Məhkəmə qərarları › İş №2(103)-10988/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10988/2021

11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10988/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(004)-4635/2021 nömrəli qərardadından iddiaçının verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(004)- 4635/2021 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(004)- 4635/2021 nömrəli qərardadından iddiaçının verdiyi şikəyət həmin Məhkəmə tərəfindən təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası 23 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən habelə, işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri yasamal rayon Məhkəməsinin qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: İddiaçının şikayəti təmin edilməsin. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(004)-4635/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar