Məhkəmə qərarları › İş №2(103)-1054/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1054/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1054/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxx” QSC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 22M000000391 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iş, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun icraatında olan, iddiaçı “xxxx” QSC inin cavabdehlər X8, X4 və X6 qarşı kreüdit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işlə eyni icraatda birləşdirilməlidir. Ona görə ki, hər iki mülki iş bir-biri ilə əlaqəlidir və işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə tələbinə dair 2(103)- 1054/2021 saylı mülki iş, iddiaçı “xxxx” QSC-nin cavabdehlər X11, X3 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(106)-659/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar