Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10620/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2973/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqından qalan borcun cavabdehdən tutulması, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, sahiblik və mülkiyyət hüququnun həyat keçirilməsinə dair maneələrin aradan qaldırılması dair iddiası ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2973/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyətinin dəyişdirilməsinə dair Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə ərizəsi təmin olunmamışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2973/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayətə etiraz edərək bildirdi ki, rayon məhkəməsinin qərardadı əsaslı və qanunidir. Qarşı tərəf qəsdən süründürməçilik edir. Şikayətin təmin edilməməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh xəbərdar edilsə də vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi və iclasın başqa vaxta təxirə salınmasına dair teleqramı daxil olmuş, lakin üzrlü səbəbin nədən ibarət olması göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, gəlməyən şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əşya Bakı şəhəri Nizami rayonu ərazisində yerləşir. İddiaçı da mülkiyyətində olan həmin daşınmaz əşya ilə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olan haların aradan qaldırılmasını və cavabdehin həmin evdən çıxarılmasını tələb edir. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddianın da daşınmaz əşyanın olduğu yer üzrə verilməsi düzgündür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər işin ax Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Çünki, hazırki iddia tələbi müstəsna aidiyyəti nəzərdə tutduğundan, eləcə də iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülmədiyindən şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 39.1, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2973/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad, çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10620/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10620/2021
25.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver