Məhkəmə qərarları › İş №2(103)-11098/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11098/2021

11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11098/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(003)-3627/2021 nömrəli qərardadından iddiaçının verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(003)-3627/2021 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(003)-3627/2021 nömrəli qərardadından iddiaçının verdiyi şikəyət həmin Məhkəmənin 14.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(003)-3627/2021 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 21.9.1-ci maddəsinə əsasən həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Göründüyü kimi, qanunverici ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak nəzərdə tutur. Tərəflər nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətnə əlavə edilmədiyindən məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: İddiaçının şikayəti təmin edilməsin. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(003)-3627/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar