Məhkəmə qərarları › İş №2(103)-1073/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1073/2021

29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1073/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə qəbul olunmuş “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş vəsatət (ərizə) təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsaslıdır. Belə ki, iş üzrə prosesdə iddiaçını onun vəkili və nümayəndəsi Vəkil1 təmsil etsə də xx.xx.2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə Vəkil1 məlumat verilməmiş, buna baxayaraq həmin iclasda iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, tərəflər məhkəmə iclasına gəlməyiblər və bunun səbəbləri barədə məlumat verməyiblər. Vəkil1 iddiaçının qarşısında üzərinə öhdəlik götürüb ki, hazırkı prosesdə vəkil olaraq ona hüquqi yardım göstərəcək, habelə nümayəndə olaraq onu təmsil edəcək. Lakin Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmədən iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının mülki prosesdə hüquqi yardım almaq və nümayəndə vasitəsilə təmsil olunmaq hüquqlarının pozulmasına səbəb olub. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün Vəkil1 tərəfindən verilmiş vəsatət Mülki-Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən təmin edilməli və qərardad ləğv edilməli idi. Lakin birinci instansiya məhkəmıəsi vəsatətin (ərizənin) rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardad qəbul etmişdir. Beləliklə, məhkəmə MPM-in 260.5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilərək xx.xx.2020-ci il tarixli qərardad ləğv edilməli, habelə vəsatət (ərizə) təmin edilərək xx.xx.2020-ci il tarixli qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Həmin vəsatət təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar