandıqda (qırmızı siqnalda, qatardan vaqon açıb qoşulduqda) ödəmə olunmur, lakin norma saata daxil olunur. 10.Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamenti tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı (qazanc) ödənilməlidir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157, 55, 177.4, 197.1, 137.2, 196.5, 290.1, 290.2, 290.3, 296.4, 296.3: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına:Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 216-220, 227, 358, 360 və 362-cimaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.Cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamenti tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 1-ci dəlil üzrə:İddiaçı hal-hazırda "xxxx" QSC İnfrastruktur departamentinin Qatarların idarə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat edilməsi xidmətinin Biləcəri magistral lokomotivlərinin idarə edilməsi sahəsinin Elektrovoz lokomotiv briqadasında elektrovoz maşinisti vəzifəsində çalışır və onun vəzifə maaşı 355,50 (üç yüz əlli beş manat 50 qəpik) manat təşkil edir. Əmək haqqına əlavə məbləğlər ADY-nin təyin etdiyi normalar çərçivəsində getdiyi yolun kilometrinə və gördüyü işə əsasən hesablanır. Bildiririk ki, İddiaçı ADY tərəfindən iş vaxtından əlavə işlərə cəlb edilməmiş və mülki işin materiallarında bu xüsusatı təsdiq edən heç bir sübut mövcud deyil. Belə olan halda məhkəmənin hər hansı təsdiqedici sübutlar olmadan iddianı təmin etməsi kobud qanun pozuntusu hesab edilir. 2-ci dəlil üzrə:birinci instansiya məhkəməsi iddianı təmin edərkən bu qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən görülən iş onun aldığı vəzifə maaşına saat hesabı hesablanaraq əlavə edilməklə ona ödənilməli idi. Məhkəmənin yanaşması tamamilə formal mülahizəyə söykənir. Belə ki, lokomativ briqadalarının norma saatına görə ödəniş briqadalarına hesablanan bütün ödənişlər vəzifə maaşının illik normadan (147 saat) alınan tarif dərəcəsi ilə hesablanır (iş stajına görə verilən ödəniş istisna olmaqla). Aylıq norma saatı illik norma saatlarından azdırsa, o halda vəzifə maaşı az hesablanır və bu hal yalnız iş stajına görə ödənişə təsir edir. Misal:norma saatı 120,0,staj 20%, vəzifə maaşı 355,5 manatdırsa,355,50:147x120 x 20% = 58,04 manat təşkil edir.Yəni, İddiaçı tərəfindən görülən işlər onun norma saatlarına daxil edilirdi. Əgər işçi normadan artıq işləyərsə, vəzifə maaşına əlavələr ödənilir. Əlavə işə cəlb edilmə zamanı Biləcəri stansiyasından təsərrüfat qatarı ilə gedib başqa bir stansiyada tranzit qatarla yola düşərsə, yola düşən müddətə qədər hər saatı 1,93 manatla, tək halda getdikdə tranzit qatarla yola düşənə qədər hər saatı 1,81 manatla, gecə saatı 0,967 manatla, Biləcəridən Hacıqabula kimi 6 saatdan sonar hər saatı 1,62 manatla, 6 saatdan sonra əlavə istirahət üçün 1,57 manatla hesablanacaqdı. Lakin hazırki mübahisədə iddiaçı tərəfindən qeyd edilən əlavə işlərin görülməsi halı baş verməmiş və məhkəmə bunun ziddinə olaraq səhv nəticəyə gəlmişdir. Beləki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iddianın rədd olunması barədə qətnamə qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikaətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli, iddia rədd olunmalıdır. Belə ki, İddiaçı ADY tərəfindən iş vaxtından əlavə işlərə cəlb edilməmiş və mülki işin materiallarında bu xüsusatı təsdiq edən heç bir sübut mövcud deyil. İddiaçı tərəfindən qeyd edilən əlavə işlərin görülməsi halı baş verməmiş və məhkəmə bunun ziddinə olaraq səhv nəticəyə gəlmişdir. 16.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 17.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18. 9-cu maddəsinin e) bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır.
19. 99-cu maddəsinin 1-ci bəndəinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
20. 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
21. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 22.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 24.Maddə 124.2.İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 25.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 26.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməmlidir. 30.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi və prosessual hüququ normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə ləğv edilərək, işdə olan sübutlar əsasənda yeni qətnamə qəbul edilməlidir. 31.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı hal-hazırda "xxxx" QSC İnfrastruktur departamentinin Qatarların idarə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat edilməsi xidmətinin Biləcəri magistral lokomotivlərinin idarə edilməsi sahəsinin Elektrovoz lokomotiv briqadasında elektrovoz maşinisti vəzifəsində çalışır və onun vəzifə maaşı 355,50 (üç yüz əlli beş manat 50 qəpik) manat təşkil edir. 32.İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iş vaxtından əlavə işlərə cəlb oldunduğunu və buna görə ona ödənilməli olan ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. 33.Kollegiya qeyd edir ki, əmək haqqına əlavə məbləğlər ADY-nin təyin etdiyi normalar çərçivəsində getdiyi yolun kilometrinə və gördüyü işə əsasən hesablanır. İddiaçı ADY tərəfindən iş vaxtından əlavə işlərə cəlb edilməsi halları müəyyən olunmamış, mülki işin materiallarında bu xüsusatı təsdiq edən heç bir sübut mövcud deyil. 34.Belə ki, məhkəmə kollegiyasının xx.xx.2021-ci tairxli qərardadı ilə ekspertiza təyin edilərək ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5967 saylı ekspert rəyinə əsasən rəyin təsviri hissəsində göstərilənlərə və iş materiallarında mövcud olan sənədlərə (2019-2022-ci illər üzrə tabel uçot vərəqəsinə) əsasən İddiaçı "xxxx" QSC-nin Yük daşımaları Departamentində işlədiyi 2019- 2022-ci illər üzrə 39.248,9 manat məbləğində əmək haqqının hesablanıb bank hesabına köçürülməsi müəyyən edilir. 35.Göründüyü kimi ekspert rəyi ilə iddiaçının "xxxx" QSC-nin Yük daşımaları Departamentində işlədiyinə görə 39.248,9 manat məbləğində əmək haqqının hesablanıb bank hesabına köçürülməsi müəyyən edilmiş, onun iş vaxtından əlavə işə cəlb edilməsi müəyyən edilməmişdir. 36.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 37.Göründüyü kimi iddiaçının iş vaxtından əlavə işlərə cəlb olunması və buna görə əmək haqqının ödənilməməsi halları müəyyən edilməmişdir. 38.Kollegiya qeyd edir ki, qətnamə qəbul edilərkən, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normaları düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir.Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)-3827/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. 39.Məhkəmə kollegiyası qeyd edir ki, iddia təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)-3827/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov