Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11202/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Biləsuvar rayon İcra və probasiya şöbəsinə qarşı, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “məhkəmə qətnamələrini icra etməkdən boyun qaçırdığına görə borclunu məsuliyyətə cəlb etmək və aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(008)-7071/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Biləsuvar rayon İcra və probasiya şöbəsinə qarşı, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnamələrini icra etməkdən boyun qaçırdığına görə borclunu məsuliyyətə cəlb etmək və aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(008)- 7071/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 07.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin hərəkətsizliyi ilə bağlı o, Şirvan İnzibati Məhkəməsinə iddia ilə müraciət etmiş, həmin məhkəmənin 2-1(120)-1102/2021 saylı 10.06.2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmış, məhkəmə öz qərardadında göstərmişdir ki, “Bu səbəbdən də iddiaçıya izah olunmalıdır ki, o, icra sənədini verən məhkəməyə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edə bilər”. İddiaçı ərizə ünvanlayaraq, onun iştirakı olmadan şikayətə baxılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndəsi) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin rəsmi qeydə alındığı yer ünvan 2 ünvanı olduğundan hazırki iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. İddiaçı hazırki iddia tələbi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Belə ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərək, məhkəmə qətnamələrinin icrasının təmin edilməsi üçün icra məmurunun hərəkətsizliyini mübahisələndirmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı eyni iddia ərizəsi ilə daha əvvəl Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 10.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir, ona görə də, iddiaçı (icra icraatında tələbkar) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçıya izah olunmuşdur ki, o, icra sənədinin icrası ilə bağlı icra sənədini verən məhkəməyə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edə bilər. Həmin qərardaddan verilmiş şikayət Şirvan Apelyasiya Məhkəməsinin 03.08.2021ci il tarixli qərardadı ilə təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçı da bundan sonra hazırki iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə isə MPM-nin 35.1-ci maddəsinin tələblərinə riayət edilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardaddan verilmiş şikayətə baxarkən isə məhkəmə inzibati məhkəmənin yuxarda göstərilən mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hal-hazırda İddiaçı Kərim qızı icra sənədinin icrası ilə bağlı icra sənədini vermiş məhkəməyə tələbkar qismində ərizə və ya şikayət ilə müraciət etməmiş, yeni iddia tələbi ilə iddiaçı qismində cavabdeh Biləsuvar rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət etmişdir, buna baxmayaraq qərardadda gəlinən nəticələrin işin hallarına uyğun olması nəticəsinə gələrək şikayəti təmin etməmişdir. Göründüyü kimi, məhkəmənin aidiyyət qaydalarına riayət edilməməsi əsası ilə iddia ərizəsini geri qaytarması barədə 16.09.2021-ci il tarixli qərardadı qanunsuz və əsassızdır, qərardaddan verilmiş şikayətə baxarkən məhkəmə bu halı müəyyən edərək, iddiaçının yeni iddia tələbi ilə iddiaçı qismində deyil, icra sənədinin icrası ilə bağlı icra sənədini vermiş məhkəməyə tələbkar qismində ərizə və ya şikayət ilə müraciət etməli olması qənaətinə gəlsə də, qəbul etdiyi 16.09.2021-ci il tarixli qərardadını ləğv etməmiş, qanuni və əsaslı sayaraq, şikayəti baxılması üçün apelyasiya məhkəməsinə göndərmişdir. Halbuki məhkəmə həmin qərardadı ləğv edərək, icra sənədinin icrası ilə bağlı icra sənədini vermiş məhkəməyə tələbkar qismində ərizə və ya şikayət ilə müraciət edilməli olduğundan, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə qərardad qəbul etməli və iddiaçıya müvafiq qaydada müraciət etməli olmasını izah etməli idi. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin həmin qərardadı ləğv edilməli və yuxarıda sadalanan hallar nəzərə alınaraq yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(008)-7071/2021 saylı qərardadı ləğv edilsin və İddiaçı cavabdeh Biləsuvar rayon İcra və probasiya şöbəsinə qarşı, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “məhkəmə qətnamələrini icra etməkdən boyun qaçırdığına görə borclunu məsuliyyətə cəlb etmək və aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11202/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11202/2021
15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver