Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11075/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı Fərhad qızı və qarşılıqlı iddia üzrə idiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Fərhad qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları, cehiz əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 5000 manat, 750 əyarlı, brilliant qaşlı, italyan qızılı olan bir dəst qızıl dəsti (boyunbağı, qolbağ, üzük və sırğa), dəyəri 1350 manat olan, 750 əyarlı, 10 qram çəkisi və 1 karat brilliant qaşları olan bir ədəd nişan üzüyü, ad günündə cavabdeh tərəfindən ona hədiyyə edilmiş 600 manat dəyərində bir ədəd qolbağ, ata evindən apardığı bir ədəd 10 qram çəkisi olan 750 əyarlı dəyəri 1000 manat olan boyunbağı, 8 qram çəkisi olan 750 əyarlı bir cüt srğa, 5 qram çəkisi olan 585 əyarlı bir cüt sırğa, iş üzrə cavabdeh, keçmiş qaynanası tərəfindən ona hədiyyə edilmiş, qırmızı qaşlı 30 qram çəkisi olan bir ədəd kolye, qaynanasının onun ad günündə ona hədiyyə etdiyi 5 qram çəkisi olanqoşa halqa sirqa, valideynləri tərəfindən ona cehiz kimi alınmış dəyəri 4200 manat olan qonaq dəsti mebeli, (iki ədəd qorka, bir ədəd kamot, bir ədəd stol, 8 ədəd stul, bir ədəd televizor altlığı), zala 700 manatliq pərdə, 400 manatlıq lüstr, yataq otağı üçün 100 manatliq pərdə, 90 manatliq lüstr, qaşıq dəsti -Solinger Germany 84 parça qiyməti 300 manat, 2 ədəd sini (Lacquer pectectio) 150 manat, bir dəst serviz (12 aş, 12 souz, 12 dolma, 12 tort, 2 böyük bulud) qiyməti 650 manat, 3 ədəd şüşə bulud (çini ruletnisa) 80 manat, 12 ədəd xrustal stekan çexia qiyməti 290 manat, 12 ədəd rozetka çexia qiyməti 290 manat, 6 ədəd xrustal armudu stəkan qiyməti 130 manat, 12 nəlbəki çexia qiyməti 150 manat, 12 rozetka Kobalt 1 ədədi 35 manat, 12 ədədi 420 manat, 1 ədəd Çexiya istehsalı olan xrustal tort qabı qiyməti -300 manat, 2 qrafin 12 bakal xrustal qiyməti 250 manat, 6 ədədlik fincan dəsti qiyməti 55 manat, 1 ədəd böyük ağ qaşlı vaza qiyməti 60 manatat, 1 ədəd böyükağqaşlı qəndqabı qiyməti 60 manat, 2 ədəd böyük güldan, 1 ədədi 90 manat (bogema), 2 ədəd böyük meyvəqabı, bir ədədi 180 manata (bogema), 1 ədəd qrafin, 6 bakal (Çexslovagiya) qiyməti 200 manat, 6 ədəd bogema stəkan (mavi) qiyməti 60 manat, 6 ədəd bagema (qırmızı) qiyməti 60 manat, Üstü kəpənəkli servis (Orjinal Cobalt) (6 çaşka, önəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı) qiyməti 200 ABŞ dolları, Üstü qizilgüllü servis (Orjinal Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı) qiyməti 350 manat, 3 cür bir-birindən böyük 18 ədəd xrustal bakal qiyməti 180 manat, ədəd xrustal bulud + 2 qəndqabı, qiyməti 150 manat, 1 ədəd xrustal bulud + 1 qəndqabı + 1 güldan, qiyməti 350 manat, 1 ədəd xrustal qrafin 6 ədəd bakal qiyçəti 150 manat, 2 ədəd böyük xrustal vaza 1 ədədinin qiyməti 120 manat, 1 ədəd konyak qrafini, 6 ədəd bakal qiyməti 80 manat, 4 ədəd xrustal mürəbbə qabı qiyməti 360 manat, 6 ədəd bakal xrustal qiyməti 120 manat, X2 ( Orjinal cobalt OZECH REPUBUE) qiyməti 300 ABŞ dolları, çay dəsti (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı) qiyməti 450 manat, 1 ədəd ləpə qabı ( üçmərtəbə) qiyməti 150 manat, yemək dəsti qiyməti 1350 manat, 1 ədəd böyük dairəvi bulud qiyməti 120 manat, 1 ədəd böyük uzunsov bulud qiyməti 110 manat, 1 ədəd kiçik uzunsov bulud qiyməti 90 manat, 1 ədəd supnik, 1 ədəd yağqabı qapaqlı, 2 ədəd böyük dərin bulud, 1 ədəd böyük kasa qiyməti 300 man, 6 ədəd dərin böyük bulud qiyməti 200 manat, 6 ədəd aş boşqabı qiyməti 180 manat, 6 ədəd dolma boşqabı qiyməti 150 manat, 6 ədəd pendir boşqabı qiyməti 120 manat, 2 ədəd duzqabı qiyməti 80 manat, bir dəst güllü qazan dəsti (2 ədəd qazan (51, 71), Tava (22 sm, 26sm, 30sm) 3 ədəd, Çaydan+saxsı çaynik) qiyməti 300 manat, 3ədəd çuqun qazan dəsti qiyməti 90 manat, Sofram nerjavika qazan (32 sm) böyük qazan dəsti (171), 4 ədəd çuqun qazan qiyməti 220 manat, 1 ədəd çaydan açıq yaşıl rəngli qiyməti 190 manat, 2 ədəd böyük çuqun ləyən 81—101 qiyməti 90 manat, 3 ədəd orta çuqun ləyən 51-41-41 qiyməti 75 manat, 2 ədəd balaca çuqun ləyən qiyməti 40 manat, bir ədəd alminium ləyən qiyməti 30 manat, alminium 5 qazan, 1 ədəd mürəbbə ləyəni, 1 ədəd tava qiyməti 150 manat, 1 ədəd şüşə qazan qiyməti 50 manat, 1 dəst tefal qaşıq dəsti qiyməti 80 manat, 1 dəst biçaq dəsti (8 ədədlik) qiyməti 120 manat, 1 ədəd gündəlik işlənən yemək qaşıq dəsti qiyməti 60 manat, 1 ədəd gündəlik işlənən qazan qaşıq dəsti qiyməti 60 man, 1 dəst tortkəsən bıçaq dəsti qiyməti 25 manat, 4 ədəd böyük, 4 ədəd balaca şüşəqabı qiyməti 120 manat, 3 ədəd keramik şüşə saxlama qabı qiyməti 25 manat, 1 ədəd “Gepas” ətcəkən maşın qiyməti 430 manat, 1 ədəd tefal şüşə çaynik qiyməti 180 manat, 1 ədəd tefal ütü qiyməti 210 manat, 2 ədəd tərəvəz doğrama taxtasi qiyməti 10 manat, 3 ədəd göyərti saxlama qabi qiyməti 30 manat, 3 ədəd süfrə (ağ rəngli 100 manat, malako-70 manat, qaşlı- 70manat), 1 ədəd kətan süfrə (adı süfrə) qiyməti 40 manat, 2 ədəd süfrə qiyməti 120 manat, 12 ədəd Çay dəsmalı qiyməti 100 manat, 12 ədəd əlüz dəsmalı (İnci fırmasi) qiyməti 150 manat, 2 ədəd çəhrayı rəngli bədən dəsmalı qiyməti 60 manat, 2 ədəd əlüz dəsmalı dəsti, qiyməti 110 manat, 1 ədəd çəhrayı rəngli “Tac” firması bədən dəsmalı qiyməti 36 manat, 1 ədəd “Tac” firması əlüz dəsmalı, qiyməti 18 manat, 2 ədəd əlüz dəsmali çəhrayı rəng mirvarili qiyməti 60 manat, 4 ədəd çay dəsmali qiyməti 60 manat, “Tac” firmasından taxt üçün cüt nəfərlik yataq dəsti (2 cuxollu) qiyməti 260 manat, Gold firması taxt cut nəfərlik qiyməti 150 manat, Casadora firması 3D pastel taxt cüt nəfərrlik qiyməti 320 manat, İstanbul firması Güllü (mavi- çəhrayı) taxt cüt nəfərlik 2 çuxollu qiyməti 200 manat , İstanbul firması bənövşəyi rəng taxt cüt nəfərlik qiyməti 150 manat, Cehiz çamadan taxt pakrival, pastel taxt cüt nəfərlik qiyməti 350 manat, bir pakrival dəsti, ustu güllü qiyməti 150 manat, 1 ədəd buxov adyalı taxt ucun qiyməti 150 manat, “Tac” firmasından pakrival dəsti qiyməti 250 manat, 2 ədəd tək nəfərlik yaz adyalı qiyməti 150 manat, 3ədəd tək nəfərlik qiş adyali qiyməti 100 manat, 1 ədəd güllü yaz adyali qiyməti 50 man, 1 dəst Çin istehsalı iki nəfərlik yataq dəsti qiyməti 50 manat, 2 ədəd tək nəfərlik pastel 1 ədəd 70 manat, 2 ədəd tək nəfərlik yorğan, 1 ədəd taxt yorğanı, bir taxt döşəyi, 1 ədəd balaca yastıq, 2 ədəd böyük yastıq, 2 ədəd dəri pencək, 2 ədəd dublyonka 2 ədəd sintifon kurtka, şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqablari, çantaları, 3 ədəd fen (ütü feni, qurudan fen, buran fen), 1 ədəd epilyator əşyaların cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, mətbəx mebeli üçün verilmiş 2850 manat, divan üçün verilmiş 850 manat, evin pəncərələri üçün ödədiyi 220 manat, radiatorlar üçün ödədiyi 400 manat, hamam mebeli üçün ödədiyi 400 manat, kanalizasiya xətlərinin yenilənməsi üçün ödədiyi 300 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Fərhad qızının onlara qarşı qızıl-zinət, əmlak, pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və ondan evdən çıxarkən özü ilə apardığı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 toyda hədiyyə edilmiş dəyəri 700 AZN olan bir ədəd kişi nişan üzüyünün və dəyəri 1250 manat olan bir ədəd “Romanson” markalı qol saatının, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məxsus dəyəri 6800 AZN olan 30 qram şəkili qırmıza qaşlı kolye və dəyəri 460 AZN, 5 qram çəkisi olan ona aid ağ-sarı qızıldan olan qoşa halqalı bir cür sırğanın və onun “Main” kompleksi ilə ilə aralarında bağlanmış Yasamal Rayonu, Moskva prospekti 8,27 saylı binanın 79 saylı mənzilinə dair tikinti müqaviləsinin alınıb qarşılıqlı iddia üzrə iddiaçılara verilmməsinə dair tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə, ilk iddia tələbi qismən təmij edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı Fərhad qızı və qarşılıqlı iddia üzrə idiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qarşılıqlı iddia üzrə idiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin onlara aid hissədə geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə idiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (i/v-191) əlavə edilsə də, həmin qəbzdə ödənişin təyinatının hansı orqana aid olduğu göstərilməmiş, beləliklə rüsum müəyyən edilmiş qaydada ödənilməmişdir. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, idiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11075/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11075/2021
29.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver