Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10683/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3967/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin fevral ayından işdən azad olunduğu 25 may 2021-ci il tarixədək ödənilməmiş 5700 manat əmək haqqı borcunun, 25.07.2019-cu il tarixdən 24.05.2021-ci il tarixədək istifadə edilməmiş əmək məzuniyyətinə görə məzuniyyət haqqı borcunu, 2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində ödənc borcunun ödəniş gününə qədər hesablanmaqla ödənilməsini, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat haqqın alınıb ödənilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 25 iyul 2019-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində texniki Plan Departamentinə mühəndis-energetik (enerji obyektlərinin tikintisi üzrə) vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən əmək haqqı aylıq vergilər və digər ödənişlər də daxil 1.680 (bir min altı yüz səksən) manat müəyyən edilmişdir. 2021-ci ilin yanvar ayının sonuna kimi İddiaçı maaş kartına 1500 manat əmək haqqı köçürülmüşdür. Lakin 2021-ci ilin fevral ayının 1-dən may ayının sonuna kimi iddiaçıya əmək haqqı ödənilməmiş və o, ərizə yazaraq işdən çıxmışdır. Beləliklə də, onun ərizəsi əsasında "xxxx" ASC rəhbərliyinin 24.05.2021-ci il tarixli əmri ilə cavabdehlə İddiaçı arasında bağlanmış 25.07.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmçinin bildirir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti son haqq-hesab kimi məzuniyyət pullarını, hətta 4 aylıq (2021-ci ilin fevral-may ayları) üçün 5.700 manat əmək haqqını ona ödəməmişdir. Dəfələrlə MMCyə müraciət etsə də, hər gün iddiaçıya əmək haqqını ödəməyi vəd etsələr də, ödəməkdən yayınmışdırlar. Bununla bağlı iddiaçı əmək müfəttişliyinə də müraciət etmişdir. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5700 (beş min yeddi yüz) manat ödənilməmiş əmək haqqı borcunun, ödənilməmiş məzuniyyət haqqı borcunun, əmək haqqını və məzuniyyət haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində ödənc borcunun ödəniş gününə qədər hesablanmaqla alınıb ödənilməsini, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manatın alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5700 (beş min yeddi yüz) manat ödənilməmiş əmək haqqı borcunun, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc borcunun ödəniş günün qədər hesablanmaqla alınıb ödənilməsini, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3967/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək 2021-ci ilin fevral ayından işdən azad olunduğu 24 may 2021-ci il tarixədək ödənilməmiş 5.700 manat əmək haqqı, işdən azad olunduğu tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya, 2021-ci ilin fevral ayından başlayaraq, ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xeyrinə ödənilməsi və İddiaçı göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat haqq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və mülki prosessual qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara birtərəfli, qeyri-obyektiv hüquqi qiymət vermiş, prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. İş üzrə cavabdeh təşkilata məhkəmə iclasının vaxti və yeri barədə mülki prosessual qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3967/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tərəfindən İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçı məxsus AT-Vİ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 25 iyul 2019-cu il tarixdən 05 yanvar 2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Texniki Plan Departamentində mühəndis (enerji obyektlərinin tikintisi üzrə); 05 yanvar 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Texniki ofis Departamentində mühəndis (enerji obyektlərinin tikintisi üzrə) vəzifəsində işləmişdir. Qeyd edilən tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - 22.07.2021-ci il tarixli e-sosial.az saytında yerləşən elektron kabinetdən çıxarışdan görünür ki, iddiaçı mühəndis-energetik vəzifəsində işləmiş, müqavilənin nömrəsi xxxxxxx000301, müqavilənin qüvvədən düşmə tarixi 26.05.2021, əmək haqqı 1680 manat olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2021-ci il tarixli, **********7 saylı cavab məktubundan görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əmək müqaviləsinə 24.05.2021-ci il tarixli 108 saylı əmrlə Azərbaycan Resublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, işəgötürən AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq İddiaçı son haqq-hesab ödəmədiyindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işəgötürəni barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 26.07.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protocol tərtib edilmişdir. Həmçinin, son haqq hesabın iddiaçıya ödənilməsinə dair "xxxx" ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. - İddiaçı məxsus AZ29MUGA**********35402AZM00 saylı bank hesabından çıxarışdan görünür ki, 19.03.2021-ci il tarixdə hesaba 1500.80, 31.03.2021-ci il tarixdə 1484,00 manat hesaba keçirilmişdir. - 15.07.2021-ci il tarixli mədaxil orderindən və “Hüquqi yardımın göstərilməsi haqqında” 15.07.2021-ci il tarixli 66 saylı müqavilədən görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında əmək haqqı tələbi ilə bağlı Nərimanov rayon məhkəməsində olan mübahisə ilə əlaqədar müqavilə imzalanmış və 150 (bir yüz əlli) manat ödəniş həyata keçirilmişdir. Beləlklə, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı 25 iyul 2019-cu il tarixdən 05 yanvar 2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Texniki Plan Departamentində mühəndis (enerji obyektlərinin tikintisi üzrə), 05 yanvar 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək isə Texniki ofis Departamentində mühəndis (enerji obyektlərinin tikintisi üzrə) vəzifəsində işləmiş, müvafiq müqavilə üzrə əmək haqqı 1680 (bir min altı yüz səksən) manat müəyyən edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdikləri müraciətə əsasən aparılmış araşdırma dövründə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əmək müqaviləsinə 24.05.2021-ci il tarixli 108 saylı əmrlə Azərbaycan Resublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, işəgötürən AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq İddiaçı son haqq-hesab ödəmədiyindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işəgötürəni barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 26.07.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin son haqqhesabın iddiaçıya ödənilməsinə dair "xxxx" ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin cəmiyyətin işçisi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona 2021-ci ilin fevral ayından işdən azad olunduğu 24 may 2021-ci il tarixədək əmək haqqının, həmçinin son haqq-hesabının ödənilməməsi məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcələnin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcələnin 154-cü maddəsinə görə əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yuxarıda göstərilən hallarından və əmək qanunvericiliyinin sadalanan normalarından belə nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəməsi İddiaçı 2021-ci ilin fevral ayından işdən azad olunduğu 24 may 2021-ci il tarixədək ödənilməmiş 5700 manat əmək haqqının, 25 iyul 2019-cu il tarixdən 24 may 2021-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın cavabdeh “X2 Cəmiyyəti tərəfindən İddiaçı xeyrinə ödənilməli olması hissəsində düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” hissəsinə münasibətdə işin faktiki halları üzrə və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasənəmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd edilən qanunvericilik normalarının təhlili onu deməyə əsas verir ki, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi zamanı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi o zaman mümkündür ki, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Bu hal fərdi əmək mübahisəsi yaratmışsa, işçi işəgötürəndən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini deyil, onun qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” hissəsində təmin edilməsi əsassız və qanunsuz olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3967/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsi 2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tərəfindən İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3967/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3967/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsi “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tərəfindən İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3967/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10683/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10683/2021
16.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver