Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11252/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 4.050 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdehlərdən mütərək qaydada alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 4.020 manat Cavabdeh1 alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, apellyasiya şikayəti əsassızdır, ona görə də qətnamə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, qətnamənin ona qarşı iddianın rədd edilməsinə aid olan hissəsindən narazı deyil, çünki iddaçının qarşısında pul öhdəliyi yoxdur. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin iddianın təmin edilməsinə aid olan hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən olunub ki, Cavabdeh1 İddiaçı onun dişlərinə implant müalicəsi tətbiq edilməsi üçün Xırdalan şəhərində yerləşən “Ağ diş” klinikasında fəaliyyət göstərən Cavabdeh2 vermək adı ilə 2019-ci ildə ayrı-ayrı vaxtlarda 3.200 manat, 1.200 manat və 1.320 manat, cəmi 5.720 manat pul almış, həmin puldan yalnız 1.700 manatı Cavabdeh2 vermiş, qalan pulu 4.020 manatı (5.720 manat – 1.700 manat = 4.020 manat) hüquqi əsas olmadan özündə saxlamış, bununla da əsassız varlanmışdır. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilib və qətnamədə lazımi qaydada əsaslandırılıb. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ona görə birinci instansiya məhkəməsi 4.020 manat pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11252/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11252/2021
24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver