Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10835/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh1 vəkili və nümayəndəsi X5 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)- 2418/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2020-ci il tarixli D060 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22183 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)- 2418/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 vəsatəti təmin edilməmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət verərək göstərmişdir ki, ona qarşı qaldırılmış iddia tələbi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılmış olan iddia tələbi ilə eyni yerdə baxılacaq iddia tələbi deyildir. Hər iki iddia tələbi arasında hüquqi bağlantı yoxdur. Ona qarşı qaldırılmış iddia tələbi onunla İddiaçı MMC arasında bağlanmış 21 avqust 2020-ci il tarixli Daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22183 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi tələb edildiyi halda, digər cavabdehlər Cavabdeh2n və Cavabdeh3 qarşı Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 146 saylı mənzildən istifadə hüququnun itirilməsi olmuşdur. İddia ərizəsindən göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lizinq predmeti olan mənzilin alqı-satqısı olarkən mənzilin satılmasına və qeydiyyatdan çıxmalarına razılıq vermişlər. Onların halhazırda mənzildə qeydiyyatda olmaqları formal xarakter daşıyır. Onların həmin mənzildə vaxtilə istifadə hüquqlarının olub-olmaması da bir başqa hüquqi mövzudur. Mübahisəli mənzilin yeni mülkiyyətçisi İddiaçı MMC mənzilin satılmasına razılıq verən həmin cavabdehlərin qeydiyyatı formal xarakter daşıdığı üçün aidiyyəti inzibati orqana müraciət edərək onları qeydiyyatdan çıxarmalıdır. Həmin inzibati orqandan imtina aldığı təqdirdə həmin inzibati orqanın üzərinə vəzifə qoyulması üçün inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı inzibati orqanda və imtina olduğu halda inzibati məhkəmədə icraat aparılmalıdır. Belə olan halda Cavabdeh1 qarşı qaldırılmış iddia tələbinə onun məcburi köçkün kimi məskunlaşdığı ərazi olan Suraxanı rayonunda yerləşən aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Nizami Rayon Məhkəməsinə mülki işin aidiyyatı üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı vəsatət təqdim etmişdir. Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)-2418/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Ona görə də, Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)-2418/2021 saylı qərardadı ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini, əks təqdirdəşikayət baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(007)-10835/2021 qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Nizami rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(007)-2418/2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.1-ci madəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Belə ki, cavabdeh X1 rayonu, Süleymanlı ərazi dairəsi, Süleymanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 90 saylı evdə qeydiyyatsız yaşayır. Cavabdehin nümayəndəsi cavabdehin Bakı şəhəri Suraxanı rayonunun ərazisində qeydiyyatsız yaşamasına dair arayışı sonuncu məhkəmə iclasına təqdim etmişdir. Lakin buna baxmayraq iddiaçı iddia verərəkən seçiminə görə cavabdehlərdən biri Cavabdeh2 qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küç, ev 49, 2383-cü məhəllə, mənzil 146-da qeydiyyatda olduğu üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 qeydiyyatda olduğu lizinq obyekti olan daşınmaz əmlak da Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşir. Şikayətin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsində işə baxılarkən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə onların istifadə hüquqlarının olub-olmamasına qiymət verilə bilər. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 31, 35-36, və 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)- 2418/2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10835/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10835/2021
03.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver