Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10999/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı «əşyaların qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11 iyun 2021-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmiş, məhkəmənin eyni saylı, 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətlər müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məcəlləyə görə qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki iş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, 03 sentyabr 2021-ci il tarixli qərardad cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə 14 sentyabr 2021-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə göndərilən şikayətdən isə aydın olur ki, şikayət 08 oktyabr 2021-ci il tarixdə poçt orqanına təhvil verilmişdir. Bununla da müəyyən edilir ki, şikayət müddət ötürülməklə verilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyinə münasibət bildirməmiş, şikayətə 14 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxaraq təmin etməmiş, mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərmişdir. Bununla da birinci instansiya məhkəməsi MPM-in 130-cu maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, şikayət vermə müddəti ötürüldüyündən, bununla bağlı birinci instansiya məhkəməsi müddətin ötürülübötürülmədiyinə münasibət bildirmədiyindən, şikayət qeyri-mümkün hesab edilərək mülki iş materialları ilə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10999/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10999/2021
22.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver