Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1129/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 MMC-yə və "xxxx" KB ASC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə «X5 barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “X5 barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 MMC-yə və "xxxx" KB ASC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə «X5 barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən mülkiyyətində olmuş ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsinin hərrac yolu ilə satışı ilə əlaqədar keçirilmiş X5 barədə xx.xx.2024-cü il tarixli, 49/24 saylı protokolun və həmin protokolun hüquqi nəticəsi olaraq cavabdeh "xxxx" KB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" KB ASC-nin vəsatətinə əsasən məhkəmə kollegiyası tərəfindən əmlakın yeni alıcısı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların kobud pozulması ilə qəbul edildiyindən, habelə məhkəmə qətnaməsinin əsaslandırılmadığı, mülki işin faktiki halların tam araşdırılmadığı və onlar tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara münasibətdə düzgün hüquqi qiymət verilmədiyi əsası ilə ləğv edilməli və iddia tələbinin tam həcmdə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə iddia tələbi üzrə heç bir ədalətli məhkəmə araşdırması aparmayaraq, ehtimallara əsaslanaraq iddia tələbini təmin etməmişdir. Dəfələrlə məhkəmədən icra işinin tələb edilməsini xahiş etsələr də, məhkəmə icra məmurunun qanunsuz və əsassız olaraq icra işinin məhkəməyə təqdim olunmasından imtina edilməsi ilə kifayətlənərək mülki iş üzrə araşdırmanı tələm-tələsik yekunlaşdırıb nəticə etibarı ilə qanunsuz qətnamə qəbul etmişdir
6. Cavabdeh3 MMC məhkəməyə etirazını belə əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətinə əlavə olaraq elektron məhkəmə sisteminə xx.xx.2025-ci il tarixli ərizə əlavə etmiş, ərizənin məzmununda isə hərrac prosesində vətəndaşa göndərilən bildirişlərin çatmasını əks edən xəbərnamələrdəki imzaların “saxta” olması əsasını qeyd etmişdir. Bu xüsusatla bağlı məhkəmənin diqqətinə çatdırırlar ki, keçirilən hərrac prosesində qanunverciliyin tələblərinə tam əməl olunmuş, iddiaçının hərrac prosesi barədə məlumatlı olması üçün onlar tərəfindən iddiaçıya bildiriş göndərilməsi, həmçinin çatdırılması da tam təmin olunmuşdur. İddiaçının qeyd etdiyi xüsusatların tamamilə əsassız olduğunu və həqiqəti əks etdirmədiyini qeyd etmiş, məhkəmədən işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir, yalnız hərrac keçiriləndən sonra ipoteka predmetinin hərracdan satıldığını bilmişdir. Həmçinin bildirişdəki imza ona məxsus deyildir. Evində ailəsi ilə birlikdə yaşayır, ola bilsin, hərracla bağlı bildirişi onunla yaşayan yaşlı atası imza etmişdir.
8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tələbin könüllü icrası barədə bildiriş iddiaçıya göndərilmədən hərrac başlamışdır.
9. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi P.Süleymanova öz izahatında apellyasiya şikayəti ilə razılaşmadığını, təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, hərrac qanunauyğun keçirilmiş, prosedurlara əməl edilmişdir. Bununla bağlı bildirişin şəxsən qəbul edilməsinə dair qanunda bir göstəriş olmadığını, hərrac təşkilatının vəzifəsinin sadəcə bildirişi göndərmək olduğunu bildirdi. İddiaçı əvvəlki iclasda özü bildirmişdir ki, evdə ailəsi ilə birlikdə yaşayır. Ailə üzvlərindən biri bildirişi qəbul etmişdir. Hərracın vəzifəsi bildirişi göndərməkdir, yəni şəxsən qəbul edib-etməməsi artıq əhəmiyyətli deyildir. Nümayəndə əmlakın başqa şəxsə satıldığını qeyd etdi.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Tətbiq edilən hüquq
12. Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydindən görünür ki, ipoteka saxlayan "xxxx" KB ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti – ünvan 3ində 0.10 ha torpaq sahəsində yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. İcra qeydinin verilməsi üçün sonrakı ipoteka müqaviləsi (xx.xx.2019-cu il tarixli), sonrakı ipoteka müqaviləsinə saziş (xx.xx.2022-ci il tarixli) notariusa təqdim edilmişdir. İcra qeydinin verilməsinə əsas 29KD/19-2 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş əsas borc, faiz və dəbbə pulu olmaqla, cəmi 17624.47 manat pul vəsaiti olmuşdur.
13. 19.10.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cavabdeh1 böyük icra məmuru X4 həmin tarixdə icraatına daxil olmuş, Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydi (sənədi) üzrə icraata başlamışdır.
14. 19.10.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə borclu İddiaçı Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydinin könüllü icra edilməsi üçün 10 gün müddətin verilməsi barədə məlumat vermişdir. Bildiriş borclunun icra qeydində göstərilən ünvanına göndərilmişdir.
15. Cavabdeh1 tərəfindən verilmiş 17/68№250016-4 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin 8İ-9874 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ilkin satış dəyəri 34000 (otuz dörd min) manat olmaqla, İddiaçı məxsus, ünvan 2i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur.
16. Açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli sifariş məktubu (hərrac sifarişi) üzrə ilkin hərracın keçirilməsi 01 mart 2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 115/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Həmin bildiriş Hüseynov soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir.
17. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə «Şərq» qəzetinin 22(6023)2024 nömrəsində dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində («e-herrac.com») yerləşdirilmişdir.
18. xx.xx.2024-cü il tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu səbəbdən «Hərracın baş tutmamasına dair» 01 mart 2024cü il tarixli protokol tərtib olunmuşdur. Eləcə də, hərracın təşkilatçısı tərəfindən xx.xx.2024cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat «Şərq» qəzetində və hərracın təşkilatçısının rəsmi internet səhifəsində («eherrac.com») dərc olunmuşdur.
19. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli sifariş məktubu (hərrac sifarişi) üzrə ilkin hərracın keçirilməsi 01 mart 2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş, hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15 % aşağı qiymətə, yəni 28.900 (iyirmi səkkiz min doqquz yüz) manata olmaqla təkrar hərracın keçirilməsi 19 mart 2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 115/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 207/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Həmin bildiriş Hüseynov soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir.
20. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə «Şərq» qəzetinin 42(6043)2024 nömrəsində dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində («e-herrac.com») yerləşdirilmişdir.
21. 19 mart 2024-cü il tarixə təyin edilmiş təkrar açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, «Hərracın baş tutmamasına dair» 19 mart 2024-cü il tarixli protokol tərtib olunmuş, təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2024cü il tarixdə «Şərq» qəzetinin 53(6054)2024 nömrəsində dərc edilməklə, bu məlumat hərrac təşkilatçısının rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir.
22. Təkrar hərrac baş tutmadığından, ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2024-cü il tarixli, 261/24 saylı təklif ünvanlanmaqla, yuxarıda göstərilən ipoteka predmeti olan torpaq sahəsi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 28900 manata ipotekasaxlayan "xxxx" KB ASC-yə təklif olunmuşdur. Həmin təklifin surəti borcluya da göndərilmiş, Hüseynov soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir.
23. İpoteka saxlayan "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla ipoteka predmetini təklif edilən 21675 (iyirmi bir min altı yüz yetmiş beş) manata əldə edilməsinə razılıq bildirmişdir.
24. xx.xx.2024-cü il tarixli, 49/24 saylı «X5 barədə protokol»dan görünür ki, mübahisə predmeti olan əmlak hərracın qalibi "xxxx" KB ASC tərəfindən 21675 manata alınmışdır.
25. Cavabdeh3 MMC-nin 327/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 49/24 saylı «X5 barədə protokol» növbəti tədbirlərin təmin edilməsi məqsədilə sifarişçi icra şöbəsinə göndərilmiş, eləcə də, surəti məlumat üçün tələbkar və borcluya göndərilmişdir.
26. 03.05.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydi (sənədi) tam icra olunduğundan həmin icra sənədi üzrə icraata Cavabdeh1 böyük icra məmuru X4 tərəfindən xitam verilmişdir.
27. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixdə 8İ-9874 nömrə ilə qeyd edilmiş icra qeydinə dair notariat işi materiallarından müəyyən edilir ki, tələbkar "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş və icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş İddiaçı (Hüseynova soyadlı şəxs xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə) poçt vasitəsilə təqdim edilmişdir. 08 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə İddiaçı 29KD/19-2 saylı kredit müqaviləsi üzrə əsas borcu 16722.10 manat, faiz üzrə borcu 818.90 manat və cərimə faizləri 83.47 manat olmaqla, cəmi borcu 17624.47 manat təşkil edir. AZ18UBAZ**********1010AZN002 hesab üzrə İddiaçı aid hesabdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə çıxarışdan görünür ki, borclu tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 740 manat kredit ödənişi edilmişdir. Tərəflər arasında bağlanmış 29KDSİ/19 saylı xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, borcalan bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə əsas öhdəliyin, yaxud onun bir hissəsinin ödənilməsinin icrasını 90 təqvim günü və daha çox müddətdə gecikdirildiyi halda ipoteka predmetinin üzərinə ödəniş yönəldilməsi prosedurunun başlanması üçün əsaslardan biri hesab edilir.
28. Məhkəməyə təqdim edilmiş cavabdeh Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin etiraz-mülahizələrinə əlavə edilmiş hərrac keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, Cavabdeh1 tərəfindən hərrac keçirilməsi haqqında sifariş məktubu məlumat üçün İddiaçı ünvanlanmışdır. Şərq qəzetinin 22(6023) 2024-cü il nömrəli, 06 fevral 2024-cü il tarixli buraxılışında ünvan 3i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması məqsədilə ilkin hərracın açıq auksion qaydasında 01 mart 2024-cü il tarixdə keçirilməsi barədə elan yerləşdirilmişdir. Şərq qəzetinin 42(6043) 2024-cü il nömrəli, 05 mart 2024-cü il tarixli buraxılışında ünvan 3i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması məqsədilə təkrar hərracın 19 mart 2024-cü il tarixdə keçirilməsi barədə elan yerləşdirilmişdir. Şərq qəzetinin 53(6054) 2024-cü il nömrəli, 28 mart 2024-cü il tarixli buraxılışında ünvan 2i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması məqsədilə 19 mart 2024-cü il tarixə təyin edilmiş təkrar hərracın baş tutmaması barədə elan yerləşdirilmişdir. İddiaçı məlum olan 2 fərqli ünvanına – ünvan 4çəsi, ev 3, mənzil 151 ünvanına aparılan hərrac icraatı barədə məktublar birinci ünvan üzrə çatdırılmasa da, ikinci ünvan üzrə çatdırılmış və buna dair xəbərnamələrdə qeyd aparılmışdır.
29. Məhkəməyə təqdim edilmiş 4/272 №-li, 01 may 2025-ci il tarixli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2024-cü il tarixli F.119 nömrəli poçt göndərişlərində olan “şəxsən” qrafasında “huseynov” yazısı və həmin yazının qarşısındakı imza, xx.xx.2024-cü il tarixli F.119 №-li poçt göndərişində olan “şəxsən” qrafasında “huseynov” yazısı və həmin yazının qarşısındakı imza, xx.xx.2024-cü il tarixli F.119 №-li poçt göndərişində olan “şəxsən” qrafasında “huseynov” yazısı və həmin yazının qarşısındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
32. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
33. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
35. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli F.119 nömrəli poçt göndərişində, xx.xx.2024-cü il tarixli F.119 №-li poçt göndərişində, xx.xx.2024-cü il tarixli F.119 №-li poçt göndərişində bildirişin “Huseynov” adlı şəxs tərəfindən qəbul edildiyi aydın olur. İddiaçı məhkəmə iclasında izahat verən zaman bildirişin çatdırıldığı ünvanda, yəni ünvan 4çəsi, ev 3, mənzil 151 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etmişdir. Apellyasiya şikayətinin dəlillərindən də aydın olur ki, iddiaçı məhz poçt bildirişlərini qəbul edənin özü olmadığını, yəni İddiaçı olmadığını bildirərək X5 barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. MPM-in 135.3-cü maddəsinin göstərişlərindən aydın olur ki, poçt göndərişlərini çatdırmaq vəzifəsi daşıyan şəxs göndərişin ünvanlandığı şəxsi həmin ünvanda tapmadıqda, poçtu onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edə bilər. Bununla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı dolayı yolla da olsa, ona ünvanlanmış bildirişlərin məzmunu ilə tanış olmuşdur.
39. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
40. Еkspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vахt yüksək olаr ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yаlnız bu hаldа ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
41. Hazırki mülki işdə isə ekspert rəyi ilə aydın olur ki, hərracla bağlı mübahisələndirilən bildirişdəki imza iddiaçıya məxsus deyil, buna baxmayaraq iddiaçının əvvəlki məhkəmə iclasında “bildirişin onunla yaşayan ailə üzvü tərəfindən qəbul edilməsi” barədə izahatı nəzərə alınır və bununla da hesab edilirki, hərrac təşkilatının göndərdiyi bildiriş ünvana çatdırılmışdır.
42. Mülki iş materiallarından görünür ki, hərrac bildirişləri, “Şərq” qəzetinin çıxarışlarından görünür ki, hərrac təşkilatçısı qanunvericiliyin tələblərinə əməl etməklə, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan dərc etməklə, bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərmişdir. Nəticə etibarilə 2 hərrac: 01 mart 2024-cü il tarixli ilkin hərrac və 19 mart 2024-cü il tarixli təkrar hərrac keçirilmişdir. 2 hərrac da baş tutmadığından 16 aprel 2024-cü il tarixli, 49/24 №-li X5 barədə Protokola əsasən ipoteka predmeti "xxxx" ASC-yə 21.675 (iyirmi bir min altı yüz yetmiş beş) manata satılmışdır.
43. Hazırkı halda iddiaçının ərizəsi, apellyasiya şikayəti və məhkəmədə verdiyi izahatlardan aşkar müəyyən olunur ki, iddiaçı hərrac təşkilatının və hərracın keçirilməsinin prosedur qaydalarının pozulması yox, əsasən poçt göndərişlərinin onun tərəfindən əldə edilməməsi faktı ilə çıxış edir.
44. Məhkəmə kollegiyası hərracın keçirilməsi ilə bağlı məlumat vermək vəzifəsinin bildirişi göndərməkdən ibarət olması ilə bağlı bankın nümayəndəsinin bildirdiklərini əsaslı hesab edir.
45. Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətində xüsusi olaraq vurğuladıqları başqa bir halla, yəni ipoteka predmetinin ilkin satış qiymətindən 25% aşağı qiymətə 21.675 manat dəyərində əldə edilməsi ilə bağlı dəlilləri barədə qeyd edir ki, hazırkı halda iş üzrə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə (tərəflərə müvafiq bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elan dərc edilmiş) keçirildiyi müəyyən edilmişdir.
46. İpoteka qoyulmuş əmlakların hərraclarda ilkin və endirilmiş qiymətə satılmaması, lakin tələbkarların həmin əmlakı əldə etdikdən qısa müddət sonra, həmin əmlakı onun ilkin satış qiymətindən əhəmiyyətli dərəcədə, bəzən isə dəfələrlə artıq qiymətə, həm də asanlıqla satması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, baxılan işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, həqiqətən də keçirilən hərraclarla bağlı oxşar problemlərin mövcudluğu danılmazdır, lakin bu məsələ məxsusi araşdırılma tələb etdiyindən, onun hazırkı icraat çərçivəsində həlli mümkün deyildir.
47. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
48. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
49. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
50. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
52. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.