Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10691/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkili Vəkil1 və MMC-nin qanuni təmsilçisi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-427/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsitələbi barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə 05.01.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə əsasən MMC-nin Bakı şəhəri, N.Əliyev 10 ünvanda tikdiyi hündürmərtəbəli yaşayış binasının 60 kv.m olan 1 otaqlı mənzilin 96000 manata alğı-satqısına dair tərəflər arasında razılığa gəlinmişdir. Müqavilənin bağlanmasına əsas səbəb ondan ibarətdir ki, cəmiyyətin direktorunun çox yaxın dostu olan Əziz Əliyev onlara müraciət edərək oğlunun külli miqdarda borcunun olduğunu, həmin şəxslərin oğluna qarşı müvafiq qaydada prokurorluq orqanına müraciət etdiyini, borcu qaytarmayacağı təqdirdə ona qarşı cinayət işinin başladılacağını bildirərək, əvvəlki şərikliyi, dostluğunu nəzərə alaraq, oğlunun azyaşlı övladının olmasını və həbsxanalarda düşməməsi üçün ona köməklik göstərməyi xahiş etmişdir. Əziz müəllim cavabdehin şəxsiyyət vəsiqəsini 05.01.2016-cı il tarixdə MMC-yə təqdim edərək cavabdehlə sahəsi 60 kv.m olan 1 otaqlı mənzilə dəyəri 96000 manat olmaqla müqavilə bağlamalarını ondan xahiş etmişdir.O, Əziz müəllimə müqavilə bağlanmasında hər hansı bir problemin olmadığını, lakin müqavilə üzrə vəsait ödənilmədiyindən maliyyə arayışı verə bilməyəcəyini bildirmişdir. Əziz müəllim hər şeyə hazır olduğunu, nəyin bahasına olursa olsun oğlunun həbsə girməyinə izin verməmələrinə dair onlara yalvarmağa başlamışdır. Əziz müəllimə olan inam və etibarından irəli gələrək cavabdehə yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqavilə imzalayaraq və guya ki, 96000 manat pulun ödənildiyi, lakin maliyyə arayışı vermədən müvafiq sənədləri Əziz müəllimə təqdim etmişlər. Əziz müəllim müvafiq sənədləri aparıb dediyinə görə borc sahiblərinə imzalatdırıb MMC-yə təqdim etmişdir. Lakin 31.08.2017-ci il tarixdə Əziz müəllim bir daha gələrək maliyyə arayışı olmadığı üçün oğlundan Bakı şəhər prokurorluğuna şikayət edildiyini bildirərək bir daha pulu vəziyyətdən çıxan kimi ödəyəcəyinə söz verərək maliyyə arayışı verilməsi üçün yalvarmışdır. Təəsüf və ürək ağrısı hissi ilə bildirirlər ki, Əziz müəllimin oğlu mərhum Elvin Əziz oğlu təzyiqlərə dözməyərk özünü asaraq intihar etmişdir. Bundan sonra dəfələrlə cavabdeh müraciət edərək mənzilin pulunun ödənilmədiyini və belə davam edəcəyi təqdirdə müqaviləni ləğv edəcəyini bildirsələr də, bu günə qədər cavabdehdən hər hansı bir cavab ala bilməmişlər. Odur ki, məcbur qalaraq məsələnin məhkəmə qaydasında həll edilməsinə qərar vermişlər. Birmənalı olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, aralarında bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə məhz bu səbəblərdən 31.08.2017ci il tarixdə maliyyə arayışı verilmişdir. Müqaviləyə əsasən qeyd edilən 96000 manat vəsait MMC-nin xəzinəsinə daxil olmadığına görə maliyyə arayışı yarımçıq qalmaqla mühasib tərəfindən imzalanmamışdır. Hesab edirlər ki, qeyd olunan maliyyə arayışı yarımçıq olmaqla bərabər həm də etibarsızdır. 96000 manat vəsaitin MMC-nin xəzinəsinə mədaxil olmadığı hər iki tərəfə ilk andan məlum olmuşdur. Qeyd edilən müqavilə üzrə tərəf olaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirməyə, yəni mənzili cavabdehə təhvil verməyə bu gün də hazırlar. Həmin vəsait MMC-yə ödənilməyəcəyi halda cavabdehin öhdəliklərinə xitam verilməli və müqavilə ləğv edilməlidir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, yuxarıda qeyd etdikləri hal üzrə Bakı şəhəri, Nərimanov rayon Prokurorluğuna 2018-ci ildə tarixdə cinayət işi açılmış və işin bütün halları üzrə yuxarıda qeyd etdiyi xüsusatlar öz hüquqi təsdiqini tapmışdır. Beləliklə MMC-yə 96000 manat ödənişi təsdiq edən mədaxil qəbzi olmadığına və verilən maliyyə arayışı tam olmadığına görə etibarsız hesab edilməklə mühasibin imzası olmadığından hesab edirlər ki, MMC olaraq cavabdehin qarşısında hər hansı öhdəlik daşımırlar.Beləliklə Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrinin vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.Cavabdeh tərəfindən müqavilə üzrə qeyd edilən 60 kv.m-dən ibarət 1 otaqlı mənzilin haqqı MMC-yə ödənilmədiyi və maliyyə arayışı tam imzalanmadığına görə etibarsız hesab edilməli və müqavilə üzrə tərəflər arasında olan öhdəliklərə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı «mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi» barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin İddiaçı MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış 05.01.2016cı il tarixli müqavilə imzalanan zaman mənzilin dəyəri tam ödənilmişdir və bu halı MMC-nin rəhbərliyi öz imzası ilə təsdiqləsə də mənzilin dəyərinin ödənilməsinə dair mədaxil qəbzi və müvafiq maliyyə arayışı ona verilmədi və bunu cəmiyyətin rəhbərliyi həmin zaman cəmiyyətin mühasibinin ofisdə olmaması ilə əlaqələndirmişdir. Uzun sürən tələblərindən sonra 31.08.2017-ci il tarixdə maliyyə arayışı cəmiyyətin rəhbərliyi tərəfindən ona təqdim olunsa da, aralarında bağlanmış 05.01.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən 4 ildən çox vaxtdır ki icra olunmur və bununla da iddiaçı aldığı mənzilə yaranmış sahiblik və istifadə hüquqlarından onu faktiki məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin İddiaçı MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-427/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış 31.08.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə 05.01.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə ilk iddiası təmin edilməməsi, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3-cü mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin Cavabdeh istifadəsinə verilməsi vəzifəsi İddiaçı MMC-nin üzərinə qoyulması, həmin mənzildən Cavabdeh istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin edilməsi İddiaçı MMC-yə qadağan edilməsi qət olunmuşdur. İlk iddia üzrə İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(005)-427/2021 saylı qətnaməsini ləğv edib ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakılara görə hesab edirlər ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, ilkin iddia tələbi təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.İlkin ddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə əsasən iddiaçının ünvan 2 ünvanda tikdiyi hüdürmərtəbəli yaşayış binasından ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzilin 96.000,0 manata cavabdehə satılmasına tərəflər razılığa gəlmiş, cavabdeh mənzilin dəyərini ödəmədiyi halda MMC ona saxta maliyyə arayışı vermişdir. Cavabdehə bu maliyyə arayışın verilməsinə isə səbəb olan hal ondan ibarət olmuşdur ki, MMC-nin rəhbəri V.Babayevin yaxın şəriki olmuş Əziz Əliyev ondan cavabdehin adına 1 otaqlı mənzil sənədləşməsini xahiş etmiş, bunu etməyəcəyi təqdirdə oğlunu tutacaqlarını bildirmişdir.Ə.Əlieyin özü də cavabdehi tanımamış, oğlunun cavabdehin yaxın qohumlarına borclu olması səbəbi ilə bunu V.Babayevdən xahiş etmişdir.Ə.Əliyev oğlunun problemini həll etdikdən sonra mənzilin dəyərini V.Babayevə ödəyəcəyinə söz vermişdir.V.Babayev Ə.Əliyevlə yaxın dost olması səbəbindən etiraz etməmiş, cavabdehi görmədiyi halda onunla yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləni imzalamışdır.Sonradan Ə.Əliyevin oğlu intihar edərək özünü asmışdır.Bir müddət keçdikdən sonra tanımadığı iki şəxs ona yaxınlaşaraq qeyd edilən mənzilin onlara məxsus olmasını bildirdikdə V.Babayev onlara mənzilin pulunun verilmədiyini, bununla bağlı cavabdehə məktub da göndərdiyini, bağlanmış müqavilənin şərtləri tam icra edilmədyi üçün müqavilənin ləğv edildiyini bildirmişdir.Bir müddət keçdikdən sonra isə məhkəməyə müraciət edərək müqavilənin ləğv edilməsini xahiş etmişdir.Cavabdeh isə öz növbəsində məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair MMC ilə müqavilə bağladığını, MMC-yə 96.000,0 manat pulu ödədiyini, lakin mənzilin ona təhvil verilmədiyini bildirərək məhkəmədən ödədiyi pulun müqabilində qeyd edilən mənzilin ona təhvil verilməsini, mənzildən istifadəyə dair maneənin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir.Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd edilən 09.07.2021-ci il tarixli qətnaməsi çıxarılmışdır.Bakı şəhəri Nərimanov rayon Məhkəməsi iş materiallarında olan İddiaçı MMC-nin X5 ünvanlanmış 05.02.2018-ci il tarixli məktubuna istinad edərək İddiaçı MMC tərəfindən cavabdehə ünvananmış məktubda 31.08.2017-ci il tarixli maliyyə arayışının şərtlərinin etibarsız hesab edilməsi, həmçinin MMC-nin cavabdehə ünvanladığı 05.02.2018-ci il tarixli məktubunda təkrarən qeyd edilən müqavilə üzrə 96.000,0 manat MMC-yə ödənilməməsi səbəbindən müqavilənin tam icra edilmədiyini bildirərək əqdin ləğv edilməsini bildirmişdir.Müqavilə isə MM-nin müvafiq mədələrinə əsasən yalnız tərəflərin qarşılıqlı razılaşması ilə mümkün olduğunu qeyd edən məhkəmə MMC-nin məhz ona görə iddia ərizəsi ilə məhkəməyə müraciət etdydiyini əsaslandırmamışdır. Cavabdehin isə 96000 manat pul vəsaitinin MMC-yə ödənildiyini məhkəmə maliyyə arayışına istinad edərək qeyd edir ki, hal-hazırda maliyyə arayışı etibarlıdır və onun etibarsızlığını sübut edən hər hansı bir hal va ya səbəb mövcud deyildir.İşin mübahisəli hallarından görünür ki, MMC tərəfindən cavabdehlə bağlanan 05.01.2016-cı il tarixli müqavilə üzrə cavabdeh tərəfindən MMC-yə ödənilmiş 96.000,0 manat məbləğində maliyyə arayışı 31.08.2017-ci il tarixdə verilmiş, MMC tərəfindən maliyyə arayışının ləğv edilməsi barədə cavabdehə iki dəfə məktub ünvanlanmış, cavabdeh məktubları qəbul etsə də bununla bağlı hər hansı münasibət bildirməmiş, yalnız MMC tərəfindən məhkəməyə iddia qaldırıldıqdan sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət etməklə kifayətlənmişdir.Halbuki vəsaiti ödəyən şəxs kimi cavabdeh mənzilinin dəyərinin ödənilməsi və ya mənzil tələbi ilə bağlı MMC tərəfindən ona ünvanlanmış məktubdan dərhal sonra reaksiya verməli idi.Göründüyü kimi cavabdeh müqavilə və maliyyə arayışının saxta olması barədə xəbərdar olsa da susmuşdur.İş materiallarında olan Ə.Əliyevin izahatından tam aydın olur ki, cavabdehin adına olan mənzilin satılmasına dair müqavilə məhz onun tərəfindən MMC-nin rəhbəri V.Babayevə təklif olunmuş, V.Babayev bu təklifi qəbul edərək başqa bir əqdi pərdələmək məqsədilə qeyd edilən əqdi imzalamışdır.Əslində qeyd olunan epizodun əsas mahiyyəti mənzil alqı-satqısı deyil, hansısa borc münasibətində olan öhdəliyi icra etmək məqsədi daşımışdır.Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov rayon Prokurorluğunun 06.05.2019-cu il tarixli qərarında qeyd edilən xüsusatlar V.Babayev və Ə.Əliyevin verdiyi ifadələr iddia ərizəsinin predmeti ilə tam eynilik təşkil etdiyindən hesab edir ki, yuxarıda qeyd edilən müqavilənin saxta olması və tərəflərin iradə ifadəsini əks etdirməməsi tam sübut olunur.Belə ki, AR Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda hesab edirlər ki, cinayət işi materiallarında əqdin etibarsızlığını sübut edən bütün hallar onların xeyrinə olduğuna görə qətnamə ləğv edilməli, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə Kollegiyasınıniclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkili Vəkil1 və MMC-nin qanuni təmsilçisi X3 ilk iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, ilk iddia üzrə İddiaçı MMC-nin apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(005)-427/2021 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə əsasən “MMC” Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasında mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 3-cü mərtəbədə olmaqla, 1 otaqdan ibarətdir. Mənzilin sahəsi 60 kv.m-dən ibarətdir və nömrəsi 103-dür. Göstərilən mənzilin ümumi dəyəri 96000 manat müəyyən olunmuşdur. Müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, mənzilin dəyəri alıcı tərəfindən tam ödənilmşidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 31.08.2017-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsindərb 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binası İddiaçı MMC-yə məxsusdur. Bu binanın ikinci giriş, 3-cü mərtəbəsində yerləşən 60 kv.m, 103 saylı 1 otaqlı mənzil Cavabdeh məxsusdur. MMC-yə olan borcu tam ödənilmişdir. İş materiallarından olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov rayon Prokurorluğunun 06.05.2019-cu il tarixli qərarına əsasən X9 28.12.2017-ci il tarixdə özünü öldürməsi ilə əlaqədar AR CM-nın 125-ci maddəsi ilə başlanmış ********* No-li cinayət işi üzrə icraata həmin faktda cinayət tərkibi olmadığına görə AR CM-nın 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X11 göstərmişdir ki, Fuad Ramazanov şikayətində ilkin olaraq oğlu Elvindən 159.000 ABŞ dolları və 405.000 manat tələb etmişdir. Lakin sonradan isə ona qarşılıqlı razılaşmaları əsasında dostu Babayev Vəliyullahdan Bakı şəhəri, Xətai rayonundakı qadınlar üçün 4 saylı CÇM-nin yaxınlığında inşa etdirdiyi yüksəkmərtəbəli binadan 96.000,0 manat dəyərində 1 otaqlı mənzili 78000 manata alaraq Fuad Ramazanovun xahişi ilə hazırda adını xatırlamadığı qadının adına rəsmiləşdirmiş və qadına bununla bağlı müqavilə, protokoldan çıxarış və maliyyə arayışı verilmişdir. Həmin Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov rayon Prokurorluğunun 06.05.2019-cu il tarixli qərarından eyni zamanda göründüyü kimi, istintaq zamanı şahid qismində dindirilmiş X4 göstərmişdir ki, 2015-ci ilin mart ayında direktoru olduğu İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvaında 19 mərtəbəli yaşayış binasının inşaasına başladıqdan bir neçə ay sonra Əziz Əliyev ona müraciət edərək bildirmişdir ki, bacısı Nüşabə üçün həmin binadan bir ədəd bir otaqlı mənzil almaq istəyir, lakin pulunu yalnız 2 aydan sonra ödəyə biləcək. Etiraz etməyib Əziz Əliyevin dediyi Nüşabə adlı qadının adına MMC ilə həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan, bir otaqlı, 96000 manat dəyərində mənzilin alğısatqısı barədə müqaviləsini imzalayıb Əziz Əliyevə təqdim etmiş, Əziz də həmin müqaviləyə Nüşabəyə imza etdirərək bir nüsxəsini ona vermişdir. Aralarındakı razılaşmaya əsasən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışını pul ödənilən vaxt verəcəkdir. Həmin vaxt binanın hələ özülünün bir hissəsi qazılmışdır.Lakin bundan bir qədər sonra-2017-ci ilin avqust ayının sonları –sentyabr ayının əvvəllərində Əziz Əliyev ofisinə gələrək bildirmişdir ki, Mürsəlin oğlu Fuad onun oğlu Elvindən əl çəkmir və müxtəlif yerlərərə şikayət etməkdə davam edir, Fuada istədiyi pulu da nağd nağd qaydada verə bilmədiyi üçün məcbur olub əmlakla ziyanı ödəmək istəyir.Ona görə də aralarındakı uzun illər dostluq xətrinə binadakı həmin bir otaqlı mənzilə dair 96.000 manat pulun ödənilməsi barədə maliyyə arayışını yazıb verməyi xahiş etmişdir ki, Fuadla hesablaşsın.Həmçinin, demişdir ki, Fuadla aralarında olan məsələni həll edəndən sonra mənzilin dəyərini ona ödəyəcək.Aralarındakı münasibət xətrinə mənzilə görə Nüşabə adlı qadının 96.000 manat pulu ödəməsi barədə 2017-ci ilin sentyabr ayında, dəqiq tarix yadında qalmayan gündə maliyyə arayışını yazıb imzalayaraq və möhürlə təsdiq edərək Əziz Əliyevə vermişdir. Əziz Əliyevin intihar etmiş oğlunun yas mərasimində isə Əziz ona bildirmişdir ki, həmin bir otaqlı mənzilin dəyərini özü ödəyəcək və daha heç kimə verən deyil. Məhkəmə Kollegiyası ilk növbədə ilkin iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı MMC tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cəmiyyət Cavabdeh ilə aralarında yaşayış binasında yerləşən 1 otaqlı mənzilə dair bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə əsasən verilmiş 31.08.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini, həmçinin həmin müqavilədən irəli gələn öhdəliklərə xitam verilməklə müqavilənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 05.02.2018-ci il tarixli məktubdan görünür ki, MTK 05.01.2016-cı il tarixli müqavilə üzrə 96000 manatın şirkətə ödənilməli olmasını, həmin məbləğ ödənilmədiyi halda isə 05.01.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunacağını bildirmişdir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən irəli sürülmüş tələb müqavilənin ləğv edilməsinə yönəlsə də, faktiki olaraq iddiaçı müqavilənin görünüş xarakterli olduğunu iddia edir və həmin əqdin özü-özündə etbarsız əqd olmasını hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Odur ki, iddia tələbi müqavilənin ləğvi barədə olsa da Kollegiya hesab edir ki, məhkəmə İddiaçı MMC ilə cavabdeh arasında bağlanan 05.01.2016-cı il tarixli müqavilənin etibarsızlığına (əhəmiyyətsiz əqd olmasına) qiymət verməlidir. İddiaçı MMC-nin iddia ərizəsində və apellyasiya şikayətində dəlilləri ondan ibarət olmuşdur ki, işin mübahisəli hallarından görünür ki, MMC tərəfindən cavabdehlə bağlanan 05.01.2016-cı il tarixli müqavilə üzrə cavabdeh tərəfindən MMC-yə 96.000,0 manat məbləğində pul ödənişi ilə bağlı maliyyə arayışı 31.08.2017-ci il tarixdə verilmiş, MMC tərəfindən maliyyə arayışının ləğv edilməsi barədə cavabdehə iki dəfə məktub ünvanlanmış, cavabdeh məktubları qəbul etsə də bununla bağlı hər hansı münasibət bildirməmiş, yalnız MMC tərəfindən məhkəməyə iddia qaldırıldıqdan sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət etməklə kifayətlənmişdir.Halbuki vəsaiti ödəyən şəxs kimi cavabdeh mənzilinin dəyərinin ödənilməsi və ya mənzil tələbi ilə bağlı MMC tərəfindən ona ünvanlanmış məktubdan dərhal sonra reaksiya verməli idi.Göründüyü kimi cavabdeh müqavilə və maliyyə arayışının saxta olması barədə xəbərdar olsa da susmuşdur və iş materiallarında olan Ə.Əliyevin izahatından tam aydın olur ki, cavabdehin adına olan mənzilin satılmasına dair müqavilə məhz onun tərəfindən MMC-nin rəhbəri V.Babayevə təklif olunmuş, V.Babayev bu təklifi qəbul edərək başqa bir əqdi pərdələmək məqsədilə qeyd edilən əqdi imzalamışdır.Əslində qeyd olunan epizodun əsas mahiyyəti mənzil alqısatqısı deyil, hansısa borc münasibətində olan öhdəliyi icra etmək məqsədi daşımışdır.Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov rayon Prokurorluğunun 06.05.2019-cu il tarixli qərarında qeyd edilən xüsusatlar V.Babayev və Ə.Əliyevin verdiyi ifadələr iddia ərizəsinin predmeti ilə tam eynilik təşkil etdiyindən yuxarıda qeyd edilən müqavilənin saxta olması və tərəflərin iradə ifadəsini əks etdirməməsi tam sübut olunur. Yuxarıda göstərilən dəlillərin əksinə olaraq Cavabdeh başqa heç bir dəil və sübut təqdim etmədən yalnız 05.01.2016-cı il tarixli müqaviləyə və ona verilmiş 31.08.2017-ci il tarixli Maliyyə arayışına istinad edərək mənzilin dəyərinin tam ödədiyini qeyd edir.Həmin Maliyyə arayışı MMC-nin rəhbəri tərəfindən imzalanmış, lakin mühasibi tərəfindən imza edilməmişdir, ödənişə dair kassa-mədaxil qəbzi verilməmişdir. Bundan başqa iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış istinad edilən 05.01.2016-cı il tarixli Müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, mənzilin dəyəri alıcı tərəfindən tam ödənilmşidir.Lakin yuxarıda qeyd edildiyi kimi, mənzilin dəyərinin ödənilməsinə dair Maliyyə arayışı təxminən 1 il 8 aydan sonra, yəni 31.08.2017ci il tarixdə verilmişdir.Bu ziddiyyəti Cavabdeh 05.01.2016-cı il tarixli Müqavilə bağlanarkən mənzilin dəyəri ödənilsə də, həmin vaxtı ofisdə mühasibin olmaması ilə izah etmişdir. İddiaçı MMC isə işin yuxarıda qeyd edilmiş digər hallarından əlavə iş materiallarında olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov rayon Prokurorluğunun 06.05.2019-cu il tarixli qərarında Əziz Əliyevin və istintaq zamanı şahid qismində dindirilmiş MMC-nin rəhbəri X2 ifadələrinə əsaslanaraq belə izah edir ki, 2015-ci ilin mart ayında direktoru olduğu İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvaında 19 mərtəbəli yaşayış binasının inşaasına başladıqdan bir neçə ay sonra Əziz Əliyevin ona müraciətinə əsasən Nüşabə adlı qadının adına mübahisələndirilən müqaviləni imzalayıb Əziz Əliyevə təqdim etmiş, Əziz də həmin müqaviləyə Nüşabəyə imza etdirərək bir nüsxəsini ona vermişdir.Aralarındakı razılaşmaya əsasən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışını pul ödənilən vaxt verəcəkdir. Lakin bundan bir qədər sonra-2017-ci ilin avqust ayının sonları Əziz Əliyev MMC-nin ofisinə gələrək bildirmişdir ki, Mürsəlin oğlu Fuad onun oğlu Elvindən əl çəkmir və müxtəlif yerlərərə şikayət etməkdə davam edir, Fuada istədiyi pulu da nağd nağd qaydada verə bilmədiyi üçün məcbur olub əmlakla ziyanı ödəmək istəyir.Ona görə də aralarındakı uzun illər dostluq xətrinə binadakı həmin bir otaqlı mənzilə dair 96.000 manat pulun ödənilməsi barədə maliyyə arayışını yazıb verməyi xahiş etmişdir ki, Fuadla hesablaşsın.Həmçinin, demişdir ki, Fuadla aralarında olan məsələni həll edəndən sonra mənzilin dəyərini ona ödəyəcək.Aralarındakı münasibət xətrinə mənzilə görə Nüşabə adlı qadının 96.000 manat pulu ödəməsi barədə 31.08.2017-ci il tarixli maliyyə arayışını yazıb imzalayaraq və möhürlə təsdiq edərək Əziz Əliyevə vermişdir. Göstərilən səbəblərdən də ötən vaxt ərzində və İddiaçı MMC-nin xəbərdarlıqlarından sonra da Cavabdeh mənzilin təhvil verilməsini tələb etməmiş, yalnız İddiaçı MMC-nin hazırkı iddia ilə məhkəməyə müraciət etməsindən sonra cavabdeh tərəfindən mənzilin təhvil verilməsinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi verilmişdir. Beləliklə, tərəflərin qarşılıqlı münasibətinə qiymət verdikdə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış istinad edilən 05.01.2016-cı il tarixli müqavilə İddiaçı MMC-nin həqiqi iradə ifadəsini əks etdirmir, Cavabdeh 96.000 manat pulu ödəməsi barədə 31.08.2017-ci il tarixli maliyyə arayışı verilsə də, əslində mübahisəli mənzilə görə heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlıKonstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır(Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli,F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixliQərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərinişin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Hazırkı iş üzrə mübahisələndirilən müqaviləni tərəflərin imzalaması mübahisə predmeti olmamış, odur ki, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin İddiaçı MMC tərəfindən görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmalı, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilmədir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (MülkiMəcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarındaqeyd etmişdir ki, belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, işin hallarından görünür ki, Cavabdeh 05.01.2016-cı il tarixli müqaviləyə və ona verilmiş 31.08.2017-ci il tarixli Maliyyə arayışına istinad edərək mübahisəli mənzilin dəyərinin tam ödədiyini qeyd edir.Həmin Maliyyə arayışı MMC-nin rəhbəri tərəfindən imzalanmış, lakin mühasibi tərəfindən imza edilməmişdir, ödənişə dair kassa-mədaxil qəbzi verilməmişdir.Bundan başqa iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış istinad edilən 05.01.2016-cı il tarixli Müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, mənzilin dəyəri alıcı tərəfindən tam ödənilmşidir.Lakin yuxarıda qeyd edildiyi kimi, mənzilin dəyərinin ödənilməsinə dair Maliyyə arayışı təxminən 1 il 8 aydan sonra, yəni 31.08.2017-ci il tarixdə verilmişdir.Bu ziddiyyəti Cavabdeh 05.01.2016-cı il tarixli Müqavilə bağlanarkən mənzilin dəyəri ödənilsə də, həmin vaxtı ofisdə mühasibin olmaması ilə izah etmişdir. İddiaçı MMC isə işin yuxarıda qeyd edilmiş digər hallarından əlavə iş materiallarında olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov rayon Prokurorluğunun 06.05.2019-cu il tarixli qərarında Əziz Əliyevin və istintaq zamanı şahid qismində dindirilmiş MMC-nin rəhbəri X2 ifadələrinə əsaslanaraq belə izah edir ki, 2015-ci ilin mart ayında direktoru olduğu İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvaında 19 mərtəbəli yaşayış binasının inşaasına başladıqdan bir neçə ay sonra Əziz Əliyevin ona müraciətinə əsasən Nüşabə adlı qadının adına mübahisələndirilən müqaviləni imzalayıb Əziz Əliyevə təqdim etmiş, Əziz də həmin müqaviləyə Nüşabəyə imza etdirərək bir nüsxəsini ona vermişdir.Aralarındakı razılaşmaya əsasən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışını pul ödənilən vaxt verəcəkdir. Lakin bundan bir qədər sonra-2017-ci ilin avqust ayının sonları Əziz Əliyev MMC-nin ofisinə gələrək bildirmişdir ki, Mürsəlin oğlu Fuad onun oğlu Elvindən əl çəkmir və müxtəlif yerlərərə şikayət etməkdə davam edir, Fuada istədiyi pulu da nağd nağd qaydada verə bilmədiyi üçün məcbur olub əmlakla ziyanı ödəmək istəyir.Ona görə də aralarındakı uzun illər dostluq xətrinə binadakı həmin bir otaqlı mənzilə dair 96.000 manat pulun ödənilməsi barədə maliyyə arayışını yazıb verməyi xahiş etmişdir ki, Fuadla hesablaşsın.Həmçinin, demişdir ki, Fuadla aralarında olan məsələni həll edəndən sonra mənzilin dəyərini ona ödəyəcək.Aralarındakı münasibət xətrinə mənzilə görə Nüşabə adlı qadının 96.000 manat pulu ödəməsi barədə 31.08.2017-ci il tarixli maliyyə arayışını yazıb imzalayaraq və möhürlə təsdiq edərək Əziz Əliyevə vermişdir.Göstərilən səbəblərdən də ötən vaxt ərzində və İddiaçı MMC-nin xəbərdarlıqlarından sonra da Cavabdeh mənzilin təhvil verilməsini tələb etməmiş, yalnız İddiaçı MMC-nin hazırkı iddia ilə məhkəməyə müraciət etməsindən sonra cavabdeh tərəfindən mənzilin təhvil verilməsinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi verilmişdir. Beləliklə, tərəflərin qarşılıqlı münasibətinə qiymət verdikdə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış istinad edilən 05.01.2016-cı il tarixli müqavilə İddiaçı MMC-nin həqiqi iradə ifadəsini əks etdirmir, Cavabdeh 96.000 manat pulu ödəməsi barədə 31.08.2017-ci il tarixli maliyyə arayışı verilsə də, əslində mübahisəli mənzilə görə heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Daha sonra Kollegiya qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvaında 19 mərtəbəli yaşayış binasında yerləşən 1 otaqlı mənzilə dair bağlanmış 05.01.2016-cı il tarixli müqavilə icra olunmamışdır.(Hazırkı iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı MMC hazırkı iddianı qaldırdıqdan sonra müqavilə üzrə mübahisə predmeti mənzilin təhvil verilməsi tələbini irəli sürmüşdür.) Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması təsdiq olunduğu üçün, Cavabdeh qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə Kollegiyası yuxarıdakı mövqeyi ilə bağlı bir daha qeyd edir ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarında bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Kollegiya həmçinin, nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-427/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İlk iddia təmin olunsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2016-cı il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsız sayılsın.Həmçinin, 31.08.2017-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10691/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10691/2021
08.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver