Məhkəmə qərarları › İş №2(103)-1084/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1084/2024

08.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1084/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(004)-4160/2023 saylı qərardadından Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 İdman qızı arasında Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 26 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və əldə edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair 2(004)-4160/2023 nömrəli mülki işin icraatına xitam verilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı qismən, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə icrata xitam verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə yəni, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi hissəsində (2(004)-4160/2023 saylı mülki iş üzrə məhkəmənin icraatına qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadından verilmiş şikayət ərizəsi digər hissədə, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə təmin edilməmiş, şikayət “İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə təmin edilmədiyindən həmin hissədə baxılması üçün mülki iş məhkəmənin icraatından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4160/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 şikayət ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinin (2(004)-4160/2023 saylı mülki iş üzrə) məhkəmənin icraatına qəbul edilməsi hissəsində ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(004)-4160/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqımüqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 İdman qızı arasında Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 26 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və əldə edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlərCavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair 2(004)- 4160/2023 nömrəli mülki işin icraatına xitam verilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs 40 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Bakı şəhəri, 40 saylı notariat ofisində bağlanılmış 26 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və əldə edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq və iş materialları ilə tanış olaraq 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla hesab etmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi qismən təmin edilməli, Bakışəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı qismən, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə icraata xitam verilməsi hissəsində ləğv edilməli, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi hissəsində iddia tələbi (2(004)-4160/2023 saylı mülki iş üzrə) məhkəmənin icraatına qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməli, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadından verilmiş şikayət ərizəsi digər hissədə, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə təmin edilməməlidir. Həmin qərardadın İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə təmin edilməməli hissəsindən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Hesab edir ki, məhkəmə 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinin məhkəmənin icraatına qəbul edilməsi əsassızdır və həmin hissədə qərardad ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, işə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin azaldılmasına (dəqiqləşdirilməsinə) dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia irəli sürərək, Cavabdeh1 ilə Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 ilə X3 arasında bağlanılan xx.xx.2021-ci il tarixli, 3M-241 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmə tərəfindən icraata qəbul edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 ilə Bakı şəhəri 40 saylı notariat ofisində bağlanılmış 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 ilə X3 arasında bağlanılan xx.xx.2021-ci il tarixli, 3M-241 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1138/2023-cü il tarixli qətnaməsi ilə qanuni qüvvəyə minmişdir. Eləcə də, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 406/2022 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 qarşı 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmiş və həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Hər iki halda, yəni Cavabdeh1 çıxarışın verilməsinə əsas olan 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin həm ləğvi, həm etibarsızlığı mübahisələndirilsə də, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri ilə bu tələblər təmin edilməmişdir. Nəticə etibarilə artıq həmin müqavilənin hüquqi nəticəsi olan çıxarışın ləğvini tələb etmək sadəcə iddiaçının vicdanlı alıcı olan Cavabdeh1 bezdirmək, məhkəmələri yanıltmaq və hüquqi bir məhkəmə oyunudur. Hesab edir ki, çıxarışın ləğvi tələbi üzrə Yasamal Rayon Məhkəməsinin özünün qəbul etdiyi 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadını qismən ləğv edərək 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla çıxarışın ləğvi tələbini icraata götürməsi ədalətsiz, əsassız və maddi hüquq normalarının tələbrinin pozulmasıdır. Əgər qanuni qüvvəyə minmiş məkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsinin qanuni olması, etibarsızlığı və ya ləğvi üçün əsaslar müəyyən edilməmişdirsə, həmin müqavilənin hüquqi nəticəsi olan çıxarışın ləğvi üçün də heç bir əsas ola bilməz. Həmin mübahisələndirilən xx.xx.2021-ci il tarixli müqavilənin, həm həmin müqavilənin nəticəsi olan çıxarışın ləğvi üçün qanunla müəyyən edilmiş bir illik müddət keçməsinə baxmayaraq, məhkəmənin mübahisələndirilən çıxarışın ləğvi ilə bağlı müddət keçmiş perspektivsiz iddianı icraatına qəbul etməsi qanunsuzdur. Nəzərə almaq lazımdır ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə tərəfindən ilk məhkəmə hazırlıq iclasında artıq verilmişdir. İddiaçı tərəf isə müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizə verməmişdir. Məhkəmə kollegiyası şikayəti və mülki işin materiallarını birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı ilkin olaraq Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, işə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin azaldılmasına (dəqiqləşdirilməsinə) dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia irəli sürərək, Cavabdeh1 ilə Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 ilə X3 arasında bağlanılan xx.xx.2021-ci il tarixli, 3M-241 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmə tərəfindən icraata qəbul edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3524/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 ilə Bakı şəhəri 40 saylı notariat ofisində bağlanılmış 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 ilə X3 arasında bağlanılan xx.xx.2021-ci il tarixli, 3M-241 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnamələri ilə tərəflər arasında mübahisələndirilən 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə hüquqi qiymət verildiyindən məhkəmənin 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraata qeyd olunan hissədə xitam verilsə də, çıxarışın ləğv edilməsi tələbinə qiymət verilməmişdir. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırki halda iddia tələbi üzrə mübahsiləndirilən çıxarışa yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmədiyindən məhkəmə mülki iş üzrə çıxarışın ləğvi hissəsində icraata xitam verməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(004)- 4160/2023 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(004)-4160/2023 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar