Məhkəmə qərarları › İş №2(103)-1124/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1124/2023

30.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1124/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ("əmək haqqı və son haqq-hesab”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və son haqq-hesab” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1444/2022 saylı işi üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsinə dair ərizə) təqdim edərək, 2021-ci ilin oktyabr ayı üçün ödanilməmiş qalıq 2002,35 (2529,17- 526,83) manatın, 2021-ci ilin noyabr ayı üçün 1891,72 manatın, 2021-ci ilin dekabr ayı üçün 356,49 manat olmaqla cəmi 4250,56 manat (NET vergilər xaric) məbləğində əmək haqqının; 2021-ci ilin iyul ayı üzrə qalıq 1078,43 manata görə hesablanmış (01 .03.2022-xx.xx.2022) 1617 manat (NET vergilər xaric) ödəncin; 2021-ci ilin avqust ayı üzrə ödənilməli 2529,17 manat əmək haqqına görə hesablanmış (xx.xx.2022-xx.xx.2022) 8396,28 manatın (NET vergilər xaric) ödəncin; 2021-ci ilin sentyabr ayı üzrə ödənilməli 1821,17 manat əmək haqqına görə hesablanmış (xx.xx.2022-xx.xx.2022) 5499,42 manat (NET vergilər xaric) ödəncin; 2021-ci ilin oktyabr ayı üzrə ödənilməli 2529,17 manat əmək haqqına görə hesablanmış (xx.xx.2022-xx.xx.2022) 6853,59 manat (NET vergilər xaric) ödəncin; 2021-ci ilin oktyabr ayı üzrə 30 iyul 2022-ci il tarixdən başlayaraq (Cavabdehin 29 iyul 2022-ci il tarixində əmək haqqından etdiyi qismən ödəniş (526,83 manat) nəzərə alınmaqla Cavabdeh tərəfindən yerdə qalan ödəmənin, yəni 2002,35 manatın (NET vergilər xaric) hayata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1%-i məbləğində (günlük 20,02 manat) məbləğində ödəncin; 01 dekabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin hayata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı NET) 1% -i (günlük 18,91 manat) məbləğində ödəncin (Cadvəl l); 01 yanvar 2022-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin hayata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin (Cadvəl l); 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (NET vergilər xaric) pul əvəzinin; İşlədiyi müddət ərzində Cavabdeh tərəfindən əmək haqqının ödanilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmak Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) asasan hesablanmış günlük 1 %, cəmi 15160,88 manat (NET vergilər xaric) ödəncin (Cadvəl 2); Mediasiya xidmətinin göstarilməsi ilə bağlı ödənilmiş 50 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1444/2022 saylı, 02 sentyabr 2022ci il tarixli qətnaməsi ilə cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCdən 2021-ci ilin oktyabr ayı üçün ödənilməmiş qalıq 2002,35 manat, noyabr ayı üçün 1891,72 manat və dekabr ayı üçün 356,49 manat olmaqla cəmi 4250,56 manat (NET vergilər xaric) məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat pulun İddiaçı ödənilməsi,cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 37527,17 manatın ödənc tutularaq İddiaçı ödənilməsi, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 2021-ci ilin oktyabr ayı üzrə 30 iyul 2022-ci il tarixindən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 2002,35 manat məbləğində əmək haqqının 1 %-i məbləğində, günlük 20,02 manat ödənc, 01 dekabr 2021-ci il tarixdən başlayaraq, ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 18,91 manat məbləğində ödəncin, 01 yanvar 2022-ci il tarixdən başlayaraq, ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 3,57 manat məbləğində ödəncin tutularaq İddiaçı ödənilsməsi, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 50 manat mediasiya üçün çəkilmiş xərcin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 35; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110, 113, 154.1, 157.1, 157.2, 172, 296.4, 301; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 121.1, 185.5, 220.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı hesabına sonuncu dəfə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə əmək haqqı ödənilmişdir. İddiaçı ona 2021-ci ilin oktyabr ayı üzrə qismən ödəniş edildiyini, lakin noyabr, dekabr ayları üzrə əmək haqqının ödənilmədiyini, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə gecikdirilmiş əmək haqqına görə 1 faiz ödəncin tutulmasını (cəmi 22366,29 manatın), habelə oktyabr, noyabr, dekabr ayları üzrə ödənilməyən əmək haqqının ödəməsinin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1 faizi məbləğində ödəncin tutulmalı olmasını, o cümlədən iddiaçı ekspert rəyini əsas gətirərək 10206,15 manat (vergilər xaric) məbləğində əmək haqqının, əmək haqqı ödənilən günədək hesablanmış məbləğin, istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (vergilər xaric) pul əvəzinin ödənilmiş əmək haqqının gecikdirilməsinə görə 15160,88 manat məbləğində olan pul vəsaitinin (ödəncin) ödənilməli olmasını iddia edir.Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının ödənilməməsi, əmək haqqının ödəməsinin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1 faizi məbləğində ödəncin tutulması iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 37527,17 manat (15160,88 manat (2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə ödənilmiş əmək haqqının gecikdirilməsinə görə hesablanmış məbləğ) + xx.xx.2022-ci il tarixində ödənilmiş əmək haqqından sonra (2021-ci ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə) həmin vaxtadək hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində ödənc olmaqla 22366,29 manat) məbləğində ödənc tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, iddia tələbi 2021-ci ilin oktyabr ayı üzrə 30 iyul 2022-ci il tarixindən başlayaraq (cavabdehin 29 iyul 2022-ci il tarixdə əmək haqqından etdiyi qismən ödəniş (526,83 manat) nəzərə alınmaqla) cavabdeh tərəfindən yerdə qalan qalıq ödəmənin, yəni 2002,35 manatın (NET vergilər xaric) həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1 faizi məbləğində (günlük 20,02 manat) məbləğində ödəncin, 01 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (noyabr 2021-ci il üçün əmək haqqı NET) 1%-i (günlük 18,91 manat) məbləğində ödəncin, 01 yanvar 2022-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (dekabr 2021-ci il üçün əmək haqqı) 1%-i (günlük 3,57 manat) məbləğin tutulması hissəsində də əsaslıdır.Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və ekspertin rəyini əsas götürərək hesab edir ki, iddia tələbi oktyabr, noyabr və dekabr ayları üçün cəmi 4250,56 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində də əsaslıdır. (10206,15 manat - 5955,59 manat). Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi, iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin "istifadə olunmamış 10 günlük əsas məzuniyyətə görə 577,74 manat” hissəsinə münasibətdə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iddia tələbini mediasiya üçün çəkilmiş xərcə görə 50 manat məbləğində pulun cavabdehdən tutulmasını əsaslı hesab edir və 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikası Ədliyyə Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elgün Səfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2749 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2021-ci ilin iyul ayı üçün ödənilməmiş qalıq 1.078,43 (2.133,57-1055.14) manat, 2021-ci ilin avqust ayı üçün 2.529,17 manat, 2021-ci ilin sentyabr ayı üçün 1.821,17 manat, 2021-ci ilin oktyabr ayı üçün 2.529,17 manat, 2021- ci ilin noyabr ayı üçün 2.529,17 manat, 2021-ci ilin dekabr ayı üçün 356,49 manat olmaqla "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən ödənilməli olan əmək haqqının məbləği ümumilikdə 10.206,15 manat (vergilər xaric) müəyyən edilir, təqdim olunmuş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq 01 mart 2022-ci il tarixdə qalıq əmək haqqından edilmiş qismən ödəniş (1.055,14 manat) nəzərə alınmaqla, 01 mart 2022-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.078,43 (2.133,57- 1.055.14) manat (vergilər xaric) məbləğində olan qalıq əmək haqqının (iyul 2021-ci il üçün əmək haqqı) 1 % -i məbləğində (günlük 10,78 manat) məbləğində, 01 sentyabr 2021-ci il tarixdən başlayaraq "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Avqust 2021-ci il üçün əmək haqqı) 1 %-i (günlük 25.29 manat) məbləğində, 01 oktyabr 2021-ci il tarixdən başlayaraq cvabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.821,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Sentyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 18,21 manat) məbləğində, 01 noyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Oktyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25.29 manat) məbləğində, 01 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.891,72 manat (vergilər xaric) məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı NET) 1 % -i (günlük 18,91 manat) məbləğində, 01 yanvar 2022-ci il tarixdə başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (vergilər xaric) məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin, 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (vergilər xaric) pul əvəzinin ödnilməli olması müəyyən edilir. Qeyd: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir: Ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edərsə o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etsin. Azərbaycan Respublikası Ədliyyə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2749 nömrəli ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir: "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən cəmi 10.206,15 manat (vergilər xaric) məbləğində əmək haqqının, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq 01 mart 2022-ci il tarixdə qalıq əmək haqqından edilmiş qismən ödəniş (1.055,14 manat) nəzərə alınmaqla, 01 mart 2022-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.078,43 (2.133,57-1.055.14) manat (vergilər xaric) məbləğində olan qalıq əmək haqqının (İyul 2021-ci il üçün əmək haqqı) 1%-i məbləğində (günlük 10,78 manat) məbləğində, 01 sentyabr 2021-ci il tarixdən başlayaraq "Akkord Sənaye Tikinti investisiya Korporasiyası” ASC tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Avqust 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində, 01 oktyabr 2021-ci il tarixdən başlayaraq cvabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.821,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Sentyabr 2021- ci il üçün əmək haqqı) 1 % -i (günlük 18,21 manat) məbləğində, 01 noyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Oktyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində, 01 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.891,72 manat (vergilər xaric) məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı NET) 1 % -i (günlük 18,91 manat) məbləğində, 01 yanvar 2022-ci il tarixdə başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (vergilər xaric) məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin, 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (vergilər xaric) pul əvəzinin və Əmək Məcəlləsinin 172-ci maddəsinə gecikdirilməklə verilmiş əmək haqqına görə 15.160,88 manat məbləğində olan pul vəsaitinin İddiaçı ödənilməli olması müəyyən edilir; - 01 oktyabr 2021-ci il tarixli AK0007876 saylı əmək müqaviləsinə əsasən, Quliyev X4 Plan Departamentinə hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, “01“ oktyabr 2020-ci il tarixdən işə başlamışdır; 5 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə 1 saylı Əlavənin surətinə əsasən, Quliyev X2 hüquq və məhkəmələrlə iş departamentinə hüquq məsləhətçisi vəzifəsinə keçirilmiş, əmək haqqı 1567 manat təşkil edir; - 12 iyul 2021-ci il tarixli əmək müqaviləsinə 3 saylı Əlavənin surətinə əsasən, İddiaçı Hüquq departamentinin müdiri vəzifəsi üzrə əmək funksiyasının müvəqqəti icrası həvalə edilir. İşçinin əmək haqqına hər ay vergilər və digər ödənişlər daxil olmaqla, 1275 manat məbləğində əlavə müəyyən edilir; - xx.xx.2022-ci il tarixli əmək haqqı ödənişi haqqında qəbzin surətinə əsasən, 4127.......4861 saylı hesaba 1055,14 AZN məbləğində əmək haqqı ödənilmişdir; - 6 dekabr 2021-ci il tarixli "xxxx" ASC-nin 209 saylı əmrinin surətinə əsasən, İddiaçı Hüquq departamentinin müdiri v.m.i.e ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş və qanunvericiliyə uyğun olaraq son haqq-hesab ödənilməsi qeyd edilmişdir; - 30 avqust 2021-ci il tarixli "xxxx" ASC-nin 39 saylı əmrinin surətinə əsasən, İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il iş ili üçün 17 gün müddətinə əmək məzuniyyəti verilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1444/2022 saylı qətnaməsinin əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması hissələrində ləğv edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsi 172; Avropa İnsan Hüquqları Məhkəməsinin (Deleourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli, və X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2007-ci il tarixli qərarına “Məhkəmə Qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarına; Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 88, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamənin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASCdən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 37527,17 manat ödəncin tutularaq İddiaçı ödənilməsi hissəsi ilə razı deyillər. Məhkəmə və ekspert əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin 37527,17 manat məbləğində olması qənaətinə gələrkən heç bir əsaslandırma aparmadan iddiaçının hesablamalarını eyni ilə götürərək qəbul etmişdir. Məhkəmə 37527,17 manat ödəncin açıqlanmasını verərkən həmin məbləğə 15160 manat (2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə ödənilmiş əmək haqqının gecikdirilməsinə görə hesablanmış məbləği) və xx.xx.2022-ci il tarixində ödənilmiş əmək haqqından sonra (2021-ci ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə) həmin vaxtadək hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində ödənc olmaqla 22366,29 manat) məbləğində ödəncin daxil olduğunu qeyd edir. Məhkəmənin 15160 manat və 22366,29 manat məbləğində olan ödənci hesablayarkən hər iki halda gecikmə ayı kimi iyul ayını qeyd etməsindən hesablamanın düzgün aparılmadığını müəyyən etmək çətin deyil. Ekspert və məhkəmə gecikmələrə görə ödənc məbləğini müəyyən edərkən hesablamaları düzgün aparmamış, əsaslandırmamışdır. Bundan əlavə ümumiyyətlə məhkəmənin gecikdirilmələrə görə ödəncin verilməsi barədə qənaəti ilə razı deyillər. Əmək haqqının ödənilməsi işəgütürənin təqsiri üzündən olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsində də göstərilir ki, «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Məhkəmənin iş materiallarından göründüyü kimi, o cümlədən iddiaçının da etiraf etdiyi kimi cavabdehin maliyyə durumu son dövrlərdə ağır olduğu üçün cavabdeh əmək haqlarını ödəməkdə çətinlik çəkir və cavabdehin iradəsindən asılı olmayaraq gecikmələrə yol verilir. Cavabdehin maliyyə imkanı olan kimi o ilk növbədə əmək haqlarını ödəyir. İşin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin və Əmək Məcəlləsinin bir çox maddələrinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarından xəbərsiz olmuş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Bununla da qanunvericiliyin tələbi olan ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə ekspertiza rəyini heç bir əsaslandırma olmadan əsas kimi qəbul edir. Halbuki, ekspert rəyində iddiaçının iddia ərizəsində hesabladığı hesablamaları demək olar ki, olduğu kimi qəbul edirək əsaslandırmadan təsdiq edir. Halbuki, cavabdehin elektron kabinet vasitəsi ilə təqdim etdiyi əmək haqqının ödənilməsi barədə məlumatı nəzərə alınmamışdır. Məhkəmə cavabdehin maliyyə vəziyyətinin ağır olmasına, işəgötürənin bilavasitə təqsiri olmadan əmək haqlarının gecikdirilməsinə qiymət verməmişdir.

5. Apellyasiya şikayətinin təmin edilməməsi barədə cavabdehin apellyasiya şikayətinə iddiaçının etirazında göstərilmişdir ki: Cavabdehin iddiaçıya məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 2021-ci ilin oktyabr ayı üçün ödənilməmiş qalıq 2002,35 manat, noyabr ayı üçün 1891,72 manat və dekabr ayı üçün 356,49 manat olmaqla cəmi 4250,56 manat (NET vergilər xaric) məbləğində əmək haqqının; Cavabdeh İddiaçıya 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat pulun; Ödənilməmiş əmək haqqı borcuna görə isə müvafiq olaraq 2021-ci ilin oktyabr ayı üzrə 30 iyul 2022-ci il tarixindən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 2002,35 manat məbləğində əmək haqqının 1 %-i məbləğində, günlük 20,02 manat ödənci, 2021-ci ilin noyabr ayı üzrə 01 dekabr 2021-ci il tarixdən başlayaraq, ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 18,91 manat məbləğində ödənci, 2021-ci ilin dekabr ayı üzrə 01 yanvar 2022-ci il tarixdən başlayaraq, ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 3,57 manat məbləğində ödənci ödəməli olduğunu qəbul edir. Cavabdeh iddia edir ki, bu gecikmələr onu təqsiri üzündən baş verməmişdir. Bununla həmin ödənişlərlə bağlı gecikmələrin olduğunu açıqca bilmədən etiraf edir. Deməli özü də qəbul edir ki, gecikmələr olmuşdur. Eyni zamanda birinci instansiyada məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən edilən ödənişlər də gecikmələrlə ödəniş edilməsini bir daha təsdiq edir. Lakin, cavabdeh bu halın onun təqsiri üzündən olmadığını, imkan düşən kimi “ilk növbədə əmək haqqı ödənişi etdiyini” bildirir və hətta bir az da irəli gedərək utanmadan guya onun bu halı etiraf etdiyini də qeyd edir. Halbuki, reallıq tam fərqli olmuşdur. Əvvəla cavabdehin imkan düşən kimi ilk növbədə əmək haqqı ödənişi edilirdi ifadəsinin rəhbərliyin kefinə düşəndə, bıçaq sümüyə dirənəndə əmək haqqı ödənişi edilirdi kimi olmasını daha düzgün hesab edərdi. Belə ki, iddia ərizəmdə də qeyd etdiyi kimi cavabdehin bank hesabına o, işlədiyi dövrdə milyon manatlarla vəsait gəlmiş, həmin vəsaitlər əmək haqqına sərf edilmək əvəzinə rəhbərliyin göstərişi ilə başqa ödəmələrin (müxtəlif şirkətlərə ödəniş, mal alışı və s.) həyata keçirilməsinə xərclənmişdir. Təkcə o halı qeyd etmək kifayət edir ki, həmin dövrdə cavabdehin Hüquq departamentinin müdiri vəzifəsini icra etdiyi zaman həmin bütün sənədlər hüquq departamentindən keçməklə hazırlanır və maliyyə departamenti tərəfindən icra edilirdi. Bu, birbaşa cavabdehin gələn vəsaiti öz istəyinə uyğun sərf etdiyinin əyani göstəricisidir. Baxmayaraq ki, o bunun əksini iddia edir və bununla bağlı hər hansı sübut da təqdim etmir. İddiaçının bu “əsaslandırması” quru sözlərdən başqa bir şey deyildir. Cavabdeh əmək haqqıının gec ödənilməsinə görə ödənc hesablanmasını düzgün hesab etmədiyini və hesablamanın da düzgün aparılmadığını bildirir və eyni zamanda bunun sübutu kimi 15160 manat və 22366,29 manat ödənci hesablayan zaman hər iki halda iyul ayının qeyd edilməsini əsas gətirir. İyul ayının 2 dəfə qeyd edilməsi ilə bağlı məsələyə aydınlıq gətirir. Belə ki, iddiaçı məhkəməyə müraciət edən zaman cavabdehin iyul ayı üzrə ona ödənilməli əmək haqqı məbləği 2133,57 (net) manat təşkil edirdi. Daha sonra məhkəmə gedişində (ekspertiza barədə qərardad çıxarılmadan öncə) həmin borcdan 1055,14 manat ödənişi xx.xx.2022-ci il tarixdə iddiaçının bank hesabına ödəmişdir. Bundan sonra iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dəqiqləşmə vermişdir. Artıq cavabdeh iyul ayı üzrə əmək haqqından 1055,14 manat ödəniş etdiyindən iddiaçı cavabdeh iyul ayı üçün istənilən məbləğdən çıxıb yerdə qalan 1078,43 manat pulu (2133,57-1055,14=1078,43) istəmişdir. Bundan əlavə gecikməklə ödənilmiş əmək haqqına görə hesablama cədvəlinə də müvafiq düzəliş edilmişdir (Cədvəl 2). Belə ki, əvvəl iyul ayına görə istənilən 2133,57 (net) vəsaitə görə hesablanan 1 faizlik ödəncin müddət axımı xx.xx.2022-ci il tarixdə dayanmış və buna görə ödənilməli vəsait cədvəldə əks olunmuşdur. Həmin məbləğ qismən ödənildiyindən yerdə qalan 1078,43 manat (net) vəsaitə (gündəlik 10,78 manat olmaqla) görə ödəncin hesablanması isə xx.xx.2022-ci il tarixdən başlanılmışdır. Daha sonra ekspertiza qərarı verilən zaman iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə əsas əmək haqqı borcundan yenidən qismən ödəniş etmişdir (5995,59 manat). Bundan sonra iddiaçı tərəfindən yenidən ərizəyə dəqiqləşdirmə verilmiş və eyni qaydada artıq ödəniş tarixinə, yəni xx.xx.2022-ci il tarixinə qədər iyul ayı üzrə ödənilməmiş qalmış qalıq 1078,43 manat vəsaitə görə hesablanmış (gündəlik 10,78 manat olmaqla) ödənci digər cədvəldə qeyd edərək göstərmişdir. Digər bir ifadə ilə, iyul ayı üzrə gecikmələrə görə hesablanmış ödəncin 15160 manat qeyd edilən hissəsi bütöv ödənilməyən iyul ayı üzrə ödənilməli olan 2.133,57 (net) vəsaitin xx.xx.2022-ci il tarixə (yəni cavabdehin əsas əmək haqqı borcundan 1055,14 manat qismən ödəniş etdiyi tarix) hesablanmış məbləği, digər hesablanmış 22366,29 manat ödənc hissəsində isə yerdə qalan qalıq məbləğə (1078,43 manat (net)) görə xx.xx.2022-ci il tarixinə (cavabdehin əsas əmək haqqı borcundan 5955,14 manat etdiyi və bu ay üzrə borcu bağladığı tarix) qədər hesablanan vəsait göstərilmişdir. Cavabdehin bu arqumentinə cavab olaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından cavabdehə qarşı əmək haqqı tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş iddialarla bağlı çıxarılmış məhkəmə qərarlarının surətlərini, onlardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin nəticələrinə dair yuxarı instansiya məhkəməsinin mövqeyinə dair qətnamələri təqdim edirəm. Həmin qətnamələrin bəziləri icra edilmiş, bəziləri isə icra mərhələsindədir (qətnamələrin surətləri əlavə olunur). Məsələ ilə bağlı artıq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də müvafiq qərar qəbul edilmiş və apellyasiya məhkəməsinin hesablama ilə bağlı mövqeyinin düzgün olduğu bildirilmişdir (Mehrab İskəndərov vs Akkord STİK ASC). Bundan əlavə, ölkəmiz dünyəvi, hüquqi dövlətdir və beynəlxalq hüququn subyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Bu məqamda məsələyə beynəlxalq hüququn iştirakçısı olan, habelə ölkəmizlə bir sıra beynəlxalq müqavilələrdə tərəfdar və birgə iştirakçı olan dövlətlərin yanaşması, onların təcrübəsinin öyrənilməsi hesab edir ki, vacibdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Gürcüstan arasında (ikitərəfli) “Mülki, ailə və cinayət işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 08 mart 1996-cı il tarixli ikitərəfli müqavilə imzalanmışdır və hazırda həmin müqavilə qüvvədədir. Bundan əlavə ölkələrimiz, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın iştirakçısıdır. Eyni analoji hal olaraq Gürcüstan məhkəmələri tərəfindən də cavabdehə qarşı qaldırılan ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirilməsinə görə gündəlik hesablanmış 1 faiz ödənclə bağlı iddianın təmin olunması ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Bu qərarlar Gürcüstanın Kutaisi şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı (Elnur Mahmudov vs Akkord STİK ASC), Gürcüstanın Samtredia Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı (Əskər Camalov vs Akkord STİK ASC), Gürcüstanın Tbilisi şəhər Məhkəməsinin Mülki işlər Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarıdır (Ali Badirov vs Akkord STİK ASC). Həmin qərarıar adıçəkilən beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq olaraq xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə ölkə ərazisində tanınmış və məcburi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Ali Məhkəmə tərəfindən xarici dövlətin məhkəmə qərarının ölkəmizdə tanınması ilə bağlı işə baxılan zaman çıxarılmış qərar ölkəmizin mülki prosessual qanunvericiliyə uyğun olaraq yoxlanılmış və ziddiyyət təşkil etmədiyindən tanınmış və icraya yönəldilmişdir. Bu bir daha sübut edir ki, beynəlxalq təcrübədə də bu presedent mövcuddur və ölkəmizdə ən yüksək instansiya məhkəməsi tərəfindən də bu hal qəbul edilmişdir (qərardadların surətləri əlavə olunur). Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Apellyasiya instansiyası icraatı zamanı iddiaçı iddia tələbinə dair mülahizə təqdim edərək qeyd etmişdir ki, mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2749 nömrəli rəyi ilə aşağıdakı nəticəyə gəlinmiş və ekspert rəyi verilmişdir: İ. 10.206,15 manat (vergilər xaric) ödənilməmiş əmək haqqının Cavabdeh tərəfindən ödənilməli olması qeyd edilmişdir: a) 2021-ci ilin iyul ayı üçün ödənilməmiş qalıq 1.078,43 manat; b) 2021-ci ilin avqust ayı üçün 2.529,17 manat; c) 2021-ci ilin sentyabr ayı üçün 1.821,17 manat; d) 2021-ci ilin oktyabr ayı üçün 2.529,17 manat; e) 2021-ci ilin noyabr ayı üçün 1.891,72 manat; f) 2021ci ilin dekabr ayı üçün 356,49 manat. Cəmi: 10.206,15 manat Qeyd:10.206,15 manatın açıqlaması dəqiqləşmə barədə xx.xx.2022-ci il tarixli ərizədə Cədvəl 1-də göstərilmişdir. İİ. Ekspert öz rəyində yuxarıdakı İ-ci bəndə göstərilən və ödənilməmiş əmək haqqına görə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i aşağıdakı qaydada tutulmalı olmasını da qeyd edilmişdir: a) 1 mart 2022-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin iyul ayı üzrə ödənilməmiş qalıq 1.078,43 manatın (vergilər xaric) 1 % -i məbləğində (günlük 10,78 manat) məbləğində ödəncin; b) 1 sentyabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin avqust ayı üzrə ödənilməmiş 2.529,17 manatın (vergilər xaric) 1 % -i məbləğində (günlük 25,29 manat) məbləğində ödəncin; c) 1 oktyabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin sentyabr ayı üzrə ödənilməmiş 1.821,17 manatın (vergilər xaric) 1 % -i məbləğində (günlük 18,21 manat) məbləğində ödəncin; d) 1 noyabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin oktyabr ayı üzrə ödənilməmiş 2.529,17 manatın (vergilər xaric) 1 % -i məbləğində (günlük 25,29 manat) məbləğində ödəncin; e) 1 dekabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin noyabr ayı üzrə ödənilməmiş 1.897,72 manatın (vergilər xaric) 1 % -i məbləğində (günlük 18,91 manat) məbləğində ödəncin; f) 1 yanvar 2022-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin dekabr ayı üzrə ödənilməmiş 356,49 manatın (vergilər xaric) 1 % -i məbləğində (günlük 3,57 manat) məbləğində ödəncin. 111. 577,74 manat (vergilər xaric) 6 dekabr 2021-ci il tarixinədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə ödənilməli pul. İV. 15.160, 88 manat (vergilər xaric) gecikdirilməklə ödənilmiş əmək haqqına görə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə hesablanmış hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmış pul. Qeyd 1: 15.160,88 manatın açıqlaması dəqiqləşmə barədə xx.xx.2022-ci il tarixli ərizədə Cədvəl 2-də göstərilmişdir. Həmin aylar 2021-ci ilin fevral-iyul ayları üzrə ödənilmiş, lakin gecikmələrlə ödənilmiş əmək haqlarına görə iş materiallarında olan bank hesabından çıxarışa uyğun olaraq hesablanmışdır. Məlumat üçün bildirir ki, bununla bağlı hesablamanın aparılması və məhkəmələr tərəfindən bununla bağlı qərar qəbul edilməsinə dair məhkəmə təcrübəsi də formalaşmışdır (Ali Məhkəmə tərəfindən təsdiq edilmiş qətnamələr mövcuddur). Qoşmada bununla bağlı İskəndərov Mehrab və Akkord STİK ASC ilə bağlı çıxarılmış məhkəmə qətnaməsini təqdim edəcək. Eyni zamanda onu da qeyd etmək istəyir ki, beynəlxalq təcrübədə də bu hallara məhkəmələrdə baxılır və təsdiq olunur. Məsələn: Gürcüstan məhkəmələri tərəfindən analoji halla bağlı qəbul edilmiş qətnamələrin tanınmasına Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və ölkə qanunvericiliyinə uyğun olduğundan tanınması və icraya yönəldilməsinə dair müvafiq qərardad qəbul edilmiş və hazırda yerli icra qurumlarında icra sənədləri icraatdadır (qərardad əlavə olunur). Əsas Məsələ: Qətnamədə göstərilən və Cavabdeh tərəfin narazılığına səbəb olan əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cəmi 37.527,17 manat (otuz yeddi min beş yüz iyirmi yeddi manat, 17 qəpik) manat ödəncə aydınlıq gətirək: Əvvəla qeyd etmək istərdi ki, 37.527,17 manat birinci instansiya məhkəməsi tərəfindən 2 məbləğin cəmindən hesablanmaqla göstərilmişdir. Məbləğin Birinci hissəsi - 15.160,88 manat hissəsi, hansı ki, yuxarıda İV-cü bənddə qeyd edilib gecikdirilməklə ödənilmiş əmək haqqına görə hesablanmış və ekspertiza rəyində də öz əksini tapmış məbləğdir. İkinci hissəsi - 22.366,29 manat (37.527,17-15.160,88=22.366,29) isə onun məhkəməyə təqdim etdiyi ekspertizanın rəyində göstərilmiş rəqəmlər əsas götürülməklə hesablanmış və dəqiqləşmə barədə ərizədə qeyd etdiyi məbləğdir. Məlumat üçün bildirir ki, iş materiallarında olan və tərəfindən verilmiş iddia tələbinə sonuncu dəqiqləşmə ərizəsi 26 avqust 2022-ci il tarixdə məhkəməyə verilmişdir. Bu ərizəni verməyə zərurət ondan olmuşdur ki, Cavabdehin xx.xx.2022-ci il tarixdə əmək haqqı borcundan 5.955,59 manat ödəniş etməsi olmuşdur (ödəniş sənədi əlavə olunur). Dəqiqləşmə barədə sonuncu ərizəsinə baxdıqda Cavabdehin ödənişinə uyğun olaraq yalnız ekspertiza rəyində göstərilən və yuxarıda qeyd etdiyi İ-ci və İİ-ci bölmələr üzrə göstərilən məbləğlərə dəyişiklik edilmişdir: İ-ci bənddə göstərilən 10.206,15 manat (vergilər xaric) ödənilməmiş əmək haqqından Cavabdeh 5.955,59 manat ödəniş etdiyi üçün 4.250,56 manat (10.206,15 - 5.955,59 = 4.250,56) yerdə qalan qalıq məbləğ olaraq göstərilmişdir. İİ-ci bənd üzrə isə ekspert rəyində göstərilən günlük ödənilməli məbləğlər əsas götürməklə ödəmənin həyata keçirildiyi günədək tələbinə uyğun olaraq məbləğlər Cavabdehin 5.955,59 manatın ödəniş edildiyi - xx.xx.2022-ci il tarixinədək hesablanmışdır. Bununla bağlı Cədvəl də dəqiqləşmə ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdi. Yuxarıda göstərilən mülahizəni nəzərə alaraq məhkəmədən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, e- 2(005)-1444/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixili qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixili ekspert rəyi ilə müəyyən edilmişdir ki, a) bəndi üzrə: iş materiallarında olan İddiaçı aid bank hesabından çıxarışlardan da göründüyü kimi əmək haqqı ödənişlərində gecikmələrə yol verilmişdir, lakin gecikmələrin səbəblərini aparılan ekspertiza tədqiqatı ilə müəyyən etmək mümkün deyildir; B və c bəndləri üzrə: xx.xx.2022-ci il tarixli 9/2749 nömrəli ekspertiza rəyindən də göründüyü maliyyə-mühasibat sənədlərinə əsasən "xxxx" ASC-nin İddiaçı ödənilməmiş əmək haqqı borcu tutulan vergilər və digər məcburi ödənclər çıxıldıqdan sonra 10.206,15 manat təşkil etmişdir:2021-ci ilin iyul ayı üçün ödənilməmiş qalıq 1.078,43 manat; 2021-ci ilin avqust ayı üçün 2.529,17 manat; 2021-ci ilin sentyabr ayı üçün 1.821,17 manat; 2021-ci ilin oktyabr ayı üçün 2.529,17 manat; 2021-ci ilin noyabr ayı üçün 1.891,72 manat; 2021-ci ilin dekabr ayı üçün 356,49 manat. Cəmi: 10.206,15 manat. Lakin, iş materiallarında mövcud olan çıxarışlardan da göründüyü kimi ”Akkord Sənaye Tikinti investisiya Korporasiyası” ASC xx.xx.2022-cİ il tarixində ödənilməmiş əmək haqqından 5955,59 manat ödəniş etmişdir. Belə olan halda hazırkı tədqiqatın aparıldığı tarixə ödənilməmiş əmək haqqı qalığı 4250,56 manat (10206,15 - 5955,59 = 4250,56) təşkil edir. 2021-ci ilin oktyabr ayı üçün ödənilməli 2002,35 manat (NET) qalıq əmək haqqına görə 30 iyul 2022-ci il tarixindən başlayaraq (29 iyul 2022ci il tarixdə əmək haqqından etdiyi qismən ödəniş (526,83 manat) nəzərə alınmaqla) ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün qalıq əmək haqqının 1 % -i məbləğində (günlük 20,02 manat) məbləğində ödəncin (Cədvəl 1); 2021-ci il noyabr ayı üçün ödənilməli 1891,72 manata (NET) görə 1 dekabr 2021-ci il tarixindən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 % -i (günlük 18,91 manat) məbləğində ödəncin (Cədvəl 1); 2021-ci il dekabr ayı üçün ödənilməli 356,49 manat (NET) görə 6 dekabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin (Cədvəl 1) tutulması müəyyən edilmişdir. Qeyd edilir ki, gecikmələrlə ödənilən əmək haqqının ödənilən günə gündəlik 1 faiz məbləği rəyin cədvəl 2 məlumatlarında aylar üzrə göstərilmişdir. d) bəndi üzrə: iş materiallarında olan sənədlərindən göründüyü kimi İddiaçı "xxxx" ASC-də işlədiyi müddət ərzində, yəni xx.xx.2020-xx.xx.2021-ci il tarixinədək onun 39 günlük müddətə əmək məzuniyyətinə çıxmaq hüququ yaranmışdır. Belə ki, əmək müqaviləsi üzrə 30 gün, iş stajına görə əlavə olaraq 4 gün, işdən çıxma tarixinin 1 iş ilindən artıq olan (xx.xx.2020-xx.xx.2021) və işlədiyi 2 aylıq dövrə hesablanmış məzuniyyət günləri isə 5 gün təşkil etmişdir. Həmin günlərin hesablanması aşağıdakı düstura uyğun hesablanır:30 gün əsas məzuniyyət: 12 aya X 2 aya = 5 gün (30:12x2=5). İş materiallarına əsasən İddiaçı 2021ci ilin sentyabr ayında 17 gün məzuniyyətdə olma tarixləri xx.xx.2021-xx.xx.2021; işə çıxma tarixi xx.xx.2021) və həmin ilin noyabr ayında 12 gün (məzuniyyətdə olma tarixləri xx.xx.2021-xx.xx.2021; işə çıxma tarixi xx.xx.2021) əmək məzuniyyətində olmuşdur. İstifadə edilməmiş əmək məzuniyyəti günlərnin cəmi 10 gün təşkil edir. Belə olan halda ona istifadə edilməmiş məzuniyyət günlərinə görə də ödənilməli olan kompensasiya məbləği 637,70 manat təşkil edir. Belə ki, İddiaçı işdən azad olunduğu tarixdən (xx.xx.2021 -ci il) əvvəlki 12 təqvim ayının orta əmək haqqı 1938,00 manat / 30.4 = bir məzuniyyət günü üçün əmək haqqı (63,77 manat) istifadə edilməmiş 10 gün əsas əmək məzuniyyəti = 637,70 manat, vergilər və digər məcburi ödənclər nəzərə alındığı halda NET məbləğ 577,74 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat müəyyən edilmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixili ekspert rəyinin əsaslandırıcı hissəsində olan Cədvəl N2-də qeyd edilmişdir : Ə/H aid olduğu ay- fevral 2021 - Ə/H verilməli olduğu tarix – xx.xx.2021 - Ə/H verildiyi tarix- xx.xx.2021 - gecikmə günlərinin sayı – 114 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) – 13,85; Ə/H aid olduğu ay- mart 2021 - Ə/H verilməli olduğu tarix - xx.xx.2021- Ə/H verildiyi tarix – xx.xx.2021 - gecikmə günlərinin sayı – 133 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) -13,85; Ə/H aid olduğu ay – aprel 2021 - Ə/H verilməli olduğu tarix - xx.xx.2021 - Ə/H verildiyi tarix – xx.xx.2021 - gecikmə günlərinin sayı – 161 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) – 13,85; Ə/H aid olduğu ay - may 2021 - Ə/H verilməli olduğu tarix xx.xx.2021 - Ə/H verildiyi tarix – xx.xx.2021 - gecikmə günlərinin sayı – 178 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) -13,85; Ə/H aid olduğu ay – iyun 2021 - Ə/H verilməli olduğu tarix – xx.xx.2021 - Ə/H verildiyi tarix – xx.xx.2021 - gecikmə günlərinin sayı – 182 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) – 13,85; Ə/H aid olduğu ay- iyul 2021 - Ə/H verilməli olduğu tarix - xx.xx.2021 - Ə/H verildiyi tarix – xx.xx.2022 - gecikmə günlərinin sayı – 212 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) – 21,34 ; Ə/H aid olduğu ay - iyul 2021 – Ə/H verilməli olduğu tarix - xx.xx.2022- Ə/H verildiyi tarixxx.xx.2022, gecikmə günlərinin sayı - 150 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) - 10,78; Ə/H aid olduğu ay - avqust 2021 - Ə/H verilməli olduğu tarix – xx.xx.2021, Ə/H verildiyi tarix - xx.xx.2022; gecikmə günlərinin sayı – 332 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN - 25,29; Ə/H aid olduğu ay - sentyabr 2021- Ə/H verilməli olduğu tarix - xx.xx.2021 - Ə/H verildiyi tarix - xx.xx.2022 - gecikmə günlərinin sayı- 302 - Ə/H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) - 18,21; Ə/H aid olduğu ay- oktyabr 2021; Ə/H verilməli olduğu tarix - xx.xx.2021 - Ə/H verildiyi tarix - xx.xx.2022, gecikmə günlərinin sayı - 271 - Ə /H gecikməsinə görə 1 % ödəncin 1 günlük məbləği (AZN) - 25,29.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ekspert rəyi ilə razılaşdığını, dəqiqləşmə barədə ərizəsində qeyd edilən tələbinin rəydə öz əksini tam tapdığını, tələblə nəticə arasında uyğunsuzluğun isə birinci instansiyada işin ekspertizada olduğu zamanı ona cavabdehlər tərəfindən ödənişlərin edilməsi və tərəfindən iddia tələbinə dəqiqləşmənin verilməsi ilə əlaqəli olduğunu, 15160,88 manat məbləğin gecikdirilməklə ödənilmiş əmək haqqına görə hər gecikdirilmiş gün üçün 1%-lə hesablanmış məbləğ olduğunu və bunun ekspert rəyində iki nömrəli cədvələ istinadən aylar üzrə qeyd edildiyini bildirmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiklərini, cavabdeh şirkətin iddiaçıya 4250 manat məbləğində olan əmək haqqı borcundan başqa hər hansı borcunun olmadığını, ekspert rəyi ilə də həmin hissədə razılaşdıqlarını qeyd etmiş, əmək haqqının vaxtında ödənilməməsinin şirkətdən asılı olmayan səbəblərdən baş verdiyini, şirkətin üzərində avans ödənişlərdən qaynaqlanan kifayət qədər cərimələrinin olduğunu və bu səbəblərdən işçilərinin əmək haqqlarının vaxtında ödənilməsinin mümkün olmadığını bildirmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7-11, 9 d), 139-140, 154-158, 287-290, 299, 310-313 ; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yoxlanılan hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da qismən yanlış nəticə hasil olunmuşdur. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni əsaslarla - mahiyyəti üzrə tələbin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin birinci instansiyada icraatı zamanı ekspert rəyindən sonra iddiaçı tərəfindən tələbinə verilmiş dəqiqləşmə və birinci instansiyada işin ekspertizada olduğu zamanı iddiaçıya cavabdehlər tərəfindən ödənişlərin edilməsi müvafiq olaraq ilk ekspert rəyində nəzərə alına bilməzdi. Apellyasiya icraatı zamanı keçirilən ekspert rəyi ilə isə iddia tələbi (son dəqiqləşmə) arasında uyğunsuzluq müəyyən edilməmiş, cavabdeh tərəfindən ekspert rəyini sübut kimi şübhə altına alan alternativ mütəxəsis və ya ekspert rəyi təqdim edilməmişdir. Cavabdeh tərəf bütövlükdə iddianı qəbul etməsə də, 4250 manat məbləğində pul vəsaitinin gecikməsini qəbul etmiş, habelə gecikmənin onlardan asılı olmayan səbəblər (hüquqi şəxsin maddi durumunun ağır olması) ilə əlaqələndirməyə çalışsa da, dəlillərini mötəbər və təkzibedilməz sübutlarla əsaslandıra bilməmişdir. Ona görə sonuncu ekspert rəyi nəzərə alınmaqla iddia tələbinin son dəqiqləşməsi əsas götürülməli və iddia təmin edilməlidir.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıdakı maddələrinə diqqət edilməlidir: 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır; 9. d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır; 135. 1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; 144. 2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154. 1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir; 172. 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 195. d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

14. Həmin Məcəllənin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, iddia təmin edilməklə qətnamə ləğv olunmalı, ekspertiza xərcləri cavabdehdən tutulmalı, dövlət rüsumu üzrə ödənilən məhkəmə xərcləri onları ödəyən şəxslərə aid olmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh "xxxx" ASC–nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1444/2022 saylı işi üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 2021-ci ilin oktyabr ayı üçün ödanilməmiş qalıq 2002,35 (2529,17-526,83) manatın, 2021-ci ilin noyabr ayı üçün 1891,72 manatın, 2021-ci ilin dekabr ayı üçün 356,49 manat olmaqla, cəmi 4250,56 manat (NET vergilər xaric) məbləğində əmək haqqı; 2021-ci ilin iyul ayı üzrə qalıq 1078,43 manata görə hesablanmış (xx.xx.2022-xx.xx.2022) 1617 manat (NET vergilər xaric) ödənc; 2021-ci ilin avqust ayı üzrə ödənilməli 2529,17 manat əmək haqqına görə hesablanmış (xx.xx.2022xx.xx.2022) 8396,28 manatın (NET vergilər xaric) ödənc; 2021-ci ilin sentyabr ayı üzrə ödənilməli 1821,17 manat əmək haqqına görə hesablanmış (xx.xx.2022-xx.xx.2022) 5499,42 manat (NET vergilər xaric) ödənc; 2021-ci ilin oktyabr ayı üzrə ödənilməli 2529,17 manat əmək haqqına görə hesablanmış (xx.xx.2022-xx.xx.2022) 6853,59 manat (NET vergilər xaric) ödənc; 2021-ci ilin oktyabr ayı üzrə 30 iyul 2022-ci il tarixdən başlayaraq (Cavabdehin 29 iyul 2022-ci il tarixində əmək haqqından etdiyi qismən ödəniş (526,83 manat) nəzərə alınmaqla Cavabdeh tərəfindən yerdə qalan ödəmənin, yəni 2002,35 manatın (NET vergilər xaric) hayata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1%-i məbləğində (günlük 20,02 manat) məbləğində ödənc; 01 dekabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin hayata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı NET) 1% -i (günlük 18,91 manat) məbləğində ödənc; 01 yanvar 2022-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin hayata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödənc; 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (NET vergilər xaric) pul əvəzi; İşlədiyi müddət ərzində Cavabdeh tərəfindən əmək haqqının ödanilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə hesablanmış günlük 1%, cəmi 15160,88 manat (NET vergilər xaric) ödənc və mediasiya xidmətinin göstarilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində xərc tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcləri olan 245 (iki yüz qırx beş) manat məbləğdə pul vəsaiti – «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar