Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11123/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2228/2021 saylı, 17.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 07.07.2021-ci il tarixli, BS-C- 21/1639 saylı imtinasının qanunsuz hesab edilməsi, sığorta ödənişinin, 05.07.2021-ci il tarixdən hesablanmaqla sığorta ödənişinin vaxtında ödənilməməsinə görə dəbbə pulunun və məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.07.2021- ci ildə ona məxsus “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, A.M.Şərifzadə küçəsi ilə hərəkət edərkən qarşıda irəliləyən “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil dayanma-durma qaydalarını pozaraq yolun sağ hissəsində dayanmış və bu zaman avtomobilin arxa hissəsində əyləşən sərnişin qəfildən arxa sol qapını açaraq idarə etdiyi avtomobilə zərər vurmuşdur. Hadisədən sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə gələrək hadisənin sxemini çəkdilər, sənədlərini alaraq onları şöbəyə dəvət etmişlər. Şöbədə onlardan izahatlar alındıqdan və inzibati xəta üzrə araşdırma aparıldıqdan sonra yol nəqliyyat hadisəsinin baş verməsində “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 təqsirli bilinmiş və onun barəsində 02.07.2021-ci il tarixli İXP4050029 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə araşdırma aparılarkən X3 idarə etdiyi “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı icbari sığorta haqqında şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalandığı məlum olmuş və avtomobilinə vurulmuş zərərin ödənilməsi üçün müvafiq sənədlər hazırlanaraq cavabdehə təqdim edilmişdir. Cavabdeh ona təqdim etdiyi 05.07.2021-ci il tarixli, BSC-21/1605 nömrəli məktubu ilə sığorta ödənişinin verilməsinə dair təqdim etdiyi sənədlərlə bağlı ona cavab məktubu təqdim etmişdir. Məktubda qeyd edilib: “"xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş zərər 770 manat məbləğində müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, 770 manat məbləğində sığorta ödənişini sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqan tərəfindən müvafiq arayış təqdim edildiyi, tərəfinizdən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda sizin hesabınıza köçürməyə və ya sığortalı avtomobili Bakı şəh.Nizami ray.,Keşlə qəs.,A.Mirzəyev 18 ünvanında yerləşən təmir müəssisəsində təmir edilərək Sizə təhvil verməyə hazır olduğunu bildiririk”. Həmin məktubdan iki gün sonra cavabdeh ona təqdim etdiyi 07.07.2021- ci il tarixli, BS-C-21/1639 nömrəli məktubu ilə hadisə ilə bağlı araşdırma apardıqlarını, onun cavabdehə təqdim etdiyi ərizədə “avtomobilinə sığortalı avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində deyil, sığortalı avtomobilin sərnişininin qanunaziddi hərəkəti nəticəsində zərər dəymişdir” cümləsini qeyd etdiyindən və bu səbəbdən müxtəlif qanunvericilik aktlarına əsaslanaraq hadisənin sığorta hadisəsi hesab edilməməsi səbəbindən ona sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirilmişdir. O, cavabdehin imtinasını qanunsuz hesab etdiyindən sığorta ödənişinin verilməməsi ilə bağlı cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyindən Azərbaycan Respublikası Mərkəzi Bankına şikayət etmişdir. Şikayəti üzrə Mərkəzi Bankın cavabdehə təqdim etdiyi müraciətə cavabdeh 29.07.2021-ci il tarixli, BS-C-21/1918 nömrəli məktubu yuxarıdakı əsasları təkrarlayaraq sığorta ödənişini verməkdən imtinasını absurd arqumentlərlə əsaslandırıb. Aşağıdakılara əsasən hesab edir ki, cavabdehin sığorta ödənişini ödəməkdən imtinası tamamilə əsassız və qanunsuzdur. Birincisi, yol nəqliyyat hadisəsinin araşdırılması, təqsirli şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı Baş Dövlət Yol Polisi İdarəsi və onun tabeliyində olan qurumlardır. Baş vermiş yol-nəqliyyat hadisəsi məhz səlahiyyətli dövlət orqanı olan Yasamal rayon DYPŞ tərəfindən (YNH baş inspektoru polis kapitanı X8) araşdırılıb, yol nəqliyyat hadisəsinin baş verməsində və avtomobilinə zərər vurulmasında “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 təqsirli bilinib və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla bağlı səlahiyyətli orqanın qərarı qüvvəyə minib. İkincisi, qanunvericiliyin tələbinə görə, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı icbari sığorta ödənişinin verilməsi hər hansı şəxsin (hətta bu şəxs hadisəsinin iştirakçısı və ya maraqlı tərəf olsa belə) izahatı əsasında deyil, səlahiyyətli dövlət orqanının tərtib, təsdiq və təqdim etdiyi sənədlər əsasında həyata keçirilir. İndiki halda isə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişinin ödənilməsi üçün səlahiyyətli dövlət orqanı olan Yasamal rayon DYPŞ tərəfindən müvafiq sənədlər cavabdehə təqdim edilmişdir. Üçüncüsü, yolnəqliyyat hadisəsi baş verən zaman “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən istismar edilib,hadisənin baş verməsindən bir neçə saniyə həmin şəxs avtomobillə hərəkətdə olub və onun həmin avtomobilə yaxınlaşmasına az qalmış avtomobilini qadağan olunmuş yerdə parklamışdır. Yəni,”Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 parklanma qaydalarını pozaraq qadağan olunmuş yerdə avtomobilini saxlamasaydı yol-nəqliyyat hadisəsi də baş verməz və avtomobilinə zərər dəyməzdi. Məhz buna görə də X1 dövlət orqanın qərar ilə hadisənin baş verməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Dövrüncüsü, cavabdehin qeyd etdiyi kimi sərnişinin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli o zaman olardı ki, “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 parklanmanın icazə verdiyi yerdə avtomobilini saxlayardı və avtomobildən düşən sərnişhin düşmə qaydalarını pozmuş olardı. Lakin indiki halda “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 parklanma qaydalarını kobud şəkildə pozması sərnişinin məsuliyyətini və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirini istisna edir. Bütün bu faktlar və əsaslar tam təsdiq edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tamamilə qanunsuzdur və bu səbəbdən iddia tələbi tam təmin edilməlidir.
3. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2228/2021 saylı, 17.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-nin 07 iyul 2021-ci il tarixli, BS-C- 21/1639 saylı imtinasının qanunsuz hesab edilməsi, 01.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan “Chevrolet Cruze” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişinin – 770 (yeddi yüz yetmiş) manat məbləğində pulun İddiaçı ödənilməsinin "xxxx" ASC-nin üzərinə qoyulması, "xxxx" ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, "xxxx" ASC-dən İddiaçı xeyrinə hüquqi xidmət xərcinin əvəzi olaraq 110 (yüz on) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şahin Abdullayev).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2228/2021 saylı, 17.09.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.07.2021 -ci il tarixində ünvan 5ndə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətsiz vəziyyətdə olarkən sərnişin tərəfindən qəflətən arxa sol qapı açılmış və nəticədə qeyd edilən ünvanda hərəkətdə olan İddiaçı tərəfindən idarə edilən “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon DYPŞ-nın kapitanı X8 tərəfindən yalnız “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı müvafiq tədbirlər görülmüş lakin arxa qapını açan sərnişinin inzibati məsuliyyətə cəlb edilməsi barədə tədbirlər görülməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən AR DİN BDYPİ-yə Bakı şəhəri Yasamal Rayon DYPŞ tərəfindən tərtib edilmiş “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış”ın etibarsız hesab edilməsi, həmin arayış yenidən tərtib edilməsi və sözügedən arayışda “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişinin hüquqa zidd hərəkəti nəticəsində zərərçəkmiş şəxsə zərərin vurulması ilə bağlı qeydlər aparılması, “'Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişinin ifşa olunması ilə bağlı zəruri tədbirlər görülməsi və Cəmiyyətə məlumat verilməsi barədə 08.07.2021-ci tarixli BS-C- 21/1646 saylı şikayət göndərilmişdir. AR DİN Bakı şəhəri Yasamal RPİ-nin 01.09.2021 -ci il tarixli məktubundan məlum olmuşdur ki, şikayət təmin olunmuş və 01.07.2021 -ci il tarixdə, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan “Mercedes-Benz E230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini hadisə yerində və aparılan araşdırma zamanı müəyyən edilməsi mümkün olmadığına görə barəsində müvafiq qərar qəbul edilməmişdir (məktub əlavə edilir). Həmçinin AR DİN BDYPİ-yə ünvanlanan şikayət təmin olunduğu üçün “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış” (forma 4) etibarsız hesab edilərək qeyd edilən hadisə ilə bağlı yeni arayış (forma 4) daxil olmuşdur. Lakin buna baxmayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən AR DİN Bakı şəhəri Yasamal RPİ-nin qeyd edilən məktuba və yenidən tərtib olunmuş ‘‘avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış”a (forma 4) hüquqi qiymət verilməmiş, münasibət bildirilməmişdir. Sədrlik edən yalnız iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənmişdir. Bu səbəbdən cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsinin qət etdi hissəsində qeyd edilən 770,00 (yeddi yüz yetmiş manat) məbləğində sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutulub cavabdeh İddiaçı ödənilməsi hissəsini qəbul etmir. Qətnamə qalan hissədə mübahisələndirilmir. Ümumiyyətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsi sözügedən qətnamənin əsaslandırıcı hissəsində İddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin məhz “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən deyil, həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxs tərəfindən vurulduğunu etiraf etmişdir. Lakin sözügedən qətnamədə yalnız “Mercedes Benz 230" markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü hissəsinə hüquqi münasibət bildirilmiş, həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxs hissəsinə isə münasibət bildirilməmişdir. Qeyd edilən məhkəmə “İcbari Sığortalar haqqında" Qanunun aşağıdakı maddələrinə istinad edərək cavabdehin əleyhinə qərar qəbul etmişdir. Lakin yuxarıda qeyd edilən maddələrə nəzər salsaq məlum olur ki, həmin maddələrdə mexaniki nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində hərəkəti nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına və sağlamlığına vurulan zərərin əvəzi ödənilir; - iş üzrə materiallar əlavə edilmiş 01.07.2021-ci il tarixində ünvan 5ndə baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçıları olmuş “Mercedes Benz 230" markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 və “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Yasamal RPİ-nin DYPŞ-na verdiyi izahatlarda “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə olarkən sərnişin tərəfindən arxa qapının açıldığını və arxadan “Chevrolet Cruze" markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulduğunu etiraf etmişlər. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, məhkəmə iclasına sədrlik edən tərəfindən “İcbari sığorta haqqında” qanunvericiliyin maddələri düzgün şərh edilməmişdir. 01.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin İddiaçı nqəliyyat vasitəsinə birbaşa zərərvuran sərnişin barəsində inzibati məsuliyyətə cəlb edilmə haqqında müvafiq tədbirlər görülməmişdir. Bu səbəbdən qeyd edilən iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr işin taktiki hallarına uyğun olmadığından və səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından tərəfimizdən AR DİN BDYPİ-yə Bakı şəhəri Yasamal Rayon DYPŞ tərəfindən tərtib edilmiş “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış”m etibarsız hesab edilməsi, həmin arayış yenidən tərtib edilməsi və sözügedən arayışda “Mercedes Benz 230“ markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişinin hüquqa zidd hərəkəti nəticəsində zərərçəkmiş şəxsə zərərin vurulması ilə bağlı qeydlər aparılması, “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişinin ifşa olunması ilə bağlı zəruri tədbirlər görülməsi və Cəmiyyətimizə məlumat verilməsi barədə 08.07.2021- ci il tarixli, BS-C-21/1646 saylı şikayət ərizəsi göndərilmişdir (ərizə iş üzrə materiallara əlavə edilmişdir). AR DİN Bakı şəhəri Yasamal RPİ-nin 01.09.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, şikayətimiz təmin olunmuş və 01.07.2021-ci il tarixdə, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan “Mercedes-Benz E230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini hadisə yerində və aparılan araşdırma zamanı müəyyən edilməsi mümkün olmadığına görə barəsində müvafiq qərar qəbul edilməmişdir (məktub əlavə edilir). Həmçinin AR DİN BDYPİ-yə ünvanladığımız şikayətimiz təmin olunduğu üçün “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış” (forma 4) etibarsız hesab edilərək qeyd edilən hadisə ilə bağlı yeni arayış (forma 4) Yasamal RPİ tərəfindən daxil olmamışdır. Bu səbəbdən Cəmiyyətimizin səlahiyyətli nümayəndəsi tərəfindən yenidən tərtib edilmiş “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış”ın Cəmiyyətimizə Yasamal RPİ tərəfindən daxil olmadığından əlavə sübutların təqdim edilməsi ilə bağlı məhkəmə iclasının təxirə salınması ilə bağlı sədrlik edənə şifahi şəkildə vəsatətlə müracitə etmişdir. Lakin sədrlik edən isə qeyd edilən sübutun gec daxil olacağını qeyd edərək əsasız olaraq mülki işə baxılması ilə bağlı məhkəmə iclasını təxirə salmamışdır. Halbuki, (dəyişiklikdən əvvəl) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Lakin məhkəmə iclası bitdikdən 3 (üç) gün sonra 20.07.2021-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış” Cəmiyyətimizə daxil olmuşdur. Həmin sözügedən arayışda həm “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, həm də həmin avtomobilin arxa oturacağında əyləşən sərnişin yol-nəqliyyat hadisəsinin baş verməsində Təqsirli şəxs kimi müəyyən edilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayışa əsasən icbari sığorta ödənişi həyata keçirilir. Yuxarıda qeyd edilən qanunun mənasından göründüyü kimi sığortaçı səlahiyyətli orqanın təqdim etdiyi arayışa (forma 4) əsasən sığorta ödənişi həyata keçirir. Həmin arayışda hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə məlumat qeyd edilir. Yasamal RPİ tərəfindən daxil olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış”dan (forma 4) məlum olmuşdur ki, hadisənin baş verməsində həm “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, həmdə həmin avtomobilin arxa oturacağında əyləşən sərnişin təqsirli şəxs kimi müyyən edilmişdir. Lakin sərnişin hadisə yerindən yayındığı üçün həmin şəxs “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 58.3-2-ci maddəsinə əsasən Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Yuxarıda qeyd edilən qanunun mənasından göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2 (iki) təqsirli şəxs müəyyən edildiyindən dəymiş zərərin dəyəri təqsir olan şəxslər tərəfindən mütənasib şəkildə ödənilməlidir. Yuxarıda qeyd edilən qanunun tələblərinə əsasən hesab edirik ki, "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışıda hadisənin baş verməsində 2 (iki) təqsirli şəxs müəyyən edilidiyi üçün 770,00 (yeddi yüz yetmiş manat) məbləğində sığorta ödənişinin 335,00 (üç yüz otuz beş manat) məbləği cavab "xxxx" ASC tərəfindən ödənilməlidir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Xankişiyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş üzrə Yasamal DYPŞ tərəfindən tərtib edilmiş 02.07.2021-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, X6 01.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 20 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
11. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 05.07.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi vahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı mülkiyyətində olan “Chevrolet Cruze” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 01.07.2021-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Belə ki, "xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş zərər 770 manat məbləğində müəyyən edilmişdir. Nəzərinə çatdırırlar ki, 770 manat məbləğində sığorta ödənişini sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətləri orqan tərəfindən müvafiq arayış təqdim edildiyi, İddiaçı tərəfindən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda İddiaçı hesabına köçürməyə və ya sığortalı avtomobili Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev 18 ünvanında yerləşən təmir müəssisəsində təmir edilərək İddiaçı təhvil verməyə hazır olduqları bildirirlər.
12. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı, surəti X4 ünvanlanmış 07.07.2021-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil 22.05.2021-ci il tarixli PBA********** saylı şəhadətnamə ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. İddiaçı 02.07.2021-ci il tarixdə Cəmiyyətə sığorta tələbi ərizəsi ilə müraciət etmişdir. İddiaçı ərizədə qeyd etmişdir ki, 01.07.2021-ci il tarixdə “Chevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanında idarə etdiyi zaman hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini tərəfindən qəflətən arxa sol qapının açması nəticədə İddiaçı idarə etdiyi avtomobilə zərər dəymişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmışdır. İddiaçı qeyd etmişdir ki, onun avtomobilində Cəmiyyətdə sığortalı avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində deyil, sığortalı avtomobilin sərnişinin qanunazidd hərəkəti nəticəsində zərər dəymişdir. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunan mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 1.3-cü maddəsinə əsasən bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. Odur ki, təəssüf hissi ilə bildirirlər ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 02.07.2021-ci il tarixdə təqdim edilmiş sığorta tələbi ərizəsində qeyd etdiyi zərər icbari sığorta qanunlarına əsasən sığorta hadisəsi hesab edilən bilən hadisə nəticəsində yaranmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən "xxxx" ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil.
13. İş üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respulikası Mərkəzi Bankına, surəti İddiaçı ünvanlanmış 29.07.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, "xxxx" ASC tərəfindən PBA********** saylı şəhadətnaməsi ilə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil 01.07.2021-ci il tarixində ünvan 5 ünvanında hərəkətsiz vəziyyətdə olarkən sərnişin tərəfindən qəflətən arxa sol qapı açılmış və nəticədə qeyd edilən küçədə hərəkətdə olan İddiaçı tərəfindən idarə edilən “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cəmiyyət tərəfindən müvafiq araşdırma aparıldıqda məlum olub ki, AR DİN Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış və inzibati icraat düzgün aparılmamışdır. Belə ki, baş vermiş yolnəqliyyat hadisəsinin iştirakçısı olan “Chevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə verdiyi izahatında bildirmişdir ki, özünə məxsus “Chevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 5 ünvanında hərəkət etdiyi zaman yolu sağ kənarında dayanmış “Mercedes Benz 230” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol qapısı açılarkən onun avtomobilinin sağ hissəsinə zərər vurmuşdur. Həmçinin zərərçəkmiş şəxs İddiaçı sığorta tələbi ilə bağlı Cəmiyyətinə müraciət etdiyi ərizədə “Cevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanında idarə edərkən “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini tərəfindən qəflətən arxa sol qapının açıldığını və nəticədə onun idarə etdiyi avtomobilin sağ hissəsinə zərər vurulduğunu qeyd etmişdir. 01.06.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə gələn Bakı şəhəri Yasamal rayon DYPŞ-nin kapitanı X8 tərəfindən yalnız “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin “ Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişin tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarına pozulmasına baxmayaraq həmin şəxsin (sərnişinin) inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq iş üzrə əlavə araşdırma aparılaraq “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişininin inzibati məsuliyyətə cəlb edilməsi və qəbul edilmiş qərara əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təvərrüfatları barədə arayışda müvafiq dəyişiklərin edilməsi ilə bağlı Cəmiyyət tərəfindən 08.07.2021-ci il tarixli BS-C-21/1646 No-li məktubla müvafiq orqanlara müraciət edilmişdir. Odur ki, zərər vurmuş şəxs inzibati məsuliyyətə cəlb edildiyi və arayışa müvafiq düzəliş edildiyi halda Cəmiyyət tərəfindən qanunvericilik tələblərinə uyğun tədbirlər görüləcəkdir. Hüquqi dəyərləndirmə:
14. Kolegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız sığorta ödənişi hissəsində mübahisələndirmiş, dəbbə pulu və hüquqi xidmətə görə xərcin ödənilməsi hissəsində mübahisələndirməmişdir. Bu səbəbdən də, hazırki apellyasiya baxışının predmetini yalnız sığorta ödənişi ilə bağlı hissə təşkil edir.
15. İş materiallarından görünür ki, 01.07.2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət nömrə nişanlı avtomaşın ünvan 5ndə hərəkət edən zaman hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini tərəfindən qəflətən arxa sol qapının açması nəticəsində həmin avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 AR İXM-nın 346.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
16. Bundan başqa, X6 tərəfindən idarə olunan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 770 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur. Lakin sonra "xxxx" ASC baş vermiş hadisə üzrə tərtib edilmiş arayışda zərər vurmuş şəxsin inzibati məsuliyyətə cəlb edildiyi və arayışa müvafiq düzəliş edildiyi halda cəmiyyət tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi bildirilmişdir.
17. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomaşına ziyanın dəyməsinə səbəb olan hadisə sığorta hadisəsi kimi hesab olunsa da, cavabdeh şirkətin ziyanın vurulmasına səbəb olmuş sərnişinin hərəkətləri ilə bağlı onun inzibati məsuliyyətə cəlb edildiyi halda sığorta ödənişinin verilməsini apellyasiya şikayətində bildirməsi, faktiki olaraq sığorta ödənişinin verilməsindən imtina kimi qiymətləndirilməlidir.
18. Kollegiya cavabdehin sığorta ödənişinin verilməsindən imtina ilə bağlı apellyasiya şikayətində gətirdiyi dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər sığorta ödənişinin verilməsindən imtina üçün əsas hesab olunmur.
19. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanununun 1-ci madədsinin 35-ci bəndinə əsasən sərnişin — nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir.
20. Həmin Qanunun 41-ci maddəsinin 1-ci bəndinə əsasən sərnişin nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın).
21. Həmin Qanunun 56-cı madəsinin X bölməsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq qadağandır.
22. Hazırki mübahisədən göründüyü kimi iddiaçının avtomaşınına ziyan digər nəqliyyat vasitəsinin sürücüsü deyil, həmin nəqliyyat vasitəsində əyləşən sərnişinin düşərkən onun qapısını təhlükənin olmadığını yəqin etmədən açması nəticəsində vurulmuşdur. Həmin hadisə ilə bağlı isə iş materiallarında olan inzibati xəta haqqında qərardan göründüyü kimi məsuliyyətə avtomaşının sürücüsü cəlb edilmişdir. Yəni, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü bilavasitə ziyanı vuran şəxs olmasa da, onun tərəfindən “Yol hərəkəti haqqında” AR Qanununun “Dayanma və durma” haqqında qaydalar pozulduğu üçün üçüncü şəxsə maddi ziyan dəymişdir.
23. “İcbari sığortalar haqqında” AR Qanununun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
24. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
25. Eyni Qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur.
26. Qeyd edilən Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
27. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin əmlakına zərər vurulması mülki məsuliyyətin yaranmasının əsası hesab edilir. Yəni mülki məsuliyyət bilavasitə sürücünün hərəkətlələri nəticəsində deyil, eyni zamanda nəqliyyat vasitəsindən istifadə etməsi nəticəsində həmin avtomaşında olan sərnişinin hərəkətləri ilə də yarana bilər.
28. İcbari sığorta qanunvericiliyinə görə avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Belə olan halda icbari sığorta müqaviləsi üzrə sığortalı olan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomaşının sərnişinin “Yol hərəkəti haqqında” AR Qanununun 56-cı maddəsinin tələblərini pozulması nəticəsində üçüncü şəxslərə dəymiş ziyan sığorta hadisəsi hesab olunur və sığorta ödənişinin verilməsi üçün əsasdır.
29. Kollegiya bilavasitə ziyanı vurmuş sərnişinin inzibati məsuliyyətə cəlb edilməli olması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, baş vermiş hadisə nəqliyyat vasitəsi sahibinin nəqliyyat vasitəsindən istifadə etməsi nəticəsində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozulması səbəbindən baş vermişdir. Həmin hadisə sığorta hadisə hesab olunduğu üçün və sığorta ödənişinin verilməsi üçün əsas olduğuna görə, sərnişinin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz.
30. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtinanın “İcbari sığortalar haqqında” AR Qanununun tələblərinə zidd olduğu üçün qanunsuz hesab edilməsi və cavabdehin üzərinə baş vermiş hadisə ilə bağlı hesablanmış sığorta ödənişinin verilməsinin həvalə edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
31. Sadalanan xüsustlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmadığından, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2228/2021 saylı, 17.09.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev