Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11519/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2021ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.10.2021-ci il tarixli qərardadla geri qaytarmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.10.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin icraata qəbul edilib baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsini qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehlər kimi Cavabdeh1 və Bakı Şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin Notariat Ofisini göstərsə də, onlara qarşı hər hansı tələb irəli sürməmişdir. Bundan başqa iddiaçı “birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etsə də, 40 manat məbləğində deyil, 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iş üzrə 40 manat məbləğində dövlət rüsumu ödəməli deyil. Bundan başqa, iddia ərizəsində ifadə olunmuş tələbdən aydın şəkildə bəlli olur ki, tələb hər iki cavabdehə qarşı yönəlmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə müzakirə edilən məsələnin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsindən görünür ki, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, bildirmişdir ki, o, 24.06.2005-ci il tarixdə X4 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan 2 uşaq doğulmuşdur. X1, qayınatası X2, qayınanası X3 vəfat etmişlər. İş üzrə Cavabdeh1 onun baldızıdır. Qayınatası ilə qayınanası birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4 “a”-da yerləşən 12 saylı mənzili və "xxxx" MMC tərəfindən inşa edilmiş və ünvan 1 ünvanda yerləşən 98 saylı mənzili almışlar. Onların ölümü ilə həmin mənzillər miras qalmışdır. Mərhum qayınatası sağikan mənzili Cavabdeh1 qanunsuz olaraq vəsiyyət etmişdir. O, vərəsəliyin qəbulu ilə bağlı cavabdeh Notariat Ofisinə müraciət etsə də, notarius ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən o, xahiş edir ki, mərhum qaynanası Z.Hüseynova ilə mərhum qayınatası B.Hüseynov arasında birgə nikah dövründə əldə edilmiş və onların ümumi əmlakı sayılan mənzillərə onun (iddiaçının) 1/2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. İddia ərizəsində qeyd edilən məlumatları, iddiaçının baldızı olan Cavabdeh1 iddia ərizəsində göstərilən mərhum şəxslərin vərəsəsi olmasını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Vərəsəlik hüququ” adlı 10-cu Bölməsinin müddəalarını, iddia tələbinin həmçinin cavabdeh Notariat Ofisinin maraqlarına toxunmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin “iddia ərizəsində cavabdehlər kimi qeyd edilmiş şəxslərə qarşı hər hansı tələbin irəli sürülməməsi barədə” mövqeyi səhvdir. Rayon Məhkəməsi iddia ərizəsini qaytararkən həmçinin ona istinad etmişdir ki, iddiaçı “birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etsə də, 40 manat məbləğində deyil, 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsi 30.09.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. “X8” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan tələblərinə görə, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrinə görə 10 manat dövlət rüsumu ödənilirdi (maddə 8.4.11.). İş materiallarından isə görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin vaxt tələb olunan məbləğdən çox məbləğdə dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Rayon Məhkəməsinin müzakirə edilən bu əsaslanması da səhvdir. Beləliklə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini yuxarıda qeyd edilən əsaslarla qaytarmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi tələbi barədə” iddiasının icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-11519/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11519/2021
26.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver