Məhkəmə qərarları › İş №2(103)-10801/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10801/2021

02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10801/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)-7944/2021 nömrəli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə digər Cavabdeh3 arasında bağlanmış avtomobilin 10 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onunla Cavabdeh1 birgə nikah vaxtı əldə etdikləri “BMW – D” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun ½ hissədə, Cavabdeh1 ½ hissədə paylarının müəyyən olunması, Cavabdeh2 xüsusi mülkiyyətində olan və Cavabdeh1 yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi, ev 20, blok-1A, mənzil 68 ünvanında yerləşən ona hədiyyə olaraq anası X1 tərəfindən bağışlanılmış, məişətdə istifadə olunan əşyaların - 1 ədəd “LG 55” markalı televizorun, 1 ədəd TV altlığının, 3 dəst qab-qacağın, 2 ədəd divanın, 1 ədəd kreslonun, 2 ədəd taxta sehpanın, 1 ədəd yan qara sehpanın, 1 ədəd dırnaq stolunun, 1 ədəd dırnaq stolunun şkafı ləvazimatlarla birlikdə, 1 ədəd yemək stolunun, 8 ədəd stulun, 2 ədəd qaz sobasının, 1 ədəd qaz üstü havalandırmanın, 1 ədəd paltaryuyanın, 1 ədəd soyuducunun, 1 ədəd sobanın, 1 ədəd yemək dəstinin, 2 ədəd fujerin, 2 dəst qazanın, 1 ədəd yataq dəstinin, 1 ədəd ortopedik döşəyin, 1 ədəd paltar şkafının, 3 ədəd paltar komodunun, 4 dəst pərdənin, 14 ədəd xalçanın, 1 ədəd güzgülü komodun, 1 ədəd şirəçəkənin, 1 ədəd ət maşınının, 1 ədəd türk kofe maşınının, 2 ədəd ütünün, 1 dəst uşaq mebel dəstinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona qaytarılması, habelə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı çəkilmiş 59 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsinə dair ərizə verərək, Cavabdeh3 məxsus “BMW – D” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin, alqı-satqısının cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi və Cavabdeh1 yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi, ev 20, blok-1A, mənzil 68 ünvanında yerləşən ona hədiyyə olaraq anası X1 tərəfindən bağışlanılmış, məişətdə istifadə olunan yuxarıda qeyd olunan əşyaların satılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)- 7944/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh3 məxsus “BMW – 525D” minik markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və başqa şəxslərə qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən 1 ədəd “LG 55” markalı televizorun, 1 ədəd TV altlığının, 3 dəst qabqacağın, 2 ədəd divanın, 1 ədəd kreslonun, 2 ədəd taxta sehpanın, 1 ədəd yan qara sehpanın, 1 ədəd dırnaq stolunun, 1 ədəd dırnaq stolunun şkafı ləvazimatlarla birlikdə, 1 ədəd yemək stolunun, 8 ədəd stulun, 2 ədəd qaz sobasının, 1 ədəd qaz üstü havalandırmanın, 1 ədəd paltaryuyanın, 1 ədəd soyuducunun, 1 ədəd sobanın, 1 ədəd yemək dəstinin, 2 ədəd fujerin, 2 dəst qazanın, 1 ədəd yataq dəstinin, 1 ədəd ortopedik döşəyin, 1 ədəd paltar şkafının, 3 ədəd paltar komodunun, 4 dəst pərdənin, 14 ədəd xalçanın, 1 ədəd güzgülü komodun, 1 ədəd şirəçəkənin, 1 ədəd ət maşınının, 1 ədəd türk kofe maşınının, 2 ədəd ütünün, 1 dəst uşaq mebel dəstinin özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının öz səlahiyyətləri daxilində Binəqədi, Xətai və Gəncə rayon İcra şöbələrinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə tapşırılması qərara alınmışdır. Cavabdeh3 həmin qərardaddan şikayət verərək, qərardadın ona məxsus “BMW – 525D” minik markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində ləğv edilməsini və ərizənin həmin hissədə rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ərizəni əsassız olaraq təmin etmişdir. Belə ki, o, “BMW – 525D” minik markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 əlbəəl pulunu ödəyərək almışdır. Mülkiyyətində olan avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Eləcə də Cavabdeh2 həmin qərardaddan şikayət verərək, qərardadın onun mənzilində yerləşən əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində ləğv edilməsini və ərizənin həmin hissədə rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, mənzilində olan əşyaları özü almışdır və həmin əşyaların nə İddiaçı, nə də oğlu Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 şikayətləri müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətləri əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)-7944/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası cavabdehlərin şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcuddur, eləcə də mübahisəli əmlakların özgəninkiləşdirilməsi iddia tələbi təmin ediləcəyi təqdirdə qətnamənin daha geniş şəxslər dairəsinin hüquqlarına toxunacağına və qətnamənin gələcəkdə icrasının qeyri-mümkün olmasına gətirib çıxara bilər. Kollegiya eləcə də qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər tərəfindən verilmiş şikayətlərdə onlar birinci instansiya məhkəməsinin qərardadını formal olaraq mübahisələndirmiş və qeyd olunan qərardadda düzgün hesab etmədikləri halları konkret əsaslarla göstərməmiş, sadəcə iddiaya mahiyyəti üzrə etirazlarını bildirmişlər. Bu səbəbdən kollegiya hesab edir ki, qeyd olunan şikayətlər sözügedən qərardadın ləğvi üçün əsas kimi çıxış edə bilməz. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)-7944/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)-7944/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar