Məhkəmə qərarları › İş №2(103)-11515/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11515/2021

03.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11515/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ”valideyin vəzifələrinin yerinə yetirilməsi – aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e 2(011)-7371/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı X4 Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05.07.2007-ci il təvəllüdlü X2 və 06.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında, eləcə də hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment və uşaqların təhsil xərcləri üçün əlavə olaraq hər ay 300 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı ildə el adəti ilə evlənib ailə qurmuşdur. Nikah rəsmiləşdirməmişdir. Cavabdeh ilə faktiki nikah münasibətlərində olmaqla, ər-arvad kimi birlikdə yaşamış, birgə ailə təsərüfatı aparmışdır. Birgə nikahdan 05.07.2007-ci il təvəllüdlü X6 və 06.03.2009- cu il təvəllüdlü X5 doğulmuşdur. Aralarında yaranmış narazılıqlar səbəbindən ayrılmış və hazırda ayrı təsərrüfat aparırlar. Hazırda, himayəsində olan iki yetliklik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhərində kirayə mənzil tutub yaşayır. Keçən müddət ərzində uşaqların bütün maddi tələbatını valideyinlərinin köməkliyi ilə özü çəkmişdir. Cavabdeh isə bu müddət ərzində övladlarının saxlanması üçün heç bir maddi dəstək olmamışdır. Baxmayaraq ki, o Xətai rayonu Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə işləyir. Mübahisənin alternativ həlli qaydasında Mediasiya Şurasına müraciət etmiş, Lakin Cavabdeh ilkin mediasiya sessiyası barədə məlumatlı olsa da ümumiyyətlə mediasiya prosessində iştirak etmədiyi üçün X7 tərəfindən bu barədə müvafiq arayış və protokol tərtib edilmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e 2(011)-7371/2021 saylı, 14 oktyabr 2021ci il tarixli qətnaməsi ilə Cavabdeh 05.07.2007-ci il təvəllüdlü X2 və 06.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasına 15 sentyabr 2021-ci il tarixdən başlanılması, qətnamə dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e 2(011)-7371/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsndən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və 05 iyul 2007-ci il təvəllüdlü X10 qızının və 06 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 400 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e 2(011)-7371/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsnin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, tərəflərin faktiki nikah münasibətlərindən 05.07.2007-ci il təvəllüdlü X6 və 06.03.2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh Bakı şəhəri Xətai rayon 86 saylı tam orta məktəbdə 2019-cı il tarixdən direktor vəzifəsində işləyir və onun aylıq əmək haqqı 851 manat təşkil edir. X7 tərəfindən tərtib edilmiş mediasiya prosesinə xitam verilməsi barədə 06.09.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasıda iştirak etmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin İİ hissəsinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallara maddia hüquq normalarınını tətbiq edilməsi ilə razılaşır. Eyni zamanda qeyd edir ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması qaydası və məbləği hissəsində dəyişdirilərək hər uşağa görə təyin edilmiş aliment sabit pul məbləğində hər ay 175 manat müəyyən edilməklə hər ay iki uşağa görə cəmi 350 manat Cavabdeh tutulmaqla İddiaçı Rauf qızına ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e 2(011)-7371/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 05.07.2007-ci il təvəllüdlü X2 və 06.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə sabit pul məbləğdə 175 manat, iki uşağa görə hər ay cəmi 350 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar