Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10785/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-yə, ləğv prosesində olan "xxxx" QSC-yə, Abşeron rayon 2 saylı notariat kontoruna qarşı (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(009)-47/2021 saylı əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-yə, ləğv prosesində olan "xxxx" QSC-yə, Abşeron rayon 2 saylı notariat kontoruna qarşı (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərisəzi ilə məhkəməyə müraciət edərək (sonradan iddia tələbini artırmaqla), Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli , 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması və əmlakın girovdan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi “Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması” hissəsində rədd olunmuşdur. Eyni məhkəmənin 20 avqust 2021-ci il tarixli, 2(009)-47/2021 saylı əlavə qətnaməsi ilə isə iddia qalan, yəni “Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012ci il tarixli ipoteka müqaviləsinin, həmçinin Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması” hissəsində də rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)- 47/2021 saylı 20 avqust 2021-ci il tarixli, 2(009)-47/2021 saylı əlavə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri məktubla müraciət edərək, iddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)-47/2021 saylı qətnaməsindən apellyasiya şikayət verildiyini bildirmiş və mülki işin şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq iddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)-47/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 362-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə verilməsi və müvafiq prosessual əsasların mövcud olub-olmamasının ilkin olaraq həmin məhkəmə tərəfindən yoxlanılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 267-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-yə, ləğv prosesində olan "xxxx" QSC-yə, Abşeron rayon 2 saylı notariat kontoruna qarşı (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsızlığı” tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10785/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10785/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver