Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10939/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Kərimov İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(006)-4236/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Kərimov İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(006)- 5345/2015 saylı qətnaməsi ilə iddiaçıdan 28 iyul 2013-cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlunun saxlanması üçün müəyyən edilmiş hər ay 200 manat sabit pul məbləğində alimentin azaldılaraq 28 iyul 2013-cü il təvəllüdlü Kərimov Əli İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(006)-4236/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ünvanlayaraq, qeyd etmişdir ki, xəstəliyi ilə əlaqədar olaraq Türkiyə getməli olmuş, apelyasiyada iştirak edə bilməyəcəkdir, verdiyi apelyasiya şikayətini geri götürür. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və iddiaçıya münasibətdə apelyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilməli və iddiaçıya münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: İddiaçı Kərimov İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(006)-4236/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-10939/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10939/2021
22.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver