Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1150/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: uşaq və aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “aliment tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1955/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X17 doğulmuşdur və Mingəçevir Şəhər Məhkəməsinin 2006-cı il tarixli, 2-204 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36 saylı nikah qeydi pozulmuşdur. Daha sonra isə xx.xx.2008-ci il təvəllüdlü X15 doğulmuşdur.
2. Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi Təhsil Müşavirliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa görə X12 2022-2023-cü tədris ilində Türkiyə Respublikası X27 Universiteti İdman Elmləri fakültəsi İdman menecmenti ixtisasının 1-ci kurs əyani şöbəsində təhsil alır, tədris müddəti 4 il, maksimum 7 ildir, 2025-2026cı tədris ilinin sonunda məzun olacağı gözlənilir.
3. Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Mingəçevir şəhər təhsil sektoru 20 nömrəli tam orta məktəb tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa görə X1 şəhər 20 nömrəli tam orta məktəbdə doqquzuncu sinifdə oxuyur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X5 ali təhsil aldığı müddətdə hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2008-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq onun himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək hər ay 220 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10 iyul 2005-ci il təvəllüdlü X12 və 17 fevral 2008-ci il təvəllüdlü X13 adlı uşaqlarının saxlanması üçün ərizə verilən vaxtdan hesablanmaqla hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2005-ci ildə övladları X12 doğulmuşdur. Evlilik dövründə yaşanan mübahisələr və cavabdehin kobud rəftarı səbəbi ilə evliliyi davam etdirmək mümkün olmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-204 saylı qətnaməsi ilə nikah qeydinin pozulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə nikaha xitam verilsə də, sonradan barışmış və 2012-ci il tarixinədək birgə yaşamağa davam etmişlər. Bu dövrdə xx.xx.2008-ci il təvəllüdlü X13 doğulmuşdur. Cavabdeh tərəfindən X7 atalıq verilmişdir. 10 ildir ki, faktiki olaraq ayrı yaşamasına baxmayaraq cavabdeh tərəfindən onun övladlarına heç vaxt aliment verilməmişdir. Hər iki uşağın təhsil haqqı və digər xərcləri bu illər ərzində tərəfindən təkbaşına qarşılanmışdır. xx.xx.2005-ci il təvəllüdlü X12 xx.xx.2022-ci il tarixdə X27 X10 fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Bu səbəbdən artıq övladlarının təhsil haqqını və digər xərclərini təkbaşına qarşılamaq iqtidarında deyildir.
7. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı 2 uşağın saxlanması ilə bağlı aliment tələbinə iddia qaldırmışdır. Bildirir ki, onlar Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-204/2006 saylı qətnaməsi əsasında boşanmışlar. Birgə evlilikdən 10 iyul 2005-ci il təvəllüdlü X12 və 17 fevral 2008-ci il təvəllüdlü X13 olmuşdur. Qızı Leyla aralarındakı rəsmi nikah pozulduqdan sonra doğulmuşdur. Sonradan ayrılmışlar və həmin vaxtdan övladları onun yanında qalmış və bu illər ərzində uşaqlara özü baxmışdır. X2 2022-ci ildə Mingəçevir şəhər 20 saylı tam orta məktəbin 11-ci sinfini bitirib Türkiyə Respublikasına təhsil almağa getmiş, zəlzələ ilə əlaqədar ona 320 manat pul ödəməklə bilet alıb Mingəçevirə gətirmişdir. Hazırda Nihad Bakı şəhərində işləyir. X3 isə hazırda Mingəçevir şəhər 20 saylı tam orta məktəbdə 9-cu sinifdə oxuyur və onunla yaşayır.
8. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2023-cü il tarixli 5-11/2-1546/2023 saylı rəyindən görünür ki, komissiya yetkinlik yaşına çatmayan 17 fevral 2008-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmasını mümkün hesab etmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2023-cü il tarixli 2(011)-1955/2023 nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) ilkin iddia qismən təmin edilmiş, 17 fevral 2008-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsi, Cavabdeh 17 fevral 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması müddətinin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə ilkin iddia tələbinin “xx.xx.2005-ci il təvəllüdlü X8 ali təhsil aldığı müddət ərzində cavabdehdən hər ay 220 manat məbləğində pul vəsaitinin tutulmasına dair” hissəsini araşdıraraq, hesab etmişdir ki, iddianın həmin hissəsi əsassız olduğundan ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, X5 artıq yetkinlik yaşı tamam olduğundan İddiaçı belə iddia qaldırmasında subyektiv hüququ yoxdur. Bundan sonra onun atası Cavabdeh qarşı özünün tələb hüququ yaranır. Həmçinin qanunvericilikdə ali təhsil ilə bağlı aliment ödənişi nəzərdə tutulmamışdır.
11. Məhkəmə iş üzrə verilmiş “Qəyyumluq və Himayəçilik Komissiyası”nın rəyini nəzərə alaraq göstərmişdir ki, 17 fevral 2008-ci il təvəllüdlü X13 atasından alınaraq anasına verilməli, onun yaşayış yeri anasının yanı hesab edilməlidir.
12. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşayış yerinin onun anasının yanında qalmasını onunla əsaslandırmışdır ki, Cavabdeh artıq ikinci dəfə ailə həyatı qurmuşdur, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X16 anadan olmuşdur, hazırda Leyla Həşimzadə də ögey anası birlikdə həmin evdə yaşayır. Halbuki, 2012-ci ildə iddiaçı ilə cavabdeh arasında münasibətlər pisləşdikdən sonra Leyla 2023-cü ilin mart ayına kimi anası ilə birlikdə yaşamışdır. Göründüyü kimi iddiaçı bu vaxta kimi məhz anası ilə birlikdə yaşamış, iddiaçı ilkin olaraq aliment tələbi ilə məhkəməyə müraciət etdikdən sonra uşaq atasının yanında qalmışdır.
13. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağı 17 fevral 2008-ci il təvəllüdlü X6 təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat müəyyən edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, qarşlıqlı iddia tələbi ilkin iddia ilə birbaşa əlaqəli olduğundan yuxarıda sadalanan əsaslardan həmin qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 58.1, 61, 112.1, 75.4, 78.1, 78.2, 85.1.1, 86-cı maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı qərarına, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, 31 iyul 2023-cü ildə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına hər iki övladına özü baxdığına dair ərizə yazan İddiaçı ərizəsində uşaqlara hansı ünvanda baxdığını göstərməmiş, komissiya üçün də bu maraqlı olmamışdır. 02 oktyabr 2023-cü ildə isə Bakı şəhəri Qvardiya küçəsi ev 51 ünvanda qeydiyyatda olan İddiaçı yaşadığı ünvanın müəyyən edilə bilinməməsi səbəbindən qanunvericiliyə uyğun onun yaşadığı mənzilə baxış keçirilməsi, həyat şəraiti barədə müayinə aktının tərtib olunmasının mümkün olmaması barədə komissiya üzvləri Elçin Əhmədov və Yusif Babayevin iştirakı ilə akt tərtib olunmuşdur. Komissiya həyat şəraitini müayinə edə bilmədiyi, harada yaşamasını bilmədiyi İddiaçı 15 yaşlı qızını 5 yaşından bəri yaşadığı yaşayış yerindən ayırmaqda haqlı olmamış, məhkəmə isə iş üzrə məcburi olan halın İddiaçı həyat şəraitinin və faktiki yaşayış yerinin müəyyən olunmamasına baxmayaraq qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
20. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyəti olmayan ərin(arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətin bölünməsini müəyyən edən saziş təqdim edə bilər.
21. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
22. Maddə 73. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
23. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
24. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
25. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
26. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə - ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddia tələbinə aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir.
34. Göründüyü kimi tərəflər xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X12 doğulmuş, xx.xx.2006-cı il tarixli 2-204 saylı qətnamə ilə tərəflər arasında olan nikah pozulmuşdur. Lakin sonradan tərəflər barışmış və 2012-ci il tarixinədək birgə yaşamağa davam etmişlər. Bu dövrdə xx.xx.2008-ci il təvəllüdlü X13 doğulmuşdur.
35. Hazırda iddiaçı xx.xx.2005-ci il təvəllüdlü X5 ali təhsil aldığı müddətdə hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2008-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq onun himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək hər ay 220 manat məbləğində sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş, cavabdeh isə uşaqlarının saxlanması üçün ərizə verilən vaxtdan hesablanmaqla hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin onun xeyrinə tutulmasını tələb etmişdir.
36. Göründüyü kimi xx.xx.2005-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatmışdır, ona görə də məhkəmə ona aid hissədə tələbləri rədd etmişdir.
37. Lakin 17 fevral 2008-ci il təvəllüdlü X6 valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə mövcuddur. Qətnamə ilə Leyla Həşimzadənin atasından alınaraq iddiaçının himayəsinə verilməsi qət edilsə də, cavabdeh apellyasiya şikayətində qızı Leylanın onunla yaşamasının nəzərə alınmasını və onun himayəsində saxlanılmasını tələb etmişdir.
38. Birinci instansiya məhkəməsi zamanı iddiaçı bildirmişdir ki, aralarındakı nikah pozulandan sonra uşaqlar onun yanında qalmışdır, “Novruz” bayramına görə rayona gedəndə qızını cavabdeh götürmüşdür, geri qaytarmır.
39. Birinci instansiya məhkəməsi zamanı Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmış və komissiya yetkinlik yaşına çatmayan 17 fevral 2008-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmasını mümkün hesab etmişdir.
40. Komissiyanın rəyindən görünür ki, cavabdehin müraciəti əsasında Mirgəçevir şəhərində cavabdehin himayəsində yaşayan 2008-ci il təvəllüdlü Leyla Həşimovanın məsələ barəsində fikirlərinin öyrənilməsi, cavabdehin və himayəsində yaşayan yetkinlik yaşına çatmayan övladının həyat şəraitlərinin yoxlanılması, müayinə aktının və uşağın onun himayəsində qalmasının məqsədə müvafiqliyi barədə əsaslanmış rəyin təqdim edilməsi Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasından xahiş edilmiş və müvafiq olaraq həyat şəraiti müayinə edilmiş və fərdi evdə azyaşlının sağlam mühitdə yaşaması və tərbiyə alması üçün normal şərait olduğu bildirilmişdir.
41. xx.xx.2008-ci il təvəllüdlü X13 ilə fərdi danışıqlar aparılarkən, azyaşlı 5 yaşından anası ilə atasının ayrıldığını, həmin vaxtdan atasının yanında qaldığını, hal-hazırda da qalmağa davam etdiyini və bundan sonrada atasının yanında qalmaq istədiyini bildirmişdir.
42. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1955/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ananın (iş üzrə iddiaçının) himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X6 valideynlərdən hansının yanında qalması məsələsinə dair Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınması qərara alınmışdır.
43. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, mülki işlə bağlı İddiaçı ilə əlaqə saxlanılmış, Qəyyumluq və Himayəçilik Komissiyasına dəvət olunmuş, lakin bildirmişdir ki, Cavabdehla barışmış və işə xitam verilmişdir. Odur ki, mülki iş rəy verilmədən qaytarılmışdır.
44. Lakin cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh İddiaçı ilə barışmamışdır, belə bir razılaşma yoxdur.
45. Tərəflər arasında hər hansı barışıq olduğu müəyyən edilmədiyindən Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar xx.xx.2008-ci il təvəllüdlü X6 valideynlərdən hansının yanında qalması məsələsinə dair Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınması qərara alınmışdır.
46. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, mülki işlə bağlı Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən iddiaçı ilə əlaqə saxlanılmış, şəhər İcra Hakimiyyətinə dəvət olunmuş, lakin İddiaçı komissiyanın iclasına gəlməmiş, komissiyaya mübahisə ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Odur ki, əsaslandırılmış rəyin verilməsi mümkün olmamışdır.
47. Göründüyü kimi mübahisənin həlli məqsədi ilə iki dəfə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınması barəqə qərardad qəbul olunsa da, iddiaçı Komissiyanın iclasına getməmiş, rəy verilməsi üçün şərait yaratmamış və nəticədə Komissiya tərəfindən rəy verilməsi mümkün olmamışdır.
48. Yuxarıda da göstərildiyi kimi birinci instansiya məhkəməsi zamanı Xətai RİH Qəyyumluq və Himayəçilik Komissiyasının müraciəti əsasında Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən müvafiq olaraq cavabdehin həyat şəraiti müayinə edilmiş və fərdi evdə azyaşlının sağlam mühitdə yaşaması və tərbiyə alması üçün normal şərait olduğu bildirilmişdir. Həmçinin xx.xx.2008-ci il təvəllüdlü X13 ilə fərdi danışıqlar aparılarkən, azyaşlı 5 yaşından anası ilə atasının ayrıldığını, həmin vaxtdan atasının yanında qaldığını, halhazırda da qalmağa davam etdiyini və bundan sonrada atasının yanında qalmaq istədiyini bildirmişdir.
49. Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Mingəçevir şəhər təhsil sektoru 20 nömrəli tam orta məktəb tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa görə X1 şəhər 20 nömrəli tam orta məktəbdə doqquzuncu sinifdə oxuyur.
50. Apellyasiya baxışı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 Kadr hazırlığı və İxtisasartırma Məktəbinin əyani şöbə, Əczaçılıq ixtisasının İ kursunda təhsil alır.
51. Göründüyü kimi 2008-ci il təvəllüdlü X11 şəhərində atasının yanında yaşayır və orada təhsil alır. Özü də atası ilə yaşamaq istədiyini bildirmişdir.
52. Kollegiya qeyd edir ki, hər bir halda uşaqların mənafeləri üstün tutulmalıdır. Baxılan iş üzrə də Leyla Həşimzadənin yaşını, fikrini, atasının yanında saxlanıldığı halda da anası ilə ünsiyyətdə olmasına hər hansı maneə olmadığını, həmçinin artıq uyğunlaşdığı mühitdən ayrılmamasını və digər halları nəzərə alaraq, Kollegiya hesab edir ki, o, atasının himayəsində saxlanılmalıdır.
53. Kollegiya göstərilən nəticəyə gələrkən xüsusi olaraq iddiaçının davranışını da nəzərə alır, belə ki, sonuncu qızı Leylanın himayəsinə verilməsi üçün heç bir səy göstərməmiş, heç bir məhkəmə iclasına gəlməmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun yaşayış yerinin müayinə edilməsinə şərait yaratmamış, ana olaraq heç bir aktiv addımlar atmamışdır. Leylanın 2023-cü ilin mart ayınadək iddiaçının himayəsində olması də onun özünün izahatından başqa heç nə ilə təsdiq olunmur. Əksinə cavabdehin təqdim etdiyi yaşayış və təhsil yerindən arayışlarla müəyyən olunur ki, tərəflər faktiki ayrıldıqdan sonra Leyla atasının yanında qalmışdır.
54. Cavabdeh qarşılıqlı iddiasında hər ay hər uşaq üçün 250 manat aliment tutulmasını tələb etsə də, Kollegiya hesab edir ki, bu hissədə tələb qismən əsaslıdır, belə ki, cavabdeh iddiaçının həmin məbləğdə alimenti ödəmək iqtidarında olması, qazancı, gəlirləri barəsində hər hansı sübut təqdim etməmişdir.
55. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı 336,73 manat məbləğində pensiya alır, əlavə əmək haqqı və gəlirlər müəyyən edilməmişdir.
56. Aliment sabit pul şəklində o vaxt təyin olunur ki, aliment ödəməli olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olur, qazancın (gəlirin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alır, yaxud onun qazancı və ya sair gəliri yoxdur, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyil, çətinlik törədir. Hazırki halda isə İddiaçı sabit qazancı var.
57. Beləliklə Kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdehin himayəsində qalan xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmalıdır.
58. Alimentin tutulma vaxtı isə qanunvericiliyin tələbinə uyğun olaraq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi – xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1955/2023 nömrəli iş üzrə 17 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilmiş - 17 fevral 2008-ci il təvəllüdlü X13 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsi və Cavabdeh 17 fevral 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyimi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin, ilkin iddia tələbi həmin hissədə də təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. 17 fevral 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.