Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11217/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qax rayon Şöbəsinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qax rayon Şöbəsinə qarşı “sığorta məbləğinin ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-695/2021 saylı, 06.09.2021-ci il tarixli qərardadı ilə (hakim Malik Qarayev) mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(001)- 8042/2021 saylı qərardadı ilə (hakim İlkin Əliyev) qeyd edilən işin məhkəmələr arasında məhkəmə aidiyyətinə görə fikir ayrılığı olduğundan hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 45.4-cü maddəsinə əsasən aidiyyət məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri Qax Rayon Məhkəməsi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərarına gələrkən, cavabdeh hüquqi şəxsin ünvan 1 ünvanında yerləşdiyindən hazırkı işə həmin ərazinin yurisdiksiyasına aid olduğu yerin məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, MPM-in 35.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İşdə olan Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 69-dur. Göründüyü kimi, Qax Rayon Məhkəməsi mülki işi ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamış, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı düzgün müəyyən etməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən mülki iş ərazi aidiyyəti qaydalarına əsasən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qax rayon Şöbəsinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11217/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11217/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver