Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1076/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1556/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına əldə edilmiş "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını satışından əldə olunan vəsaitin ½ hissəsinin, yəni 4150 manat məbləğində pul vəsaitinin və "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunan vəsaitin ½ hissəsinin, yəni 16500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 20650 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1556/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasından əldə edilmiş 7000 manat məbləğində pul vəsaitinin və “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 15000 manat məbləğində pulun ½ hissəsi, yəni 11000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 15 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli sorğu ilə müraciət edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1556/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili mülki işin apelyasiya baxışından çıxarılması məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1556/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1556/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olan zaman mülki iş artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1556/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1076/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1076/2021
01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver