Məhkəmə qərarları › İş №2(103)-10861/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10861/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10861/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Məmmədli Ənnağı Əbdül oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1445/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən Abdullayeva Lalə Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi, Sahə küçəsində yerləşən yaşayış sahəsi 72 kv.m olan 2 otaqlı yaşayış evinə köçürülməsi və həmin tikilidə olan əmlakının mühafizə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1445/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Abdullayeva Lalə Məhəmməd qızı apellyasiya şikayəti, verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək, iddiaçının iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1445/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən Abdullayeva Lalə Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya qeyd edir ki, apellyator apellyasiya şikayətində göstəmişdir ki, qətnamə onun mülkiyyət hüququnu pozur. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-148/2021 saylı, 05.07.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(003)-1445/2018 saylı qətnaməsinə izah verilərək qeyd edilmişdir ki, qətnamənin nəticə hissəsində ünvan 2 ünvanında yerləşən ev dedikdə, ünvan 3ləşən ev başa düşülsün. Qətnamədə verilən izah ilə həmin qətnamə onun mülkiyyət hüququnu pozur. İş materiallarından da görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə Lalə Abdullayevanın şikayəti təmin olunmuş, hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı tərəfindən verilmiş “qətnaməyə izah verilməsi barədə” ərizə təmin edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-148/2021 saylı, 05.07.2021ci il tarixli qərardadı ləğv edildiyindən hazırki halda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(003)-1445/2018 saylı qətnaməsi Abdullayeva Lalə Məhəmməd qızının maraqlarına toxunmur. Ona görə də Abdullayeva Lalə Məhəmməd qızının apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6-ci maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1445/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən Abdullayeva Lalə Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1445/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən Abdullayeva Lalə Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar