Məhkəmə qərarları › İş №2(103)-10744/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10744/2021

20.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10744/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun vəkili Türkel Süleymanlının, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Əmir Əliyevin, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən inşa olunmuş və Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17,2 kv.m-dan ibarət qaraj sahəsi satıldığından onunla razılaşmış və 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir. Bu rəsmiləşmə zamanı keçmiş payçı Cavabdeh2 razılığı alınmış və adına müqavilə rəsmiləşdirilmişdir. Cavabdeh2 öz paylarından iddiaçının xeyrinə imtina etməsini rəsmən bəyan etmişdir. Tərəf həmin müqavilənin rəsmiləşdirilməsindən bir il keçdikdən sonra hansısa özünə bəlli olan uydurma əsaslarla mənzilə dair müqaviləni əldə etmişdir. Tikinti şirkətinə edilmiş müraciətdə isə bildirilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini 27.05.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur.” Lakin bu şəxs yaramaz davranaraq aradan keçən müddətdən istifadə edib iddiaçıya sataraq adına rəsmiləşdirdiyi mənzili özgəninkiləşdirmək fikrinə düşmüşdür. Şəxsin bu əməli sırf dələduzluq cinayətinin tərkib əlamətlərini özündə daşıyır və Cavabdeh2 iddiaçının əmlakına gizlincə yiyələnməyə çalışaraq qanunsuzluq etmişdir. Faktiki olaraq mənzilin iddiaçıya satılmasını aşkar bilən həmin şəxs qanunsuz, saxta yollarla mənzilin əvvəlki müqaviləsini əldə etməyə nail olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması və 28.05.2020-ci il tarixli maliyyə arayışı və protokoldan çıxarışın etibarsız hesab olunması, cavabdehin yaratdığı maneənin aradan qaldırılmaqla mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MTK ilə aralarında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" 16.02.2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh2 kooperativ tərəfindən tikilməkdə olan Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi pr. 44C ünvanında yerləşən binanın 3-otaqlı, ümumi sahəsi 131,43 kv. m-dən ibarət 59 nömrəli mənzilinə 49480 ABŞ dolları məbləğində pay haqqı dəyərini tam ödəmiş, bu barədə ona maliyyə arayışı təqdim olunmuş və qeyd olunan mənzil onun istifadəsinə və sahibliyinə verilmişdir. Eləcə də, 28.02.2006-cı il və 30.06.2011-ci il tarixli müqavilələrə uyğun olaraq binanın zirzəmi hissəsində yerləşən 17,2 kv. m-dən ibarət 2 ədəd yeraltı qarajların da pay dəyərini ödəyərək, onları MTK-dən almışdır. Qeyd edilən mənzili təmir edərək anası, birinci nikahdan olan uşaqları və 2018- ci ildən faktiki ailə münasibətlərində olduğu X7 adlı şəxslə bir müddət bu mənzildə yaşamışlar. Ramil Musazadə qısa müddət ərzində düşünülmüş hərəkətləri ilə Cavabdeh2 və ailə üzvlərininin etimad və etibarını qazanmış, ailənin və onlara məxsus əmlakların idarə olunmasında bir ailə başçısı kimi ona inanmış, bu əmlakların satılması və sənədləşdirilməsi ilə bağlı bütün danışıqların və razılaşmaların aparılmasını ailə üzvü kimi ona həvalə etmişlər. Daha şəraitli mənzil almaq üçün yuxarıda qeyd edilən mənzili onunla məsləhətləşərək satmaq qərarına gəlmiş və bu məqsədlə müştəri tapılması və müəyyən razılaşmaların aparılması yaxın adam kimi ona tapşırılmışdır. 2019-cu ilin may ayında R.Musazadə sözügedən mənzili satacağına köməklik göstərəcəyini bildirmiş, alıcı tapıldığını və hətta onunla behləşdiyi barədə barədə Cavabdeh2 məlumat vermiş, lakin bir müddət keçdikdən sonra alıcının pulu ödəmək imkanı olmadığından, alqı-satqının baş tutmadığını bildirmişdir. Bundan sonra, V.X10 köməkliyi və iştirakı ilə mənzilə dair adına olan hüquqi sənədlər əsasında bu mənzili özəlləşdirmiş və 18.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almış və 19.05.2020-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzili Ramil Musazadənin vasitəsi ilə Maraqlı şəxs satmışdır. Mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışın guya Cavabdeh2 ilə razılaşdırılmış alqı-satqı qaydasında İddiaçı adlı şəxsin adına dəyişdirilməsi İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciətindən sonra Cavabdeh2 bəlli olmuşdur. Cavabdeh2 İddiaçı adlı şəxsi tanımır və mənzilə olan pay haqqından onun xeyrinə imtina məzmunlu hər hansı razılıq verməmiş və belə məzmunlu sənədi imzalamamışdır. Digər tərəfdən, bu mənzilin müqaviləsi Cavabdeh2 razılığı əsasında İddiaçı adına 27.05.2019-cu il tarixdə dəyişdirildiyini hesab etsələr, bu mənzili üçüncü şəxs Maraqlı şəxs satanadək, dəfələrlə onunla bu mənzildə ailə üzvləri ilə birlikdə görüşmüşdür. Belə olan halda əgər İddiaçı mənzili qanuni şəkildə almışsa, ötən bir il müddət ərzində nə üçün mənzilə sahiblik etməmiş və ya Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmağına dair məhkəməyə və ya digər orqanlara müraciət etməmişdir. Eləcə də, əgər Cavabdeh2 İddiaçı xeyrinə pay haqqından imtina etmişsə, onda Cavabdeh2 kooperativ üzvlüyünə xitam verilməli və onun pay dəyəri kooperativ tərəfindən ona rəsmi məxaric sənədi əsasında ödənilməli idi. Üzvlüyünə xitam verilməsi MTK-nın ümumi yığıncağın qərarı, pay haqqının ona ödənilməsi barədə kassa məxaric sənədi, eləcə də İddiaçı adlı şəxs tərəfindən Cavabdeh2 hər hansı məbləğdə pul ödənilməsini təsdiq edən bu və ya digər yazılı sübutlar iş materiallarında mövcud deyildir. İddiaçı mübahisəli mənzilin alqı-satqı müqaviləsi əsasında onun adından çıxarılaraq öz adına keçirdiyini iddia edir. Əvvəla daşınmaz əmlakın alqısatqı müqaviləsi notarial qaydada təsdiqləndikdə etibarlı hesab edilə bilər, digər tərəfdən bu müqavilənin məzmununa görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyə öhdəsinə götürür. Yuxarıda şərh edilənlərdən göründüyü kimi iddiaçı nə mənzili Cavabdeh2 qəbul etmiş, nə də ki müəyyənləşdirilmiş pul məbləğini ona ödəmişdir. Göründüyü kimi, mənzilin o dövrdəki satış qiyməti 130000 manat məbləğində müəyyənləşdirilmişdir. Bu məbləğdə pulun Cavabdeh2 qəbz və ya digər hər hansı sənədlə verilməsini təsdiq edən işdə hər hansı sübut yoxdur, eləcə də, bu məbləğdə pulun sənədsiz qaydada kiməsə verilməsi ağlabatan olmamaqla, mənzil alqı-satqısı bazarında da formalaşmış işgüzar adətlərində də rast gəlinməyən bir haldır. Cavabdeh2 mülkiyyətində olan mənzilə dair X8 və X9 adlı şəxslər arasında bağlanmış 25.05.2019- cu il tarixli beh müqaviləsindən də heç bir xəbəri olmamış, bu müqavilədə beh alan qismində iştirak etmiş Vaqif Səmidova isə bu mənzilin alqı-satqı ilə bağlı ona tərəfindən hər hansı səlahiyyət verilməmişdir. Saxta beh müqaviləsi üzrə tərəflər X8 və X9 ailə üzvü kimi inandıqları X7 və "xxxx" MTK ilə əlbir olaraq Cavabdeh2 məxsus mənzili İddiaçı adına keçirmələri istisna deyildir. Faktiki ailə münasibətlərində olduğu X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqdirləndirilməsinə dair cinayət işi Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatındadır. Hazırda istintaq orqanında bir neçə epizod üzrə, həmçinin Cavabdeh2 mülkiyyətində olan mənzilin alqı-satqısına dair epizod üzrə dələduzluq cinayət tərkibinin olub-olmamasına dair müvafiq araşdırmalar aparılır. Göstərilənlərə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" 27.05.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzili (yeni qaydalarla: AZ1102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) 19 may 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsi əsasında və əvəzi ödənilməklə, mənzilin mülkiyyətçisi Cavabdeh2 Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələblərinə riayət etməklə satın almışdır. Bundan sonra mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin mülkiyyətçisi olmağına baxmayaraq, hazırda mənzilindən istifadə edə bilmir. Çünki cavabdehlər tərəfindən mənzildən istifadə hüququna süni maneələr yaradılmaqdadır. Belə ki, 2020-ci ilin noyabr ayında iddiaçının mənzilinə qanunsuz müdaxilə olunmuş və mənzilin qapısı sındırılmağa cəhd edilmişdir. Bundan sonra, iddiaçıya məlum olmuşdur ki, İddiaçı onun mülkiyyətində olan mənzillə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda məcbur qalıb ailə üzvləri ilə birlikdə mənzildən çıxıb digər bir ünvanda kirayə yaşamağa məcbur qalmış və cavabdehlərin ucbatından kirayə haqqı ödəyir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzildən (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, o cümlədən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər - Cavabdeh1 MTK, İddiaçı və Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzildən (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması və maddi zərərin əvəzi kimi 5.000 manat, mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbinə dair” ilkin iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş 16.02.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı ona qarşı iddiasının rədd edilməsini, onun iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə qarşı tərəf Cavabdeh2 adından yazılmış ərizə təqdim etmişdir, hansı ki, həmin ərizə “mənzilin satılmasına etiraz etmirəm” yazdığı kağıza sonradan yazılmışdır. Sənədin tərtibatı onu göstərir ki, onun qeydi ilə sonradan yazılmış ərizə arasında əlaqə yoxdur, həmin ərizə onun iradə ifadəsi kimi qəbul oluna bilməz, ən əsas da ona görə ki, qeyd olunan qeyddən başqa ərizəni o, şəxsən yazmamışdır, ərizə onun yanında yazılmayıb, ümumiyyətlə, ərizənin yazılmasından onun xəbəri olmamışdır, ərizədəki qeydində isə İddiaçı adı çəkilməmişdir. Yəni mənzilin İddiaçı satılmasına dair onun iradə ifadəsi olmamışdır. Məhkəmə iş materiallarında olan etibarnaməyə istinad edərək bildirmişdir ki, Cavabdeh2 X3 50 il müddətinə onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir, amma məhkəmə öz qətnaməsində X1 olduğuna aydınlıq gətirməmiş, işin halları ilə həmin etibarnamə arasında hansısa hüquqi bağlılığın olduğunu göstərməmişdir. Cavabdeh2 25.05.2019-cu il tarixli beh müqaviləsindən xəbəri olmamışdır, beh alan qismində iştirak etmiş Vaqif Səmidova mənzilin alqı-satqısı üçün tərəfindən heç bir səlahiyyət verilməmişdir. İz itirmək məqsədi ilə həmin saxta beh müqaviləsində X4 şəxsiyyət vəsiqəsinin nömrəsi və seriya nömrəsi yazıldığı halda, heç bir səlahiyyəti olmadan Cavabdeh2 adından çıxış edən Vaqif Səmidovun şəxsiyyət vəsiqəsi və ya hər hansı sənədinin deyil, avtomobilinin nömrəsi qeyd edilmişdir. İddiaçı və MTK-nın qeyd etdiyi kimi əgər Cavabdeh2 İddiaçı xeyrinə pay haqqından imtina etmişdirsə, onun kooperativin üzvlüyünə xitam verilməli və onun pay dəyəri kooperativ tərəfindən ona rəsmi məxaric orderi əsasında ödənilməli idi, lakin buna dair sübutlar iş materiallarında mövcud deyil. Çünki onun kooperativin üzvlüyünə heç vaxt xitam verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı iddasının rədd olunmasını, onun cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində göstərdiyi dəlilləri nəzərə almamış, həmin dəlillərin hansı səbəbdən nəzərə alınmadığını öz qətnaməsində əsaslandırmamışdır. Halbuki iddia tələbinin əsasını təsdiq edən bütün mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, pay haqqı ilə aldığı mənzili İddiaçı satmamışdır, həmin şəxsi tanımır, o, öz mənzilini Maraqlı şəxs satmışdır. Qarşı tərəfin təqdim etdiyi ərizədəki imza ona məxsusdur, “mənzilin satılmasına etiraz etmirəm” cümləsi onun tərəfindən yazılsa da, mənzilin İddiaçı satılmasına razılıq verməsinə dair yazıdan onun xəbəri olmamışdır, həmin sənəd sonradan saxtalaşdırılmışdır. Digər tərəfdən, İddiaçı tərəfindən ona mənzilin alınması üçün hər hansı məbləğdə pul ödənilməmişdir. Apellyasiya baxışı ilk iddia üzrə cavabdehin vəkili X6 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddia üzrə iddiaçının iddiasının rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz etdi, təmin edilməməsini xahiş etdi və bildirdi ki, Cavabdeh2 mənzilin İddiaçı satılmasından xəbəri olmuşdur, 135000 manat pulu İddiaçı əri ilə birlikdə Cavabdeh1 MTK-nın ofisində Cavabdeh2 əlbəəl vermişdir. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi Əmir Əliyev və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər və bildirdilər ki, ilk iddia tələbi onların maraqlarına toxunur, həmin mənzilin mülkiyyətçisi Maraqlı şəxsdır, o, həmin əmlakın əldə edilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə əməl etməklə həmin mənzili əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş 16.02.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2006-cı il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilədən görünür ki, kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti. 44 C ünvanında yerləşmiş MTK "xxxx"ın tikilməkdə olan binasında 59 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 06 may 2006-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın blok A, mərtəbə XİV, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 85 nömrəli protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında A girişi, Xİİİ mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-sına məxsusdur. Bu binanın blok A, mərtəbə Xİİİ, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18.05.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, mən.4) Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan notariat qaydasında 19 may 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. İş materiallarında olan AR-İ seriyalı 778154 №-li, 25 may 2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 X3 50 il müddətinə onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. İş materiallarında olan 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən, sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07.08.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 9, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, mən 4) Maraqlı şəxs adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 112.3-ci maddəsinə əsasən əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsi o halda tətbiq olunur ki, şəxs özünə məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə bir neçə şəxslə müqavilə bağlayır, lakin əmlakı onlardan birinin mülkiyyətinə verir, belə halda müqavilə bağlamış digər şəxslərin mənzili tələb etmək hüququ aradan qalxır. Burada hüquqi məntiq ondan ibarətdir ki, qanunverici mülkiyyətçinin seçim hüququna hörmətlə yanaşıb. Ancaq podrat münasibətlərində podratçının belə seçim hüququ yoxdur, o, mülkiyyətçi deyil, podratçıdır, ona görə də podratın maddiləşmiş nəticəsini Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişinə uyğun olaraq sifarişçiyə verməyə borcludur. Bu zaman 752.2-ci maddədə “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” məzmunlu göstərişdən sonra işlədilən “əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir” ifadəsi düzgün başa düşülməlidir. Belə ki, maddədə “alqı-satqı müqaviləsi” deyil, “alqı-satqı qaydaları” ifadəsindən istifadə olunur, yəni podrat müqaviləsi ilə tənzimlənən münasibətin daxilində alqı-satqı qaydaları tətbiq edilir, ayrıca alqı-satqı müqaviləsi bağlanmır. Məmulatın hazırlanması və verilməsi podrat müqaviləsinin tənzimetmə predmetidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan hallara əsaslanaraq qeyd edir ki, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4), həmin ünvanda yerləşən sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 mülkiyyətində olmuş, sonradan onun tərəfindən Maraqlı şəxs satılmışdır. Həmin mənzilin Maraqlı şəxs satılmamışdan öncə İddiaçı satılmasını təsdiq edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçı həmin əmlakların əvəzində Cavabdeh2 ümumilikdə 135000 manat pulun verildiyini iddia etsə də, buna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin məbləğin kifayət qədər yüksək olduğu nəzərə alındıqda, həmin məbləğdə pulun verilməsini və alınmasını təsdiq edən hər hansı qəbzin, iltizamın və s. olmaması, ilk iddianın bu hissəsinin də əsassız olduğunu qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, Cavabdeh2 mülkiyyətində olan mənzilə dair X8 və X9 adlı şəxslər arasında bağlanmış 25.05.2019- cu il tarixli beh müqaviləsi də əsaslı hesab edilə bilməz. Belə ki, sözgüdən mənzilin satılmasında iştirak edən V.Səmidov həmin mənzilin mülkiyyətçisi olmamış, həmçinin mülkiyyətçi Cavabdeh2 tərəfindən ona mənzilin satılmasının etibar edilməsi ilə bağlı hər hansı etibarnamə mövcud deyildir. Eyni zamanda, Cavabdeh2 Cavabdeh1 MTK-nın üzvlüyünə xitam verilməsini təsdiq edən hər hansı dəlil iş materiallarında mövcud deyildir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 27 may 2019-cu il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilədən görünür ki, kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44 C ünvanında "xxxx" MTKnın tikilməkdə olan binasında 59 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 27 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın blok A, mərtəbə XİV, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri 49480 ABŞ dolları payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 11.11.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006- cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini 27.05.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan daşınmaz əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla İddiaçı ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Hazırkı işdə də əqdin subyekt tərkibinə və məzmununa aid edilən şərtlər pozulmuşdur. Çünki, Cavabdeh1 MTK özünə məxsus olmayan əşya (mənzil) barəsində sərəncam vermişdir. Ona görə də, həmin əqd Mülki Məcəllənin 337.1, 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" 27.05.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" 27.05.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Həmin Məcəllənin 351.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs öz iddia tələbində cavabdehlər kimi göstərdiyi şəxslər tərəfindən onun mübahisəli mənzildən istifadəsinə nə kimi maneçilik yaratmaları, bu maneçiliyin nədən ibarət olduğunu göstərməmiş, həmçinin, ona hər-hansı maddi ziyanın vurulduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxsli qızının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilə dair "Kooperativ binada mənzil tikintisi haqqında" 27.05.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxsli qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi təmin edilməsin. Məhkəmə xərci ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilə dair "Kooperativ binada mənzil tikintisi haqqında" 27.05.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar