Məhkəmə qərarları › İş №2(103)-11410/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11410/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11410/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Qardaş oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə, “X1 Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, "X6" MMC-yə qarşı (Abşeron rayon icra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, onun nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-396/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabvdehlər Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə qarşı (Abşeron rayon icra və probasiya şöbəsi və "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0.12 ha torpaq sahəsinin 80000 (səksən min) manat dəyərində olması barədə 17 avqust 2020-ci il tarixli, 40 saylı qiymətləndirmə rəyini komission qaydada yenidən qiymətləndirməsi üçün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci və 2011-ci illərdə iki dəfəyə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisində 0.12 ha torpaq sahəsi almışdır.Hər iki alqı-satqı müqaviləsi mülki qanunvericiliyə uyğun olaraq notariat qaydasında təsdiq edilmişdir. Mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində AR Torpaq Məcəlləsinin 67 və 78-ci maddələrinə müvafiq olaraq 18 mart 2011-ci il tarixdə qeydə alınmış, həmin idarə tərəfindən torpaq sahəsinin plan və ölçülərinə dair № AA 026642 saylı sənəd verilmişdir. Torpaq sahəsi onun xüsusi mülkiyyəti olmaqla bunu təsdiq edən ******* saylı Dövlət Reyestrindən çıxarışı da var. "xxxx" ASC ilə İpoteka müqaviləsi imzalayaraq torpağı girov qoymuşdur. Pandemiya və başqa səbəblərdən ödəmə gecikib. Bu səbəbdən bankla müqavilənin bağlandığı Bakı şəhəri 4 saylı Notariat Kontorunun 579 saylı, 30.06.2020-cı ıl tarixli icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icraatında 82629X2020-27-6- 003 saylı icra işi açılmış. İş üzrə üzrə 01 iyul 2020-ci il tarixli qərarla tələbkar “Bank Respublika" ASC-nin xeyrinə 45851.52 manat pul tutulması qənaətinə gəlinmişdir. Daha sonra Abşeron rayon icra və probasiya şöbəsinin 28.07.2020-ci il tarixli, 17/75-11-20-4 saylı məktubu ilə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0.12 ha. torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş. Həmin torpaq sahəsi “Tərəqqi" MMCnin “ 17 " avqust 2020-ci il tarixli, " 40 " saylı rəyi ilə 80 min manat dəyərləndirilmişdir. Hesab edir ki, onun torpağı həddindən artıq dəyərindən ucuz qiymətləndirilmişdir. Belə ki, 15 may 2013-cü il tarixli ƏBİ/ M 12-250 nömrəli ekspert rəyinə əsasən onun 12 sot torpaq sahəsinin bazar qiyməti həmin ildə 120 min manat dəyərləndirilmişdir. Bundan sonrakı illərdə bahalaşma olduğundan Əmlak Ekspert Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, ƏEM\S-36-397 saylı arayışı ilə də təstiq olunur ki, həmin ərazidə 2015-ci ildə torpağın hər sotunun dəyəri 15000-17000 manat təşkil etmişdir. Halbuki son beş ildə daşınmaz əmlak bir qədərdə bahalaşmışdır. İki dəfə olan instansiyada öz sözün demişdir. Beləliklə eyni yerin qiyməti barədə bir-biri ilə kəskin ziddiyyət təşkil edən 2 rəy mövcuddur. "xxxx" MMC torpağı ən azı 2 dəfə ucuz qiymətləndirib. Odur ki, mübisələndirilən yerin təkrar komission qaydada qiymətləndirilməsi üçün yenidən ekspertiza təyin edilməsi zəruridir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi”MMC-ni, Azərbaycan Respublikası DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi idarəsini və ”X6” MMC-ni cavabdehlər qismində cəlb edərək, cavabdehlər Cavabdeh1 MMC-nin Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0,12 ha. torpaq sahəsinin 80000 (səksən min) manat dəyərində olması barədəki 17 avqust 2020-ci il tarixli, 40 saylı və ”X6” MMC-nin 09 mart 2021-ci il tarixili, SEM/F-02-013/21 saylı torpağın bazar dəyərinin 88000 (səksən səkkiz min) manat qiymətləndirməsinə dair rəylərini, həmin torpağın hərracda satılmasına dair “X1 Mərkəzi” MMC-nin keçirdiyi hərracların, 27 oktyabr 2020-ci il tarixli, YP 035 saylı hərracda satış protokolunun və onun nəticələrinin, eləcə də həmin torpağa ”Bank Respublika” ASCnin adına DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində 25 dekabr 2020-ci il tarixə aparılmış qeydiyyat və "xxxx" ASC-yə verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən Cavabdeh1 MMC-nin Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0,12 ha. torpaq sahəmin 80 min manat dəyərində olması barədəki “ 17 “ avqust 2020-ci il tarixli,” 40 “ saylı qiymətləndirmə rəyini komission qaydada yenidən qiymətləndirilməsi üçün etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması barədə iddia qaldırılmışdır. İddia ərizəsi məhkəməyə verildikdən sonra surəti Abşeron rayon icra və probasiya şöbəsinə təqdim edilmiş,bu səbəbdən hərracın keçirilçəsinə dair verilən sifarişdən imtina edilərək şöbənin rəis müavini Emil Hadıyevin hərrəcın keçirildiyi “X1 Mərkəzi” MMC-yə məktub ünvanlamış, həmin 25 Sentyabr 2020-ci il tarixli, 17\7582629 4H saylı məktubda ilkin qiymətə etiraz edildiyindən və bununla bağlı məhkəmədə iddia qaldırıldığından hərracın dayandırılması xahiş edilmişdir.Nəktub və iddia ərizəsinin surəti iddiaçı tərəfindəndən 25 sentyabr tarixdə MMC-yə şəxsən təqdim edilmiş,məsələ ilə MMC-nin rəhbərliyini məlumatlandırmış,məktub qəbul edilməklə üstündəki dərkənarda hərrasın dayandırılmasına rəsmi göstəriş yazılmışdır.Oda iddiaçıya hərracı dayandıracaqlarına söz vermişdir.Üstündə dərkənar olan bu məktub isə MMC-də 077 nömrə ilə qeydə alınmış,lakin nə dərkanara nədə qeydiyyata tarix qoyulmamışdır.Bundan sonra 07 oktyabr 2020-ci il tarixdə hərracın dayandırılmasına MMC tərəfindən 007 saylı protokol yazılmışdır. Hərracın nə vaxt təzələnməsinə sənəd yoxdur. Mülki iş isə hələ Nərimanov rayon məhkəməsinin icraatındadır. 5 Fevral 2021-ci il tarixli məhkəmə prosesində bank nümayəndəsinin təqdim etdiyi çıxarışdan sonra bəlli oldu ki, məhkəmə yekunlaşmamış, qiymətləndirmə rəyinin qanuniliyi təstiq edilməmiş, borcluya məlumat verilməmiş, sifarişçinin hərracın dayandırılmasına rəsmi göstərişi olmasına baxmayaraq hərrac keçirilərək torpaq bankın hesabına keçirilməklə çıxarış verilmişdir. 25 dekabr 2020-ci il tarixə ********* saylı qeydiyyatdan şıxarışın ksereks surəti bizə məhkəmədə təqdim edilmişdir. Bundan sonra sorğu edilərək Abşeron rayon icra və probasiya şöbəsindən icra işində olan bütün sənədlərin surəti alınmış,sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Nərimanov rayon məhkəməsinin iddianın təmin tədbiri kimi hərracın dayandırılmasına dair ərizənin təmin edilməməsinə dair 25 sentyabr 2020-ci il tarixli 2(005)-3541/2020 saylı qərardadı şöbəyə 09 oktyabr 2020-ci il tarixdə daxil olmuş, qərardadın qüvvəyə minməsini gözləmədən 20 oktyabr 2020-ci il tarixdə, 17X7582629 4H saylı məktubla şöbənin rəis müavini Emil Hadıyevin hərrəcın keçirildiyi “X1 Mərkəzi” MMCyə müraciət edərək zərurətin aradan qalxdığını və bu səbəbdən hərrəcın keçirilməsinin davam etdirilməsi xahiş edilmişdir. Biz tərəfdən MMC-dəndə sənədlərin surəti alınmışdır. Bəlli olmuşdur ki, hərracın davam etdirilməsinə dair 20 oktyabr 2020-ci il tarixdə, 17V7582629 4H saylı məktub “X1 Mərkəzi”-nə 23 oktyabr 2020-ci il tarixdə daxil olmuş,həmin gün həmin tarixə üstünə dərkənar qoyulmuş,həmin gündə 201096 nömrə ilə qeydə alınmışdır. İşdə olan “X1 Mərkəzi”-nin 9 sentyabr 2020-ci il tarixli,072 saylı bildiriş məktubunda göstərildiyinə görə hərrac 30 sentyabr tarixdə keçirilib və torpağın dəyəri 80 min manat olması göstərilmişdir.“X1 Mərkəzi”-nin 2 oktyabr 2020- ci il tarixli ,133 saylı bildirişində hərracın 21 oktyabr 2020-ci il tarixdə keçiriləcəyi və torpağın dəyərinin 68 min manat olması göstərilir. Cavabdehin təqdim etdiyi ’’Market” qəzetinin 11 sentyabr 2020-ci il tarixli, 18 (10705) saylı nömrəsində torpağın 80 minə satışa çıxarılması e”lan edilmişdir.Həmin qəzetin 02 oktyabr 2020-ci il tarixli, 23 (10711) saylı nömrəsində 30 sentyabrda satışın baş tutmaması səbəbindən torpağın 68 min manata satışa çıxarılması elan edilmişdir. Həmin qəzetin 02 oktyabr 2020- ci il tarixli, 23 (10711)saylı nömrəsində 30 sentyabrda satışın baş tutmaması səbəbindən torpağın 68 min manata satışa çıxarılması e” an edilmişdir. Hərracın 21 oktyabr tarixdə keçiriləcəyi göstərilmişdir. Həmin qəzetin 23 oktyabr 2020-ci il tarixli,26 (10717)saylı nömrəsində 21 oktyabr 2020-ci il tarixdə hərracın baş tutmaması səbəbindən yenidən satışa çıxarılması göstərilir. Lakin torpağın satışa hansı qiymətə çıxarılması ,hərracın harada və nə vaxt keçiriləcəyi göstərilmir. İşdə ‘‘X1 Mərkəzi” MMC-nin 27 oktyabr 2020-ci il tarixli, YP 035 saylı hərracda satış protokolu var ki,həmin torpağı ’’Bank Respublika ”-ASC-i 51 min manata aldı. Göründüyü kimi keçirilən yalançı hərraclarda qəzetə formal olaraq e”lan yerləşdirilsədə sonuncu elanda torpağın dəyərini 51 minə endirmələri,hərracın harada və hansı tarixdə keçirilinəsi belə göstərilməyib. İddiaçıya MMC-nin ünvanladığı 03 mart 2021-ci il tarixli,444 saylı saylı ərizədə etiraf olunur ki,sonuncu 2 hərraca dair məlumatlar ona çatmamışdır. Abşeron rayon icra və probasiya şöbəsi bizə ünvanladığı məktubda göstərir ki,hərracın nəticəsi barədə onlara məlumat və hərrac protokolu verilməmişdir. Yuxarıda göstərildiyi kimi hərracın davam etdirilməsinə dair məktub MMC-yə 23 oktyabr tarixdə daxil olmuşdir.Sonuncu hərracın tarixi bilinməsə əvvəlinci 2 hərrac isə hərrəcın davam etdirilməsinə dair məktub daxil olmamışdan əvvəl 30 sentyabr,21 oktyabr tarixlərdə keçirilmişdir.Həmin tarixlərdə hərracın keçirilməsinə hüquqi əsas olmamışdır.Hərracı keçirən MMC-ııiıı özünün 07 oktyabr 2020-ci il tarixdə hərracın dayandırılmasına 007 saylı protokolu var və sifarişçinin dayandırma məktubunu hələ 25 sentyabrda almışdır. Hər 3 hərrac qanunsuz keçirilmişdir.Bəhanə kimi istifadə edilən qərardad qüvvəyə minməmiş,Bakı Apellyasiya məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə ləğv olunmuşdur. Qərardaddan da aydın görünür ki, tərəfindən ərizə yazılmasına səbəb icra şöbəsinin hərracı dayandırması olmuşdur. Nərimanov rayon məhkəməsinin qərardadının qüvvəyə minməsinə nə İcra şöbəsində,nədə cavabdehlərdə nə yazılı, nə də şifahi məlumat olmamışdır. Məqsədli şəkildə iddiaçının torpağının cüzi qiymətə ələ kemirilməsinə yönələn hərəkətlər olmuşdur. Halbuki həm icra məmuru həmdə MMC-yə iddia ərizəsinin surəti verilməklə onlara qeyri-rəsmi izah edilmişdir ki, 15 may 2013-cü il tarixli ƏBİ / M 12-250 nömrəli ekspeıt rəyinə əsasən mənim yolun üstündə,obyekt tikməyə yararlı 12 sot torpaq sahəmin bazar qiyməti həmin ildə 120 min manat dəyərləndirilmişdir.Bundan sonrakı illərdə bahalaşma olduğundan Əmlak ekspert mərkəzinin 15 sentyabr 2015-ci il tarixli,ƏEM\S-36-397 saylı arayışı ilədə təstiq olunur ki,həmin ərazidə 2015-ci ildə torpağın hər sotunun dəyəri 15000-17000 manat təşkil etmişdir.Son beş ildə daşınmaz əmlak bir qədərdə bahalaşmışdır. İki dəfə olan infilyasiyada öz sözün demişdir. Torpaq Pirşaqı qəsəbəsinə gedən magistral yolunun üstündə, X2 dönən yerdə olmaqla obyekt üçün nəzərdə tutulduğundan,nəqliyyatdan istifadə əlverişliliyi qənaətbəxş olmaqla ətrafa açılan əla panorama olduğundan,ekoloji vəziyyət qənaətbəxş olmaqla mühəndis infrastrukturu yaxşı inkişaf etdirildiyindən bir neçə yüz metr aralıdakı torpaqla müqayisədə bu torpaqların dəyəri dəfələrlə bahadır. Beləliklə işdə eyni yerin qiyməti barədə bir-biri ilə kəskin ziddiyyət təşkil edən 2 rəy mövcud idi. Cavabdeh1 MMC torpağımı ən azı 2 dəfə ucuz qiymətləndirib. Məhkəmənin 12 fevral 2021-ci il tarixli qərardadı ilə ”X6” MMC-yə yerin qiymətləndirilməsi həvalə edilsədə bu MMC-də birtərəfli rəy tərtib etmiş, Cavabdeh1 MMCnin rəyinə dolayısı ilə haqq qazandırmağa uğursuz cəhd etmişdir. Belə ki, mütəxəssis yerə baxanda iddiaçının yanında azı 4 maklerə zəng edib yol kənarındakı torpağın qiyməti ilə maraqlanmış, bütün maklerlər yolun üstündəki “Podobyekt” deyilən yerlərin hər sotunun hazırda 20-25 minə satıldığını desədə mütəxəssis cavabdehlərin mənafeyindən çıxış etmiş, bankın əlinə ucuz, 51 minə düşmüş torpağı 80 minə satmaq istəməsi fikrinin təsiri altında olmuşdur. ’’X6” MMC-nin tərtib etdiyi 09 mart 2021-ci il tarixli,SEM\F-02-013\21 saylı rəydə torpağın bazar dəyərinin 88 min manat olması göstərilsədə Likvid dəyərinin 79 min 200 manat olması göstərilir. Halbuki müstəqil ekspertlər mtibahisələndirilən torpağa tamamilə fərqli qiymətlər qoymuşlar. "xxxx" MMC-nin həmin tarixli, yəni 9 mart 2021-ci il tarixli, QXM 227 saylı rəyində göstərilir ki, apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Məmmədli kəndindəki 0,12 ha torpaq sahəsinin dəyərinin 190 min manat olması müəyyən edilir. Bundan əlavə digər qiymətləndirici ekspertin- “X4” MMC-nin tərtib etdiyi 12 mart 2021-ci il tarixli,21 saylı qiymətləndirmə aktında torpağının dəyərinin 195 min manat olması öz əksini tapmışdır. Bundan əlavə oda qeyd edilməlidir ki,bankların torpaq,ev və sair əmlakların qiymətləndirilib hərraclarda satılmasına məhkəmələrdə yüzlərlə çəkişmələri var.Hər il belə çəkişmələr olmasına məhkəmələrdə kifayət qədər faktlar olub. İcra şöbələri və məhkəmələrin öz təşəbbüsü ilə material göndərdikləri MMC-lər bankları və əməkdaşlarını yaxşı tanıyırlar və onlarla işləyirlər.Adətən belə halda bu MMC-lər banklar tərəfində dayanırlar. İşə obyektiv nəticə verilməsi üçün tərəflərlə tanışlığı olmayan,müstəqil mütəxəsislərin rəy verməsi daha ədalətli yanaşma anlamı verərdi. Belə müstəqil mütəxəsislərin işdə 3 obyektiv rəyi var. Bu rəylərin hər hansı birinin iş üçün əsas götürülməsi bizim üçün məqbuldur. ’’X6” MMC- və Cavabdeh1 MMC-yə qiymətləndirmə barədə sifariş verilməsinin səbəbi nə sifarişçinin qərarından nədə məhkəmənin qərardadından bəlli deyil. Odur ki,hər iki MMCnin yəni ’’X6” MMC-nin və Cavabdeh1 MMCnin qiymətləndirmə rəylərinə tənqidi yanaşılmalıdır. Göründüyü kimi, ’’Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin, “X4” MMC-nin rəyləri, Əmlak ekspert mərkəzinin rəyi və arayışı ilə tam təstiq olunur ki.mübahisələndirilən torpağın dəyəri 190-195 min manat civarındadır. Bütün bunlarla yanaşı “İcra haqqında” Azərbaycan Respublikası qanunun 51.1-ci maddəsinin tələblərinə görə icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən,ağır və ya xüsusi ilə ağır cinayətlərə, habelə koorrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qivmətləndirici dəvət etməlidir.Həmin məcəllənin 51.3-cü maddəsinə əsasən notariusda icra qeydi əsasında qivmətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənir.Qanun bu tələblərinə əməl edilməsidə icra və propasiya şöbəsinin sənədərindən görünmür. Yuxarıda göstərildiyi kimi Əmlak ekspert mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, ƏEM\S36-397 saylı arayışı və 2013-cü ilə dair qiymətləndirmə rəyi mülki işə əlavə edilmişdir.Bakı şəhəri və Abşeron rayonunda 10-larla bu işlə məşğul olan müstəqil MMClər var. X7 və Xəritəçəkmə Komitəsinin ixtisara düşmüş yüksək ixtisaslı kadrlarının çəmləşdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti var. Belə MMClərə qiymətləndirmə həvalə edilməsi daha məqsədəmüvafiqdir. Onların iddia tələbində Cavabdeh1 MMC-nin rəyinin etibarsız hesab edilərək komission qaydada müstəqil MMClərin rəy verməsinə yönəlmişdir. “X1 Mərkəzi” MMC-ti hətta keçirdiyini iddia etdiyi hərraclarda qanunun bu tələblərimdə pozmuşdur. Göründüyü kimi, Abşeron rayon icra və probasiya şöbəsi çatışa çıxarılan torpağın ilkin satış qiymətini nə borclu nədə tələbkarla müzakirə etməmişdir. İstər Mülki Məcəlləyə,istəru İpoteka haqqında” qanuna ,istərsədə hərracın keçirilməsi şərtləri və qaydasına görə hərracın keçirilməsinə ən azı 30 gün qalmış elan verilməklə 2-ci elan 25 təqvim günü qalmış verilməlidir.Həmdə elanlar arasında 10 gün vaxt keçməlidir. Lakin cavabdehlər qısa müddət ərzində 3 hərrac keçirib iddiaçının əmlakını süni surətdə ucuzlaşdırıb bankın hesabına keçirmişlər. Həmdə qanunda 3-cü hərracın keçirilməsi nəzərdə tutulmamışdır. İddiaçı başa düşür ki, "xxxx" ASC ilə İpoteka müqaviləsi imzalayaraq torpağı girov qoymuşdur. Pandamiya və başqa səbəblərdən ödəmə geçikib. Bu səbəbdən bankla müqavilənin bağlandığı Bakı şəhəri 4 saylı Notariat Kontorunun 579 saylı,30.06.2020-ci il tarixli icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icraatında 82629\2020-27-6-003 saylı icra işi açılmış, iş üzrə üzrə 01 iyul 2020ci il tarixli qərarla tələbkar "xxxx" ASC-nin xeyrinə 45851.52 manat pul tutulması qənaətinə gəlinmişdir. Daha sonra Abşeron rayon icra və probasiya şöbəsinin 28.07.2020-ci il tarixli, 17\75-11-20-4 saylı məktubu ilə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0,12 ha. torpaq sahəsinin qiymətləndiirilməsi üçün Cavabdeh1 MMC-dən mütəxəssis dəvət edilmiş,həmin torpaq sahəsi Cavabdeh1 MMC-nin “ 17 avqust 2020-ci il tarixli,” 40 “ saylı rəyi ilə 80 min manat dəyərləndirilmişdir.Lakin yuxarıda göstərildiyi kimi mənim torpağım həddindən artıq dəyərindən ucuz qiymətləndirilmişdir. Həmdə yalançı,qeyri qanuni hərraclar keçirməklə süni surətdə torpağı dəyərdən salınmışdır. Abşeron rayon icra və probasiya şöbəsindən təqdim edilən sənədlərə baxış zamanı müəyyə edilmişdir ki, məhkəmədəki mülki işə nəticə verilmədən, heç bir zərurət olmadan, Abşeron rayon icra və probasiya şöbəsinin hərracın dayandırılmasına dair 25 Sentyabr 2020-ci il tarixli, 17Y7582629 4H saylı məktubunda göstərdiyi hərracın dayandırılmasına əsas olan səbəblər aradan qalxmadan “X1 Mərkəzi” MMC-yə yeni məktub göndərilərək zərurət aradan qalxdığından xərracın davam etdirilməsi xahiş edilmiş, bununla da qanunsuz əməllərə yaşıl işıq yandırılması görüntüsü yaradıİmışdır. Halbuki hərracın keçirilməsi hər iki məktubda göstərilən tarixlər arasındakı dövrə sənədləşdirilmişdir. Maraqlıdır ki, icra və probasiya şöbəsi bizə ünvanladığı məktubunda hərrac protokolunun onlara göndərilməməsini vurğulayır. Qeyd edildiyi kimi hərrac Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına və “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Halbuki hərrac Abşeron rayon icra və probasiya şöbəsinin qərarı, məktubu və tələbi ilə keçirildiyindən “İcra haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən hərrac keçirilməli idi. Həmin qanunun 51-53-cü maddələrinin tələblərinə görə hərrac yalnız bir dəfə keçirilməli idi. Torpaq alınmasa idi sənədlər icra şöbəsinə qaytarılmalı idi.Təkrar hərrac keçirilməsi həmin qanunda nəzərdə tutulmamışdır. Cavabdeh və 3-cü şəxs İcra haqqında qanunun 51-53-cü maddələrinin tələblərini nümayişkarana pozublar. Hərrac barədə internet və dövlət qəzetində torpağın parametrləri,təmiri barədə məlumat verilmədən 3 yalançı (icra məmurunun göndərdiyi sənədə görə yalnız bir dəfə keçirilə bilər)hərrac keçirilib..Həmdə 51-53-cü maddələrə əsasən əvvəlcə qiymət barədə razılıq əldə olunmamasına tələbkarla-borclunun imzaladığı sənəd olandan sonra hərraca torpaq hərraca çıxanla bilərdi. Satılmasa və tələbkar götürməsə idi geri qaytarılmalı idi,icra qanununda əmlakın ucuzlaşdırılması nəzərdə tutulmur. Əgər mülk ipoteka ilə yüklü olması səbəbi ilə bank tərəfindən hərraca çıxarılsa idi belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına və “İpoteka haqqında”Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Göründüyü kimi cavabdehlər süni yollarla torpağın dəyərini aşağı salıb mülkiyyət hüququma müdaxilə etmişlər. Azərbaycan Respublikası MPM-nin sözügedən Məcəllənin MPM-nin 5.1-ci maddəsində göstərilir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Odur ki, “X1 Mərkəzi” MMC , "xxxx" ASC, X6” MMC Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin cavabdeh şəxs kimi işə cəlb etməsi zəruridir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi idarəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-396/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun İddiaçı tutularaq, "X6" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin əsaslarına istinad etməklə əsaslandırmış, həmçinin göstərmişdir ki, bütün hallarda bütün rəylərlə təsdiq olunur ki, torpağın dəyəri satışa çıxarılan 80 000 manatdan artıq olmuşdur. Rəsmi yazmağına, iddia ərizəsində göstərməsinə, sənədləri təqdim etməsinə, ümumiyyətlə hərracın keçirilməməsinə rəsmi yazışmalar olmasına, hərracın MMC tərəfindən dayandırılmasına işdə protokol olmasına, son iclasa çağırılmasa da əvvəlki iclaslarda nümayəndə və vəkilinin deməsinə baxmayaraq ciddi qanun pozuntularından əlavə hər 3 hərracın keçirilməsinə MMC-nin səlahiyyətinin belə olmamasına məhkəmə qətnamədə qiymət belə verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil Qardaş oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş rəylər arasında fərqlərə münasibətdə birinci instansiya məhkəməsi əsaslandırma aparmamış, tərəflərindən təqdim edilmiş rəylərdə isə torpağın real dəyəri əkd etdirilmişdir, bundan başqa keçirilmiş hərraclar da qanunsuz olmuşdur. Belə ki, özbaşına olaraq iş üzrə 3 hərrac keçirilmiş, bu isə qanunun tələblərinə uyğun olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, kollegiya onun qununiliyini və əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edilən kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin 17.08.2020-ci il tarixli 40 saylı hesabatından görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 80000 (səksən min manat) təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “ƏBİ”İB-in 12-250 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 15.03.2013-cü il tarixi üçün orta bazar dəyəri 120000 (bir yüz iyirmi manat) təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin MA seriyalı №0151859 saylı 18 mart 2021-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakı bazar dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndi, magistral yol kənarı ərazisində yerləşən, yaşayış məntəqəsi təyinatlı torpaq sahələrinin 0.01 ha üzrə orta bazar dəyəri 15 sentyabr 2015-ci tarixinə 15.000 (on beş min)-17.000 (on yeddi min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin çıxarışından görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi 25.12.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh4 MMC-nin 09 mart 2021-ci il tarixli SEM/F 02- 013/21 saylı rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 09 mart 2021-ci il tarixə bazar dəyəri 88000 (səksən min manat), likvid dəyəri 79200 manat (yetmiş doqquz min iki yüz) manat təşkil edir. İş materiallarında olan 30.06.2021-ci il tarixli ipoteka premetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, 4 saylı notariat ofisi İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə vaxtında ödənilməmiş 45851,52 AZN borc üzrə tutma yönəldilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75 saylı 01 sentyabr 2020-ci il tarixli hərracın keçirilməsi haqqında “X1 Mərkəzi” MMC-ə ünvanlanmış sifariş məktubundan görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmiş, torpaq sahəsinin qiymətinin 80000 manat təşkil etməsi qeyd edilmişdir. İş materiallarında olan 09 sentyabr 2020-ci il tarixli 072 saylı “X1 Mərkəzi” MMC-nin bildirişindən görünür ki, "xxxx" ASC və İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 30 sentyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanında 80.000 manata açıq hərrac yolu ilə satışa çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli 133 saylı “X1 Mərkəzi” MMC-nin bildirişdən görünür ki, "xxxx" ASC və İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 21 oktyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanında 68.000 manata açıq hərrac yolu ilə satışa çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “MARKET” qəzetinin təsdiq edilmiş surətlərinndən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi qaydası və tarixi barədə elan verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Bakı Qiymətləndirmə Mərkəzi MMC-nin 21 saylı qiymətləndirmə aktından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi 12.03.2021-ci il tarixə bazar dəyəri 195000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq kollegiya edir ki, Bakı şəhəri 4 saylı Notariat Kontorunun 579 saylı, 30.06.2020-cı ıl tarixli icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icraatında 82629X2020-27-6-003 saylı icra işi açılmış, iş üzrə üzrə 01 iyul 2020- ci il tarixli qərarla tələbkar “Bank Respublika" ASC-nin xeyrinə 45851.52 manat pul tutulması qənaətinə gəlinmişdir. Daha sonra Abşeron rayon icra və probasiya şöbəsinin 28.07.2020ci il tarixli, 17X75- 11-20-4 saylı məktubu ilə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0.12 ha. torpaq sahəsiniin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş.həmin torpaq sahəsi “Tərəqqi" MMC-nin “17" avqust 2020-ci il tarixli, " 40 " saylı rəyi ilə 80 min manat dəyərləndirilmişdir. Göründüyü kimi hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərmiş və qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC hərracda qalib alıcı olmuşdur. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hərrac təşkilatının 3-cü dəfə hərrac keçirməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. Bundan başqa iddiaçı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı mübahisələndirmişdir, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Cavabdeh4 MMC-nin 09 mart 2021-ci il tarixli SEM/F 02-013/21 saylı rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 09 mart 2021-ci il tarixə bazar dəyəri 88000 (səksən min manat), likvid dəyəri 79200 manat ( yetmiş doqquz min iki yüz) manat təşkil edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya baxışı zamanı təqdim edilmiş 20 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin bazar qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 51000 manat müəyyən edilmişdir. Göründüyü kimi hərrac zamanı İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin hərracda satış qiyməti – 80 000 manat müəyyən edilmişdir. Qəzetdə verilən elanlarda əmlakın göstərilən ilkin satış qiyməti öz əksini tapmış, təkrar keçirilmiş ekspertiza ilə həmin qiymət müəyyən edilmişdir. Eləcə də tərəflərin 20 dekabr 2018-ci il tarixdə razılığa gəldikləri 51000 manat qiymətlə 3 il sonra məhkəmə araşdırması zamanı da təqdim edilmiş rəy arasında olan fərq daha ağlabatan olmuşdur, çünki iddiaçı tərəfindən təqdim edilmiş rəylərdə keçən müddət ərzində torpaq sahəsinin qiymətinin 195000 manaata qədər artması iş materiallarında olan yanakı sübutlara əsasən real olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar olmamışdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-396/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Fuad Talışinski Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar