Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1068/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh “Schlumberger Overseas SA” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Kuliyeva Sevinc Nəbi qızı və onun nümayəndəsi-vəkili Kərimov Fuad Sabir oğlunun iştirakları ilə, İddiaçılar Məmmədov Rauf Ramizoviç, Rzayev Aleksandr Yevqeniyeviç və Məmmədov Hikmət Adil oğlunun (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin üçüncü şəxs qismində cəlb edildiyi) cavabdeh “Schlumberger Overseas SA” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək haqqına əlavələrin, normadan artıq işə görə əmək haqqının, məzuniyyət pulunun və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən edilərək 75 faiz Dəniz əmsalına görə ödənilməli olan əlavə olaraq 14.132.45 manat məbləğində pul vəsaitinin Məmmədov Rauf Ramizoviçin xeyrinə, 13.820 manat məbləğində pul vəsaitinin Rzayev Aleksandr Yevqeniyeviçin xeyrinə, 6.565.70 manat məbləğində pul vəsaitinin Məmmədov Hikmət Adil oğlunun xeyrinə cavabdeh “Schlumberger Overseas SA” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili F.Kərimov iddiaçılar tərəfindən imzalanmış cavabdehlə aralarında barışıq olması, iddia tələbindən imtina etdikləri bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmələri barədə notarial qaydada təsdiq olunmuş ərizələri və barışıq sazişlərini məhkəməyə təqdim etmişdir; həmçinin cavabdehin nümayəndəsi-vəkili iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasına təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə gəlməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar Məmmədov Rauf Ramizoviç, Rzayev Aleksandr Yevqeniyeviç və Məmmədov Hikmət Adil oğlunun (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin üçüncü şəxs qismində cəlb edildiyi) cavabdeh “Schlumberger Overseas SA” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək haqqına əlavələrin, normadan artıq işə görə əmək haqqının, məzuniyyət pulunun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə, iddiaçılar Məmmədov Rauf Ramizoviç, Rzayev Aleksandr Yevqeniyeviç və Məmmədov Hikmət Adil oğlunun iddiadan imtinaları qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 630 (altı yüz otuz) manat cavabdeh “Schlumberger Overseas SA” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1068/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1068/2021
24.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver