Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10863/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahənin boşaldılması və pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2078/2021 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanının ikinci mərtəbəsinin 240 kv.m. sahəsi barəsində Cavabdeh ilə aralarında bağlanılmış 07 sentyabır 2021-ci tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş sahənin boşaldılaraq ona qaytarılması; cavabdehin iddiaçıya borclu qaldığı 2500 manat icarə haqqı və iddiaçının cavabdehə obyekti boşaltmaq üçün müraciət etdiyi 08.01.2021-ci il tarixdən sonrakı ayın, yəni 08.02.2021-ci ildən başlayaraq obyekti boşaldacağı günədək hər ay məhrum olduğu 1500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2078/2021 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, 08.02.2021-ci il tarixdən başlayaraq və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsinin cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilənədək hər ay 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-9106 saylı 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməsi barədə qəbzdə həmin rüsumun Bakı Apellyasiya Məhkəməsinə ödənilməsi qeyd edilmədiyindən apellyasiya icraatı qeyri-mümkün hesab edilməklə apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2078/2021 saylı iş üzrə qəbul etdiyi 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti yuxarıda göstərilən əsasla geri qaytarılmışdır. Bundan sonra cavabdeh yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir və birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, qətnamə cavabdeh tərəfindən 22 iyul 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. (iş v. 110) Qətnamədən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-9106 saylı 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh qeyd olunan qərardadı 08 sentyabr 2021-ci il tarixdə qəbul etmişdir. (i.v 130) Lakin cavabdeh qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra yalnız 07 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Göründüyü kimi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad 08 sentyabr 2021-ci il tarixdə cavabdehə məlum olsa da, cavabdeh yenidən apellyasiya şikayəti ilə qeyd olunan qərardadı əldə etdiyi tarixdən 1 ay sonra müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası cavabdeh tərəfindən qətnamədən təkrar apellyasiya şikayəti ağlabatan müddətdə verilməmişdir. Apellyasiya şikayəti Rayon Məhkəməsinə verilmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahənin boşaldılması və pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2078/2021 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10863/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10863/2021
22.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver