Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10608/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “X4 X6” MMC-nin nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı “X4 X6” MMCnin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3969/2021 saylı işi üzrə 21 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı “X4 X6” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X4 Evi-Uşaq Bağçası” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xidməti otaqların təmirinə çəkilmiş xərclər qismində 10342 manat, əldən çıxmış fayda qismində 20210 manat və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 30582 manat məbləğində pul vəsaitinin “X4 Evi-Uşaq Bağçası” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3969/2021 saylı işi üzrə 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 35.1, 39.1, 152.1.3, 152.1.5, 152.4-cü maddələrinə istinadən) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, İddia ərizəsinin mahiyyətindən görünür ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən (Park Azure yaşayış kompleksi) “X4 Evi-Uşaq Bağçası” MMC-nin xidməti otaqlarına 31 iyul 2021-ci il tarixdə, gecə saatlarında bağçanın üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 363 nömrəli mənzildən böyük həcmdə su axıldılması nəticəsində bağçanın xidməti sahələrinə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı Hökumət ödəniş portalı vasitəsi ilə 13 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 30 manat dövlət rüsumu ödəmişdir. Halbuki, iddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə deyil, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bu isə, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməməsi deməkdir və iddia ərizəsinin geri qaytarılması əsaslarındandır. İddiaçı qərardaddan şikayət vermiş Bakı Şəhəri Nizami Rayon məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli e-2(007)-3969/2021 saylı qərardadının ləğv edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 39, 45.4, 269.1, 269.cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmənin həmin iş üzrə qəbul etdiyi qərardad aşağıdakı göstərilənlərə görə əsassız və qeyri obyektiv hesab edilməklə ləğv edilməlidir. Belə ki, Məhkəmə qərardadda iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə gəldiyi nəticəni, daşınmaz əmlaklarla bağlı iddiaların müstəsna aidiyyət qaydasında yalnız həmin əmlakların yerləşdiyi ərazilərin məhkəmələrinə verilməsi ilə əsaslandırmağa çalışmışdır.Cavabdeh ünvan 2 ünvanında rəsmi qeydiyyatda olduğuna görə iddia ərizəsi Bakı Şəhəri Nizami Rayon məhkəməsinə təqdim edilmişdir.Bundan başqa əvvəllər “X4 Evi- Uşaq Bağçası” MMC-nin hazırki iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon məhkəməsinə müraciəti həmin Məhkəmənin e-2(011)-7286/2021 saylı 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılaraq, həmin iddia ərizəsinin aidiyyatı üzrə Bakı Şəhəri Nizami Rayon məhkəməsinə verilməli olduğu iddiaçıyai izah edilmişdir.Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi ilə Bakı Şəhəri Nizami Rayon məhkəməsi arasında ərazi aidiyyətinə dair mübahisə yaranmışdır.Beləliklə Bakı Şəhəri Nizami Rayon məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli e-2(007)-3969/2021 saylı qərardadının ləğv edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3969/2021 saylı işi üzrə 01.10. 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X4 X6” MMC-nin nümayəndəsi Vəkil Nizami Rayon Məhkməsinin iddia ərizəsini müstəsna aiddiyyətlə bağlı geri qaytardığını, bu zaman onun Xətai Rayon Məhkəməsinə müraciət etdiyini, hansı məhkəmədə baxılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh mülki işə hansı məhkəmədə baxılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 36, 149-152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan ərizənin qeyd edilmiş əsasla qaytarılması mülki prosessual baxımından yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, işdə şikayətə qoşulmuş sənədlərdən görünür ki, cavabdeh Nizami rayon ərazisində qeydiyyatdadır, tələb isə pul tələbidir. Mülki Prosessual Məcəllənin tələblərinə görə: Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (39.1). Prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələb ilə bağlılığı müəyyən ediilr və işin təfərruatı araşdırılmadan tələbin mahiyyətin müəyyən edilməsi şəxsin məhkəmə müdafiə hüquqların pozulmasına şərait yaradan amil kimi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının biləvasitə hazırki tələblə bağlılığı müəyyən edilmir.Ona görə iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən müzakirə edilməli, dövlət rüsumunun Xətai Rayon Məhkəməsinə ödənilməsinin - onun müəyyən edilmiş qaydada ödənilməməsi anlamına aidiiyyəti təfsir edilməli, icraat zamanı təmin edilməsi imkanları nəzərdən keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı X4 X6” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3969/2021 saylı işi üzrə 21 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbulu məsələsinə (mümkünlüyünə) yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-10608/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10608/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver