Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11072/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh və nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı2,İddiaçı1 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı işi üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı Cavabdeh qarşı “aliment və əlavə xərclərdə iştirak tələbinə dair” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli, 2(004)- 1410/2020 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsindən həmin mülki iş üzrə Cavabdeh tərəfindən 04.05.2021-ci il tarixdə apellyasiya şikayəti daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı işi üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli, 2(004)- 1410/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 360, 361, 363.1.3, 364-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və Cavabdeh həmin qətnamənin surətini 15 oktyabr 2020-ci il tarixdə müvafiq qəbzə imza etməklə almışdır. Belə olan halda, cavabdehin mübahisələndirdiyi qətnamə barədə ən geci 15 oktyabr 2020-ci il tarixdə məlumatlı olması mübahisəsizdir. Göründüyü kimi, 04 may 2021-ci il tarixdə apellyasiya şikayətini təqdim edən cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5569/2021 saylı, 04.08.2021- ci il tarixli qərardadından görünür ki, cavabdeh apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürdüyündən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.Beləliklə Cavabdeh Yasamal Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsindən 04.05.2021-ci il tarixdə apellyasiya şikayəti verdikdə, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və müddətin bərpa edilməsinə dair əsaslandırılmış ərizə təqdim etməmişdir.Odur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1410/2020 saylı 01 oktyabr 2021 -ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi, əks təqdirdə şikayəti baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 267.2, 267.3, 268.1, 269.1, 269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı 17 fevral 2020-cu il tarixli qətnaməsindən xəbəri olmamışdır, həmin qətnamə iştirakı olmadan qəbul edilmişdir, həmin qətnamə ona göndərilməmiş və hər hansı bir formada təqdim edilməmişdir. Həmin qətnamənin olmasından 2021-ci ilin aprel ayının axırlarında icra şöbəsinə çağırılan zaman xəbər tutmuşdur. 21 aprel 2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli 2(004)- 1410/2020 saylı qətnaməsinin ona göndərilməsi və yaxud təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı işi üzrə 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək,cavabdehin qətnamənin surətini əldə etmədiyini, apellyasiya şikayəti təmin edilmədikdən sonra şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmadığından müddət bərpa barədə ərizəni ayrıca verdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qəbzin onun tərəfindən imzalanmadığını, qətnamədən icra zamanı xəbərdar olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar İddiaçı2,İddiaçı1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-133, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayyətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və (işin 100cü səhifəsində olan 15.10.2020-ci il tarixli qəbzə imza etməklə ilə qətnamənin alınmasına rəğmən) sübuta yetirilmir, dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək və müraciət olmadan üzrlü hesab edilməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 360-cı maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti (məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində) verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlmiş və müddətin bərpasına dair müraciət mövcud olmamışdır. Ona görə, müddətin ötürülməsinin üzrlü səbəblərinin (umumiyyətlə müddətlə bağlı) müzakirələrin aparılması prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Bundan əlavə olaraq iş materiallardan göründüyü kimi, artıq apellyasiya instansiya məhkəməsində işə (tam yoxlanılaraq) baxılmışdır. Ona görə digər tərəfin şikayəti üzrə ümumiyyətlə işə yenidən baxılması prosessual mümkünlüyü tərəfin diqqətinə çatdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1410/2020 saylı işi üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-11072/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11072/2021
06.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver