Məhkəmə qərarları › İş №2(103)-1157/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1157/2024

31.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1157/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Əsəd oğlunun, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20, İddiaçıların nümayəndəsi və vəkili Tapdıq İlqar Məhərrəm oğlunun, Cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndə və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2023 saylı 01 noyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndə və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Əsəd oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı10 İzətulla oğluna boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı14 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı6 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı20 boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinəti isə 440 manat, cəmi 1759,98 manat, İddiaçı3 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı5 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı16 boşdayanma vaxtı üçün 1424,97 manat, işdənçıxarma müavinəti isə 950 manat, cəmi 2374,97 manat, İddiaçı17 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı12 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı9 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı7 işdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı4 boşdayanma vaxtı üçün 1290 manat, işdənçıxarma müavinəti isə 430 manat, cəmi 1720 manat, İddiaçı11 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinatı isə 1100 manat, cəmi 2500 manat, İddiaçı19 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı1 boşdayanma vaxtı üçün 1440 manat, işdənçıxarma müavinəti isə 960 manat, cəmi 2400 manat, İsmayilov Əliəsgər İsmayıl oğluna boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinatı isə 1040 manat, cəmi 2600 manat, İddiaçı8 Adna oğluna boşdayanma vaxtı üçün 750 manat, idənçıxarma müavinəti isə 500 manat, cəmi 1250 manat, İddiaçı15 boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 930 manat, cəmi 2325 manat, İddiaçı13 boşdayanma vaxtı üçün 1500 manat işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat və İddiaçı18 boşdayanma vaxtı üçün 1410 manat işdənçıxarma müavinəti isə 470 manat, cəmi 1880 manat pulun cavabdehlərdən alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-166/2023 saylı 01 noyabr 2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehlər "xxxx" ASC və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsindən iddiaçılar İddiaçı1 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1330,62 (bir min üç yüz otuz manat altmış iki qəpik) manat, İddiaçı2 xeyrinə işdən çıxma müavinəti 473,49 (dörd yüz yetmiş üç manat qırx doqquz qəpik) manat və boşdayanma vaxtı üçün 1439,30 (bir min dörd yüz otuz doqquz manat otuz qəpik) manat, İddiaçı3 xeyrinə işdən çıxma müavinəti 279,06 (iki yüz yetmiş doqquz manat altı qəpik) manat və boşdayanma vaxtı üçün 1374,58 (bir min üç yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat, İddiaçı4 xeyrinə işdən çıxma müavinəti 402,10 (dörd yüz iki manat on qəpik) manat və boşdayanma vaxtı üçün 1190,72 (bir min yüz doxsan manat yetmiş iki qəpik) manat, İddiaçı5 xeyrinə işdən çıxma müavinəti 276,54 (iki yüz yetmiş altı manat əlli dörd qəpik) manat və boşdayanma vaxtı üçün 1107,76 (bir min yüz yeddi manat yetmiş altı qəpik) manat, İddiaçı6 xeyrinə işdən çıxma müavinəti 537,21 (beş yüz otuz yeddi manat iyirmi bir qəoik) manat və boşdayanma vaxtı üçün 1523,04 (bir min beş yüz iyirmi üç manat dörd qəpik) manat, İddiaçı7 xeyrinə işdən çıxma müavinəti 399,28 (üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1301,62 (bir min üçyüz bir manat altmış iki qəpik) manat, İddiaçı8 xeyrinə işdən çıxma müavinəti 12,37 (on iki manat otuz yeddi qəpik) manat və boşdayanma vaxtı üçün 692,28 (altı yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat, İddiaçı9 xeyrinə işdən çıxma müavinəti 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat və boşdayanma vaxtı üçün 1096,18 (bir min doxsan altı manat on səkkiz qəpik) manat, İddiaçı10 xeyrinə işdən çıxma müavinəti 560,68 (beş yüz altmış manat altmış səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1524,42 (bir min beş yüz iyirmi dörd manat qırx iki qəpik) manat, İddiaçı11 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1383,94 (bir min üç yüz səksən üç manat doxsan dörd qəpik) manat, İddiaçı12 xeyrinə işdən çıxma müavinəti 1363,30 (bir min üç yüz altmış üç manat otuz qəpik) manat və boşdayanma vaxtı üçün 1438,1 (bir min dörd yüz otuz səkkiz manat on qəpik) manat, İddiaçı13 xeyrinə işdən çıxma müavinəti 543,17 (beş yüz qırx üç manat onyeddi qəpik) manat və boşdayanma vaxtı üçün 1385,66 (bir min üç yüz səksən beş manat altmış altı qəpik) manat, İddiaçı14 xeyrinə işdən çıxma müavinəti 537,21 (beş yüz otuz yeddi manat iyirmi bir qəpik) manat və boşdayanma vaxtı üçün 1523,04 (bir min beş yüz iyirmi üç manat dörd qəpik) manat, İddiaçı15 Əsəd oğlunun xeyrinə işdən çıxma müavinəti 368,66 (üç yüz altmış səkkiz manat altmış altı qəpik) manat və boşdayanma vaxtı üçün 1286,50 (bir min iki yüz səksən altı manat əlli qəpik) manat, İddiaçı16 xeyrinə işdən çıxma müavinəti 395,73 (üç yüz doxsan beş manat yetmiş üç qəpik) manat və boşdayanma vaxtı üçün 1362,82 (bir min üç yüz altmış iki manat səksən iki qəpik) manat, İddiaçı17 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1383,94 (bir min üç yüz səksən üç manat doxsan dörd qəpik) manat, İddiaçı18 xeyrinə işdən çıxma müavinəti 421,65 (dörd yüz iyirmi bir manat altmış beş qəpik) manat və boşdayanma vaxtı üçün 1302,92 (bir min üç yüz iki manat doxsan iki qəpik) manat, İddiaçı19 xeyrinə işdən çıxma müavinəti 448,28 (dörd yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1304,48 (bir min üç yüz dörd manat qırx səkkiz qəpik) manat, İddiaçı20 xeyrinə işdən çıxma müavinəti 264,45 (iki yüz altmış dörd manat qırx beş qəpik) manat və boşdayanma vaxtı üçün 1209,32 (bir min iki yüz doqquz manat otuz iki qəpik) manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin boşdayanma vaxtı üçün əmək haqqının hesablanması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8019/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün mümkün hesab edilmiş və mülki işə mahiyyəti üzrə baxılması 31 yanvar 2024-cü il tarixə saat 09:55-ə təyin edilmişdir. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-166/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli məktubu ilə cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verildiyi və həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin yoxlanılması üçün mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instnasiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası məktubu nəzərə alaraq hesab edir ki, prosessual qanunvericilin tələbləri nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8019/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8019/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə hüquqi qiymət verilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar