Məhkəmə qərarları › İş №2(103)-10929/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10929/2021

10.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10929/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı4 MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin Cavabdeh ASC-yə qarşı «ipoteka, girov və zaminlik müqavilələrinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4062/2019 saylı, 09 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC Cavabdeh ASC-yə qarşı «ipoteka, girov və zaminlik müqavilələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək Cavabdeh ASC ilə X4 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli, 122937-1-10681 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə cavabdeh Bank ilə İddiaçı1 arasında bağlanmış 25.04.2014-cü il tarixli, 123515-NEDVİJ-2622 saylı, 25.04.2014-cü il tarixli, 123515-NEDVİJ-2623 saylı, İddiaçı2 arasında bağlanmış 23.05.2014-cü il tarixli, 229607 saylı, 23.05.2014-cü il tarixli, 229610 saylı, 23.05.2014-cü il tarixli, 229613 saylı, 23.05.2014-cü il tarixli, 229614 saylı, 23.05.2014-cü il tarixli, 229615 saylı, 23.05.2014-cü il tarixli, 229617 saylı, 23.05.2014-cü il tarixli, 229618 saylı, 23.05.2014-cü il tarixli, 229620 saylı, 23.05.2014-cü il tarixli, 229621 saylı, 24.06.2014-cü il tarixli, 23324 saylı və İddiaçı3 arasında bağlanmış 24.06.2014-cü il tarixli, 23323 saylı “Daşınmaz əmlakın ipoteka müqavilə”lərinin bağlanmamış hesab edilməsi, cavabdeh Bank ilə İddiaçı2 arasında bağlanmış 25.04.2014-cü il tarixli, 111586-7-7076 saylı, İddiaçı4 MMC arasmda bağlanmış 25.04.2014-cü il tarixli, 123521-G RAN130 saylı və İddiaçı1 arasında bağlanmış 12.05.2014-cü il tarixli, 123515-7-7072 saylı “Zaminlik müqavilə”lərinin xitam edilməsi, İddiaçı4 MMC arasında 25.04.2014-cü il tarixli, 123521-3- 173 saylı və 19.06.2014-cü il tarixli, 122937-3-230 saylı “Dövriyyədəki malların girov müqavilə”lərinin bağlanmamış hesab edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1nm mülkiyyətində olan, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən, 30 saylı evin, 88 saylı mənzili, İddiaçı1nm mülkiyyətində olan, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən, 30 saylı evin, 87 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 859 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1079 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1111 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 857 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1002 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 860 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1109 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1108 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1100 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 491 saylı mənzilivə İddiaçı3 mülkiyyətində olan, Nizami rayonu, 8-ci km yaşayış sahəsi, Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzilinin yüklülüyünün ləğv edilməsi barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə X4 arasında 25.04.2014-cü il tarixdə 122937-1-10681 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Ş.Əsədova 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. Cavabdeh bank ilə İddiaçı1 arasında 25.04.2014-cü il tarixli 123515-NEDVİJ-2622 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 88 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı1 arasında 25.04.2014-cü il tarixli 123515-NEDVİJ2623 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 87 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229607 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 859 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229610 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1079 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229613 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1111 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229614 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 857 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229615 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1002 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229617 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 860 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229618 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1109 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229620 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1108 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229621 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1100 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı3 arasında 24.06.2014-cü il tarixli 23323 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu 8-ci km yaşayış sahəsi Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 24.06.2014-cü il tarixli 23324 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 491 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh bank ilə İddiaçı2 ilə 25.04.2014-cü il tarixli 111586-7-7076 saylı, İddiaçı4 MMC ilə 25.04.2014-cü il tarixli 123521-G_RAN-130 saylı və İddiaçı1 ilə 12.05.2014-cü il tarixli 123515-7-7072 saylı zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi cavabdeh bank ilə İddiaçı4 MMC arasında 25.04.2014-cü il tarixli 123521-3-173 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur. Həmçinin, verilmiş kreditin təminatı üsulu kimi cavabdeh bank ilə İddiaçı4 MMC arasında 19.06.2014-cü il tarixli 122937-3-230 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 88 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur. Bu müqavilələrdən sonra, zamin və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bankla Ş.Əsədov arasında bağlanmış 19.06.2015-ci il tarixli 122937-1-10681/2 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Ş.Əsədova illik 12,5 % hesablanması şərti ilə 36 ay müddətinə 1.645.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zamin və ipoteka qoyanın, eləcə də İddiaçı4 MMC-nin iştirakçılarının hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, Şamxal Əsədov ilə cavabdeh bank arasında bağlanmış baş kredit razılaşmasının 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqaviləsi ilə müəyyən edilir. Kreditlər borc alana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu müqavilə borc verənin kredit vermək vədini ifadə etmir. Eyni zamanda cavabdehlə iddiaçılar arasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin müddəalarına əsasən, müqavilə ilə ipotekaya qoyulmuş əmlak, eyni zamanda zamin durmuş şəxs Cavabdeh ASC ilə borc alan Şamxal Əsədov arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Cavabdeh bankla borc alan arasında bağlanmış hər iki kredit xətti müqaviləsi sadəcə iki nüsxədə tərtib edilmiş, nə ipoteka qoyan, nə də zaminlərlə razılaşdırılmamışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4062/2019 saylı, 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni, zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. İpoteka qoyan X1 eyni zamanda İddiaçı4 MMC-nin təsisçisidir və qanuni təmsilçi kimi zaminlik və girov müqaviləsi onun tərəfindən imzalanmışdır. Bundan əlavə, kredit alan şəxs, İddiaçı4 MMC adından 03.08.2015-ci il tarixli möhürlü arayış banka təqdim etmişdir. Həmçinin iddiaçıları təmsil edən vəkillər eyni zamanda kredit alan X3 müdafiə edirlər ki, bu da onların bir-biri ilə əlaqəsini, eləcə də, müqavilə şərtlərinin onlara yaxşı məlum olmasını sübut edir. İş materiallarından göründüyü kimi, müqavilə şərtləri iddiaçılara məlum olsa da belə, onlar həqiqəti pərdələmək qərarına gəliblər və hazırki iddia ərizəsi hüquqdan suiistifadə edilməsi məqsədi daşıyır ki, bu da qanunvericiliklə yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1359/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın tənin olunması qət edilmişdir Həmin qətnamədən iddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3588/2021 saylı, 28 sentyabr 20-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı4 MMC-nin nümyəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar məhkəməyə gəlməmişlər. Kollegiya, MPM-in 376.2-ci maddəsinə əsasən, gəlməyən proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...İddia tələbində iddiaçılar kredit öhdəliyinin təminatı kimi bağlanmış zaminlik, girov və ipoteka müqavilələrini mübahisələndirərək, tələbin əsası kimi ümumi şəkildə ona istinad ediblər ki, təminat müqavilələri kredit xətti müqaviləsi üzrə bağlanıb, kredit xətti müqaviləsində faiz göstərilməyib, lakin sonradan borc alana əlavə sazişlə kredit verilib, əlavə sazişdə faiz müəyyən edilib, həmin sazişdən onların xəbəri olmayıb, onların məsuliyyəti ağırlaşıb. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin girov və ipotekanı nizama salan normalarını, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsini qeyd edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarına istinad etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli Qərarına istinad etsə də, apellyasiya məhkəməsi həmin Qərarlar kontekstində iddiaya qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Göründüyü kimi, hüququn tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik və ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməlidir. Əks halda, zaminliyə bütövlükdə xitam verilir. İpoteka müqaviləsi isə bağlanmamış hesab edilir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018 və 25 iyul 2019-cu il Qərarlarının hansı iddialara şamil edilməsi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi baxılan iş üzrə kredit xətti müqaviləsində faiz dərəcəsinin göstərilib-göstərilməməsini, həmin kredti xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik, girov və ipoteka müqavilələrində məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. ilə bağlı şərtlərin olubolmamasını, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminlərin və ipoteka qoyanların razılığının alınıb-alınmamasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları baxımından həmin müqavilələrin bağlanma tarixi və hazırki iddianın məhkəməyə hansı tarixdə verilməsini araşdırmamışdır. Halbuki qeyd edilən hallar araşdırılmadan iddia tələbi üzrə obyektiv, qanuni və əsaslı nəticəyə gəlinməsi istisna edilir. Çünki məhz bu halların mövcud olub-olmaması iddia tələbinin bu və ya digər formada həllinə təsir göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı rədd edən apellyasiya məhkəməsi, iddianın əsası kimi istinad edilən hallara, ümumiyyətlə, qiymət verməmiş, Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarlarındakı hüquqi mövqeyini hazırki işin halları baxımından dəyərləndirməmişdir...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (baş kredit razılaşması, ipoteka, girov, zaminlik müqavilələri və s.) görünür ki, Cavabdeh ASC ilə X4 arasında 25.04.2014-cü il tarixdə 122937-1-10681 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Ş.Əsədova 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. Cavabdeh bank ilə İddiaçı1 arasında 25.04.2014-cü il tarixli 123515-NEDVİJ-2622 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 88 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı1 arasında 25.04.2014-cü il tarixli 123515-NEDVİJ-2623 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 87 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229607 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 859 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229610 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1079 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229613 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1111 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229614 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 857 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229615 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1002 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229617 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 860 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229618 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1109 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229620 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1108 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 23.05.2014-cü il tarixli 229621 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1100 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı3 arasında 24.06.2014-cü il tarixli 23323 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu 8-ci km yaşayış sahəsi Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında 24.06.2014-cü il tarixli 23324 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 491 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh bank ilə İddiaçı2 ilə 25.04.2014-cü il tarixli 111586- 7-7076 saylı, İddiaçı4 MMC ilə 25.04.2014-cü il tarixli 123521-G_RAN-130 saylı və İddiaçı1 ilə 12.05.2014-cü il tarixli 123515-7-7072 saylı zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi cavabdeh bank ilə İddiaçı4 MMC arasında 25.04.2014-cü il tarixli 123521- 3-173 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur. Həmçinin, verilmiş kreditin təminatı üsulu kimi cavabdeh bank ilə İddiaçı4 MMC arasında 19.06.2014-cü il tarixli 122937-3-230 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 88 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, yuxarıda qeyd olunan müqavilələr bağlanandan sonra, zamin və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bankla Ş.Əsədov arasında bağlanmış 19.06.2015-ci il tarixli 122937-1-10681/2 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Ş.Əsədova illik 12,5 % hesablanması şərti ilə 36 ay müddətinə 1.645.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Baş kredit razılaşması üzrə bərpa olunan kredit xətti müqaviləsi bağlanarkən ipoteka qoyanlara və zaminlərə bu barədə məlumat verilməmiş, onların razılığı alınmamış, borcverənlə zaminlər və ipoteka qoyanlar arasında kredit məbləği, faiz həddi, kreditin verilmə müddəti və sair zəruri şərtlərin əks edildiyi müqavilə (saziş) bağlanmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanunu düzgün tətbiq etmiş və işin faktiki hallarının müvafiq tələblərin qanuni əsasına uyğun gəlməsinə əsaslanmışdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Mülki Məcəllənin 307.4-cü maddəsinə müvafiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Göründüyü kimi, hüququn tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik və ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməlidir. Əks halda, zaminliyə bütövlükdə xitam verilir. İpoteka müqaviləsi isə bağlanmamış hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 19.06.2015-ci il tarixli kredit xətt müqavilə şərtərinin iddiaçılara məlum olması barədə dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, cavabdeh qeyd edilən müqavilənin şərtərinin iddiaçılara məlum olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşdən görünür ki, tərəflər arasında hüquq münasibətləri Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli və 25.07.2019-cu il tarixli Qərarlarının qüvvəyə minməsindən əvvəl yarandığından və hazırki tələblə bağlı məhkəmə icraatı qeyd olunan qərarların qüvvəyə minənədək başladığından Kollegiya hesab edir ki, sözügedən qərarlar hazırkı mübahisəyə şamil olunmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4062/2019 saylı, 09 avqust 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği «Bank VTB (Azərbaycan)” ASC-yə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar