Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1143/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx» MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1060/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 10479 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu iİ tarixdə idarə etdiyi HYUNDAİ TUCSON markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobillə avloqəzaya düşmüşdür. Avtomobilə kiilli miqdarda ziyan dəymişdir. DYP əməkdaşları TP2741090 saylı protokolla yol nəqliyyat hadisəsini qeydə almışlar. İddiaçı cavabdehin ABFPR2019-00002 saylı şəhadətnaməsinə əsasən avtomobilini xx.xx.2019-cu il tarixdə kasko sığorta etmişdir. Bir sığorta müştərisi kimi heç bir qanun pozuntusuna yol verməmiş, yəni sənədləri düz olmuş, avtomobili ayıq vəziyyətdə idarə etmiş və hadisə barədə məlumatı cavabdehə vaxtında vermişdir.Aldıgı ziyan aktına görə iddiaçıya dəymiş 14000,00 manata yaxın ziyanı ödəmək əvəzinə cavabdeh müxtəlif bəhanələrlə pulu ödəmir. Belə ki, iddiaçı cavabdehdən aldığı xx.xx.2019-cu il tarixli 01-767 saylı məkluba əsasən guya avio-texniki ekspertiza aparılır. Avto-texniki ekspertizanın aparılması sığorta şirkətinin kasko sığortanın ödənməməsi üçün heç bir esas vermir. Çünki avto-texniki ekspertizanın rəyindən asılı olmayaraq sıgorta şirkəti dəymiş ziyanı ödəməlidir. Digər xx.xx.2019-cu il 01-1364 saylı məktuba əsasən guya iddiaçının sığorta şəhadətnaməsi saxtadır. İddiaçı tam qanuni şəkildə pulunu ödəmiş və kasko sığorta edib qanuni şəhadətnaməni almışdır. Heç bir qanun pozuntusu etməmiş, sənədləri tam qaydasında olmaqla avlomobili ayıq idarə etmiş və bu Qəbələ rayon mərkəzi xəstaxanasının xx.xx.2019-cu il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 47 saylı tibbi müayinə protokulunda öz əsasını tapmışdır. İddiaçı, Mülki Məcəllənin 935-ci maddəsinin "Sığorta ödənişinin verilməsindən imtinanın əsasları"nın heç bir bəndlərinin onun tərəfindən pozulmaması kimi əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1060/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuş, İddiaçı oğluna məxsus olan 2012-ci il buraxılışlı HYUNDAİ TUCSON markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi kimi 10479 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əzəvi olmaqla, cəmi 10509 manat məbləğində pul vəsaitinin cavabdeh «xxxx» MMC-dən alınaraq İddiaçı oğluna verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun «xxxx» MMC-dən alınaraq Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, şirkət məhkəmə qərarı ilə müflis elan olunduğundan onun barəsində lan bütün araşdırmalara son qoyulmalı, tələblər yalnız iflas prosesi çərçivəsində irəli sürülməlidir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almayaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh şirkət məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh şirkətdən iddiaçının xeyrinə tutulan sığorta ödənişinin məbləğinə aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan ABFPR2019-00002 saylı xx xxxxxx 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, iddiaçıya məxsus HYUNDAİ TUCSON markalı 99- CM-766 dövlət nömrə nişanlı avtomobil cavabdeh tərəfindən şərtsiz azadolma 370 manat olmaqla 21000 manat məbləğində kasko sığorta növü ilə sığortalanmışdır. İşə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 47 saylı "Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" protokolunun surətindən görünür ki, iddiaçıda sərxoşluq əlamətləri aşkar edilməmişdir. İşdə olan “İnzibati tənbeh vermə haqqında" TP ******* saylı qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan «Uğur» servis tərəfindən tərtib olunmuş ziyan xx xxxxxxxx 2019-cu il tarixli aktından görünür ki, HYUNDAİ TUCSON markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 13765 manat məbləğində ziyan dəymişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli 767 saylı məktubun surətindən görünür ki, hadisənin baş verməsi ilə əlaqədar cavabdeh tərəfindən avto-texniki ekspertizanın aparılması və araşdırmanın yekun nəticəsinə uyğun olaraq müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli 1364 saylı məktubun surətindən görünür ki, hadisədə sənəd saxtalaşdırılmasının baş verməsi, sənəd saxtalığının araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məktubun ünvanlanması və şikayət cavablandırıldıqdan sonra həmin hadisəyə münasibət bildiriləcəyi bildirilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1064 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan fərdi avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı "Hyundai Tucson" markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10479 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus HYUNDAİ TUCSON markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh tərəfindən şərtsiz azadolma 370 manat olmaqla 21000 manat məbləğində kasko sığorta növü ilə sığortalanaraq ABFPR2019-00002 saylı xx xxxxxx 2019-cu il tarixli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı xx.xx.2019-cu iİ tarixdə idarə etdiyi HYUNDAİ TUCSON markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobillə avtoqəzaya düşmüşdür. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1064 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2012-ci il buraxılışlı "Hyundai Tucson" markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10479 manat müəyyən təşkil etmişdir. Beləliklə tərəflər, HYUNDAİ TUCSON markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobilin “xxxx” MMC-də sığortalanmış olduğunu və xx.xx.2019-cu il tarixdə sığorta hadisəsinin baş verərək həmin avtomobilin qəzaya uğradığını mübahisələndirmirlər; cavabdeh şirkət hazırda müflis elan edildiyinə əsaslanaraq hazırki iddia tələbinin ona qarşı sürülə bilməyəcəyini irəli sürür. Başqa sözlə, Şirkət, iddiaçının onun sığortalısı olduğunu, sığorta hadisəsinin baş verdiyini və bunun nəticəsində sığortalının (iddiaçının) əmlakına ziyan dəydiyini ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız onun məsuliyyət daşımalı olması ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq və birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəygəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunduğu kollegiya kimi cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sığorta ödənişinin məbləğini hesablayarkən ABFPR2019-00002 saylı xx xxxxxx 2019-cu il tarixli şəhadətnamədə şərtsiz azadolma məbləğinin 370 manat olmasını nəzərə almamış və həmin məbləği iddiaçıya ödənilməli olan sığorta ödənişindən çıxmamışdır. Buna görə də kollegiya qeyd edir ki, İddiaçı oğluna məxsus olan 2012-ci il buraxılışlı HYUNDAİ TUCSON markalı **- CM-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi kimi 10109 (10479- 370=10109) manat məbləğində pul vəsaiti cavabdeh «xxxx» MMC-dən alınaraq İddiaçı oğluna verilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 59.4-cü maddəsinə əsasən hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Həmin Məcəllənin 59.5-ci maddəsinə əsasən Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Kollegiya onu vurğulayır ki, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, müflis elan edilməsi onun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş hüquqi şəxs iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. ...İflas prosesində olan şirkət hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: “xxxx» MM-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1060/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni “İddiaçı oğluna məxsus olan 2012-ci il buraxılışlı HYUNDAİ TUCSON markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi kimi 10479 manat məbləğində pul vəsaitinin cavabdeh «xxxx» MMCdən alınaraq İddiaçı oğluna verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. «xxxx» MMC-dən 10109 (on min yüz doqquz) manat sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği «xxxx» MMC-nə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1143/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1143/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver